Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5008/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X5, cavabdehlər X1, X14 və həmin cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-270/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər X21, X4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1, X9, Əhmədova (Hacıməmmədova) Sevinc Tofiq qızı, X6, Cavabdeh2 və X18 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - X2 hər ay 600 (altı yüz) manat kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 170 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə ailə üzvləri - X7, X10, X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 30 saylı mənzili boşaldılaraq mənzildən çıxarılması barədə və digər cavabdeh - Cavabdeh2 hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə həmin evdə qeydiyyatda olan X21 və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 29 saylı mənzili boşaldılaraq mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-270/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər X21, X4 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehlər X4, X21 və həmin cavabdehlərin vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili X12 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 30 nömrəli evin 29 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh2, 30 nömrəli mənzilin mülkiyyətçisi isə X3r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və ətraf mühitə harmoniyasını itirmiş binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin daha da yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 266 nömrəli sərəncamı ilə Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə, rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,54 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun, Nərimanov rayon İcra Hakimiyyətinin, 37 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2017ci il tarixli rəyə əsasən ünvan 2 ünvanında yerləşən binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. İddiaçı bildirir ki, onun tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli Qərara və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 266 nömrəli sərəncamına uyğun olaraq kifayət qədər işlər görülmüş, cavabdehlərdən başqa mübahisəli ərazidəki sakinlər aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının həm İcra Hakimiyyəti qarşısında götürdüyü öhdəlikləri, həm də ərazidən köçürülən digər şəxslərin hüquqları pozulmaqla davam edir. Bundan başqa həmin ərazidə mövcud olan köhnə tikililər artıq istismara yararsız vəziyyətdədir. Cavabdehlər iddiaya etiraz edirlər və iddiaçının təklif etdiyi şərtlərlə mülkiyyətində olan mənzillərinin sökülməsinə razı deyillər. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafızəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qeyd olunan maddə baxımından müdaxilənin mülkiyyət hüququnun pozuntusunu yaradıbyaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi; mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunda nəzərdə tutulmuşdurmu; müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa nail olunması məqsədlərinə xidmət edirmi? Göstərilən yoxlama testinə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia təmin edildiyi halda mülkiyyət hüququna müdaxilə mövcuddur. Çünki mübahisəli əmlaklar cavabdehlər Cavabdeh2 və X1 mülkiyyətlərindədir, Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Baxılan iş üzrə iddiaçı mübahisəli sahələrin boşaldılıb ona təhvil verilməsi və əvəzində cavabdehlərə yeni tikiləcək binadan müvafiq olaraq 150 və 170 kv.m təmirli yaşayış sahəsini verilməsini tələb edir. Beləliklə tələb edilən müdaxilənin yolverilən olması, yəni iddiaçının tələbinin təmin olunması üçün ilk növbədə buna icazə verən qanunvericılik aktı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad olunan xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarında müəyyən ərazilərdəki tikililər qəzalı vəziyyətdə olduğu üçün mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binaların tikilməsi və mülkiyyətçilərin həmin binalarda müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərardan və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələblərindən də görünür ki, mübahisəli əmlakların sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Qeyd olunan Qərar və sərəncama əsasən mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir. Həmçinin iş materiallarından göründüyü kimi mübahisəli əmlakların dövlət ehtiyacları üçün alınması barədə qanunvericiliyə uyğun hər hansı prosedura başlanmamışdır. Beləliklə, cavabdehlərin mülkiyyət hüququna iddia tələbində irəli sürülən şəkildə müdaxilə üçün qanuni əsas müəyyən edilmir, başqa sözlə belə müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət (əmlak) hüquqlarına müdaxilə ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında artıq razılıq əldə olunmuş, bununla bağlı iddiaçı ilə cavabdeh X4 arasında sadə yazılı formada tərtib olunmuş xx xxxx 2020-ci il tarixli müqavilə və iddiaçı ilə Cavabdeh2 arasında notariat qaydasında təsdiq olunmuş xx xxxx 2020-ci il tarixli müqavilə bağlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər X21, X4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-270/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, X10, Əhmədova (Hacıməmmədova) Sevinc Tofiq qızı, X6, Cavabdeh2 və X18 qarşı cavabdeh X2 hər ay 600 (altı yüz) manat kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 170 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə ailə üzvləri - X7, X10, X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 30 saylı mənzili boşaldılaraq mənzildən çıxarılması və digər Cavabdeh2 hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı verilməklə və mülkiyyət hüququ saxlanılmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumilikdə 150 kv.metr tam təmirli mənzillə təmin edilmək şərtilə həmin evdə qeydiyyatda olan X21 və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 29 saylı mənzili boşaldılaraq mənzildən çıxarılmaları barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-5008/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5008/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver