Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5005/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh X35 və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsi qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş №2(103)-5005/2022 Açar sözlər: işə bərpa edilmə və işə bərpa olunan tarixə qədər aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi Bakı şəhəri xx.xx.2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehn nümayəndələri Nümayəndə1 və X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1103/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh X38 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Humanitar Kollecinin xx.xx.2019-cu il tarixli əmri ilə xx.xx.2019-cu il tarixdən “Musiqi nəzəriyyəsi və solo ifaçılığı” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin edilmişdir. Onun əmək müqaviləsi müddətsiz bağlanmış və əmək haqqı 360 manat müəyyən edilmişdir. 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X38 statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir və Nərmin Qaralova 18 dekabr 2020-ci il tarixdə Humanitar Kollecə direktor təyin edilmişdir. 3.Bundan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ciil tarixli əmrinə əsasən Humanitar Kollecdə 01 yanvar 2019-01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti təhsil nazirliyinin əməkdaşları tərəfindən yoxlanılmışdır. Bununla bağlı 16 mart 2021-ci il tarixdə Arayış tərtib edilmişdir. Həmin yoxlamanın nəticəsi olaraq Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya müraciət ünvanlanmışdır. 4.Həmin məktubda göstərilmişdir ki, araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin təşkili, əsas vəsaitlərin üçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntuların olduğu müəyyən edilmişdir və göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Rəhsil Nazirliyinə məlumat verilməsi və.s tapşırılmışdır. 6.Qeyd edilən arayışda isə aşkar edilən nöqsanlardan biri kimi o da qeyd edilmişdir ki, 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi olaraq işə qəbul edilməsi olmuşdur.Həmin qanunsuz işə qəbul edilmiş şəxslər sırasında İddiaçı da adı qeyd edilmişdir. 7.Cavabdeh 30 iyul 2021-ci il tarixdə isə X11 Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, Bakı Humanitar Kollecinin yenidən təşkil edilməsi ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi ilə bağlı yaranmış zərurətə görə təqdim edilmiş siyahı üzrə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. 8.Həmin müraciətə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində X13 İttifaqı Komitəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə cavab verilmişdir. Cavab məktubunda siyahıda göstərilmiş 16 nəfərin ixtisarına etiraz edilmiş, 75 nəfərin ixtisarına etiraz edilməmişdir, o cümlədən İddiaçı ixtisarına etiraz edilməmişdir. 9.Bundan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin 14 sentyabr 2021-ci il tarixli, 177 saylı əmrinə əsasən, Bakı Humanitar Kollecinin yenidən təşkil edilməsi ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi ilə bağlı yaranmış zərurətə görə əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmr edilmişdir.
10. 01 noyabr 2021- ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin 303 saylı əmrinə əsasən, Kollecin Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 01 noyabr 2021-ci il tarixindən xitam verilmişdir. Əmrdə verilmə əsası kimi İşçilərin sayının və ştatlarının ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 №-li protokoldan çıxarış) göstərilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qaralova tərəfindən verilmiş 303 saylı, xx.xx.2021-ci il tarixli əmrin etibarsızlığı, X8 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində işə bərpa edilməsi və işə bərpa olunan tarixə qədər ala bilmədiyi aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi və ödədiyi 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçı iddia tələbini artıraraq, əmək müqaviləsinə xitam verilməsinə dair X5 İttifaqı Komitəsinə ünvanladığı 30 iyul 2021-ci il tarixli, 58A/2-12 saylı məktubun etibarsız hesab edilməsi, Həmkarlar İttifaqı Komitəsinin Humanitar Kollecə ünvanladığı 10 sentyabr 2021-ci il tarixli, 05 saylı (29 saylı protokoldan çıxarış) məktubun etibarsız hesab edilməsi, onunla əmək müqaviləsinə xitam verilməsinə dair Humanitar Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 01 noyabr 2021-ci il tarixli 303 nömrəli əmrin qanunsuz və əsasız olduğundan ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində 105 saylı əmrlə "Bakı Humanitar Kolleci"ndə müəllim vəzifəsinə təyin edilmişdir.Daha sonra Azərbaycan Respublikasınının Təhsil Nazirliyinin əmri ilə Baki Humanitar kolleci, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci adlandırılmışdır.Qeyd edilən ildən, hal-hazırki tarixə qədər əmək fəaliyyətində heç bir qüsura, davamiyyətində nöqsanlara yol verməmişdir.2020-ci ilin sonlarında kollecə direktor təyin olunan Nərmin Qaralova adlı şəxs təyin olunduqdan az bir vaxt sonra yeni direktor "idarəçiliyin optimallaşdırılması,yüksək nailiyyətlərin əldə olunması" adı altında qanunsuz qəbul edilmiş hesab olunan müəllimləri “ştatların və ya işçilərin ixtisarı" adı altında işlərindən kənarlaşdırmağa, hətta onların yerinə başqa yerdən yeni kadrlar gətirməyə başlamışdır. O səbəbdən, 2019-cu ildə işə qanunsuz qəbul edilmiş müəllim kimi “ixtisar" adı altında onun bağlanmış əmək müqaviləsinə Humanitar Kollec üzrə verilmiş 303 saylı əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildiyi üçün) xitam verilmişdir.Yeni direktor Nərminə Qaralova təyin edildikdən sonra 67 müəllimi işdən azad edəcək hədəsi ilə müqavilələrinin müdətli formada restrukzasiyasını tələb etmişdir.X3 bildirmişdir ki, müddətsiz əmək müqaviləsini müddətliyə çevirsələr (1 illik) onu işdən çıxartmayacaq ǝks təqdirdə pozuntu ilə çıxaracaq. Təbii ki bununla razılaşmamışdır.Özü valideyini ilə qalır, himayəsində, ailəsində fiziki imkanları olmayan 1-ci qrup əlil bacısı var. Atası və o işləyərək ailəni dolandırırlar.4 ildir əmək fəaliyyəti ilə məşğuldur. Lakin ona ştatın ixtisarı barədə bildiriş/rəsmi xəbərdarlıq edilməmişdir. xx.xx.2021-ci il tarixində Əmək müfəttişliyinə edilmiş şikayəti ilə bağlı qaynar xəttə şikayətinin nəticəsini öyrənməək üçün müraciət edən zaman artıq əmək fəaliyyətinə xitam verildiyini öyrənmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı Əmək məcəlləsinin 79-cu maddəsinə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin Əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər srasında işçinin "məcburi köçkün onlara bərabər tutulan Şəxs va qaçqın statusu olan şəxslərə" aid edilib ki, 1988-ci il Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikasından) didərgin düşən şəxslərdəndir.Təqdim edilmiş sənədlərdən görünür ki, onun işdən çıxarılmağının (əmək müqaviləsinə xitam verilməsinə) əsaslarından biri X5 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixli 05 saylı razılıq məktubu olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir. Həmin maddənin b) bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin, qanunvericilik bu zaman əmək müqaviləsinin sadə xitamını yox, işəgötürənin üzərinə Əmək Məcəlləsi ilə qoyulmuş müəyyən tələblərin yerinə yetirilməsindən sonra əmək müqaviləsinə xitam verilməyin mümkünlüyünü nəzərdə tutur.Tələblərə dair qeyd etdiyi hüquqi əsaslar Əmək Məcəlləsinin 71-ci maddəsində də əksini tapmışdır. Belə ki,həmin maddənin 1-ci bəndi tələb edir ki,işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Görüləcək tədbirlər sırasında Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasıdır. Bundan əlavə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1) və 2) bəndlərinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin b)bəndi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının razılığı işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatı və təqdimata müvafiq əsaslandırma sənədlərinin əlavə ediməsi nəticəsində verilir.Qanunvericilik tələb edir ki, hər işçi barədə ayrıca Təqdimat verilməlidir və həmin təqdimata əsaslandırıcı sənədlər ǝlavə edilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X13 İttifaqı Komitəsinə əsaslandırılmış, bu əsasları təsdiq edən sənədlərlə birlikdə Təqdimat vermək əvəzinə,qanunun tələblərinə zidd olaraq, ixtisar olunması planlaşdırılmış 91 nəfər işçinin 30 iyul 2021-ci il tarixli bir siyahıda ad-soyadını Həmkarlar İttifaqı Komitəsinə təqdim etmişdir.X12 Komitəsi heç bir araşdırma aparmadan onunla əmək müqaviləsinə xitam verilməsinə formal razılığını vermiş, o da qanunun tələblərini pozmuşdur. Bundan əlavə, işəgötürən əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri tədimata əlavə etməlidir.Təqdimat bu tələblərə uyğun olmadığı halda həmkarlar ittifaqı tərəfindən geri qaytarılmalıdır. Uyğundursa, baxılması üçün təşkilatın müvafiq kollegial orqanına çıxarılır.Həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanınin iclası o vaxt slahiyyətli hesab olunur ki,onun tərkibinə seçilmiş üzvlərinin iclasda iştirakı Nizamnamədə göstərilmiş yetərsay normalarına uyğun olsun.İclasın yetərsay normalarına əmal etmədən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və ya "ç" bəndləri ilə xitam verilməsi üçün qəbul etdiyi hər hansı qərar etibarsızdır. Təqdimat verilmədiyindən və verilməli olan təqdimata sənədlər-sübutlar əlavə edilmədiyindən, iclas keçirilməmiş, Qanunun və Təlimatın tələblərinə uyğun qərar qəbul edilməmiş, əsaslandırma aparılmadan formal xarakterli "razılıq" verilmişdir ki,bu razılıq da əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməzdi.Bir sözlə, onunla əmək müqaviləsinə xitam verilməsi direktor Nərmin Qaralovanın şəxsi təşəbbüsü əsasında baş vermiş, bu zaman Əmək Məcəlləsinin və ixtisarla bağlı işə baxan Həmkarlar İttifaqı Komitəsinin rəhbər tutacağı Təlimatın tələbləri pozulmuşdur. İşin bu halları isə X5 İttifaqı Komitəsinə ünvanladığı 30 iyul 2021-ci il tarixli 58A/02-12 nömrəli məktubunun və həmin məktuba Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli 05 saylı cavab məktubunun ona aid hissədə etibarsızlığına dəlalət edir.
14. İddiaçı və iddiaçının vəkili izahatında iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.Həmçinin, bildirmişdirlər ki, iddiaçı işdən çıxardıqdan sonra yerinə daha 2 müəllim işə götürülmüşdür. Odur ki, onun işlədiyi ştat yerindədir və ləğv olunmamışdır.
15. Bundan başqa iddiaçının vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək Vəsatəti onunla əsaslandırılmışdır ki, İddiaçı tədris etdiyi dərs saatlarının nəinki ləğvindən, heç azalmasından belə söhbət getmir.Əksinə direktor bir nəfəri ixtisar etməklə onun əvəzinə həmin ixtisasa aid olmayan iki nəfəri işə qəbul edir və onları İddiaçı azad olunmuş dərs yükü ilə təmin edir. Beləliklə, məsələnin mahiyyəti İddiaçı münasibətdə hər hansı qanuni ixtisardan yox, Kollecin direktoru N.Qaralovanın İddiaçı qarşı qərəzindən ibarətdir. Həmçinin hesab edir ki, Humanitar Kollecin direktoru Nərmin Qaralovanın əməllərində ciddi qanun pozuntuları olduğundan məhkəmə iddia tələbini təmin etməklə yanaşı faktla bağlı xüsusi qərardad çıxararaq, prokurora bildirməlidir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 yazılı etirazına uyğun izahatında bildirmişdir ki, iddiaçı Şəfaqət xanımın işə götürüldüyünü iddia etsə də, Şəfaqət xanım işdən çıxarılmışdır. X14 və dirijorluq fənni üzrə kollecdə 20 nəfər müəllim işləyir. İddiaçı işdən çıxarılmasına səbəb Təhsil Nazirliyinin arayışdır.İddiaçı 70-ci maddənin “b” bəndinə əsasən işçilərin sayının azaldılması ilə bağlı işdən azad edilmişdir. Musiqi nəzəriyyəsi fənni hazırda kollecdə tədris olunur. Sadəcə olaraq fənni tədris edən müəllimlərin sayı azaldılmışdır. Təhsil Nazirliyi kollecdə yoxlama keçirmişdir və 47 nəfərin qanunsuz olaraq işə qəbul edildiyini müəyyən etmişdir.İddiaçı 10 sentyabr 2021-ci il tarixdə işdə olmuşdur. Bundan əvvəl əmək məzuniyyətində olmuşdur. O, 19 oktyabrda iddiaçının öhdəsində 1-ci dərəcəli əlil ailə üzvü olması barədə onu qəbul edib MİS-dən arayış gətirməsini tələb etmişdir. İddiaçı özü müraciət etmişdi ki, onun 1-ci dərəcəli əlil bacısı vardır. İddiaçı arayış gətirmiş və elə bir ailə üzvü olması müəyyən olunmuş, bundan sonra əlil şəxsin iddiaçının öhdəsində olub-olmaması məsələsi aydınlaşdırılması üçün ona telefon vasitəsilə məlumat verildi. Bu ərəfələrdə artıq ixtisar prosesi başlanılmışdı. İddiaçı, həmçinin digər müəllimlər ixtisarların olacağından məlumatlı idilər. Hətta iddiaçının ayrıayrı qurumlara şikayətləri də vardır.İddiaçıya tutduğu vəzifə ilə bağlı müddətli əmək müqaviləsi bağlamağı təklif etmişdir, lakin o, razılaşmamışdır, müddətsiz istəmişdir. Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin ixtisara qədərki işçilərinin siyahısına nəzər yetirdikdə Sənəm xanımın ən az staja malik işçi olması müşahidə olunur. O, həm Təhsil Nazirliyinin arayışında olan 47 nəfərin içərisində olduğundan, həm də ixtisarı qadağan edilmiş işçilər sırasına aid olmadığından ixtisara salınaraq işdən azad edilmişdir. İxtisara razılıq verilməsi ilə bağlı Həmkarlar İttifaqına müraciət olunmuşdur.Həmkarlar İttifaqı razılıq verdikdən sonra kollec işçilərə xəbərdarlıqlar ünvanlamış və daha sonra işdən çıxarılma əmrini vermişdir. Təhsil Nazirliyinin arayışında müəllimlərin dərs saatlarının da düzgün bölünmədiyi göstərilmişdir. Belə ki, 1 müəllimin dərs saatı 500 saatdan az ola bilmədiyi halda bəzi müəllimlərin dərs yükü 500 saatdan az, bəzilərinin isə 500 saatdan çox olmuşdur. Sənəm xanımın tədris etdiyi musiqi nəzəriyyəsi fənni hazırda kollecdə tədris olunur və həmin fənnin nə qədər müəllim tərəfindən tədris olunmasını dəqiq deyə bilməz. Müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanması kollecdən asılı olmayan zərurətdir. Kollecdə dərs yükü tələbələrdən asılı olduğundan və tələbələrin sayı tədris illəri üzrə dəyişdiyindən dərs yükünün azalması məsələsi ortaya çıxır. Buna görə də növbəti tədris ili üçün kollecə daha az müəllim lazım ola bilər. Bu səbəbdən müəllimlərlə 1 tədris ili üçün müddətli əmək müqaviləsi bağlanmalıdır. Çünki kollec X38 olduğundan özü-özünü maliyələşdirir və artıq müəllimlərə əmək haqqı ödəmək imkanı yoxdur. Sənəm xanım da müddətli əmək müqaviləsi bağlamağa razı olmadığından ixtisara salınmışdır. Onu da qeyd edir ki, kollecin əmri ilə ştat ixtisar edilməyib, sadəcə fənni tədris edən müəllimlərin sayı azaldılmışdır.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 izahatında bildirmişdir ki, təqdim edilən arayışdan göründüyü kimi kollecdə mübahisəli fənn üzrə 2020/2021-ci illərdə 15 işçi, 2021-2022-ci illərdə isə 16 işçi olmuşdur. 1 nəfər artıq görünsə də, həmin 1 nəfər analıq məzuniyyətində olduğundan onun yerinə kollec rəhbərliyi tərəfindən işçi götürülmüşdür. Əslində isə həmin fənn üzrə 15 ştat vardır. N.Səfərlinin adı ixtisara düşən müəllimlər siyahısında olsa da, o, analıq məzuniyyətində olan işçinin yerinə işə götürülmüş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Kollecdən tələbələrin sayına uyğun dərs saatları müəyyənləşir. Dərs saatı azdırsa daha az müəllimə ehtiyac var. Ona görə də, müəllimlərlə müqavilə müddətsiz bağlana bilməz. İxtisara zərurət yarandığından, kollec rəhbərliyi Təhsil Nazirliyinin arayışında qeyd edilən 47 nəfərin ixtisarını daha üstün tutmuşdur.
18. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi X21 izahatında bildirmişdir ki, kollec rəhbərliyi Təhsil Nazirliyinin müvafiq arayışına istinad etməklə, məcburiyyət qarşısında qalaraq ixtisarlar etmişdir. Müəllimlərlə müqavilələr əslində müddətli bağlanmalı idi. Odur ki, əmr qanunidir.
19. Məhkəmə iclasında iştirak edən iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Təhsil Nazirliyinin müvafiq arayışında Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilməklə göstərilir ki, dərs yükü 500 saatdan artıq ola bilməz. Kollec rəhbərliyi də, dərs yükünü nəzərə alaraq hesab ediblər ki, 18 nəfər qalmalı, 2 nəfər ixtisara düşməlidir. Hesab edir ki, əmr qanunidir və tələb əsassızdır. 20.Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 22.Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsi iddiaya dair məhkəməyə etiraz ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Etirazını aşağıdakı məzmunda əsaslandırılmışdır:
24. İddiaçı qeyd edir ki, Azərbaycan Təhsil İşçiləri X26 Respublika Komitəsinin 19 Noyabr 2012-ci il tarixli məclisində təsdiq edilmiş "işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair" Təlimat tələbləri pozulub. Lakin iddiaçı nəzərə almayıb ki, həmin iclasda iddiaçı iştirak etməsə belə iclas keçirilib. Belə ki, 10 Sentyabr 2021-ci il tarixdə komitə üzvlərinin və işəgötürən tərəfin iştirakı ilə komitə sədri Nigar İmanovanın sədrliyi ilə iclas keçirilmişdir. İclasda qoyulmuş məsələyə baxılmış, kollecin təqdim etdiyi sənədlər araşdırılmış və müvafiq qərar verilmişdir. İxtisar olunan tərəfin iclasda iştirak etməməsinə dair isə qeyd olunmalıdır ki, təqdim olunmuş şəxslərin sayı 91 nəfər idi. Həmin şəxsləri bir gündə yığmaq, onlara nəzarət edərək normal iclas keçirilməsini təşkil etmək mümkün deyildir. Kollec tərəfindən təqdim olunmuş sənədlər prosessi ətraflı şəkildə əhatə etdiyi üçün ixtisar olunan şəxslərin iştirakı olmadan iclasın təşkil edilməsi məqsədə müvafiq hesab edilmişdir. Bununla da, əmək qanunvericiliyi Komitə tərəfindən pozulmamışdır.
25. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdehn xx.xx.2021-ci il tarixli, 303 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə “Musiqi nəzəriyyəsi və dirijorluq” fənn birləşməsi üzrə müəllim vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 27.İşəgötürən işçi ilə olan əmək münasibətlərinə faktiki olaraq işçilərin sayının azaldılması əsası ilə xitam vermişdir. Belə ki, işçinin əvvəlki vəzifəsi, yəni musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsi üzrə müəllim ştatı ixtisar olunmamışdır, hal-hazırda da həmin fənn üzrə tədris keçirilməkdədir. Buradan o qənaət formalaşır ki, iddiaçının əmək müqaviləsinə mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatlarının ixtisarı əsası ilə xitam verilməsi ümumi olaraq göstərilsə də, faktiki olaraq işçinin sayının azaldılmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 28.Lakin işin müəyyən edilən hallarından göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən prosedur qaydalara əməl edilsə də, iddiaçının əmək müqaviləsinə əmrdə göstərilən əsasla xitam verilməsinə zərurət olmamışdır. Halbuki əmək qanunvericiliyi tələb edir ki, işçilərin sayının azaldılması və ya ştatlarının ixtisarı zərurəti əvvəla real olmalıdır. Çünki bu tədbirin məqsədi müəssisədə idaretməni təkmilləşdirmək, için həcminin azaldılması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və.s-dir. 29.Buna baxmayaraq işəgötürən özü də etiraf etdiyi kimi Təhsil Nazirliyinin arayışına istinad edərək, ixtisarın zəruriliyini əsaslandırmadan əmək müqaviləsinə xitam vermişdir. Hansı ki, işin hallarından da görünür ki, iddiaçının tədris elədiyi fənn birləşməsi üzrə işçilərin sayının azaldılmasına ehtiyac olmamış, işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra eyni ştat vahidi digər işçilərin dərs yükündən toplanılmaqla yenidən formalaşdırılmışdır. Bundan başqa işçiyə həmin vəzifənin müdətli əmək müqaviləsi ilə yenidən təklif edilməsi dərs yükünün azalması ilə bağlı ixtisarın formallığını bir daha təsdiq edir. 30.Eyni zamanda işəgötürənin Təhsil Nazirliyinin arayışında qeyd edilən “qanunsuz işə götürmə” barədə mücərrəd təsbitinə istinad edərək işçini ixtisar etməsi, işçinin konstitusion hüquq olan əmək hüququnu pozmuşdur. Halbuki əmrin qanuniliyi(vəzifə səlahiyyətlərini pozaraq müddətli bağlanılmalı olduğu halda müddətsiz bağlama) barədə yaranmış fikir ayrılığı fərdi əmək mübahisəsidir və bu mübahisənin həlli qaydası Əmək Məcəlləsində tənzimlənmişdir.(ƏM 294 maddə). 31.Buradan o nəticə doğur ki, Təhsil Nazirliyinin müvafiq arayışında göstərilən iddiaçı ilə əmək müqaviləsinin müddətsiz bağlanmış olmasının qanunsuz hesab edilməsi ilə bağlı qənaəti işəgötürəni onunla müddətli əmək müqaviləsi bağlamayan işçiləri ixtisar etməyə vadar etmişdir. Nəticə etibarı ilə ixtisarın real olmadığı aydındır və ixtisarın əsl məqsədi qanunsuz olduğu ehtimal edilən işçi ilə bağlanmış müddətsiz əmək müqaviləsi üzrə yaranan münasibətlərə bu formada xitam vermək olmuşdur.
32. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1, 70, 71, 78, 80-ci, maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.3-cü və 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
33.Cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollec" X38 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə yalnız iddianın təmin olunması istiqamətində əsaslandırma aparıb. Cavabdehin təqdim etdiyi sübutları təhrif etmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümyəndəsinin mövqeyini qətnamədə yalnız qeyd etmiş, həmin mövqe ilə bağlı hüquqi əsaslandırma aparmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 İyul 2020-ci il tarixli 250 saylı qərarınına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X38 statusuna malik olan Humanitar Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilib. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 Avqust 2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 İyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təşkil olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 İyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəli təsdiq edilməsinə etiraz edilməmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli, F-65 nömrəli Əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X4, həmin şöbənin böyük məsləhətçisi X1, məsləhətçisi X24 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli ARAYİŞ tərtib edilmişdir. Sözügedən Arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147nin dərs yükünün 250-500 olmasının əsas səbəbi, yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur. Eyni zamanda normativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisas təhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilmiş işçilərlə (47 nəfər işçi) əmək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə (AR ƏMnin 68.2.b. və ya 73.1 maddəsi ilə) xitam verilməsi mümkün olmamışdır. Kollecdə aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcədə təsdiq edilmiş yeni Ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Məhkəmə qətnamədə iddiaçının əmək müqaviləsinə əmrdə göstərilən əsasla xitam verilməsinə zərurət olmadığını göstərsə də, tərəflərindən müvafiq sübutlar (yuxarıda adı qeyd olunmuş arayış, təsisçi olan Təhsil Nazirliyinə yazılmış məktublar və s.) təqdim edilmiş və həmin zərurət göstərilmişdir. Məhkəmənin lazımsız saydığı zərurət yuxarıdakı abzasda ətraflı şəkildə qeyd olunub. Bundan başqa məhkəmə qeyd edib ki, əmək qanunvericiliyi tələb edir ki, işçilərin sayının azaldılması və ya ştatlarının ixtisarı zərurəti əvvəla real olmalıdır. Çünki bu tədbirin məqsədi müəssisədə idaretməni təkmilləşdirmək, işin həcminin azaldılması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və.s-dir. Lakin məhkəmə nəzərə almayıb ki, Təhsil Nazirliyinin arayışında və ondan sonra göndərilmiş məktubda özünün qətnamədə qeyd etdiyi lakin qiymət vermədiyi bütün reallıqlar artıqlaması ilə vardır.
b) Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.
İddiaçı Apellyasiya şikayətinə yazılı etirazı iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndələri Nümayəndə1 və X20 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
36. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və şikayətə qarşı yazılı etirazın dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə təmin olunmamasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X22 cavabdeh tərəfindən verilmiş apelyyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 38.İş üzrə digər tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosialiqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 40.70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 41.71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 42.77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 43.78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
44. 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
45. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
46. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
55. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
56. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
58. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır.
59. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 İyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X38 statusuna malik olan Humanitar Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilib.
60. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli, F-65 nömrəli əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X4, həmin şöbənin böyük məsləhətçisi X1, məsləhətçisi X24 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ( Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli Arayış tərtib edilmişdir.
61. Sözügedən Arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator va praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%dən az olmamaqla) müəyyən olmuşdur.
62. Hazırkı iş üzrə iddiaçı atestasiya keçirilmədən işdən çıxarılmasını, onun ixtisası üzrə yeni müəllimin işə götürülməsini və ştatın ləğv edilməsini əsassız va direktorun qərəzli olması ilə əlaqələndirib. İddiaçı göstərilən arqumenti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.3-cü maddəsinə istinad etməklə əsaslandırıb.
63. Əmək Məcəlləsinin 64-cü maddəsinin 2-ci bəndində qeyd edilib ki, işəgötürən müvafiq is yerlərində əməyin mühafizəsi tedbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində an mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlerinin attestasiyasını keçirməlidir.
64. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə əlaqəli olmuşdur.
65. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1ci bəndinin tələblərinin cavabdeh tərəfindən pozulduğunu və bunu 4 illik əmək fəaliyyəti ilə məşğul olduğu üçün ona heç bir rəsmi xəbərdarlıq edilmədiyi ilə əlaqələndirmişdir.
66. İddiaçınin cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin təleblerinin pozulması iləəlaqədar arqumenti ilə bağlı qeyd edilməlidir ki, 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu, 24 sentyabr 2021-ci il tarixdə göndərilmişdir. Həmin tarixdə kollecin ixtisarin həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X16, inzibati-təsərrüfat işləri üzrə direktor müavini X17, baş mühasib X10, hüquqşünas X2 və İnsan resursları ve informasiya şöbəsinin müdiri X25) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarlarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada teqdim edilmişdir.
68. İddiaçı qeyd edir ki, ailəsində fiziki imkanları olmayan 1-ci qrup əlil bacısı vardır və bununla da, cavabdeh terəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmuşdur.Lakin ailədə fiziki imkanları olmayan 1-ci qrup ailə üzvünün olması Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə aiddir. Həmin maddənin mənasına görə sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya dərəcə əlilliyi olan şəxs ilk növbədə ailə üzvü olmalı daha sonra isə öhdədə olmalıdır. Lakin iddiaçı öhdədə olma ilə bağlı heç bir sübut təqdim etməyib.
69. Apellyasiya baxışı zamanı iddiaçı verilən suala cavab olaraq 1-ci qrup əlil bacısının onun yox anasının himayəsində olduğunu bildirmişdir.
70. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30 noyabr 2018-ci il tarixli 308 №-li sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X9 fəaliyyət qabiliyyəti olmayan qızı X15 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır.
71. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli, F-65 nömrəli əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X4, həmin şöbənin böyük məsləhətçisi X1, məsləhətçisi X24 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ( Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli Arayış tərtib edilmişdir. 72.Sözügedən Arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator va praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%dən az olmamaqla) müəyyən olmuşdur.
73. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur.
74. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147-nin dərs yükünün 250-500 olmasının əsas səbəbi, yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur.
75. Eyni zamanda normativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisastəhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir.
76. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilmiş işçilərlə (47 nəfər işçi) əmək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə (AR ƏMnin 68.2.b. və ya 73.1 maddəsi ilə) xitam verilməsi mümkün olmamışdır.
77. Kollecdə aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcədə təsdiq edilmiş yeni Ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə va ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi - nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə-qəbul təmin edilmişdir.
78. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir.
79. Sözü gedən arayışın iddiaçıya dair olan hissəsində göstərilib ki, İddiaçı 19 Sentyabr 2019-cu il tarixli 105 saylı əmrlə "Musiqi nəzəriyyəsi və solo ifaçılıq" fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuşdur. 2019-cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi bağlanmaqla daimi işə qəbul edilmiş 47 müəllimdən biri İddiaçı olmuşdur.Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və o, qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına yəni balansın pozulmasına gətirib çıxarmışdır.
80. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarının tələblərinə riayət edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə "Orta ixtisas təhsil pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil" proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin proqrama əsasən dərs yükü azaldılmışdır.
81. İddiaçı qeyd edir ki, Azərbaycan Təhsil İşçiləri X26 Respublika Komitəsinin 19 Noyabr 2012-ci il tarixli məclisində təsdiq edilmiş "işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair" Təlimat tələbləri pozulub. Lakin nəzərə alınmalıdır ki, həmin iclasda iddiaçı iştirak etməsə belə iclas keçirilib. Belə ki, 10 Sentyabr 2021-ci il tarixdə komitə üzvlərinin və işəgötürən tərəfin iştirakı ilə komitə sədri Nigar İmanovanın sədrliyi ilə iclas keçirilmişdir.İclasda qoyulmuş məsələyə baxılmış, kollecin təqdim etdiyi sənədlər araşdırılmış və müvafiq qərar verilmişdir.
82. İxtisar olunan tərəfin iclasda iştirak etməməsinə dair isə qeyd olunmalıdır ki, təqdim olunmuş şəxslərin sayı 91 nəfər idi. Kollec tərəfindən təqdim olunmuş sənədlər prosessi ətraflı şəkildə əhatə etdiyi üçün ixtisar olunan şəxslərin iştirakı olmadan iclasın təşkil edilməsi məqsədə müvafiq hesab edilmişdir.Bununla da, əmək qanunvericiliyi Komitə tərəfindən pozulmamışdır.
83. Qeyd olunan bu hal işçilərin sayının azaldılması zərurətini artırmışdır.Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciatlər etmişlər və həmin müraciətlərə aidiyyatı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır.
84. Araşdırma zamanı cavabdeh tərəfindən har hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir.
85. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
86. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər;
87. 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
88. 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
89. 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
90. 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
91. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
92. İddiaçı qeyd edir ki, Azərbaycan Təhsil İşçiləri X26 Respublika Komitəsinin 19 Noyabr 2012-ci il tarixli məclisində təsdiq edilmiş "işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair" Təlimat tələbləri pozulub. Lakin nəzərə alınmalıdır ki, həmin iclasda iddiaçı iştirak etməsə belə iclas keçirilib. Belə ki, 10 Sentyabr 2021-ci il tarixdə komitə üzvlərinin və işəgötürən tərəfin iştirakı ilə komitə sədri Nigar İmanovanın sədrliyi ilə iclas keçirilmişdir.İclasda qoyulmuş məsələyə baxılmış, kollecin təqdim etdiyi sənədlər araşdırılmış və müvafiq qərar verilmişdir.
93. İxtisar olunan tərəfin iclasda iştirak etməməsinə dair isə qeyd olunmalıdır ki, təqdim olunmuş şəxslərin sayı 91 nəfər olmuş, Kollec tərəfindən təqdim olunmuş sənədlər prosessi ətraflı şəkildə əhatə etdiyi üçün ixtisar olunan şəxslərin iştirakı olmadan iclasın təşkil edilməsi məqsədə müvafiq hesab edilmişdir.Bununla da, əmək qanunvericiliyi Komitə tərəfindən pozulmamışdır.
94. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi üçün əsasları mövcud olmuşdur, əmək qanunvericiliyi cavabdeh tərəfindən pozulmamışdır və bu səbəbdən iddiaçının iddiası təmin edilə bilməz.
95. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(011)-1103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1103/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.