Məhkəmə qərarları › İş №2(103)-4998/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4998/2023

28.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4998/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və «Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və Reystri» Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(009)-751/2023 nömrəli qərardadından Cavabdeh1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və «Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və Reystri» Publik Hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(009)-751/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Həmin qərardaddan Cavabdeh1 verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə qərardadında göstərmişdir ki, məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlamaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Bu əsasla mülki işi baxılmamış saxlamışdır. Hesab edir ki, məhkəmə MPM-nin 259.0.11-ci və 10-1.3-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, qərardaddan şikayət verilən günədək elektron məhkəmə sistemində ümumiyyətlə İddiaçı iddia ərizəsinin baxılmamış saxlamaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədləri geri qaytarılması barədə ərizəsi mövcud olmamışdır. Əksinə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron məhkəmə sisteminə vəkilin infarkt keçirdiyindən mülki işin təxirə salınması barədə ərizəsi mövcuddur, hətta sübut kimi “əmək qabiliyyəti olmaması vərəqəsi” də sübut kimi əlavə edilmişdir. Göründüyü kimi məhkəmə qanunun tələblərini pozmuşdur. Qanunun tələblərinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin elektron məhkəmə sistemindən də görünür ki, xx.xx.2023-cü il tarixdə o, iddia ərizəsinə etiraz təqdim edərək mülki işə mahiyyəti üzrə baxılıb iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmaqla geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Məhkəmə iddiaçının ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarmaqla, mülki işin baxılmamış saxlanılmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizənin təmin edildiyini göstərsə də, iş materiallarından Cavabdeh1 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi müəyyən edilir. Belə ki, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia baxılmamış saxlanılmaqla mülki-prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, prosessual qanunvericiliyin qeyd edilən müddəasına görə 2 şərt birlikdə mövcud olmalıdır ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Həm iddiaçının iddianın geri qaytarılması barədə ərizəsi olmalı, eyni zamanda da cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməməlidir. Bu şərtlər birlikdə mövcud olmadığı halda iddia ərizəsinin baxılmamaış saxlanılmasına yol verilmir. Hazırki işdən də göründüyü kimi, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə versə də, cavabdeh tərəf məhkəmə iddia ərizəsinə etiraz təqdim etməklə işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyion qeyd edilən normasını nəzərə almadan işə mahiyyət üzrə baxılmasını davam etdirməli olduğu halda düzgün olmayaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Beləliklə, kollegiya qeyd edilənləri nəzərə almaqla hesab edir ki, qərardad ləğv edilməli və mülki iş, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(009)-751/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və «Daşınmaz Əmlakın Əmlakın Dövlət kadastrı və Reystri» Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar