Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4996/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə (3-cü şəxs X4 Palatası) qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(006)-264/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə (3-cü şəxs X4 Palatası) qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına kompensasiya kimi “xxxx” ASC tərəfindən ödənilməli olan 3.600 manat pulun İddiaçı2 və İddiaçı1 müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xxxx” ASC tərəfindən ödənilməli olan kompensasiya məbləğinin Cavabdeh1 alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(006)- 264/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 3.075 manat 70 qəpik kompensasiya məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 23.01.2020-ci il tarixdə işə baxarkən, işə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada Cavabdeh1 məhkəmə bildirişi göndərməmiş, onun məhkəmə iclasında iştirakını təmin etməmiş, nəticədə Cavabdeh1 ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi hüququ pozulmuş, Cavabdeh1 məhkəmədə iştirak edə bilmədiyinə görə iddiaçıların qanunsuz və əsassız iddiasına qarşı özünün əsaslı olan dəlillərini məhkəməyə təqdim edə bilməmiş və özünün müdafiəsini təşkil edə bilməmişdir. “xxxx” ASC-nin 1 nömrəli Əcəmi filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 124221-CNS-4200 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan kredit alaraq, “KİA Cerato” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili almış və avtomobili bankın qarşısında borcun ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 ilk vaxtlar kredit məbləğini vaxtında ödəmiş, sonradan ölkədə baş vermiş devalivasiya nəticəsində kreditin ödənilməsində çətinliyi yaranmışdır. Bu səbəbdən avtomobili dəyərindən çox aşağı qiymətə, təxminən 10.000 ABŞ dolları ucuz qiymətə, 21.000 manata satmaq qərarına gəlmişdir ki, banka olan borcunu tam ödəsin. Həmin vaxt İddiaçı2 Cavabdeh1 məxsus olan “KİA Cerato” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili 21.000 manata almağa razılaşmış, lakin avtomobilin tam dəyəni nağd ödəyə bilməyəcəyini bildirərək, avtomobilin dəyərinin bir hissəsini Cavabdeh1 nağd ödəməyi və avtomobilin dəyərindən qalan hissəsini, yəni Cavabdeh1 əvəzindən “xxxx” ASC-yə olan kredit borcunun qalığını 4.500 ABŞ dollarını 2 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 07.12.2015-ci il tarixdə avtomobilin satışından əldə etdiyi puldan 4.500 ABŞ dollarını banka dərhal ödəmiş, cəmi 4.500 ABŞ dolları borcu qalmışdır, İddiaçı2 Cavabdeh1 07.12.2015-ci il tarixdən sonra banka ödəməli olduğu 4500 ABŞ dollarını (avtomobilin dəyərinin qalıq hissəsini) tam şəkildə banka ödəməyi öhdəsinə götürmüşdür. Bu razılaşmaya əməl edərək, Cavabdeh1 mülkiyyətində olan avtomobilə dair İddiaçı2 07.12.2015-ci il tarixdə etibarnamə vermiş, həmçinin avtomobili və ona aid sənədləri, sığorta şəhadətnaməsini İddiaçı2 təhvil vermişdir. İddiaçı2 avtomobilin dəyərinin bir hissəsini nağd olmaqla, qalan hissəsini isə banka olan borcu ödəmək şərti ilə nisyə almışdır. Cavabdeh1 İddiaçı2 qarşısında hər hansı bir öhdəliyi yoxdur, İddiaçı2 avtomobilin razılaşdırılmış 21.000 manat (həmin vaxt avtomobilin real dəyəri 32.000-33.000 manat idi) dəyərini, özünün bildirdiyi kimi bir hissəsini nağd şəkildə, qalan 4500 ABŞ dollarını isə hissə-hissə olmaqla banka ödəmiş və Cavabdeh1 mülkiyyətində olan “KİA Cerato” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə keçirmişdir. Hazırda avtomobil iddiaçının mülkiyyətinə keçdiyinə görə ona heç bir şəkildə zərər dəyməmişdir. Cavabdeh1 iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşısında hər hansı bir müqavilədən və ya qanundan irəli gələn öhdəliyi mövcud olmamışdır. Bu səbəbdən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq “xxxx” ASC-nin 1 nömrəli Əcəmi filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 124221- CNS- 4200 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 hesablanmış pul kompensasiyası iddiaçılara deyil, Cavabdeh1 ödənilməlidir. İddiaçı T. Rəhimov Cavabdeh1 banka olan qalıq borcunu ödəməklə, onun mülkiyyətində olan avtomobildən istifadə etməklə faydalanmış və borcu (avtomobilin qalıq dəyərini) banka tam ödəyəndən sonra, avtomobili öz mülkiyyətinə keçirmişdir. Bu səbəblərdən, iddia tələbi əsassız olduğundan tamamilə rədd edilməlidir. İddiaçılar apelyasiya şikayətinə yazılı etiraz təqdim etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bir neçə dəfə məhkəmə proseslərində iştirak etmiş və məhkəmə bildirişlərinin alınmasına dair müvafiq sənədləri imzalamışdır. Beləliklə, Cavabdeh1 məhkəmə iclasında iştirak etmək və öz hüquqlarını müdafiə etmək səlahiyyətləri təmin edilmişdir. Cavabdeh1 məhkəmə proseslərində iştirak etməsi və müvafiq bildirişlərin alınması barədə məlumat məhkəmə protokollarında qeyd edilmişdir. Cavabdeh1 ona məxsus olan avtomobili 07.12.2015-ci il tarixdə İddiaçı2 21000 manata satmışdır. İddiaçı2 avtomobilə aid olan məbləğin bir hissəsini Cavabdeh1 nağd ödəmişdir, avtomobilin dəyərinin qalan hissəsini onun “xxxx” ASC-də olan 10000 dollar məbləğində kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliyin İddiaçı2 tərəfindən tam yerinə yetirilmişdir. Bir sıra ödənişlər İddiaçı2 həyat yoldaşı İddiaçı1 vasitəsi ilə həyata keçirilmişdir. Avtomobilin dövlət qeydiyyat nişanının qiyməti (** ZT ***) “Dövlət rüsumu haqqında” qanununun 18.65.6.2-ci maddəsinə əsasən 22 manat təşkil edir. Avtomobilə dair kasko sığorta müqaviləsi Cavabdeh1 ilə sığorta təşkilatı arasında bağlanmışdır və həmin müqaviləyə əsasən sığorta hadisəsi baş verdiyi halda faydalanan şəxs qismində Cavabdeh1 çıxış edir. Yəni avtomobilin kasko sığortası İddiaçı2 və ödənilmiş kredit üzrə kompensasiya məbləğinin alınması tələbinə dair heç bir aidiyyəti yoxdur. Cavabdeh1 məxsus olan avtomobil nömrə ilə birgə satılmışdır və İddiaçı2, avtomobilin kasko sığortasına görə ödənilmiş pulları qaytarmağı öhdəsinə götürməmişdir. İddiaçı1, İddiaçı2 həyat yoldaşıdır. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu səbəbdən ödənilmiş kreditə görə kompensasiyanın geri alınması tələbi İddiaçı1 da məxsusdur. Avtomobilin qiyməti Cavabdeh1 tərəfindən müstəqil qaydada 21 000 manat məbləğində müəyyən edilmişdir. Avtomobilin qiyməti İddiaçı2 tərəfindən ödənilmiş kreditə görə kompensasiya məbləğinin alınması tələbinə heç bir aidiyyəti yoxdur. Cavabdeh1 ilə İddiaçı2 arasında bağlanmış şifahi razılışmaya (müqaviləyə) əsasən 07.12.2015-ci il tarixdə ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 satılmışdır və həmin tarixdən avtomobilə dair bütün hüquqlar (o cümlədən mülkiyyət hüququ) və “xxxx” ASC-nin qarşısında olan Cavabdeh1 kredit öhdəlikləri İddiaçı2 keçirilmişdir. İddiaçı2 tərəfindən icra edilmiş kredit öhdəliklərinə görə kompensasiya məbləğinin Cavabdeh1 tərəfindən alınması əsassız varlanma kimi qiymətləndirilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasındaiştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini iddia tələbinin təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş materialları əsasında belə qənaətə gəlmişdir ki, “xxxx Azərbaycan)” ASC-nin 1 nömrəli Əcəmi filialı ilə Cavabdeh1 arasında 30.04.2014-cü il tarixli 124221-CNS-4200 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncuya müqavilə şərtlərinə uyğun olaraq kredit verilmişdir. Verilmiş kredit hesabına Cavabdeh1 avtomobil almış, avtomobil banka ipotekaya qoyulmuş, Cavabdeh1 ilk vaxtlar kredit məbləğini ödəmiş, sonradan aldığı avtomobili faktiki olaraq İddiaçı2 satmış, tərəflər arasında olan şifahi razılaşmaya əsasən İddiaçı2 Kredit müqaviləsi üzrə qalıq borcu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçılar tərəfindən müxtəlif tarixlərdə banka Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə ödəniş etmişlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehə ödənilmiş kompensasiya məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən müəyyən edilmişdir. Həmin fərmana əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən fərmanına əsasən kompensasiya məbləğinin kredit götürən şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Elə həmin fərmana uyğun olaraq da kompensasiya məbləği məhz cavabdehə ödənilmişdir. İddiaçının həmin məbləği tələb etməsini nəzərdə tutan hər hansı maddi hüquq norması, həmçinin iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından apelyasiya şikayəti təmin edilməklə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. İddia təmin edilmədiyindən MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(006)- 264/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4996/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4996/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver