Məhkəmə qərarları › İş №2(103)-500/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-500/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-500/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(004)-804/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predimetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12692.40 ABŞ dolları əsas, 14591.11 ABŞ dolları faiz, 3441.53 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020- ci il tarixədək gecikdirilmiş axt üçün illik 5 faizlə hesablanmış 1318.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32043.29 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “11 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsi 2015-ci il 27 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 27 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 27 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12692.40 ABŞ dolları əsas, 14591.11 ABŞ dolları faiz, 3441.53 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1318.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32043.29 ABŞ dolları borcu vardır. 27 avqust 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(004)-804/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 12692,40 (on iki min altı yüz doxsan iki ABŞ dolları qırx sent) ABŞ dolları əsas borc, 7139,60 (yeddi min yüz otuz doqquz ABŞ dolları altmış sent) ABŞ dolları faiz borcu olmaqla, 500 (beş yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1318,25 (bir min üç yüz on səkkiz ABŞ dolları iyirmi beş sent) ABŞ dolları, cəmi 21650,25 (iyirmi bir min altı yüz əlli ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat, 20 (iyirmi) manat xidmət haqqı, 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbi Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməsi, ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin və torpaq sahəsinin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-804/2021 saylı iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsinin qismən, Cavabdeh faiz və cərimə borcunun tutlması hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilərək, həmin hissədə tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamədə göstərir ki, "...Cavabdeh 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12692.40 ABŞ dolları əsas, 7139.60 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə və 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1318.25 ABŞ dolları borcu vardır...". Məhkəmə qətnaməsi qəbul olunarkən Bank tərəfindən təqdim olunmuş mötəbər sübutlar nəzərə alınmadan, heç bir normaya istinad edilmədən, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən, əsassız olaraq hakim öz mülahizəsi əsasında əsas borcu iddia tələbinə, faiz borcunu isə ekspert rəyinə münasibətdə müəyyən etmiş, cəriməni isə dəfələrlə azaltmışdır. İş materiallarından göründüyü kimi, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilən 14591.11 ABŞ dolları faiz borcu ilə ekspert rəyində göstərilən 7139.60 ABŞ dolları faiz borcunun arasındakı mühüm fərqə diqqət yetirməmiş, təkrar yaxud əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən və əsaslındırmadan qətnamə qəbul etmişdir. Halbuki, işin materiallarından göründüyü kimi, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, ödəniş cədvəli üzrə nəzərdə tutulmüş ödənişləri vaxtında aparmamışdır. Kredit müqaviləsinin müddəti ərzində cavabdeh ödənişləri gecikdirmişdir. Bu səbəbdən, həmçinin cavabdeh ödəniş cədvəlini pozduğundan, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdehə ödənilmiş faiz məbləğindən başqa 14591.11 ABŞ dolları faiz borcu hesablanmışdır. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: "Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır". Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - "Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır" müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 300 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamış, düzgün olmayan hesablamalar aparmış və qətnamədə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamış, düzgün olmayan hesablamalar aparmış və qətnamədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, Cavabdeh faiz və cərimə borcunun tutlması hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə cərimə borcu hissəsində dəyişdirilməlidir. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən, faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Əvvəla məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlillərinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və 19 aprel 2022-ci il tarixdə məhkəməyə 28 mart 2022-ci il tarixli 9/7758 saylı Ekspertiza Rəyi daxil olmuşdur. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC-nin 11 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “11 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. 25.05.2021-ci il tarixli, 9/1952 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka 27.08.2018-ci il tarixə əsas borc üzrə 16244,34 ABŞ dolları, faiz borcu üzrə 7139,60 ABŞ dolları olduğu müəyyən edilmişdir. İş materiallarında olan 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış 5 % əldən çıxmış fayda olaraq 1318,25 ABŞ dolları borcu vardır. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 19 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 28 mart 2022-ci il tarixli, 9/7758 saylı Ekspertiza Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27.08.2015-ci il tarixli, 23-G1-1-0-482-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 27.08.2018-ci il tarixə əsas borc üzrə - 16.244,34 ABŞ dolları, faiz borcu üzrə - 7.139,60 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12692,40 (on iki min altı yüz doxsan iki, qırx sent) ABŞ dolları əsas borc, 7139,60 (yeddi min yüz otuz doqquz, altmış sent) ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1318,25 (bir min üç yüz on səkkiz ABŞ dolları iyirmi beş sent) ABŞ dolları Cavabdeh iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya şikayətinin cərimənin azaldılması barəsində dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kollegiyası 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində göstərilən cərimənin 3441.53 ABŞ dolları məbləğində deyil, 1057 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Birinci instansiya məhkəməsinin isə ümumi borc məbləğinə münasibətdə cərimə məbləğini 500,0 ABŞ dolları məbləğində müəyyən etməsi kreditorun mənafeyinin pozulmasına səbəb olar. Odur ki, Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(004)- 804/2021 nömrəli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilməli, cərimə məbləği 1057 ABŞ dolları müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(004)-804/2021 nömrəli qətnaməsi cərimə borcu məbləği hissəsində dəyişdirilsin. Cərimə məbləği 1.057,0 (bir min əlli yeddi) ABŞ dolları (Ödəniş günü manata olan məzənnəyə uyğun olaraq) müəyyən olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar