Məhkəmə qərarları › İş №2(103)-5003/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5003/2025

18.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5003/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Əliheydər İbrahimov küçəsi döngə 4 ev 3 (yeni qaydalarla: AZ1039, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X4 küçəsi 364) ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Əliheydər İbrahimov küçəsi döngə 4 ev 3 (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X4 küçəsi 364) ünvanından çıxarılması qət edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini vermək üçün nəzərdə tutulmuş prosessual müddətin cavabdeh tərəfindən ötürülməsini üzürlü hesab edərək bərpa edilməsini və verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə şikayət verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1437/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini vermək üçün nəzərdə tutulmuş prosessual müddətin cavabdeh tərəfindən ötürülməsini üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı həm cavabdehin, həm də cavabdehin nümayəndəsi-vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Şikayət isə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, apellyator şikayəti xx.xx.2025-ci il tarixədək məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmişdir. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1437/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar