Məhkəmə qərarları › İş №2(103)-5007/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5007/2020

01.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5007/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər xxxxxxxx və xxxxxxxxxxt tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1530/2020 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləyaqətsiz vərəsə olmasının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə olmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmini tədbiri kimi gələcəkdə çıxarılacaq qətnamənin icrasının təmin edilməsi məqsədi ilə X1 məxsus **-VS-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1530/2020 saylı qərardadı ilə ilə ərizə təmin edilməmişdir. İddiaçılar həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iddianı təmin tədbiri barədə ərizənin tam təmin edilməsini xahiş etmişlər. Şikayəti onunla əsaslandırmışlar ki, cavabdehə qarşı iddia tələbinin predmetini pul tələbi təşkil etmir, tələbi predmetini Cavabdeh oğluna qarşı qəsdən cinayət hərəkətləri (iddia ərizəmizin 3-cü səhifəsinin 1-ci hissəsi - CM maddə 143 “Təhlükədə qoyma”), cavabdehin, onlardan oğluna məxsus adına rəsmiləşdirilmiş nikahdan əvvəl aldığı 1 otaqlı mənzili və **-VS-*** dövlət qeydiyyat nişanlı BMW X-5 markalı maşını tələb etməsi, yəni miras payının artırılmasına yönəlmiş hərəkəti (iddia ərizəsinin 3 və 4-cü səhifəsi, 6-cı hissəsi; iddia ərizəsinin 5-ci səhifəsinin 14-cü hissəsi), əxlaqsız hərəkətləri (iddia ərizəsinin 3-cü səhifəsinin 5-ci hissəsi) və iddia ərizəsində qeyd olunmuş digər əxlaqsız hərəkətləri təşkil edir və məhz bu halların məhkəmə tərəfindən təsdiq edilməsi (ləyaqətsiz vərəsə) barədə məhkəməyə müraciət etmişlər.On ay ərzində nikahda olmuş, niyyəti əvvəlcədən bəlli olan bu qadın oğlunun miras əmlakı olan 1 otaqlı mənzilinə və **-VS-*** dövlət qeydiyyat nişanlı BMW X-5 markalı maşınına, törətdiyi və bu gün də davam edən qanunsuz əməllərinə görə qanun üzrə vərəsəsi ola bilməz. Oğluna məxsus **-VS-*** dövlət qeydiyyat nişanlı BMW X-5 minik markalı nəqliyyat vasitəsi miras əmlakdır və iddia tələbinin predmetidir, məxsusluğu qeyri-müəyyənlik təşkil etmir. Baş Dövlət X5 Qeydiyyat İmtahan Şöbəsinin Bakı şəhəri 12 saylı Vəkil Bürosunun sorğusuna cavabı məhkəməyə dərhal təqdim olunacaqdır və sübut olunacaqdır ki, nəqliyyat vasitəsi oğluna məxsusdur, miras əmlakdır, iddianın təmin tədbirinin məqsədinə birbaşa uyğun tələbdir və üzərinə həbs qoyulması ona görə zəruridir ki, oğlu X2 xx.xx.2019-cu il tarixli NSNPU-1848 saylı kredit müqaviləsinə əsasən illik 18% dərəcəsi olmaqla 36 ay müddətinə “xxxx” ASC-nin Nəsimi filialından 8000 (səkkiz min) manat kredit alınmışdır və hal-hazırda banka borcu 7021.23 manat təşkil edir. X7 xx.xx.2018-ci il tarixdə ailə qurmamışdan 1 ay 4 gün qabaq “xxxx” ASC-dən 7000 (yeddi min) manat istehlak krediti almışdır və hakhazırda banka borcu 5000 (beş min) manat təşkil edir (əlavə 13, “xxxx” ASC-nin iddia ərizəsi). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(005)-1530/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında İddiaçı2 və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsaslı olduğundan qərardadın ləğv edilməsi və ərizənin qismən təmin edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni tam rədd edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçılar cavabdehin ləyaqətsiz vərəsə olmasının təsdiq edilməsini tələb edir. Üzərində iddianın təmini tədbiri tətbiq edilməsi istənilən avtomobil isə miras əmlakdır. Həmin avtomobil bilavasitə iddanın predmetini təşkil etməsə də, bu cür iddia məhz həmin avtomobilin müqəddəratını müəyyn etmək üçün qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi, xüsusilə vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğun olmalıdır. Buna görə də, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilməli, miras əmlak olan avtomobilin dəyərinin azalması və yararsız hala düşməməsi məqsədilə istifadəsinə və özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 157-160, 163, 236, 263-264, 400 və 402- 406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı : İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-1530/2020 saylı qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. 2008-ci il buraxılışlı, **-VS-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı avtomobilin istifadəsi və özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası Baş Dövlət X6 və Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Vəfaddin İbayev imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar