Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5001/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülki iş (Açar sözlər: «mənzilə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2482/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-468/2018 saylı mülki iş üzrə 09 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilərək ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3- cü blokunda, 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdeh “X5” MMC-dən alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bu qətnamə 19 dekabr 2022-ci il tarixdə icraya yönəldilmiş, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraat zamanı icra vərəqəsində qeyd olunan ünvanın X4 mülkiyyətində olduğu qeyd olunaraq icra məmurunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi icra edilmədən məhkəməyə geri qaytarılmışdır.
2. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 1, 10 saylı mənzil Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli protokoldan çıxarışa və maliyyə arayışına əsasən ilkin olaraq xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bu mənzilə dair Samir Hacızadənin adına ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli çıxarış verilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilib ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqlı 64 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı, X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilə köçürülmə ilə bağlı maneələri aradan qaldırmaqla həmin mənzilə köçürülmə ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilir ki, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında ünvan 3 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzil 27 mart 2015-ci il tarixdə 26 nömrəli müqavilə bağlanmaqla, mənzilin hər kvadratı 559 manat olmaqla dəyəri 90.750 manata iddiaçıya satılmışdır. Mənzilin dəyəri iddiaçıya tam şəkildə ödənmiş, 25 nömrəli maliyyə arayışı verilmişdir. Mənzil iddiaçıya təhvil verilmiş və mənzildə təmir işləri etdirməyə başlamış və müəyyən səbəblərdən mənzildə istifadə imkanları məhdudlaşdırılmış və bu əsasla da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, “X5” MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək mənzilin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını istəmiş və Yasamal Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixdə iddia tələbi üzrə 2(103)- 7960/2018 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018- ci tarixli 2(103)-7960/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, birinci inistansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxıklması üçün apellyasiya inistansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 1629/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7960/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş, mənzilin “X5” MMC-dən alınaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və icra şöbəsi məhkəmə qətnaməsini icra etməmiş və icra səbəbi olaraq qətnamədə köçrülmə tələbinin olmamasını qeyd etmişdir və bu əsasla təkrarən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, “X5” MMC-nin tikdiyi binalar Cavabdeh Mənzil Tikinti Kooperativinə təhvil verilmişdir. “X5” MMC-nin xx.xx.2015-ci il tarixdə yazdığı bildirişdə Telman Quliyev Cavabdeh MTK-nın fəaliyyəti olmadığı üçün onun Cavabdeh MTK-da podratçı və icraçı səlahiyyətlərinin olduğu üçün gələcəkdə binalar təhvil verilmə zamanı Cavabdeh MTK tərəfindən tanınmaq və çıxarışların alınıb verilməsi şərtləri ilə sənədləşmə aparılmasına Yeni Yasamal yaşayış massivi Xarici Dairəvi küçəsi 2-də inşa olunan 10 mərtəbəli yaşayış binasının “X5” MMC-nin möhürü ilə imzalanaraq sənədləşdirilməsinə dair qeyd var. Bundan başqa, “X5” MMC-dən verilən sənədləşmələr üzrə əmlakçıların Cavabdeh MTK tərəfindən payçılara verilməsi və çıxarış alınması təhviltəslim işləri Cavabdeh MTK təsisçisi ilə X3 arasında olan razılaşma müqaviləsi üzrə öhdəliklərinə görə gələcəkdə bina təhvil verən zaman Cavabdeh MTK tərəfindən təmin olunmasına dair qeydlər var və həmin bildirişin bir nüsxələri Cavabdeh MTK-nın təsisçilərinə göndərilmişdir. “X5” MMC tərəfindən, Telman Səlimov tərəfindən satılan yaşayış evlərinə dair alıcılardan çıxarış alanlar da mövcuddur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2482/2023 saylı, 02 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin təmin edilərək İddiaçı ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsi; Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı ünvan 4 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 saylı mənzilə köçürülməsinə yaratdığı maneələrin aradan qaldırılması; iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad edərək qənaətində göstərib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin mənzil iddiaçıya təhvil verilməmiş və iddiaçının həmin mənzilə köçürülməsinə maneə yaradılmışdır. Bunun nəticəsində iddiaçı həmin mənzilə sahiblik və ondan istifadə edə, həmçinin orada yaşaya bilmir. Həmçinin, cavabdehin nümayəndəsi mübahisəli mənzilin X2 məxsus olduğunu qeyd etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil ilə X1 mülkiyyətində olan mənzilin yerləşdikləri blok, mənzillərin nömrəsi və sahələri fəqli olmaqla eyni mənzil deyildir. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona təhvil verilməli olan mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli bina 90-cı illərdə inşası başlanılmış yarımçıq tikilinin inşasının davam etdirilməsi üçün Şakir Hüseynov tərəfindən alınmışdır. Şakir Hüseynov sahibkar kimi sözügedən binadan yaşayış sahələri və qeyri-yaşayış sahələri barədə payçılarla müqavilələr bağlamışdır. ünvan 5 ünvanında yerləşən bina Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən idarə olunmuş və Cavabdeh MTK tərəfindən verilmiş ümumi yığıncağın protokolundan çıxarış və maliyyə arayışı əsasında payçılar öz əmlaklarını dövlət qeydiyyatından keçirməklə mülkiyyət hüququ əldə etmişlər. “X5” MMCnin direktoru Telman Səlimov tərəfindən ünvan 5 ünvanında yerləşən binadan dələduzluq yolu ilə satılmış mənzil və ya qeyri-yaşayış sahələri barədə prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və Telman Səlimov təqsirləndirilərək məsuliyyətə cəlb olunmuşdur. Telman Səlimova pul verən şəxslər isə cinayət işində zərərçəkmiş kimi tanınmışlar. Göründüyü kimi, “X5” MMC-nin direktoru Telman Səlimov ünvan 5 ünvanında yerləşən bina üzərində heç bir hüququ olmadan qanunsuz yolla yaşayış və ya qeyri-yaşayış sahələri sataraq vətəndaşlara dələduzluq etməsi tam təsdiqini tapmışdır. 2019-cu ildə prezident cənab İlham Əliyevin göstərişindən sonra ünvan 5 ünvanında yerləşən binanın payçılarına Cavabdeh MTK tərəfindən verilən müvafiq sənədlər əsasında mülkiyyət hüququ əldə etmişlər. Sözügedən ünvanda yerləşən binada heç bir şəxs “X5” MMC-nin müqaviləsi (sənədləri) əsasında payçı kimi mənzilini dövlət qeydiyyatından keçirməmişdir. Bu isə onu sübut edir ki, “X5” MMC-nin həmin bina üzərində heç bir hüququ olmamışdır. İddiaçı mənzilinin hansı binada olduğunu bilmir və göstərdiyi mənzil başqa şəxsin mülkiyyətindər. Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzil yoxdur. Bina Cavabdeh MTK tərəfindən idarə olunur və həmin binada boş mənzil yoxdur. Mənzillər sahibkar Şakir Hüseynov tərəfindən satılan alıcılarına təhvil verilmişdir. Tərəflər arasında hüquq münasibətlərinin və öhdəliklərinin yaranması üçün müqavilə olmamışdır. Cavabdeh MTK-nin cavabdeh olmadığı və iddiaçının köçürülməsinin MTK-ya aid olmadığı bəllidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və onun vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin, eləcə də 3-cü şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməzdi. 21.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
22. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin (iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizənin) nəticə hissəsində(bax.i.v.96) mənzilə köçürülmə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmaqla mənzilə köçürülmə qeyd olunması iddianın yalnız bu cür tələb göstərildiyinə görə təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
23. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini əsas götürüb qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməyə əsasən, ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya təhvil verilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən həmin mənzil iddiaçıya təhvil verilməmiş və iddiaçının həmin mənzilə köçürülməsinə maneə yaradılmışdır. İlk növbədə qeyd olunur ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ancaq hazırki iş üzrə cavabdeh kimi göstərilən Cavabdeh MTK həmin işdə iştirak edən şəxs olmamış, eləcə də qətnamə ilə təhvil verilməsi nəzərdə tutulan mənzillə bağlı “X5” MMC ilə hansısa hüquqi əlaqəsi, bağlılığı, hüquq varisi yaxud hansısa öhdəliklərinin ona keçməsi təsdiq olunmur, həmçinin bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu cür vəziyyətdə həmin qətnamə ilə müəyyən edilən halların hazırki işdə cavabdeh olan MTK üçün niyə preyudisial əhəmiyyətə malik olması başadüşülən olmamışdır. Həqiqətən də qeyd olunan qətnamədə mübahisəli mənzilin həmin işdə cavabdeh olan “X5” MMC tərəfindən iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Ancaq məhkəmə həmin mənzilin niyə məhz hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olduğunu hər hansı bir formada açıqlamamış və əsaslandırmamışdır.
24. Əlbətdə ki, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə sözsüz icra olunmalıdır. İşdən də bəlli olur ki, həqiqətən də həmin qətnamə 19 dekabr 2022-ci il tarixdə icraya yönəldilmiş və Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Lakin İcra şöbəsi icra icraatı zamanı icra vərəqəsində qeyd olunan ünvanın (mənzilin) X1 mülkiyyətində olmasının məlum olduğunu əsas gətirib Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsini icra etmədən məhkəməyə geri qaytarmışdır. Ancaq işin mübahisəsiz halıdır ki, üçüncü şəxs Samir Hacızadənin mülkiyyətində olan mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində olan mənzil deyildir. Bu faktı, yəni eyni mənzil olmadığını iddiaçı da təsdiq və qəbul edir və heç bir formada mübahisələndirmir. Amma nədənsə qanuni qüvvəyə minmiş qətnamənin icrasını tələb etmək və icra məmurunun qərarını mübahisələndirmək əvəzinə, hazırki iddia ilə eyni mənzillə bağlı bu dəfə Cavabdeh MTK-ya qarşı hazırki iddia ilə məhkəməyə müraciət edir.
25. Təbii ki, məhkəməyə müraciət etmək hüququndan istifadə etmək iddiaçının hüququdur və bunu ona hansısa formada qadağan etmək olmaz. Lakin iddiaçı da bu hüququndan istifadə etməzdən əvvəl düşünməli idi ki, qanuni qüvvəyə minmiş qətnamə ilə ona təhvil verilməli olan mənzilə yenidən mənzilə köçürülmə və maneəni aradan qaldırılması iddiası ilə məhkəməyə müracit etməyə də zərurət və lüzum yox idi. Çünki, mənzilin ona təhvil verilməsinə dair yuxarıda qeyd olunan qətnamənin icrası zamanı istənilən maneə o cümlədən, mənzilə köçməyə maneə olan hallar əgər həqiqətən də varsa onsuzda aradan qaldırılmalı olacaqdır. 26.Göründüyü kimi, iddiaçı bu halları nəzərə almadan hazırki iddia ilə bu dəfə Cavabdeh MTK-ya qarşı məhkəməyə müraciət edib, lakin MTK-nın onun qarşısında hansı öhdəliyinin olmasını yaxud hansı əsasla öhdəliyinin yarandığını göstərmir, eləcə də köçmək istədiyi mənzilə hansı manelər yaratdığını konkret şəkildə məhkəmənin diqqətinə çatdırmayıb yaxud belə bir maneə olmadığı üçün çatdıra bilmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının bu cür iddia irəli sürməkdə haqlı olduğu qənaətinə gələrək iddianı təmin etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili cavabdeh kimi göstərdiyi Cavabdeh MTK-nın cavabdehliyinin nədən ibarət olmasını yaxud köçməyə konkret olaraq hansı maneələr yaratdığını apellyasiya instansiyası məhkəməsinin diqqtinə çatdıra bilmədi. Əksinə Cavabdeh MTK-nın nümayəndəsi də mübahisəli mənzilin yerləşdiyi binada hansısa mənzilə malik olmadıqlarını, yalnız binanın idarəçiliyini həyata keçirdiklərini, ümumiyyətlə qətnamə ilə iddiaçıya təhvil verilməli olan ünvanda və ölçüdə mənzilin binada, o cümlədən üçüncü girişin beşinci mərtəbəsində olmadığını, qanuni qüvvəyə minmiş qətnamənin icrasına hər hansı bir formada maneə yaratmadıqlarını bildirdi. Belə çıxır ki, iddiaçı qanuni qüvvəyə minmiş qətnamə ilə “X5” MMC-nin ona təhvil verməli olduğu mənzili əslində mahiyyət etibarı ilə hazırki iş üzrə cavabdeh MTK-dan tələb edir, lakin bunun faktiki və hüquqi əsasını göstərmir yaxud göstərə bilmir. Çünki, MTK-nın iddiaçının köçmək istədiyi mənzillə bağlı iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Bunun başqa cür olması da mümkün deyildir. Çünki, Cavabdeh MTK xx.xx.2016-cı ilə dövlət qeydiyyatına alınmış, iddiaçı ilə “X5” MMC arasında mübahisəli mənzilə dair müqavilə isə 27 mart 2015-ci ildə bağlanmışdır.
27. Beləliklə, şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, yəni, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2482/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2482/2023 saylı, 02 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.