Məhkəmə qərarları › İş №2(103)-5/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Abbas qızına qarşı evin kənar şəxslərdən və əşyalardan boşaldılmasına dair iddiası üzrə Nərimanov rayon Məhkəməsinin 2(005)-1098/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən (hakim Gültəkin Əsədova) Cavabdeh Abbas qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Abbas qızına qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evdən cavabdeh və ailə üzvlərinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Evi alarkən orada yaşayan Cavabdeh Abbas qızı xahiş etmişdir ki, xx.xx.2015-ci ilədək onların mənzildə yaşamalarına icazə versin. O da onların xahişlərini nəzərə alaraq göstərilən vaxtadək onların orada yaşamalarına icazə vermişdir. Lakin hazırda cavabdeh ailə üzvləri ilə birlikdə evdən çıxmaqdan imtina edir. Bununla da iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Ona görə də Cavabdeh Abbas qızının ailə üzvləri və əşyaları ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi izahatı və təqdim etdiyi sənədləri əsas götürərək, onun iştirakını təmin etmədən iddiasını təmin etmişdir. Məhkəmə işə baxarkən həmin əmlakın həqiqətən də iddiaçıya məxsus olmasını, nə onun həmin mənzildə bu vaxta kimi və hansı əsaslarla yaşamağını araşdırmamış və nəticədə belə bir qətnamənin çıxmasına səbəb olmuşdur. Mübahisəli mənzil iddiaçıya formal məxsus olmaqla, ev «xxxx» ASC-nin 1 saylı filialı tərəfindən kredit alınması üçün maraqlı şəxs «Emil-1» firmasının direktoru X11 tərəfindən ipoteka ilə yüklü edilmişdir. Müqavilə şərtlərinə müvafiq olaraq kredit götürülmüş pul vaxtında və lazımi qaydada ödənilmədiyi üçün cavabdehin və onun ailə üzvlərinin razılığı ilə alqı-satqı edilərək X1. Sonradan həmn ev onun yaxın tanışı olan X10 adına alqı-yolu ilə satılmışdır. Lakin ev onun istifadəsində olmuşdur. Maraqlı şəxs «xxxx» ASC nin 1 saylı filialında ipoteka ilə yüklü olaraq qalmışdır. Sonradan 2015-ci ilin yay aylarının əvvəlində Beytulla Hüseynov onun həyat yoldaşını və «xxxx» ASC-nin 1 saylı filialının müdiri X2 çağırıb bildirmişdir ki, ev onun olduğu üçün öz xoşuna ona qaytarılsın. Sonra həyat yoldaşı X9 və «xxxx» ASC-nin 1 saylı filialının müdiri X8 Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Transmilli X5 baş idarəsinin rəisi polkovnik Fizuli Əliyev otağına çağırıb bildirmişdir ki, həmin ev milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Telefon Rabitəsi istehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovundur. Bu səbəbdən də tezliklə kredit borcunu tam ödəyib evi boşaltmalısınız. Həyat yoldaşı X12 və Ələddin müəllim qorxudan gəlib evin qalan borcunu yarısını onun həyat yoldaşı, digər hissəsini isə Ələddin müəllim bankın adından və onların dediyi adımın hesabına, yarısını isə bankın hesabına ödəyib evi ipotekadan çıxarmışlar və İddiaçı adına rəsmiləşdirmişlər. İndi isə həmin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə əlaqədar Xətai rayon Məhkəməsinə iddia vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4279/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərardadı ilə hazırki mülki işin icraatı iddiaçı X10 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddiasına baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-1248/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat təzələnmiş və mülki işə baxılması xx.xx.2018-ci il tarixə təyin edilmişdir. Bundan sonra İddiaçı icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-1248/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, hazırki mülki iş üzrə icraat iddiaçı X6 cavabdehlər X15 və qeyrilərinə qarşı “evin ipotekaya qoyulmasına verilmiş razılıq ərizəsinin və etibarnamənin, ipoteka müqaviləsinin, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, cavabdehlərdən müştərək qaydada 383000 manat məbləğində pulun alınaraq onlara ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-9/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin həyat yoldaşı X12 iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İcraat təzələndikdən sonra işə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmış, cavabdehin və üçüncü şəxsin iş materiallarında olan faktiki və qeydiyyat ünvanları üzrə göndərilmiş məhkəmə bildirişləri çatmamış, məhkəmə cavabdehin və üçüncü şəxsin iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyünü nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X13 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin iclasında iştirak edən iddiaçı, vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-1098/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən və Bakı Apelyasiya Məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışdan görünür ki, ümumi sahəsi 391 kv.m olan, 2005-ci ildə inşa edilmiş 3 mərtəbəli 7 otaqlı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı yaşayış evi iddiaçının mülkiyyətindədir. İşdə olan 35 saylı MKİS tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı evin sahibi İddiaçı olmaqla evdə heç kim qeydiyyatda deyildir. Cavabdeh Abbas qızının həmin ev üzərində hər hansı hüquqverici sənədi olmasa da apelyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh və ailə üzvləri hazırda mübahisəli evdə yaşayır. Məhz bu səbəbdən cavabdeh iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin hüquqi əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun “mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdirlər. Qeyd edilən normaların tələblərinə əsasən iddiaçının mülkiyyətində olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək məhkəmə iclaslarında onun iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı evə məhkəmə bildirişləri göndərilmiş, lakin həmin ünvan üzrə bildirişlər qəbul edilməmişdir. İşdə cavabdehin digər yaşayış ünvanı barədə məlumat olmadığından işə cavabdehin iştirakı olmadan baxmaqla məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdir. Apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını müəyyən edən sənədlər onlar tərəfindən mübahisələndirilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı ev üzərində İddiaçı mülkiyyət hüququ ilk dəfə xx.xx.2007-ci il tarixdə qeydə alınmış, həmin yaşayış evi iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə F.Sadıqova, F.Sadıqov tərəfindən isə xx.xx.2011-ci il tarixdə V.Məmmədov tərəfindən verilmiş etibarnamə əsasında “xxxx” ASC tərəfindən “Emil-İ” firmasına verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, o cümlədən həmin etibarnamə əsasında yaşayış sahəsi üzərində ipoteka yüklülüyü saxlanılması şərti ilə qeyd edilən ev xx.xx.2014-cü il tarixdə bankda kredit mütəxəssisi vəzifəsində çalışan X3, xx.xx.2015-ci il tarixdə isə yenidən İddiaçı satılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1067/206 saylı xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X4 Taryel Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir. Eyni zamanda Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)6016/2017 saylı qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı evin ipoteka ilə yüklü edilməsi zamanı əsas götürülmüş xx.xx.2011-ci il tarixli V.Məmmədova verilmiş etibarnamə və həmin etibarnamə əsasında bağlanmış ipoteka, alqı-satqı müqaviləsi və digər sənədlər etibarsız hesab edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119 saylı evlə bağlı digər mülki məhkəmə mübahisələri yekunlaşmış və yekunda məhkəmələr tərəfindən qeyd edilən evin iddiaçı İddiaçı iradə ifadəsi olmadan qanunsuz ipoteka ilə yüklü edildiyi və özgəninkiləşdirildiyi müəyyən edilərək həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ bərpa olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Nərimanov rayon Məhkəməsinin 2(005)-1098/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Abbas qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1098/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar