Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5028/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İş üzrə iddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, MMC üzrə verilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 15.000 manat məbləğində mənəvi zərərin əvəzinin (kompensasiyanın) cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh MMC-də xx.xx.1997-ci il tarixdən baş mühasib vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.1997-ci il tarixdən isə maliyyə direktoru vəzifəsinə keçirilmişdir. MMC-nin baş direktoru X8 2023-cü ilin əvvəllərindən iddiaçıya qanunsuz hərəkətlər etməyi tapşırmış, iddiaçının maliyyə direktoru vəzifəsində çalışmasından istifadə etməklə, ona maliyyə ilə bağlı qanunazidd hərəkətləri etməyi barədə göstəriş vermişdir. İddiaçı buna etiraz etdikdə hədə-qorxu gələrək, təzyiqlər edərək onun göstərişinə əməl etməsinə məcbur etmişdir. Bu səbəbdən iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə vermək məcburiyyətində qalmışdır. MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli, 119 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış "xxxx" Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hesab edir ki, MMC-nin baş direktoru əmək qanunvericiliyini kobud surətdə pozmuşdur. Çünki onun işdən çıxma səbəbi təzyiq, hədə-qorxu olmuşdur. Bundan başqa, iddiaçı işdən azad olunması barədə əmrin məzmunu ilə tanış edilməmiş, əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. MMC tərəfindən qeyd edilən sənədlər iddiaçının xx.xx.2023-cü il tarixli müraciətindən sonra xx.xx.2023-cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. İddia müddətinin axımı həmin gündən başlanır və belə olan halda iddia tələbinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmamışdır. Bundan əlavə MMC-nin baş direktoru qanunsuz hərəkətləri nəticəsində iddiaçı işsiz qaldığından ona mənəvi ziyan dəymişdir. O, mənəvi sarsıntı və iztirab keçirmiş, şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gəlmişdir. İddiaçı ona vurulmuş mənəvi zərəri 15.000 manat miqdarında qiymətləndirir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
4. Cavabdeh MMC-nin iddia tələbinə qarşı etirazı isə belə əsaslandırılmışdır ki, iddiaçıya hədə-qorxu və təzyiq edilməmişdir. Hədə-qorxu və təzyiqlərin nədə ifadə edilməsi barədə heç bir fakt göstərilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni bilavasitə iş yerində, özünün dediyi kimi işəgötürənin təzyiqi və hədəqorxusu altında deyil, iş yerindən kənarda, heç bir təzyiq olmadığı halda yazmış və ərizəni poçt vasitəsilə göndərmişdir. Bu səbəbdən iddiaçının işdən azad edilməsi barədə əmrin surəti də onun ünvanına sürətli poçt vasitəsilə göndərilmiş, özü evdə olmadığı üçün qonşusuna təqdim edilmişdir. Ərizədə yazılma tarixi xx.xx.2023-cü il qeyd edilsə də faktiki olaraq iddiaçı ərizəni xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə işəgötürənə göndərmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə ("xxxx" xitam verilməsi tarixi) qədər isə iddiaçı məzuniyyətdə olmuşdur. İddiaçı ərizəni verdikdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən işəgötürənin yazılan ərizə ilə bağlı araşdırma aparmaq imkanı olmamışdır. İddiaçının işdən çıxmaq barədə ərizəsinin könüllü yazması faktı aşkar olduğu üçün orada yazılan ittihamları işəgötürən ciddi qəbul etməmiş və iddiaçıya əmək funksiyalarının düzgün icra etmək barədə rəhbərliyin qanuni tələblərinə qarşı isterik etiraz kimi qiymətləndirmişdir. İddiaçının əmək funksiyalarını düzgün icra etməməsi barədə kifayət qədər sübutlar mövcuddur. MMC-nin baş direktorunun iddiaçıdan əmək funksiyalarını düzgün icra etməsi barədə göstərişlər verməsi Əmək Məcəlləsinin 11ci maddəsinin tələblərinə əsasən işəgötürənin əsas hüquqlarından hesab edilir. Baş direktorun iddiaçıdan əmək funksiyalarını dürüst icra etməsi barədə göstərişlər verməsi iddiaçıya qarşı hədə-qorxu və təzyiq kimi qiymətləndirilə bilməz. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilərkən işəgötürən – cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları baş verməmişdir. Bununla da, iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. d) apellyasiya şikayəti barədə məlumat
7. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.
10. Apellyasiya baxışında iştirak edən cavabdeh MMC-nin vəkili (nümayəndəsi) şikayətin dəlillərinə etiraz edərək, iddia tələbinə etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçının adına olan AT-İV seriyalı, ******* nömrəli, xx.xx.1989-cu il tarixli "xxxx" görünür ki, iddiaçı, xx.xx.1997-ci il tarixli əmrlə cavabdeh MMC-də mühasib vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.1997-ci il tarixdən isə MMC-nin maliyyə direktoru vəzifəsinə keçirilmişdir.
13. Cavabdeh MMC tərəfindən tərtib edilmiş iddiaçıya “Yazılı qaydada xəbərdarlıq edilməsi barədə” xx.xx.2023-cü il tarixli 60 №-li əmrə əsasən, xx.xx.2023-cü il tarixli əmrə əsasən xx.xx.2023-cü il tarixindən etibarən X3 rəisi B.İ.Tarverdiyev məzuniyyətdə olduğu dövrdə onun vəzifə səlahiyyətlərinin icra olunması müvəqqəti olaraq SPS Bazasını növbə rəisi X5 tapşırılmışdır. Həmin Əmrin 5-ci bəndinə əsasən E.Z.Quliyevə vəzifə səlahiyyətlərini icra etdiyi müddətə Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə və 162 maddəsinin 1-ci bəndinə əsasən əvəz etdiyi iş üzrə vəzifə maaşı arasındakı fərqə görə əmək haqqı hesablanıb ödənilməsi şirkətin MMC-nin maliyyə direktoru olan iddiaçıya tapşırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə Z.Nəsirova və Ə. Bayramovaya ünvanlanan məktubunda vəzifə maaşları arasındakı fərqin Kadrlar şöbəsi tərəfindən hesablanaraq əmrə əlavə edilməsini tələb etmiş və beləliklə vəzifə öhdəliklərini pozaraq əmri icra etməkdən imtina etmişdir. Bundan əlavə, iddiaçının elektron poçt vasitəsilə Z.Nasirovaya və Ə.Bayramovaya ünvanladığı məktubda Səftər Qulu-zadənin məzuniyyət günlərində Ülvi Əsədovun onu əvəz etməsi ilə bağlı əmək qanunvericiliyin tələblərinə əsasən əmək haqları arasındakı məbləğin hesablanması ilə bağlı Z.Nəsirovanın müraciətinə cavab olaraq “Maliyyə şöbəsi heç bir maaş fərqini hesablamır” deməklə əmək funksiyalarının icrasından imtina etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı iddiaçıdan izahat yazılması tələb edilsə də, iddiaçı izahat yazmaqdan imtina etmişdir. Yuxarıda qeyd edilənlər iddiaçının “Əmək müqaviləsi” üzrə üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyini sübut edir. Belə ki, MMC ilə iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinin” 3.2-ci maddəsinə əsasən işçi mühasibat, maliyyə və administrativ, bank işləri və əmək haqqının ödənilməsi daxil olmaqla fəaliyyətinə rəhbərlik etmək iddiaçının əmək funksiyasına daxildir. Vəzifə təlimatına əsasən MMC-nin mühasibat, maliyyə və inzibati fəaliyyətinə, (bank əməliyyatları və əməyin ödənişi daxil olmaqla) rəhbərlik etməyə görə məhz iddiaçı cavabdehlik daşıyır. Yuxarıda qeyd edilənləri və Əmək Məcəlləsinin 11-ci maddəsinin "xxxx" bəndini və həmin məcəllənin 186-cı maddəsinin 3-cü bəndini rəhbər tutaraq MMC-nin baş mühasibi- maliyyə direktoru vəzifəsində çalışan iddiaçıya yazılı qaydada xəbərdarlıq edilməsi, əmrin 1-ci və 2-ci bəndlərində qeyd edilmiş öhdəliklərin qısa müddətdə icrasının iddiaçıya tapşırlması əmr edilmişdir.
14. MMC tərəfindən tərtib edilmiş iddiaçıya və MMC-nin digər əməkdaşı X1 “Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 104 №-li əmrə əsasən, MMC-də maliyyə direktoru vəzifəsində çalışan iddiaçı 27-28.07. 2023-cü il tarixlərində, mühasib vəzifəsində çalışan Gülşən Babayeva xx.xx.2023-cü il tarixində hər hansı bir üzrlü səbəb olmadan və bu barədə işəgötürənə məlumat vermədən bütün iş günü ərzində işə gəlməmiş və bununla da, əmək müqavilələrində müəyyən olunan əmək vəzifələrini kobud şəkildə pozmuşlar. İşçilərin üzrlü səbəb olmadan işə gəlməmələri Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozuntusu halı hesab edilir və bu halda işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçilərin əmək müqaviləsinə xitam vermək hüququ var. Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə əsasən “İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir”. Hər iki işçidən işə gəlməmələrinin səbəblərini göstərən izahat yazmaları tələb edilmişdir. Gülşən Babayeva izahatında şəxsi məqsədləri üçün işə gəlmədiyini etiraf etmiş və işəgötürəni bu barədə xəbərdar etməsə də iddiaçıya məlumat verdiyini izahatında bildirmişdir. İddiaçı isə izahat verməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq Əmək Məcəlləsinin 11-ci maddəsinin "xxxx" bəndini rəhbər tutaraq Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən, MMC-də maliyyə direktoru vəzifəsində çalışan iddiaçıya və mühasib vəzifəsində çalışan Gülşən Babayeva sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir.
15. İddiaçı xx.xx.2023-cü il tarixdə MMC-nin Direktorlar şurasının sədri Elçin Ağakişiyeva və MMC-in baş direktoru Nikolas Horeyə yazdığı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, MMC-də hər hansı bir qərarın qəbul edilməsində şəffaflığın olmaması, baş direktor tərəfindən müəssisəsinin Nizamnaməsinin, etik normalarının, Əmək Məcəlləsinin, onun əmək hüquqlarının kobud surətdə pozulması, ona qarşı göstərdiyi təzyiq səhhətinə mənfi təsir göstərmişdir. Təzyiq, hədə-qorxu, inamsızlıq, şəraitində xidməti vəzifələrinin davam etdirməyi mümkün hesab etmir. Yuxarıda göstərilən səbəblərdən onu xx.xx.2023-cü il tarixdən tutulduğu vəzifədən azad etməyi xahiş etmişdir.
16. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 119 №-li əmri ilə MMC-nin maliyyə direktoru - baş mühasibi olan iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixindən öz xahişi ilə xitam verilməsi və işçinin tutduğu vəzifədən azad edilməsi; işlədiyi son təqvim ayının iş günləri və istifadə etmədiyi 12 məzuniyyət günlərinə görə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb işçiyə ödənilməsi; bütün lazımi sənədləri rəsmiləşdirməyin MMC-nin İnsan Resursları üzrə menecer vəzifəsini icra edən Ə.Əbayramovaya və Maliyyə departamentinə tapşırılması əmr edilmişdir.
17. Qeyd edilənlərə müəyyən edilir ki, iddiaçı cavabdeh MMC-də xx.xx.1997-ci il tarixdə mühasib vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.1997-ci ildən isə maliyyə direktoru vəzifəsinə keçirilmişdir. MMC-nin xx.xx.2023-cü il tarixli, 119 №-li əmri ilə MMCnin maliyyə direktoru - baş mühasibi olan iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixindən işçinin öz xahişi ilə xitam verilmiş və işçinin tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir.
18. İddiaçı bildirir ki, onun tərəfindən işdən çıxma ərizəsi təzyiq altında verilmiş, MMC-nin yeni rəhbəri ilə iddiaçının münasibətləri yaxşı olmamış, işəgötürən tərəfindən qısa müddət ərzində iddiaçıya tənbeh tədbirləri verilmiş, ərizəsində qeyd edilən təzyiq halları işəgötürən tərəfindən araşdırılmamışdır.
19. Cavabdeh isə iddiaçının işdən çıxmaq barədə ərizəsində göstərdiyi kimi guya ona “hədə-qorxu gəlinməsi və əmək hüquqlarının kobud şəkildə pozulması, ona qarşı təzyiq göstərilməsi” faktlarını yoxlamaq üçün işəgötürənin araşdırma aparmaq imkanının olmadığını, iddiaçı ərizəni verdikdə nəinki məzuniyyətdə və iş yerində olmadığını, ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunu, iddiaçının işdən çıxmaq barədə ərizəsini könüllü yazması faktı aşkar olduğu üçün orada yazılan ittihamların işəgötürən ciddi qəbul edilmədiyini və iddiaçıya əmək funksiyalarının düzgün icra etmək barədə rəhbərliyin qanuni tələblərinə qarşı isterik etiraz kimi qiymətləndirildiyini bildirir.
20. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
21. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (1-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (2-ci hissə). İşçi aşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər (3-cü hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır (7-ci hissə).
22. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçinin ərizəsində göstərildiyi gün əmək müqaviləsinin ləğv edilməsi) ilə əsaslandırılmışdır. Məhkəmə araşdırması nəticəsində həmin əmrin tərtib edilməsi və rəsmiləşdirilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğunsuzluq müəyyən edilməmişdir.
25. İddiaçı “işdən çıxmaq barədə ərizəni işəgötürənin hədə-qorxusu, təzyiqi altında, inamsızlıq şəraitində yazması” ilə bağlı halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda işəgötürən tərəfindən təzyiq və hədəqorxunun hansı formada edilməsi barədə ardıcıl, bir-biri ilə əlaqəli faktlar göstərməmiş, işdən çıxarılması barədə ərizəsində qeyd etdiyi “inamsızlıq şəraitində, təzyiq altında xidməti vəzifələrini davam etdirə bilməmək” ilə bağlı vəziyyətin nədən ibarət olması və bu halın məhz işəgötürənin hərəkətləri nəticəsində yaranmasının ağlabatan izahını verə bilməmişdir.
26. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıya yazılı qaydada xəbərdarlıq edilməsi haqqında xx.xx.2023-cü il tarixli 60 №-li əmr və ona “Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 104 №-li əmr işçi tərəfindən mübahisələndirilməmiş, eləcə də o, MMC-nin yeni rəhbərliyi tərəfindən əmək funksiyalarına aid olmayan tapşırıqların icrasına məcbur edilməsi və təzyiq göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə və ya MMC-nin aidiyyəti rəhbərliyinə hər hansı müraciət və ya şikayət etməmişdir.
27. Məhkəmə hesab edir ki, intizam tənbeh tədbiri tətbiq etmək işəgötürənin əmək qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarından biri olduğundan işçiyə təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbinə görə, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehlərindən birini verə bilər.
28. İddiaçının işdən azad olunması barədə verilmiş əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Rayon Məhkəməsi iddiaçının işə bərpa tələbini də rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən həmin tələblərdən irəli gələn məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələblərinin də təmin olunması üçün əsas yoxdur. Apellyasiya şikayəti əsassız hesab edilərək təmin olunmamalıdır. g) apelyasiyanın nəticəsi
29. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh MMC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
33. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.