Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4991/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin əşyaların iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(009)-208/2019 saylı qərardadından Cavabdeh1 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin əşyaların iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “vurulmuş zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Yasmal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-2814/2018 saylı qərardadı ilə iddianı təmini tədbir kimi ünvan 1 ünvanda yerləşən fərdə yaşayış evindən İddiaçı istifadə hüquqlarına hər hansı müdaxilə cavabdehlərə qadağan edilməsi və həmin evdə yerləşən bütün əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6966/2018 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 2/5 hissəsinin üzərinə həbs qoyulmuş və həmin əmlak üzərində hər hansı hərəkətləri etməyi cavabdehlərə və başqa şəxslərə (icarə hüququ olan şəxs istisna olmaqla) qadağan edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6966/2018 saylı qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6966/2018 saylı qərardadı ləğv edilmiş, iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilmiş və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-6966/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-6966/2018 saylı mülki işi Səbail rayon Məhkəməsinə göndərilməsi və Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)- 2814/2018 saylı mülki iş ilə eyni icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 İnitqam oğluna və Cavabdeh2 qarşı yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin əşyaların iddiaçıya təhvil verilməsi, həmçinin Cavabdeh2 vəkilə ödənilmiş vəsaitin əvəzi kimi 300 manat vəsaitin tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməməsi, həmçinin iddiaçı Cavabdeh1 iddia tələbləri qismən təmin edilərək İddiaçı Cavabdeh1 xeyrinə mebel və avadanlıqların dəyərinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4718/2019 saylı qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 2(009)-208/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı 40000 manat məbləğində pulun tutulması barədə iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin olunaraq Cavabdeh2 Cavabdeh1 xeyrinə 40000 manat məbləğində pul vəsaitinin və 16 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6271/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4718/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə X1 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 5 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. İş üzrə İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli akta əsasən İddiaçı Cavabdeh1 qarşı hazırki akt tərtb edilərək imzalandığı tarixədək irəli sürdüyü iddia tələblərindən imtina edir, habelə gələcəkdə Cavabdeh1 qarşı «İnside Boutique» adlı otel adı altında fəaliyyət göstərən və ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakla bağlı hər hansı bir iddia tələbi ilə müraciət etməyəcəyini öhdəsinə götürmüşdür. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı təmini tədbiri kimi Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 6966/2018 saylı qərardadı ilə Bakı şəəhri, Səbail rayonu, V.Məmmədov küçəsində yerləşən 6 saylı ev üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6966/2018 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Həmin qərardadın ləğvi ilə əlaqədar iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Əşrəf oğlu tərəfindən şikayət verilmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı tərəfindən iddianı təmini tədbirinin ləğvinə dair şikayətinə (ərizəsinə) tərəflərin iştirakı təmin edilməklə baxılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-208/2019 saylı, 02 mart 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş,Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6966/2018 saylı qərardadı ilə iddianı təmini tədbiri kimi ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhdudiyyət ləğv edilmiş,qərardadın icrası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh1 nümayəndəsi-vəkili şikayət verərək, qərardadı ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyatı icra sənədi üzrə 40.000 manat borcu olan Cavabdeh2 adınadır və belə vəziyyətdə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadının ləğv olunması müvafiq icra sənədinin icra edilməməsinə, yəni, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icrasız qalmasına gətirib çıxara bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-208/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkilşikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı vurulmuş zərərin tutulması barədə iddia tələbi üzrə iddianı təmini tədbiri kimi Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6966/2018 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı vurulmuş zərərin tutulması barədə iddiası qismən təmin edilərək Cavabdeh2 Cavabdeh1 xeyrinə 40000 manat məbləğində pul vəsaitinin və 16 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Mübahisəli ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərinə məhdudiyyət qoyulmamışdan əvvəl həmin əmlak Cavabdeh2 tərəfindən alqı-satqı müqaviləsinə əsasən (xx.xx.2018-ci il tarixdə) özgəninkiləşdirilmiş və İddiaçı satılmışdır.İddianı təmini tədbiri tətbiq edilməmişdən əvvəl özgəninkiləşdirilməsi qadağan edilən əmlak İddiaçı satılmışdır. Lakin əmlakın özgəninkiləşdirilməsi qadağan edildiyindən, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmamışdır.İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı münasibətdə irəli sürüdyü iddia tələbi təmin edilməmiş, eyni zamanda onlar arasında xx.xx.2018-ci il tarixdə barışıq aktı imzalanmışdır.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 Cavabdeh1 xeyrinə pul məbləğinin tutulmasına əsas məhz ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi, satılması olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi, məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı irəli sürülmüş tələb təmin edilməmiş və həmin əmlak Cavabdeh2 öhdəliklərinin təminatı kimi çıxış edə bilməz, yəni tutma həmin əmlaka yönəldilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, bir şəxsin öhdəliklərinə digər şəxs qanunda nəzərdə tutulmamış hallarda cavabdehlik daşıya bilməz və həmin şəxsin əmlakı öhdəliklərinin təminatı kimi çıxış edə bilməz.Mübahisə predmeti olan əmlak İddiaçı satıldığından, tələbin həmin əmlaka yönəldilməsinin mümkünsüz olduğundan iddianı təmini tədbiri qismində ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın üzərində məhdudiyyətin qalmasına mülkiyyətçinin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(009)-208/2019 saylı qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(009)-208/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-4991/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4991/2020
09.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver