Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5018/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı ("xxxx" ASC və X1, X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1388/2023 saylı 09 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və digər şəxslər əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla X1 arasında AN-1 №1024376 saylı 17 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmamış və aldığı mənzil ona boş olaraq, yəni əşyasız və yaşayış olmadan təhvil verilmişdir. Alqı-satqı müqaviləsindən sonra o, ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Mənzilə aid qapının açarları tərəfindən yenisi ilə əvəz edilmişdir. Ölkəyə qayıtdıqdan sonra yeni aldığı mənzildə qapısı sındırılaraq, əvvəllər də tanımadığı şəxslərin əşyaları ilə birlikdə ona məxsus mənzildə yaşadığlarını görmüşdür. Bununla bağlı orada yaşayan insanlarla dəfələrlə görüşüb, söhbətləşsə də heç bir fayda vermədiyini görüb, Cavabdeh və digərləri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etmişdir. Lakin bu və ya digər tədbirlər indiyəqədər nəticə verməmiş, cavabdehlər hazırda da müvafiq mənzildə məskunlaşmağa davam etmişlər. Bu səbəbdən, mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və kirayə qalmaq məcburiyyətində qalmışdır. Həmçinin, qeyd etmək lazımdır ki, adıçəkilən şəxslər sözügedən mənzildə qeydiyyatda belə olmamış, yəni cavabdehlərin heç bir mülkiyyət hüquqları olmamışdır. Cavabdeh və digərləri barəsində məhkəmənin mənzildən çıxarılmaları barədə qətnamə mövcud olmuş və həmin qətnamə xx.xx.2022-ci il tarixində tam şəkildə icra olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1388/2023 saylı 09 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh və digər şəxslərin əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq 3-cü şəxslər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- iddianın “digər şəxslərə” münasibətdə təmin olunan hissəsində ləğv edilməli və iddia ərizəsi “digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması” hissəsində baxılmamış saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Daha sonra, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İş üzrə iddia ərizəsindən və işin faktiki hallarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh və digər şəxslərin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 24, 32 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmasını tələb etmişdir. İddiaçının iddia ərizəsindən tələbinin yönəldiyi digər cavabdehlərin aydın və konkret ifadə olunmadığı müəyyən olunur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən yalnız birinə - Cavabdeh dair məlumatları qeyd etmiş, digər cavabdehlərin isə kimlərdən ibarət olması barədə heç bir məlumat vermədən, onları “digər şəxslər” kimi təqdim etmişdir. Göründüyü kimi iddiaçı idda ərizəsinin forma və məzmununa aid mülki prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi isə hər hansı bir əsası olmadan prosessual qaydaları pozaraq, aydın və konkret şəkildə göstərilməyən cavabdehlərə qarşı yönəlmiş iddiaçının iddia ərizəsini icraata götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələbin yönəldiyi bütün cavabdehlər dəqiq göstərilmədiyindən və birinci instansiya məhkəməsi də qeyri-müəyyən cavabdehlərə yönəlmiş iddia tələbinə baxaraq prosessal normaları pozduğundan, qətnamə qismən - digər şəxslərlə bağlı iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia ərizəsi “digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1dən çıxarılması” hissəsində baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1388/2023 saylı 09 iyun 2023cü il tarixli qətnaməsi qismən - “digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması”na dair iddianın təmin olunan hissəsində ləğv edilsin. İddiaçı iddia ərizəsi “digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması” hissəsində baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5018/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5018/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver