Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4988/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: “pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-430/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2021-ci il tarixli etibarnamə ilə İddiaçı mülkiyyətçi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən “Volvo-XC-90” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün səlahiyyətlərini xx.xx.2021-ci il tarixədək Şahid etibar etmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına BDYPİ-də alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilərək mülkiyyətinə keçmişdir.
2. xx.xx.2021-ci il tarixli etibarnamə ilə Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün səlahiyyətlərini xx.xx.2022-ci il tarixədək İddiaçı etibar etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə razılaşma əsasında verdiyi avtomobildən qalıq qalan 14.600 manat və ona məxsus avtomobilə xərclədiyi 1.700 manat olmaqla, cəmi 16.300 manat pul vəsaitinin, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə aralarında olan razılığa əsasən özünə məxsus “Volvo-C-90” markalı avtomobili cavabdehə məxsus “Mercedes Benz E240” minik markalı avtomobil ilə dəyişmişlər. Onun avtomobili 18.000 manat qiymətləndirilmiş, cavabdeh isə öz avtomobilini 13.500 manat qiymətləndirmiş və aralarında olan razılığa əsasən avtomobillərin qiymət fərqinə görə cavabdeh ona 3.400 manat pul vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə tərəflər birbirilərinə avtomobillər dair etibarnamə vermişlər. O, cavabdehdən aldığı avtomobili yararlı vəziyyətə gətirmək üçün əlavə olaraq 1.700 manat pul vəsaiti xərcləmişdir. Cavabdeh onun verdiyi etibarnamə əsasında aldığı avtomobili öz adına rəsmiləşdirmiş, lakin o, səhhəti ilə əlaqədar olaraq avtomobili adına rəsmiləşdirə bilməmişdir. Etibarnamə müddəti 1 il olduğuna görə müddəti tamam olduqdan sonra cavabdehə yeni etibarnamə verməsi üçün müraciət etsə də, cavabdeh ona yenidən etibarnamə verməkdən imtina etmişdir. Halhazırda isə göstərilən səbəbə görə avtomobili adına rəsmiləşdirə bilmir.
5. Daha sonra ilkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh ilə onun arasında olan “Volvo-XC-90” markalı və “Mercedes Benz E240” minik markalı avtomobillərə dair etibarnamələrin etibarsız hesab edilməsi, Cavabdeh razılaşma əsasında verdiyi avtomobilə görə qalıq qalan 14.600 manat, ona məxsus avtomobilə xərclədiyi 1.700 manat olmaqla, cəmi 16.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirmə ərizəsi, yəni etibarnamələrin etibarsızlığı onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi Cavabdeh həmin etibarnaməni verərkən məqsədi onu aldatmaq olmuşdur.
6. Cavabdeh ilkin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.500 manat maddi ziyan və 1.000 manat mənəvi zərərin əvəzinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilkin İddiaçı Sərxan oğlundan ona məxsus olan “Volvo-XC-90” markalı avtomobili 18.000 manat məbləğinə razılaşaraq almışdır. Alğı-satqı zamanı İddiaçı onun “Mercedes Benz E240” markalı avtomobili olduğunu və satmaq istədiyini bilmişdir. Söhbət əsnasında Həmdulla ona qohumunun belə bir maşın almaq istədiyini bildirmiş, qohumu rayonda işlədiyindən və qohumunun Bakıya gəlməsi uzun vaxt aparacağından təklif etmişdir ki, İddiaçı etibarnamə versin, o da avtomobili rayonda olan qohumuna göstərsin və alğı-satqı edib pulunu ona göndərsin. İddiaçı ilə həmyerli olduqlarından, həmçinin Həmdullanın oğlu Azər avtomobil alğı-satqısı ilə məşğul olduğundan, eyni zamanda İddiaçı yaşını nəzərə alaraq yalan danışmayacağını ehtimal edib təkliflə razılaşmışdır. Hətta “Volvo-XC-90” markalı avtomobili yoxlamadan Həmdulladan almışdır. Ona verilən etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixdə aldığı həmin “Volvo-XC-90” markalı avtomobili öz adına rəsmiləşdirmişdir. Bundan təxminən 3 gün sonra o, İddiaçı oğlu kimi tanıdığı Azər adlı şəxslə əlaqə saxlamaq istəmiş, lakin onun telefon nömrəsinə zəng çatmamışdır. O da əvvələr tanımadığı Həmdullanın digər oğlu Namiq ilə telefon əlaqəsi saxlamışdır. O, isə Azər və atası X2 Respublikasına müalicə olunmaq məqsədilə getdiklərini və nə zaman qayıdacaqlarının məlum olmadığını bildirmişdir. Namiqdən ona məxsus olan avtomobilin harada olmasını və həm də, İrana həmin avtomobil ilə gedib-getməmələrini soruşduqda isə, onun avtomobildən xəbəri olmadığını bildirmiş və bu məsələləri atası və ya qardaşı ilə danışmağı məsləhət görmüşdür. Təxminən 15 gün sonra Azər ona zəng edərək Bakıda olduqlarını biıldirmiş və onlar, yəni Həmdulla, Azər və o, görüşmüşlər. Görüş zamanı sonuncular ona bildirmişlər ki, ona məxsus olan “Mercedes Benz E240” markalı avtomobillə Azər qəza törətmiş, hazırda isə həmin avtomobil satılası vəziyyətdə deyildir. Odur ki, qohumu həmin avtomobili almaq istəməmişdir. Ona görə də, İddiaçı avtomobilin qiymətini yəni, 13.500 manatı ödəmək üçün ona vaxt verməsini xahiş etmişdir. O da razılaşmış, lakin hər dəfə Həmdulla və ya Azərə zəng edərək pulu nə vaxt verəcəklərini soruşmuşdur. Cavablar isə hər dəfə eyni olmuş, ondan biraz da səbr etməsini istəmişlər. O, artıq Həmdullanın və oğlu Azərin ona yalan danışdıqlarını bilmiş, bundan sonra həm yazılı formada, həm də onlayn qaydada Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinə dəfələrlə müraciətlər ünvanlamış və ona məxsus olan avtomobilin saxlanılaraq avtodayanacağa aparılmasını xahiş etmişdir. Lakin bu günə qədər nə avtomobili ona geri qaytarılmış, nə də ona dəymiş maddi ziyan ödənilmişdir.
8. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsinə etiraz verərək əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə əsasında İddiaçı aldığı “Volvo-XC- 90” markalı avtomobili öz adına rəsmiləşdirərək başqasına satmış və faktiki olaraq maddi ziyan çəkməmiş, bunun əksinə olaraq qazanc əldə etmişdir. Heç bir maddi ziyan olmadığı halda başqasına qarşı maddi ziyanla əlaqədar iddia qaldırmaq məntiqsiz görünür. Ona görə də hesab edir ki, Cavabdeh məqsədi əvvəldən qanunsuz yolla varlanma və aldatma yolu ilə başqasının əmlakına sahib olmaq olmuşdur.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 430/2023 nömrəli qətnaməsi ilə (hakim G.B.Əkbərli) ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh 14.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 132 manat məbləğində pulun ilkin İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, hamıya məlum olan haldır ki, hazırkı dövrdə ölkə ərazisində geniş yayılmış təcrübəyə əsasən sərəncam səlahiyyəti ilə verilən etibarnamələr avtomobillərə dair mülkiyyət hüququnun özgəninkiləşdirilməsi ilə bağlı verilir. İşin hallarından isə müəyyən olunur ki, tərəflə eyni gündə qarşılıqlı olaraq onlara məxsus avtomobillərə dair sərəncam səlahiyyəti ilə etibarnamə vermişlər. İşin mövcud halları baxımından məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə həmin etibarnamələr alqı-satqı məqsədilə verilmişdir. Dolayısı ilə alqı-satqı müqaviləsi etibarnamə ilə pərdələnmişdir.
11. Nəticədə hər iki avtomobilə dair etibarnamə xx.xx.2021-ci il tarixdə verilmiş, “Volvo-XC-90” markalı avtomobil həmin etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh adına mülkiyyət hüququ qeydiyyata alınmış, lakin ilkin iddia üzrə iddiaçı “Mercedes Benz E240” markalı avtomobilə dair ona 1 il müddətinə etibarnamə verilməsinə baxmayaraq avtomobili öz adına qeydiyyata almaq üçün hər hansı hərəkətləri həyata keçirməmişdir. İlkin iddia üzrə iddiaçı bunu uzun müddət xəstə olması və xəstəxanada qalması ilə əsaslandırsa da, bununla bağlı məhkəməyə sübut təqdim etmədiyindən, ilkin iddia üzrə cavabdehin iddiaçını aldatmaq məqsədinin olması faktı öz təsdiqini tapmır.
12. Bundan başqa, hər iki tərəfin izahatları, həmçinin şahid ifadəsindən müəyyən olunur ki, Cavabdeh satılmış “Volvo-XC-90” markalı avtomobilin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 18000 manat müəyyən edilmişdir. Hansı ki, həmin avtomobil hazırda Cavabdeh istifadəsində və mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçı isə bildirir ki, avtomobilin dəyəri tərəflər arasında 18.000 manat müəyyən edilsə də, 14.000 manatın əvəzi olaraq “Mercedes Benz E240” markalı avtomobili Cavabdeh onun mülkiyyətinə verir, qalan 4000 manatı isə ona nağd şəkildə vermişdir. Cavabdeh 4000 manat pul vəsaitini nağd şəkildə verməsi şahidin və tərəflərin izahatları ilə tam təsdiq olunur. İlkin iddiaçı sonra təkərlərinin yararsız vəziyyətdə olmasını əsas gətirərək 4000 manat ödənişdən 600 manatı Cavabdeh geri qaytarmasını iddia etməsinə baxmayaraq buna dair məhkəməyə sübut təqdim etməmiş və bu hal iş materialları ilə də öz təsdiqini tapmır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi 600 manat hissədə təmin edilə bilməz.
13. Qarşılıqlı iddiaçı 18000 manat pulu tam ödəməsini iddia etməsinə baxmayaraq konkret olaraq bunu təsdiq edən sübut yoxdur. Şahid ifadəsinə isə münasibətdə məhkəmə qeyd edir ki, şahid qarşılıqlı iddiaçının yaxın qohumu statusunda olmaqla, mübahisənin onun xeyrinə həll edilməsində maraqlı şəxsdir. Bununla yanaşı şahid dolayısı ilə ifadəsində təsdiq etmişdir ki, qardaşı Fərhadın niyyəti əvvəldən mülkiyyətində olan “Mercedes Benz E240” markalı nəqliyyat vasitəsini satmaq olmuşdur. Həmçinin o, ifadəsində 14.000 manat pulu qardaşı Fərhada çatdırmasını qeyd etməsinə baxmayaraq, həmin pul vəsaitini konkret olaraq kimə verməsi barədə məlumatının olmadığını bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının qeyd olunan xüsusatla bağlı iddiası sübuta yetirilmir.
14. Bu hal həmçinin onunla təsdiq olunur ki, PB-dən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən görünür ki, Cavabdeh etibarnamənin qüvvədə olduğu bir il müddət ərizində mülkiyyətində olan və özünün iddiasına görə qarşılıqlı iddiaçının qanunsuz sahiblik etməsini iddia etdiyi “Mercedes Benz E240” markalı avtomobili və ya onun dəyərini ondan geri tələb etməmiş, yalnız qarşılıqlı iddiaçının oğlu Nümayəndə1 onun barəsində polis bölməsinə şikayət etdikdən sonra o da polis bölməsinə qarşılıqlı olaraq şikayət ərizəsi vermişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə, qarşılıqlı iddiaçının İddiaçı etibarnaməni yalnız “Mercedes Benz E240” markalı avtomobili satmaqda vasitəçilik etməsi səbəbi ilə verməsinə dair iddiasını inandırıcı hesab etməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, Cavabdeh tərəfindən İddiaçı “Volvo-XC- 90” markalı avtomobilin dəyəri olan 18.000 manat məbləğində pulun tam ödənilməsi sübut olunmur, İddiaçı əmlakın ödənilməmiş dəyərini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə iclasında tərəflərin izahatları və şahid ifadəsindən müəyyən olunur ki, Cavabdeh tərəfindən “Volvo-XC-90” markalı avtomobilin dəyərinin əvəzi olaraq cəmi 4000 manat ödənilmişdir. İlkin iddia üzrə iddiaçı Cavabdeh tərəfindən “Volvo-XC-90” markalı avtomobilin dəyərinin əvəzi olaraq əslində cəmi 3.400 manat ödədiyini, yəni ödənilmiş 4000 manatdan 600 manat məbləğində pulun təkərlərin yararsız vəziyyətdə olması ilə əlaqədar geri qaytarıldığını bildirsə də, iş materialları ilə 600 manat məbləğində pulun İddiaçı qaytarıldığı sübut olunmur.
16. Cavabdeh faktiki olaraq alqı-satqı müqaviləsini etibarnamə ilə pərdələyib, hər iki nəqliyyat vasitəsini əldə etmişdir. Bununla da, o digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd hərəkət edib hüquqdan sui-istifadə etmişdir. Bununla da o, “Volvo-XC-90” markalı avtomobilin razılaşdırılmış 18.000 manat dəyərindən 14000 manat hissəsini əldə edərək ilkin iddiaçıya geri qaytarmamış, əvəzində isə razılaşmaya əsasən 14.000 manatın əvəzində verilməli olduğu “Mercedes Benz E240” markalı nəqliyyat vasitəsini onun mülkiyyətinə verməmiş, dolayısı ilə razılaşma şərtlərinə əməl etməyərək, nəticədə 14.000 manata münasibətdə əsassız olaraq varlanmışdır.
17. İlkin iddia üzrə iddiaçı həmçinin cavabdehə məxsus “Mercedes E240” markalı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün əlavə olaraq 1.700 manat xərclədiyini bildirərək həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə bununla bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı bu tələbi ilə bağlı məhkəməyə avtomobildə hansı işlərin görülməsi, həmin işlərin harada və kim tərəfindən, hansı məqsədlə həyata keçirilməsinə dair mötəbər sübut (qüsur aktı, qaimə, fotoşəkil vəs) təqdim etməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında “Mercedes Benz E240” markalı avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmamışdır və həmin avtomobil hazırda Cavabdeh mülkiyyətindədir. Hazırda avtomobilin hansı vəziyyətdə olması və dəyərinin nə qədər təşkil etməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi zərərin dəydiyini bildirsə də, ona hər hansı mənəvi zərərin dəyməsi və ya bunun məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə dair sübut məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16, 324, 337.1, 560.1, 560.2, 560.3, 560.4, 1091-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda “Mercedes Benz E 240” markalı avtomobil ilk iddiaçının faktiki istifadəsində olmaqla ustada saxlanılır. Əmlak iddiaçıda ola-ola cavabdeh şəxs hansı əsasla varlanmış olur? ƏN-Vİİ seriyalı, 810036 nömrəli,xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün səlahiyyətlərini xx.xx.2022-ci il tarixədək İddiaçı 365 gün etibar etmişdir. Lakin iddiaçı öz məsuliyyətsiz davranışları nəticəsində öz vəzifələrini 365 gün ərzində icra etməmişdir. Burada hər hansı hüquqdan sui-istifadə halı yoxdur. Hüquqa zidd davranış olmaya-olmaya məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. Burada etibarnamənin verilməsi cavabdehin niyyətini açıq-aydın göstərməkdədir. Cavabdeh tərəfindən iddiaçıya ziyan vurmaq məqsədi olmuş olsa idi, müvafiq etibarnamənin bitmə müddəti gözlənilmədən ləğv edilərdi. Odur ki, məhkəmənin bu mövqeydi birtərəfli, obyektiv olmayan, hüquqa zidd olaraq qiymətləndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz verərək təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh 18.000 manat pulu tam ödəməsini iddia etməsinə baxmayaraq məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmədə dindirilmiş şahidlər onun yaxın qohumu, yəni qardaşı olmaqla, mübahisənin onun xeyrinə həll edilməsində maraqlı şəxslər olmuşlar.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2021-ci ilin yazın sonunda avtomobili dəyişmək qərarına gəlmiş, “turbo.az” internet saytında “Volvo” markalı avtomobili bəyənmiş və almaq üçün Nümayəndə1la telefonla danışmışdır. O, avtomobili öz adına rəsmiləşdirmişdir. Lakin Nümayəndə1 ona məxsus avtomobili bir il ərizində öz adına rəsmiləşdirməmişdir. Çünki o bilirdi ki, avtomobil onun mülkiyyəti deyil. İlk dəfə onun tərəfindən polisə müraciət olunmuşdur. Nümayəndə1 ona avtomobilini satmaqda kömək edəcəyini bildirmiş və əvəzində ona müəyyən məbləğdə pul ödəyəcəyinə razılaşmışlar. Bir il ərzində əlaqələri olmuşdur. Müntəzəm olaraq telefonla danışmışlar.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh iddiaçıya avtomobili satılmasında kömək olunması məqsədi ilə vermişdir. Nümayəndə1 müalicəsi ilə bağlı İrana gedib-qayıtdıqdan sonra cavabdeh ilə telefonla danışaraq avtomobil ilə iki dəfə qəza keçirdiyini və yararsız vəziyyətə düşdüyünü bildirmişdir. Cavabdeh bu səbəblə avtomobili həmin vəziyyətdə geri tələb etməmişdir. Çünki cavabdeh avtomobili yararlı vəziyyətdə vermişdir. Bir neçə dəfə cavabdehə vədlər verilmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, Cəlilabad rayonu qeydiyyatı olduğu üçün avtomobilin rəsmiləşdirilməsi üçün Lənkaran şəhərinə getməli idilər. Etibarnamənin müddətinə 15 gün qalmış cavabdehlə telefonla danışdıqda, etibarnamə verəcəyini bildirmişdir. Atasının vəziyyəti yaxşı olmadığı üçün həkim Lənkaran şəhərinə getməyinə icazə vermədi. Cavabdehin avtomobilini qaytarmağa hazırdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd olunduğundan, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni ilk iddianın təmin olunan və qarşılıqlı iddianın təmin olunmayan hissələrində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
32. İşdən görünür ki, “Volvo-XC-90” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair qanunvericiliyin tələblərinə uyğun formada xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
33. İlkin iddia üzrə iddiaçı cavabdehdən həmin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş məbləği tələb edir və bildirir ki, həmin məbləğ əvəzinə cavabdeh ona etibarnamə əsasında 13.500 manat məbləğində dəyərləndirilməklə “Mercedes Benz E240” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vermiş, sonradan həmin etibarnamənin müddətinin uzadılmasından imtina etmiş, nəticədə həmin nəqliyyat vasitəsini öz adına rəsmiləşdirə bilməmişdir.
34. İşdən həmçinin görünür ki, “Volvo-XC-90” minik markalı nəqliyyat vasitəsinin satış qiyməti ilkin olaraq 18.000 manat olsa da, ilkin iddia üzrə iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında avtomobilin alqı-satqısı zamanı qarşı tərəfə 500 manat güzəşt edildiyi bildirilmiş, cavabdeh polis bölməsində verdiyi izahatında da həmin nəqliyyat vasitəsini 17.500 manata aldığını göstərmişdir. Eyni zamanda, ilkin iddia üzrə iddiaçının nümayəndəsi 4.000 manat pulun da cavabdehdən alındığını təsdiq etmişdir. İlkin iddia üzrə iddiaçı həmin məbləğdən 600 manat cavabdehə qaytarıldığını bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı predmeti olan “Volvo-XC-90” minik markalı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətinə verildiyindən avtomobilin dəyərinin ödənilməsini sübut etmək vəzifəsi onun üzərinə düşür. Cavabdeh avtomobilin dəyərini tam ödədiyini qeyd etsə də, bu halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız qardaşının şahid olaraq ifadəsinə istinad etmişdir.
36. Bununla yanaşı, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün səlahiyyətlərini xx.xx.2022-ci il tarixədək İddiaçı etibar etmişdir.
37. Cavabdeh İddiaçı etibarnaməni yalnız “Mercedes Benz E240” markalı avtomobili satmaqda vasitəçilik etməsi səbəbi ilə verməsini qeyd etsə də, əvvəllər tanımadığı kənar şəxsə “avtomobili satmaqda vasitəçilik etməsi” səbəbi ilə bir il müddətinə etibarnamə verməsi ağlabatan deyil. Həmçinin, Cavabdeh etibarnamənin qüvvədə olduğu müddət ərzində İddiaçı sahibliyində olan “Mercedes Benz E240” markalı avtomobilini və ya onun dəyərini ondan geri tələb etməmiş, yalnız İddiaçı oğlu Nümayəndə1 onun barəsində polis bölməsinə şikayət etdikdən sonra o da şikayət etmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası ilkin iddianın təmin edilmiş hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, “Volvo- XC-90” minik markalı nəqliyyat vasitəsinin 18.000 manata qiymətindən ödənilmiş 4000 manat və güzəşt edilmiş 500 manat çıxıldıqdan sonra, Cavabdeh həmin nəqliyyat vasitəsinin alqı-satqısı müqabilində İddiaçı 13.500 manat məbləğində pul ödəməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi ilkin iddianı bu hissədə təmin edərkən düzgün olmayaraq mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəalarına istinad etmişdir. Belə ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur.
39. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Mercedes Benz E240” markalı nəqliyyat vasitəsi hazırda Cavabdeh mülkiyyətində olsa da, o, nəqliyyat vasitəsinin ona qaytarılmasını deyil, ona dəymiş zərər olaraq 13.500 manat pulun, eyni zamanda bu müddət ərzində mülkiyyətçi olaraq ona dəymiş mənəvi zərərə görə 1000 manat pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
40. Qarşılıqlı iddia üzrə cavabdeh isə həmin nəqliyyat vasitəsini qaytarmaq istədiyini, hətta əlavə olaraq təmirinə xərc çəkdiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mülkiyyətçi kimi öz nəqliyyat vasitəsini geri tələb etdikdən sonra ona ziyanın dəyib-dəymədiyini müəyyənləşdirə, ziyan dəydiyi təqdirdə əvəzinin ödənilməsini tələb edə bilərdi.
41. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı ona mənəvi zərərin dəyməsi və ya bunun məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.
42. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya münasibətdə gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-430/2023 nömrəli qismən – ilkin iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh 13.500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-430/2023 nömrəli qətnaməsi qismən – ilkin iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.