Məhkəmə qərarları › İş №2(103)-5015/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5015/2025

02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5015/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, 2(008)- 329/2025 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyul 2025-ci il tarixli qərardaddan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı ərazi İdarəsinə və “X1 və Koordinasiya Mərkəzi” X2rşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh-Zağulba şosesində yerləşən 0,0072 ha torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 1 otaqlı 8 nömrəli fərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zağulba sanatoriyasının ərazisindən, yəni, Zağulba sanatoriyasının ümumi giriş-çıxış darvazasından daxil olmaqla eni 5 m olan avtomobil və piyada yolu təqdim edilməsi, həmin yola onun xeyrinə servitut təyin edilməsi, təyin edilən servitutun “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmasının “DƏDK və R” PHŞ-in 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətin nümayəndəsi vəsatətlə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ərazi aidiyyəti üzrə baxılması üçün işin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla vəsatətin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, həll olunmalı məsələnin həll edilməsini, yəni ərazi aidiyyəti üzrə baxılması üçün işin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərazi aidiyyəti üzrə baxılması üçün işin Xəzər Rayon Məhkəməsinə göndərilməsi haqqında vəsatət xx.xx.2025-ci il tarixli qərardadla təmin edilmədikdən sonra, məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılması yekunlaşmış və xx.xx.2025-ci il tarixli qətnamə ilə iddia təmin edilmişdir. İşə mahiyyəti üzrə artıq baxıldığı üçün qərardaddan verilmiş şikayətin icraata qəbul edilməsi və baxılması mümkün deyil. Cavabdehin Xidmətin sonuncu qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətə yazılı icraat qaydasında baxaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 45.2-ci maddəsinin mənasına görə, ərazi aidiyyəti üzrə baxılması üçün işin başqa məhkəməyə verilməsi ilə bağlı məsələlər üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərardadlardan, qərardad rəsmi qaydada təqdim edildiyi andan 10 gün ərzində şikayət verilə bilər. Göründüyü kimi, iş üzrə cavabdehlərdən biri olan Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardaddan şikayət vermək hüququna malikdir. Lakin nəzərə alınmalıdır ki, işə baxmış Rayon Məhkəmə həmin qərardadı qəbul etdikdən sonra, elə həmin tarixdə işə mahiyyəti üzrə baxılmasını yekunlaşdıraraq, iş üzrə qətnamə qəbul etmiş və həmin qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Belə olan halda müəyyən edilir ki, işə mahiyyəti üzrə artıq baxıldığı və iş üzrə qətnamə qəbul edildiyi üçün qərardaddan verilmiş şikayətin icraata qəbul edilməsi və ona baxılması mümkün deyil. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi həmin qərardaddan cavabdeh Xidmətin verdiyi şikayəti icraata qəbul etmədən, şikayətin geri qaytarılması haqqında qərardad qəbul etməkdə haqlı olmuşdur. Həmin qərardaddan verilmiş şikayətin təmin edilməsi üçün əsas yoxdur. Bununla yanaşı Məhkəmə bildirir ki, cavabdeh Xidmət, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətanmədən apellyasiya şikayəti verəcəyi halda, qərardaddan verdiyi şikayətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinə daxil etməklə apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdıra bilər və əgər apellyasiya instansiya məhkəməsi həmin dəlilləri əsaslı hesab edərsə, onda MPM-in 385.1.1 və 387.2.9-cu maddələrinə uyğun olaraq həmin qətnaməni ləğv edə bilər. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyul 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar