Məhkəmə qərarları › İş №2(103)-5000/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5000/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5000/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(008)-68/2025 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın Cavabdeh2 və başqalarına qarşı irəli sürdüyü “vurulmuş zərərin əvəzinin ödəniləsi və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Həmin qətnamədən iddiaçı MTK-nın verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) xx.xx.2025-ci il tarixli qərardadla həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatını mümkün hesab etmiş və şikayət üzrə apellyasiya baxışı iclasını təyin etmişdir. İş apellyasiya baxışına qəbul edildikdən sonra müəyyən edilmişdir ki, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 da həmin qətnamədən apellyasiya şikayəti vermişdir və “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası haqqında” ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Rayon Məhkəməsi Cavabdeh2 “prosessual müddətin bərpası haqqında” ərizəsinə baxmamış, onun tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsini müzakirə etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinə və onun verdiyi “prosessual müddətin bərpası haqqında” ərizəsinə baxılması üçün Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki MPM-in 384.0.6-cı maddəsinin mənasına görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 22 avqust 2025-ci il tarixli qərardad ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 verdiyi “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası haqqında” ərizəsinə və onun tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar