Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4998/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-707/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, X3 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi) cəlb edilməklə – cavabdehdən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 38 saylı mənzilinə dair X2 adına yazılan 17.12.2006-cı il tarixli 0206 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06.12.2006-cı il tarixli qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli 41 saylı qərarın (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 38 saylı mənzilə Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən X2 adına yazılan 17.12.2006-cı il tarixli 0206 saylı orderinin etibarsız hesab edilməsi və X2 yaşayış sahasinə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinə 12.04.2019-cu il tarixli (22.04.2019-cu il tarixdə M-62 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 17.12.2006-cı il tarixli, 0206 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 38 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. İddiaçı məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 26.07.2013cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 fevral 2011ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X9 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərlə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının dövlət mənzil fonduna aid 38 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X12 və X17 aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan sonra X4 38 saylı mənzilin açarını əldə edərək qapısını bağlamış, lakin bir gündə olsun orda yaşamamışdır. Belə ki, X4 ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamasına baxmayaraq, qeyd edilən mənzilin qapısını bağlayaraq balanssaxlayan təşkilat tərəfindən sahiblik funksiyasının həyata keçirilməsinə maneə yaradır. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna müraciət edilərək məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 cavab məkubu ilə bildirilmişdir ki, ünvan 1 saylı yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli X18 İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (xx cağırış Bakı şəhər X18 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd, X18nin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir”. İddia tələbini əsaslandırmaq məqsədilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin işçisi X7 iş yerində mənzil növbəsinə götürülməklə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 26.01.2009-cu il tarixli 23 saylı sərəncamı ilə təsdiq edilməklə verilmiş 002679 saylı, 27.01.2009-cu il tarixli orderin və qeyd edilən sərəncamın surəti iddia ərizəsinə əlavə edilir. Hansı ki, X4 tərəfindən təqdim edilmiş order əldə edilərkən göstərilən tələblərə birmənalı olaraq əməl edilməmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verilməlidir. Qəzalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, barakalarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarları ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X18nin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Həmçinin “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqına” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16.10.1992-ci il tarixli, 2 №-li qərarına (Ali Məhkəmənin Plenumunun 20.05.1994-cü il tarixli, 4 saylı və 25.12.1998-ci il tarixli, 4 saylı qərarları ilə edilmiş düzəlişlərlə) əsasən Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri məzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictiami mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-707/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti iddia ərizəsində göstərilənlər əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-707/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qətnamə ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu, üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri və X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-707/2021 saylı, 12 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.08.2019cu il tarixli 2(011)-5771/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ünvan 1 saylı yataqxana binasının 38 saylı mənzilinə dair cavabdeh X2 qanunsuz olaraq əldə etdiyi 17.12.2006-cı il tarixli, 0206 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. İş materiallarında olan 26.07.2013-cü il tarixli 294№ saylı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 31s ömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansında olan məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. İş materiallarında olan sədr müavini Mirdaməd Seyidov tərəfindən Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” zavoduna ünvanlanmış 11.02.2019-cu il tarixli 48 saylı məktubdan görünür ki, yaranmış zərurətlə əlaqədər “Radioquraşdırma” İstehsalar Birliyinin işçilərinə ünvan 1 ünvanında yerləşən yataqxanada məcburi köçkünlərin məskunlaşdığı otaqlara “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən müəssisənin əmək münasibətlərində olan işçilərinin asına orderlərin verilib-verilməməsi, verildiyi təqdirdə həmin şəxslər, onların adına verilmiş order və yaşayış otağının ayrılması haqqında protokollar barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan baş direktor Çingiz Əliyev tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini cənab Mirdaməd Seyifova ünvanlanmış 04.03.2019-cu il tarixli 02/47 saylı məktundan görünür ki, əvvəlki dövrlərdə ünvan 1 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verilə bilmir. İş materiallarında olan sədr müavini Mirdamed Seyidov tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziriliyinə ünvanlanmış 18.12.2019-cu il tarixli məktubundan görünür ki, 2004 və 2006-cı illərdə Bakı “Radioquraşdırma” İstehsalat Birliyində işləyib-işləməməsi, Birliyin işçisi kimi iş yeri üzrə mənzil növbəsinə götürülübgötürülməməsi, əgər götürülmüşdürlərsə növbəlik siyahısının rayon icra hakimiyyətində təsdiq edilib-edilməməsi və həmin şəxslərin mənzillə təmin edilibedilməməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə məlumat verilməsinə göstəriş verməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodunun direktoru Çingiz Əliyev tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Mirdaməd Seyidova ünvanlanmış məktubdan görünür ki, şəxslərin mənzillə təmin edilibedilməməsi barədə məlumatlar təqdim olunmuşdur. X5 16.05.1984-cü il tarixindən 08.01.2007-ci il tarixinədək “Radioquraşdırma” zavodunda işləmişdir. X4 mənzil verilməsi haqqında növbəlik siyahısında 218-ci adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayonunun İcra Hakimiyyətində təsdiq edilib-edilməməsi barədə məlumat yoxdur. İş materiallarında olan X4 tərəfindən Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış ərizədən görünür ki, X4 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 38 saylı mənzilə dair, onunla kirayə müqaviləsinin bağlanılımasını xahiş etmişdir. İş materiallarında olan Bakı “Radioquraşdırma” İB tərəfindən verilmiş 17.12.2006- cı il tarixli 0206 saylı orderin surətindən görünür ki, X1 rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş 2 mərtəbədəki yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 38 nömrəli mənzili tutmaq hüququna malikdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı birliyinin 14.05.2019- cu il tarixli 68/13-Ç saylı Bakı şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış məktubundan görünür ki, ünvan 5 (keçmiş yataqxana) 38 saylı mənzilində 1993-cü ildən Ağdam rayon məcburi köçkünü X12 2 nəfər (özü və qızı) ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Onlar Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci il iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil X6 tərəfindən zəbt edilmişdir. İş materiallarında olan mülki iş üzrə 3-cü şəxs X4 tərəfindən məhkəməyə ünvanlanmış 13.11.2020-ci il tarixli etirazdan görünür ki, məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(103)-14041/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5771/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.07.2020-ci il tarixli 2(102)-2561/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.12.2019-cu il tarxili, 2(103)-14041/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli 1(011)-10/2017 saylı hökmündən görünür ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 4000 manat miqdarında cərimə cəzasına məhkum edilməsi, X16 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədət dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. İş materiallarında olan AZE seriyalı 05990649 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisə edilən order 17.12.2006-cı tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orerin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Kollegiya qeyd edir ki, maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göründüyü kimi, mübahisəli mənzilə order 17.12.2006-cı il tarixdə verilmişdir. Mübahisəli mənzilin yerləşdiyi ünvandakı yataqxana 26.07.2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 14 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da, orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-707/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-707/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4998/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4998/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver