Məhkəmə qərarları › İş №2(103)-4995/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4995/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4995/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” X5 X9 Təşkilatı (bundan sonra – QSC) cavabdehlər Cavabdeh1 və “xxxxxx” Mənzil Tikinti Kooperativinə (bundan sonra – MTK) qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı QSCnin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən İddiaçı (bundan sonra – MMC) iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 (bundan sonra – Bank) ilə cavabdeh F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 4811 saylı “Kredit müqaviləsi” və xx.xx.2013-cü il tarixdə bağlanmış 5089 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.762.048,03 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 727.106,26 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun borcalan F.İbrahimlidən və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdeh MTK-dan tutularaq iddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın X1 “ABB Premyer” Müştəri Xidməti ilə cavabdeh F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” əsasında Bank tərəfindən F.İbrahimliyə kreditdən istifadəyə görə illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 800.000 manat məbləğində ssuda hesabı açılmışdır. Qeyd edilən bu müqavilə üzrə F.İbrahimlinin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq iş üzrə digər cavabdeh olan MTK borcalan F.İbrahimliyə zamin durmuş və bu barədə Bank ilə MTK və F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Bundan başqa Bank ilə cavabdeh F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” əsasında Bank tərəfindən F.İbrahimliyə kreditdən istifadəyə görə illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 1.500.000 manat məbləğində ssuda hesabı açılmışdır. Qeyd edilən bu müqavilə üzrə F.İbrahimlinin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq iş üzrə cavabdeh olan MTK borcalan F.İbrahimliyə zamin durmuş və bu barədə Bank ilə MTK və F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. F.İbrahimli müxtəlif tarixli “Kassa məxaric orderlərinə” əsasən həmin məbləğləri Bankdan hissə-hissə götürmüşdür. Qeyd edilənlərə baxmayaraq cavabdehlər Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Nəticədə cavabdehlərin Banka 1.762.048,03 manat məbləğində əsas kredit borcu və 727.106,26 manat məbləğində faiz borcları yaranmışdır. Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bundan sonra Bank ilə QSC arasında xx.xx.2015-ci il tarixdə “Tələb hüququnun güzəşt edilməsi barədə müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən Bankın problemli aktivlərinin tələb hüququ QSC-yə keçmişdir. QSC ilə MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxx” əsasən isə QSC-yə keçmiş yuxarıda qeyd edilən hüquqlarının idarə edilməsi MMC-yə keçmiş və MMC də qeyd edilən borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, lakin borc ödənilməmişdir. Bu səbəbdən də, MMC, QSC-nin adından çıxış edərək hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.761.419,94 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 512.605,71 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh F.İbrahimlidən tutularaq iddiaçı QSC-yə ödənilməsini, iddianın qalan hissəsinin və cavabdeh MTK-ya aid olan hissəsinin təmin edilməməsini qət etmişdir. İddiaçı QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsini əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materialları və Rayon Məhkəməsinə təqdim edilmiş “Hesabdan çıxarışla” təsdiq olunur ki, Bank ilə cavabdeh F.İbrahimli arasında bağlanmış “Kredit müqavilələr” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun məbləği 1.762.048,03 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun məbləği isə 727.106,26 manat təşkil edir. Lakin işə baxmış Rayon Məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyi əsas götürmüş, ekspertiza rəyinin yoxlanılması üçün iş üzrə təkrar ekspertiza təyin etməmişdir, baxmayaraq ki, iddiaçının nümayəndəsi bu barədə vəsatət vermişdir. Bundan başqa Rayon Məhkəməsi iddianın zamin olan cavabdeh MTK-ya aid hissəsini təmin etməyərkən Bank ilə MTK və F.İbrahimli arasında bağlanmış “Zaminlik müqavilələrini” nəzərə almamışdır. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Əsgərov apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə və iddia tələbinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh F.İbrahimli və cavabdeh MTK-nın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi iddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin X1 “ABB Premyer” Müştəri Xidməti ilə cavabdeh F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən F.İbrahimliyə kreditdən istifadəyə görə illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 800.000 manat məbləğində ssuda hesabı açılmışdır. Bank ilə cavabdehlər MTK və F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, MTK yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə F.İbrahimlinin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bank ilə cavabdeh F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən F.İbrahimliyə kreditdən istifadəyə görə illik 15 faiz dərəcəsi ilə 12 ay müddətinə 1.500.000 manat məbləğində ssuda hesabı açılmışdır. Bank ilə cavabdehlər MTK və F.İbrahimli arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, MTK yuxarıda qeyd edilən ikinci “Kredit müqaviləsi” üzrə F.İbrahimlinin Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan müxtəlif tarixli “Kassa məxaric orderlərindən” görünür ki, F.İbrahimli ona açılmış ssuda hesabındakı kredit məbləğlərini Bankdan hissə-hissə götürmüşdür. İşin hallarından görünür ki, borcalan F.İbrahimli Bank qarşısında üzərilərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcu ödəməmişdir. Cavabdeh MTK da zamin olaraq Banka borcu ödəməmişdir. İşdə olan məktublardan görünür ki, borcun ödənilməsi cavabdehlərdən dəfələrlə tələb edilsə də borc ödənilməmişdir. “xxxxxxxxxxxxxxxx” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bank tərəfindən təqdim edilmiş hesablarda qeyd edilir ki, yuxarıda qeyd edilən “Kredit müqavilələri” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun məbləği 1.762.048,03 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun məbləği isə 727.106,26 manat təşkil edir. Rayon Məhkəməsi iddia ərizəsi ilə cavabdehlərdən tutulması xahiş edilən borc məbləğlərinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Rayon Məhkəməsi tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2019-cu il tarixli 14452 saylı ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun məbləği 338.020,64 manat, faiz borcunun məbləği 152.790,90 manat təşkil edir. xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun məbləği 1.423.399,30 manat, faiz borcunun məbləği isə 359.815,81 manat təşkil edir. İddiaçı QSC apellyasiya şikayətində bildirir ki, işə baxmış Rayon Məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyi əsas götürmüş, ekspertiza rəyinin yoxlanılması üçün iş üzrə təkrar ekspertiza təyin etməmişdir, baxmayaraq ki, iddiaçının nümayəndəsi bu barədə vəsatət vermişdir. Bununla bağlı Məhkəmə bildirir ki, məhkəmə iclas protokollarından görünür ki, ekspertizanın rəyi Rayon Məhkəməsinə daxıl olduqdan sonra iddiaçının nümayəndəsi A.Məmmədzadə məhkəmə iclasında iştirak etsə də, iş üzrə əlavə və ya təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə hər hansı formada vəsatət verməmişdir. MPM-nin 271 maddəsinə görə, məhkəmə iclasının protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir (maddə 271.1.). İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (maddə 274.1.). Lakin iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi A.Məmmədzadə hazırki iş üzrə keçirilmiş məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, o, məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Bundan başqa, Məhkəmə qeyd edir ki, iddiaçı QSC, ekspert tərəfindən verilmiş rəydə borcun məbləğinin səhv hesablandığını bildirsə də, bu xüsusatı təsdiq edə və rəyi şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya başqa mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyi nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, yuxarıda qeyd edilən “Kredit müqavilələri” üzrə əsas kredit borcu 1.761.419,94 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 512.605,71 manat təşkil edir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi iddianın zamin olan cavabdeh MTK-ya aid hissəsini təmin etməyərkən Bank ilə MTK və F.İbrahimli arasında bağlanmış “Zaminlik müqavilələrini” nəzərə almamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, borcalan F.İbrahimli kreditor Bank ilə aralarında bağlanmış “Kredit müqavilələrindən” irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, onunla yanaşı, zamin MTK-nın yuxarıda qeyd edilən “Zaminlik müqavilələri” üzrə üzərinə götürdüyü zaminlik öhdəliyinə əsasən F.İbrahimli ilə birgə məsuliyyəti yaranmışdır. Çünki, Mülki Məcəllənin 472.1-472.3-cü maddələrinin mənasına görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin Məhkəmə, hesab edir ki, iddiaçı QSC, öhdəliyin icrasının cavabdeh MTK-dan tələb edilməsi barədə iddiası əsassızdır və təmin edilə bilməz. Çünki Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdə olan “Zaminlik müqavilələrindən” görünür ki, müqavilələrdə zaminliyin müddəti göstərilməmiş, müqavilələrin 13.2-ci bəndlərində isə qeyd (hər birində ayrı-ayrılıqda) olunmuşdur ki, “Zaminlik müqaviləsi” borclu F.İbrahimlinin Bank ilə bağladığı “Kredit müqavilələri” üzrə Bank qarşısında öz üzərinə götürdüyü öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir. Məhkəmə hesab edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Çünki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə, əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Məcəllənin 367.3-cü maddəsinə görə, müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: təqvim tarixi; illər, aylar, həftələr, günlər və ya saatlar; hökmən baş verməli olan hadisə. Bank ilə cavabdehlər arasında bağlanmış xx.xx.2013 və xx.xx.2013-cü il tarixli “Zaminlik müqavilələrində” 1-ci və 2-ci formadan istifadə olunmamışdır. Apellyasiya şikayətində istinad edilən – “Kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icrası”nın isə 3cü formaya aid edilməsi barədə mövqe yanlışdır. “Kredit müqaviləsi üzrə öhdəliyin icrası” hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki hökmən baş verməli olan hadisə deyiləndə, elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyildir. Beləliklə, “Zaminlik müqaviləsində” zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixdə, xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə isə xx.xx.2014-cü il tarixdə başa çatmışdır, hazırkı iddia isə bu tarixlərdən təxminən 5 ilə yaxın müddət keçdikdən sonra - xx.xx.2018ci il tarixdə irəli sürülmüşdür. Zaminliyə xitam verildiyindən zamin MTK iddiaçı Bank qarşısında məsuliyyət daşımır. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi zaminə qarşı yönəlmiş tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də formal mülahizə xarakteri daşıyır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçı QSC-yə münasibətdə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçı QSC-nin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. QSC-yə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi iddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxx” X3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-cu il tarixli qətnamə iddiaçı “xxxxxxxxxxx” QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar