Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-499/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-499/2023 (Açar sözlər: “nikahın etibarsız hesab edilməsi”) Bakı şəhəri, 21 avqust 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı X9 ilə Cavabdeh arasında Sabunçu rayon qeydiyyat şöbəsində bağlanmış 09 avqust 2019-cu il tarixli 91 nömrəli nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əlirza Qafarovla 1979-cu ildə evlənmişlər. Birgə nikahdan 4 uşaqları dünyaya gəlmişdir. Əlirza ölənə qədər ər-arvad kimi bir yerdə yaşamışlar. 2021- ci ilin sentyabr ayının 25-də əri Əlirza Qafarov “Covid19” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və 17 oktyabr tarixində xəstəxanada vəfat etmişdir. Əri öləndən sonra onun sənədlərinin arasında 2008-ci il tarixində Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş onunla olan nikahın pozulmasına dair şəhadətnamə aşkar olunmuşdur. Boşanma sənədinin mövcudluğundan bu vaxta qədər nə onun, nə uşaqların nə də ki, Əlirzanın qohumlarından heç kimin (bacı qardaşlarının) xəbəri olmamışdır. O, bu barədə Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edərək, hansı əsasla nikahın pozulmasını aydınlaşdırmaq istəmişdir. Sabunçu rayonu Qeydiyyat şöbəsi ona 29 oktyabr 2021-ci il tarixli, xx/xx-2594 saylı məktubla cavab verərək Sabunçu rayon məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən nikahın pozulduğunu bildirmişdir. O, Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və 12 aprel 2005-ci il tarixli qətnamənin sürətini tələb etmişdir. Sabunçu Rayon Məhkəməsi 02 noyabr 2021-ci il tarixli C-324/2021 saylı məktubla bidirmişdir ki, Əlirza Qafarovla onun arasında nikahın pozulmasına dair mülki iş məhkəmədə qeydə alınmamışdır. Ona görə də o, məhkəməyə müraciət edərək həmin sənədin etibarsız hesab edilməsi barədə ərizə vermişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ərizəsi təmin edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə X9 arasında 09 avqust 2019-cu il tarixdə Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsində 91 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (Hakim: Pərviz Zamanlı).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, X9 ilə nikanın 2019-cu ildə bağlanmasına baxmayaraq, 2017-ci ildən faktiki olaraq ər-arvad kimi ünvan 1 ünvanında və ünvan 2şamışlar və ümumi təsərrüfatı birgə idarə etmişlər. Bundan başqa, ünvan 3 ünvanında yerləşən 48.8 kv.m qeyri-yaşayış sahəsi mərhum əri X9 tərəfindən mağaza kimi icarəyə verilmişdir. Göstərilən əmlaklardan başqa X5 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 9, mənzil 3 şəxsi mülkiyyətindədir. Onun keçmiş həyat yoldaşı hazırkı iş üzrə iddiaçı X1 rayonu Sərcuvar kəndində qeydiyyatda olmaqla X9 ölənədək orada yaşamışdır. X2 Əlirza Ağakərim oğlu ilə Bakı şəhərində birgə yaşamamışdır, aralarında olan nikahın pozulmasından xəbəri olmuşdur. Hazırda isə X6 belə bir iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi onlar boşandıqdan sonra X5 ölümündən sonra onun miras qalmış əmlaklarını ələ keçirmək məqsədi daşıyır. Yuxarıda göstərilən əmlaklardan başqa ünvan 4 ünvanında X9 şəxsi mülkiyyətində olmuş və həmin yaşayış sahəsi onun tərəfindən kirayəyə verilmişdir. Bu göstərilənlərdən başqa bizim birgə nikah dövründə xx.xx.2020-ci il tarixdə X9 tərəfindən TOYOTA RAV-4, dövlət qeydiyyat nömrəsi 90PH124 markalı avtomobil əldə edilmiş və hazırda mülkiyyətindədir. Mərhumun ölümündən sonra miras əmlaklarla bağlı cavabdeh tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət olunmuşdur. 6 aydan sonra 19 aprel 2022-ci il tarixdə cavabdeh, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün noratiat ofisinə müraciət etmiş, ona bildirmişlər ki, X10 notariusa müraciət edərək inzibati məhkəmədə işlərinin olduğunu bildirmişdir. Bundan sonra cavabdeh, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və ona bildirmişlər ki, X10 cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun iddiası təmin edilib. Hələ cavabdehlə mərhum şəxs bir yerdə yaşayarkən o, öz ailəsi barədə danışarkən, övladlarının və keçmiş həyat yoldaşının onunla münasibətlərinin pis olduğunu, onu saymadıqlarını, bir ata kimi hörmət qoymadıqlarını bildirmişdir. Hətta onun dediyinə görə keçmiş arvadı onu zəhərləmək istəmiş və uşaqları ilə bir neçə dəfə birləşərək onu döymüşlər. Nəticədə o, məcburiyyət qarşısında qalıb, X10 ilə aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, ən nəhayət onların bu nikahları qanuni əsaslarla pozulmuşdur. Məhkəmədə X10 ilə mərhum arasında nikahın pozulması barədə mülki işin olmaması məsələsinə gəldikdə isə, bununla bağlı məlumatı olduqdan sonra Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət olunmuş, bunun səbəblərini araşdırmaq istərkən, bildirilmişlər ki, komputer sistemi 2015-ci ildə yarandığından 2005-ciilin qətnamələri komputerə işlənməmişdir. Səbəbi məlum deyildir ki, belə bir qətnamə olmamışdır, ola bilsin ki, həmin qətnamə itmişdir. Qətnamənin icra sənədinin olmasını Sabunçu rayon Qeydiyyat şöbəsi təsdiq edir və həmin sənədə əsasən nikah pozulmuş, ancaq, iddiaçı gedib boşanma haqqında şəhadətnaməni götürmək istəməmişdir. X3 ilə cavabdeh ünvan 1 ünvanında yaşayarkən həm onu, həmdə cavabdehi “COVİD-19” xəstəliyi tutmuş, onu TTY maşını ilə cavabdeh və onların uşaqları Yeni Kilinika xəstəxansına yola salmışlar. O, xəstəxanada olduğu dövrdə isə gündəlik cavabdehlə “whatsapp”la telefon əlaqələri saxlamış, səslər göndərmişdir. Bütün bunlar isə cavabdehin telefonumda olan audio yazıları, 7 nömrəli şəhər Poliknikasının 593 saylı xx.xx.2022-ci il tarixli məktubu, LABORATORİYA analizinin nəticələri, ayrı-ayrılıqda e-Təbib şəxsi kabinetdən çıxarışlarla, TTY maşının şəkili ilə tam sübut olunur. Məhkəmə işə baxarkən nə iddia ərizəsindəki işin hallarını, nə də ki, etirazda təqdim edilən sübutların heç birini araşdırmamışdır. Belə ki, iddiaçı özünün iddia ərizəsində mərhum X11 ilə ölən günədək bir yerdə yaşadığını, əri öləndən sonra onun sənədlərinin arasında 2008-ci il tarixində Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş onunla olan nikahın pozulmasına dair şəhadətnamə aşkar olunduğunu, boşanma sənədinin mövcudluğundan bu vaxta qədər nə onun, nə uşaqların nə də ki, Əlirzanın qohumlarından heç kimin (bacı qardaşlarının) xəbəri olmadığını göstərsə də bunu sübut edə bilməmişdir. Halbu ki, tərəflərin hər biri öz tələb və etirazlarının əsasları kimi istinad etdiyi halları sübut etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdilər.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili M.Şirinov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
8. Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır.
9. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
10. Həmin Məcəllənin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
11. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.
12. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.
13. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar.
Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
17. Belə ki, iddiaçı ilə X9 xx.xx.1979-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Masallı rayonu Xıl kənd sovetində akt qeydləri kitabında 29 nömrə ilə qeydə alınmışdır.
18. Cavabdehlə X9 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 91 nömrə ilə qeydə alınmışdır. X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
19. Surəti iş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 329184 nömrəli nikahın pozulması haqqında şəhadətnamədə iddiaçı ilə Əlirza Qafarov arasında bağlanmış nikahın ləğv edilməsi və bu qeydin xx.xx.2008-ci il tarixdə 101 nömrə ilə qeydə alınması öz əksini tapmışdır.
20. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin 11 saylı Vəkil bürosunun vəkili Vəkil3 sorğusuna göndərdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda (surəti iş materiallarına əlavə edilmişdir) bildirmişdir ki, Hədiyyə Qafarova ilə Əlirza Qafarov arasında nikahın pozulmasına dair şəhadətnamənin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin və ya digər sənədinin surətinin qanunvericiliyə müvafiq qaydada saxlanma müddəti bitdiyindən göndərilməsi mümkün deyil. Həmin nikahın pozulması Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən qeydə alınmışdır.
21. Sabunçu Rayon Məhkəməsi Bakı İnzibati Məhkəməsinin sorğusuna göndərdiyi xx.xx.2022-ci il tarixli (surəti iş materiallarına əlavə edilmişdir) məktubunda göstərmişdir ki, iddiaçının Əlirza Qafarova, yaxud sonuncunun iddiaçıya qarşı nikahın pozulması tələbinə dair mülki iş 2005-ci ilin əlifba göstəricisindən keçməmişdir.
22. İş materiallarına əlavə edilmiş Sabunçu rayon İcra şöbəsi tərəfindən 9 saylı Vəkil bürosuna göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü Əlirza Qafarovla xx.xx.1959-cu il təvəllüdlü Qafarova Hədiyyə arasında bağlanmış nikah qeydinin ləğv olunmasına dair icra sənədi Sabunçu rayon İcra şöbəsinin icraatına daxil olmamşdır.
23. ünvan 5 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, Əlirza Qafarovun iddiaçıya qarşı nikahın pozulmasına dair mülki iş 2008-ci il və 2005-ci ilin əlifba göstəricisindən keçmədiyindən qətnamənin surəti təqdim edilə bilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddiaçı xx.xx.2008-ci il tarixli 101 saylı nikahın pozulması haqqında şəhadətnamənin etibarsız sayılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4237/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (cavabdeh də üçüncü şəxs qismində cəlb edilmişdir) Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış X9 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli 101 №--li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında" şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
25. Hazırki mülki işə baxarkən qeyd edilən inzibati işin apellyasiya instansiyası məhkəməsində yekunlaşması və qanuni qüvvəsini alması ilə bağlı mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra, həmin inzibati qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin 2-1(102)-1172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır.
26. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. İş materiallarından və Ali Məhkəmənin qərarından görünür ki, nikahın pozulması haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Etibarsızlığın əsası kimi qeyd edilmişdir ki, nikahın pozulması haqqında akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə istinad edilsə də, nəinki həmin qətnamənin, ümumiyyətlə X5 X8 qarşı, yaxud da, X6 X7 qarşı nikahın pozulması tələbinə dair 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olması məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır.
28. Kollegiya qeyd edir ki, iddiaçı ilə X3 arasında olan nikahın pozulması haqqında şəhadətnamə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız sayıldığından, onlar arasında xx.xx.1979-cu il tarixdə Masallı rayonu Xıl kənd sovetində akt qeydləri kitabında 29 nömrə ilə qeydə alınmış nikah qüvvədə olmuşdur. Belə olduğu təqdirdə, X9 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 91 nömrə ilə qeydə alınmış nikah X9 ilə X6 nikahda olduğu dövrdə qeydə alınmışdır.
29. Ailə Məcəllənin 12.0.3-cü maddəsinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
30. Qeyd edilənlərə və Ailə Məcəlləsinin tələblərinə əsasən, X9 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 91 nömrə ilə qeydə alınmış nikahın birinci instansiya məhkəməsi tərəfidən etibarsız sayılması əsaslı olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində mərhumla nikah münasibətində olduğunu, onunla ailə olaraq birgə təsərrüfat apardığını, iddiaçının da onların ailə münasibətləri barədə məlumatlı olduğunu vurğulamağa çalışmışdır. Kollegiya bununla bağlı qeyd edir ki, həmin hallar sübut olunsa belə, onlar arasında rəsmi nikah müasibətinin mövcudluğu nəticəsinə gəlmək üçün kifayət etmir. Çünki, X19 həmin dövrdə Cavabdeh ilə faktiki olaraq yaşasa da, rəsmi olaraq X10 ilə boşanmamış (boşanmalarına dair hər hansı məhkəmə qərarı aşkar edilməmiş) və onunla evli olmuşdur.
32. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin olunmasından ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3271/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: İkram Şirinov Xəyal Sarıyev