Məhkəmə qərarları › İş №2(103)-5010/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5010/2020

17.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5010/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh iştirakları ilə İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və X7 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, istifadə hüququnun müvəqqəti saxlanması” tələbinə dair mülki iş üzrəBakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2749/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1-də yerləşən 17 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 1, mənzil 17-nin paylı mülkiyyətçisidir. Həmin ünvanda yaşayır və qeydiyyatdadır. Onunla bərabər həmin mənzildə digər paylı mülkiyyətçi bacısı, keçmiş həyat yoldaşı və uşaqları yaşayırlar. Həmin fərdi yaşayış evi 2017-ci il tarixə kimi anası X4 məxsus olmuşdur. Anaları vəfat etdikdən sonra ev vərəsəlik qaydasında ona və bacısına keçmişdir. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə onun həmin ev üzərində mülkiyyət hüququ qeydə alınmış və ona ******* saylı çıxarış verilmişdir. Hazırda pilot layihə üzrə qeyd olunan mənzilin yerləşdiyi ev sökülür, onun mülkiyyətində olan mənzildən başqa digər mənzilin mülkiyyətçiləri ilə razılığa gəlinmiş, digər mənzillər sökülmüşdür. Onunla da razılığa gəlinsə də, keçmiş həyat yoldaşı mənzili boşaltmaq istəmir. Hazırda həmin mənzil qəzalı vəziyyətdədir. Mənzildə yaşamaq həyat üçün təhlükəlidir. Hesab edir ki, aralarında nikah pozulduğundan cavabdehin həmin mənzildə heç bir hüququ yoxdur. Ona görə də onun mənzildən çıxarılmasını istəyir. Mənzil qəzalı vəziyyətdə olduğundan və sökülməli olduğundan cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1, mənzil 17 ünvanından çıxarılmalıdır. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh uşaqları xx.xx.2004-cü il təvəllüdlü X12, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1-də yerləşən 17 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh etiraz təqdim edərək, iddia ərizəsi üzrə İddiaçı onun uşaqları ilə birlikdə ünvan 1, 17 saylı mənzildən çıxarılmasına dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, ünvan 1, mənzil 17-də qeydiyyatdadır və orada uşaqları ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evi 2017-ci il tarixinə kimi İddiaçı anası X4 məxsus olmuşdur. Anası vəfat etdikdən sonra vərəsəlik qaydasında sözügedən xx.xx.2018-ci il tarixində İddiaçı adına keçmişdir. Bildirmək istəyir ki, İddiaçı iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Mübahisəli mənzildən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri xx xxxxxxx 2009-cu il sonra yarandığından bu mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Ona görə onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsinə görə iddiaçı müəyyən məbləğdə kompensassiya ödəməlidir. Xüsusilə qeyd edir ki, onun hazırda yaşadığı mənzildən başqa yaşayış yeri yoxdur. Üç azyaşlı övladları ilə birlikdə orada yaşayır və İddiaçı ona aliment ödəmir. O, çox çarəsiz vəziyyətdə qalmışdır. Bu səbəbdən də iddia tələbini rədd edir. X15 mülki iş üzrə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 3740/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X7 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, bu mümkün olmadıqda istifadə hüququnun müvəqqəti saxlanması tələbi”nə dair iddia ərizəsi üzrə 2(005)-3740/2019 qeydiyyat nömrəsində olan mülki işin həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə 2(005)- 2749/2019 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi, birləşdirilmiş iş üzrə 2(005)-2749/2019 qeydiyyat nömrəsinin saxlanılması qərara alınmışdır. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və X7 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, bu mümkün olmadıqda istifadə hüququnun müvəqqəti saxlanması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 17 saylı mənzilə istifadə hüququnun tanınması, cavabdehlər tərəfindən 30.000 manat kompensasiya verilməklə bu hüquqa xitam verilməsi ilə evin boşaldılması, bu mümkün olmadıqda maddi imkansızlığını və 3 uşaqla qalmağa yeri olmadığını nəzərə alaraq istifadə hüququnun 3 il müddətinə həmin mənzildə müvəqqəti saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 1, mənzil 17-də qeydiyyatdadır. xx xxx 2004-cü il tarixdə cavabdeh İddiaçı ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı var. Həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 1, mənzil 17-də olan mənzil qayınanası X5 adına olmaqla mülkiyyətçi olmuşdur. 2015-ci il tarixdə o, vəfat etdikdən sonra həmin mənzil vərəsələri olan 3/4 hissə pay X7 (digər vərəslərin payı bağışlaması əsasında), 1/4 hissə pay İddiaçı keçmiş, xx.xx.2018-ci ildə buna dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Cavabdehlərin həmin mənzilə hüquqları 2018-ci ildə qeydiyyata alınmışdır. 2019-cu ildə cavabdeh İddiaçı ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikaha xitam verilmişdir. Bu səbəbdən mənzilə istifadə hüququnun tanınmasını istəyir. Göründüyü kimi həmin evə 2004-cü ildə gəlin köçməklə hüquq münasibətləri rəhmətə getmiş qayınanası X14 ilə aralarında yaranmışdır. Sonradan isə cavabdehlər İddiaçı və X16 2018-ci ildə hüquqları həmin evə qeydiyyata alındığı andan bu münasibətlər onlarla da yaranmışdır. Bu səbəbdən də hesab edir ki, həmin evə onun istifadə hüququ tanınmalı, 30.000 manat kompensasiya verilməklə bu hüquqa xitam verilməli, bu mümkün olmadıqda körpə uşaqları ilə birgə yaşamağa yeri olmadığından həmin yaşayış sahəsinə istifadə hüququ 3 il müddətinə saxlanılmalıdır. Çünki aralarında olan nikah pozulduqdan sonra cavabdeh İddiaçı 3 uşağa görə aliment də ödəmir. 3 uşağı dolandırmaq onların ehtiyacını qarşılamaqla kirayədə qalmağa maddi imkansızlığı yol vermir. Hazırda cavabdeh İddiaçı ona qarşı “mənzildən uşaqlar ilə birgə çıxarılma tələbinə dair” Nərimanov Rayon Məhkəməsində mülki iş vardır. Onun mənzildən istifadə hüququna dair işə baxılmamış mənzildən çıxarılma ilə bağlı işə baxılması da mümkünsüzdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2749/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddiasının təmin edilməsi, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh uşaqları xx.xx.2004-cü il təvəllüdlü X12, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən (Cavabdeh istifadə hüququ müvəqqəti saxlanılmaqla) çıxarılması, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və X7 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, bu mümkün olmadıqda istifadə hüququnun müvəqqəti saxlanması tələbi”nə dair iddiasının qismən təmin edilməsi, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə dair müvəqqəti istifadə hüququnun 02 (iki) il müddətinə saxlanılması, qətnamənin iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh qarşı mənzildən çıxarılmasına dair hissəsində icrası cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə dair müvəqqəti istifadə hüququ 02 (iki) il müddətinə saxlanıldıqdan sonra icra edilməsi, müvəqqəti istifadə hüququnun saxlanılması müddətinin başlanğıcının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, qətnamənin icrasının Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun “cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə dair müvəqqəti istifadə hüququnun 02 (iki) il müddətinə saxlanılması” hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarının tələblərini pozması, tətbiq olunmalı qanunvericiliyi tətbiq etməməsi və Aynur Süleymanovanın mübahisəli mənzilə istifadə hüququnun olmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli ev 2019-cu ilin dekabr ayında sökülmüşdür. Həmin mənzilin sökülməsi cavabdehin problem çıxardığına görə gecikdirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisəli mənzil sökülsə də, onun həmin evə dair istifadə hüququ olmuş və buna görə ona ən azından kompensasiya ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu Elçin Zeynalov tərəfindən xx.xx.2018-ci il tarixdə 2V-44 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsələri ünvan 1-də yerləşən 17 nömrəli mənzildə qeydiyyat olanlar: İddiaçı, Gözəlova Aygül Mansır qızı, X9 və X10 miras əmlakdan ¼ hissədə pay almalıdırlar. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli “Miras payın bağışlanılması müqaviləsi”ndən görünür ki, Gözəlova Aygül Mansır qızı və X9 Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu Elçin Zeynalov tərəfindən xx.xx.2018-ci il tarixdə 2V- 44 nömrəli reyestrlə təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qoyan X1 qalmış miras əmlakdan ünvan 1-də yerləşən 17 nömrəli mənzildən onların hər birinə çatan ¼ hissədən ibarət olan paylarını bacıları X11 bağışlayırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1-də yerləşən 17 nömrəli mənzilin ¼ hisəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2879 nömrəli reyestr kitabının 268607 nömrəli vərəqində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 2(005)-620/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə 274 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü X12, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 anaları Cavabdeh yanında saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 8(005)-284/2019 nömrəli qərardadının surətindən görünür ki, borclu İddiaçı aliment borcunu ödəmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4935/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə onun mülkiyyətində olan “Nissan Teana” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(005)-1128/2019 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4935/18 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etmədiyindən, yəni aliment borcunu ödəmədiyindən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş) yüz manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X27 Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin Nərimanov Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli **********3 nömrəli Arayışdan görünür ki, Cavabdeh əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı X24 İş Departamenti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli **********606900 nömrəli uçota dair Arayışdan görünür ki, Cavabdeh vergi uçotundan olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx xxxx 2019-cu il tarixli ***-**** nömrəli Bakı Şəhər Nərimanov Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2749/2019 nömrəli sorğusuna cavab məktubdan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 1, mənzil 17 ünvanında qeydiyyatdadır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər 2018-ci il tarixdən sonra yaranmaqla iddia tələbinə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, mübahisələndirilən mənzil X15 ilə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı paylı mülkiyyətindədir. Həmin mənzildə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh da yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qeydiyyatdadır. O, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı keçmiş həyat yoldaşı olmaqla vaxtilə qayınanası mərhum X2 mülkiyyətində olan müvafiq mənzilə qeydiyyata düşərək orada yaşamışdır. Qayınanası vəfat etdikdən sonra da Cavabdeh uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşamağa davam etsə də, həmin mənzilə istifadə hüququ barədə onunla mənzilin mülkiyyətçiləri X15 və İddiaçı arasında notariat qaydasında yazılı razılaşma mövcud olmamışdır. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx xxx 2019-cu il tarixli Qərardadında konstitusiya məhkəməsinin hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.” Habelə o da qeyd edilir ki, “Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli Qərari). Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.” Bu hüquqi mövqelərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh maddi imkansızlığı özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyindən 3 övladı ilə birlikdə həmin mənzildən çıxarılması və istifadə hüququnun müvəqqəti saxlanılmaması ilə uşağın maraqlarının daha yaxşı təmin edilməməsi baxımından xx.xx.2015-ci il təvəllüdlü X3 körpə olmaqla yaşayış yerlərinin olmaması, uşaqlara sabit pul məbləğində 462 manat alimentin ödənilməməsi və.s diqqətələayiq hallar cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) tərəfin vəziyyətinin ağırlaşması ilə nəticələnə bilər. Bunları nəzərə alaraq birinci instansiya məhkəməsi Cavabdeh mübahisəli mənzilə müvəqqəti istifadə hüququnun 02 (iki) il müddətinə saxlanılmalı olması nəticəsinə haqlı olaraq gəlmişdir. Bununla belə apellyasiya baxışı zamanı tərəflərin izahatlarından müəyyən edilmişdir ki, ünvan 1-də yerləşən 17 saylı mənzil sökülmüşdür. Belə olan halda X6 iddia tələbinin “cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə dair müvəqqəti istifadə hüququnun 02 (iki) il müddətinə saxlanılması” hissəsində təmin edilsə belə həmin qətnamənin icrası gələcəkdə mümkün olmayacaq. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmalı və X6 iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2749/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə dair müvəqqəti istifadə hüququnun 02 (iki) il müddətinə saxlanılması” hissəsində ləğv edilsin. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və X7 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, istifadə hüququnun müvəqqəti saxlanması” barədə iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar