Məhkəmə qərarları › İş №2(103)-503/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-503/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-503/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X15 və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs “xxxx” MTK-nın rəhbəri və nümayəndəsi X16 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qeyri qanuni zəbt etdiyi ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 109 saylı mənzildən ailəsi ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh bildirmişdir ki, guya mübahisəli mənzil müqavilə əsasında X3 və onun tərəfindən verilmiş etibarnamə əsasında mənzil Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmənin qərarı ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MTK-nın rəhbəri və nümayəndəsi X17 izahat verərək, mübahisəli mənzilin hazırki iş üzrə İddiaçı satıldığını, X14 adlı şəxsi tanımadığını, ona MTK tərəfindən heç bir mənzil satılmadığını bildirmişdir. Məhkəmə əsassız olaraq, iş materiallarında olan 14.08.2010-cu il tarixli, 105 saylı müqaviləyə və ödəniş cədvəlinə istinad edərək, mübahisəli mənzilin X2 və sonuncu tərəfindən mənzilin dəyərinin “xxxx” MTK-ya ödənildiyi qənaətinə gəlmişdir. Belə ki, ekspertiza tədqiqatının 12.03.2020-ci il tarixli, 3881 saylı ekspert rəyinin surətindən görünür ki, məhkəmə tərəfindən ekspertizaya təqdim edilmiş, mülki işin 115- 116-cı vərəqələrində “xxxx” MTK ilə X5 adlarından olan 14 avqust 2010-cu il tarixli 105 saylı “Müqavilə”də “Tərəflərin ünvani” hissəsində “Kooperativ” qrafasında olan imza, həmçinin mülki işin 117-ci vərəqəsində olan 14.08.2010-cu il tarixli “Ödəniş cədvəlin”də “İmzalar (direktor kassir)” hissəsində “2” qrafasında olan imza - X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş daha bir ekspertizanın 21.02.2020-ci il tarixli, 3880 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə İddiaçı arasında 20.07.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilənin, 20.07.2012-ci il tarixli 19 saylı maliyyə arayışının və “xxxx MTK” ilə X14 arasında 14.08.2010-cu il tarixdə bağlanmış 105 saylı müqavilənin, eyni tarixli ödəniş cədvəlinin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi “xxxx” MTK məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil etmirlər. Göründüyü kimi, məhkəmə baxışı zamanı tədqiq edilən materiallardan, ekspertiza rəylərindən və eləcə də, məhkəmə iclası zamanı dindirilən “xxxx” MTK-nin rəhbəri və nümayəndəsi X13 ifadəsinə əsasən tam aydın olur ki, mübahisəli mənzil “xxxx” MTK tərəfindən X1, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən müqavilələr saxtadır və belə bir müqavilə ümumiyyətlə bağlanmamışdır. İstər MTK rəhbərliyinin ifadələri, istərsə də ekspertiza rəyləri bir daha sübut edir ki, həmin müqavilə saxtadır, ümumiyyətlə belə bir müqavilə mövcud olmayıb. Beləliklə, cabadeh tərəfin məhkəmə iclasında verdiyi izahat və bildirdiyi mövqe, guya “mübahisəli mənzil müqavilə əsasında X3 və onun tərəfindən verilmiş etibarnaməyə əsasən Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir” fikri tamamilə qanunsuz və əsassızdır. Çünki, həmin müqavilə ümumiyyətlə mövcud olmamışdır. Belə bir müqavilənin mövcuduğu iş materialları, üçüncü şəxsin izahatı və ekspertiza rəyləri ilə tam təkzib edilir. Qeyd edilən xüsusatlara baxmayaraq, Bakı şəhəri Xətai rayon Məhkəməsi işin faktiki halları ilə uyğun olmayan, əsassız qənaətə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən qəbul edilən qətnamənin əsaslandırıcı hissəsində məhkəmə qeyd edir: "Cavabdeh mübahisəli mənzilə dair X5 adına olan 14.08.2010-cu il tarixli, 105 saylı etibarsız hesab edilməmiş və ya ləğv edilməmiş müqavilə əsasında verilmiş 08.05.2013-cü il tarixli AR-1 № 938714 saylı etibarnaməyə əsasən qeyd olunan mənzilə qanuni əsaslarla sahiblik və istifadə etməsi müəyyən olunmuşdur . İşin faktiki halları, eləcə də məhkəmə baxışı zamanı tədqiq edilmiş dəlillərə, izahatlara, ekspert rəylərinə əsasən tam sübuta yetirilmişdir ki, “xxxx” MTK tərəfindən X14 ilə müqavilə bağlanmamışdır. Cavabdeh tərəfindən qeyd edilən müqavilədəki imza və möhürlər saxtadır. Deməli, cavabdeh tərəfindən təqdim edilən müqavilə bütövlükdə saxtadır, MTK ilə belə bir müqavilə ümumiyyətlə bağlanmamış, yəni bu müqavilə ümumilikdə mövcud olmamışdır. Mövcud olmayan müqavilənin isə etibarsızlığından və ya ləğvindən söhbət gedə bilməz. Mövcud olmayan bir predmetin etibarsızlığını və ya ləğvini mübahisələndirmək absurddur. Çünki, bir müqaviləni ləğv etmək, etibarsız hesab etmək və xitam etmək üçün əvvəlcə həmin müqavilənin bağlanması lazımdır. Hazırki işin faktiki hallarından, eləcə də məhkəmə baxışı zamanı tədqiq edilən sübutlardan da tam aydın olur ki, cavabdeh tərəfin, eləcə də məhkəmənin əsaslandırıcı hissədə istinad etdiyi X5 adına olan 14.08.2010-cu il tarixli, 105 saylı müqavilə saxtadır, belə bir müqavilə mövcud olmamışdır. Çünki, məhkəmə iclasına cəlb edilmiş üçüncü şəxs “xxxx” MTK tərəfindən verilən izahatlarda MTK-nın belə bir müqavilə bağlamadığı, X8 tanımadığı bildirilmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar tərəfindən verilmiş rəylər əsasında da, X5 təqdim etdiyi müqavilənin saxta olduğu, MTK-nın məsul şəxsi tərəfindən imzalanmadığı, möhürün isə eynilik təşkil etmədiyi sübuta yetirilmişdir. Göründüyü kimi, həmin müqavilə ümumiyyətlə bağlanmamış, yəni müqavilənin ikinci tərəfi olan MTK tərəfindən razılaşdırılmamışdır. Beləliklə də, tamamilə sübuta yetirilir ki, həmin müqavilə mövcud olmamışdır. Bu səbəbdən, mövcud olmayan bir müqavilənin ləğvi və ya etibarsızlığı da mübahisələndirilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X23 bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Mənzil hazır olmamışdan əvvəl 2012-ci ildə MTK-dan mənzilin cavabdehə təhvil vermədiyi bildirilmişdir. Bu vaxtlar ərzində elə məhkəmələrdə, polis idarələrində qalmışlar. Mənzildə təmir işləri aparıldığını biləndə getmişdi, lakin qapı bağlı idi. Polis də müdaxilə etmədi ki, məhkəmə qərarı olmadan mənzilə girə bilməzlər. İddiaları əsaslıdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. 2012-ci ildə pul verib ev almışlar. Müqavilələri də olub. Qanuni sənədləri olmasa idi, mənzilə dair çıxarış verilməzdi. 2015-ci ildə binanın tikintisi bitəndən sonra mənzilə getdi, gördü ki, mənzildə başqası var. O, da polisə müraciət etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 bildirdi ki, iddia tələbləri qeyri-qanuni zəbt edilmiş mənzildən çıxarılması idi. Lakin hazırda cavabdeh mənzilin təmiri üçün çəkdiyi xərcləri tələb etdi və məhkəmə bununla bağlı ekspertiza təyin etdi, çəkilmiş təmir xərci hesablandı. Bu halda cavabdeh olmalı şəxsin İddiaçı olduğunu qəbul etmirlər. Əmlakın yaxşılaşdırılması üçün çəkilən xərclər onlardan tutulmalı deyil. Həmin pulu aldadan şəxs ödəməlidir. 2014-cü ilin sonundan mənzildəki sakinlər yaşamağa başlayıblar. Amma iddiaçı mənzilin Cavabdeh tərəfindən qeyri- qanuni zəbt etməsi səbəbindən mənzildən istifadə edə bilməyib. Hazırda 2015-ci ilin yanvar ayından bugünədək mənzilin kirayəsi ilə əlaqədar əldən çıxmış faydanı cavabdehdən tələb edirlər. Çünki, cavabdehin mənzili qanuni zəbt etməsi səbəbindən ididaçıya ziyan dəyib. Xətai rayonunda həmin göstəricilərlə olan mənzillərin aylıq kirayə haqqı 350 manatdır. Onlar bu haqda rəsmi arayış da almışdılar. İddiaçı mənzilindən istifadə edə bilmədiyi üçün özü də kirayədə qalmağa məcbur olub. Lakin onlar həmin kirayə müqaviləsini təqdim edə bilmirlər. Ona görə də real zərəri tələb etmirlər, amma Mülki Məcəllənin 21-ci maddəsinə əsasən əldən çıxmış faydanı tələb edirlər. 78 ay müddətində zəbt etdiyi vaxtda aylıq 350 manatdan hesablanmaqla 27.300 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edirlər. Rayon məhkəməsində tələbləri cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması idi və həmin tələb də qalır, əlavə olaraq əldən çıxmış faydanın tələb edilməsi barədə iddiaları irəli sürürlər. Mülki Prosessual Məcəllənin 372.5-ci maddəsinə istinad edirlər. Bu iddianı tələb etdikləri onun üçündür ki, apellyasiya məhkəməsində ekspertiza təyin edildi və mənzilə çəkilmiş xərclər hesablandı. Ona görə də onlar hazırda əldən çıxmış faydanı tələb edirlər. Bundan başqa, işə rayon məhkəməsində baxılarkən mənzilə dair sənədləri yox idi. Lakin hazırda mənzilə dair texniki pasportları və çıxarışları var. MTK bildirir ki, cavabdehə işıq verilməyib, işığı liftdən çəkdirib. Suyu da qırıb götürüb. Cavabdehlə MTKnın rəhbəri Vidadi arasında dəfələrlə mübahisələr də olub. Hətta mənzilin təmirinə başladığı vaxtlarda da bu mübahisələr olub. Mənzilə qoyduğu qapı da MTK tərəfindən sökülüb. Aralarındakı bu mübahisəyə görə Vidadi polis tərəfindən tutulub. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Mənzilə dair çıxarışları da var. Bina sakinlərinə çıxarışlar hazırki vaxtlarda verilməyə başlayıb. Əliyeva Məlahətlə olan müqavilənin MTK ilə razılaşdrılmadığı iş materiallarında da görünür. Razılıq olmadığı halda ona heç müqavilə də deyə bilməzlər. Müqavilə olmadığı üçün etibarsız sayılmadan da söhbət getmir. MTK da bildirir ki, o, Əliyeva Məlahəti tanımır, heç vaxt Əliyeva Məlahətlə müqavilə bağlamayıb, ona mənzil satmayıb. Hazırda həmin mənzilə dair İddiaçı çıxarışı var, mənzil onun mülkiyyətindədir. Kim kimə pul ödəyib, mənzil alıb -bunların onlara aidiyyəti yoxdur. Onlar qanuni olaraq pul verib aldıqları mənzili tələb edirlər. Təmir pulunu da onlar verməməlidirlər, onlara aidiyyəti yoxdur. MTK xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh qanunsuz olduğunu bilə-bilə mənzildə təmir işlərini aparmağa davam edib. Ona görə də onlar təmir işləri ilə bağlı heç bir məsuliyyət daşımırlar. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddia tələblərində ailə üzvləri ilə birlikdə çıxarılmanı qoymuşdular. Mənzildə kimlərin yaşadığını bilmirdilər. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, Məlahətə 49.000 manat pul vermişdir. Müqavilələri də notariusda təsdiqlənib. Bu illər ərzində iddiaçı niyə müraciət etməyib? İddiaçının apellyasiya şikayəti əsassızdır. Məhkəmədən iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. O, kimsə mənzildə yaşadığı vaxt ora daxil olmamış, kimisə evdən çıxartmamışdır. O, pulunu verib ev almışdır. 10 ildir ki, orada yaşayır. Məhkəmədən iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Həmin mənzildə o, arvadı, 2 uşağı və anası yaşayır. X4 12.05.1981-ci il təvəllüdlü, Bərdə rayonunda anadan olub. X10 28.10.2001-ci il təvəllüdlüdür, Tərtər rayonunda anadan olub. Nəvəsi də onlarla yaşayır. X11, 28.10.2002-ci il təvəllüdlüdür, Bərdə rayonunda anadan olub. Hazırda Şuşada şəhərində hərbi xidmətdədir. X6 1947-ci il tarixdə Tərtər rayonu, Buruc kəndində anadan olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, Əliyeva Məlahətlə bağlanmış müqavilə hazırda da qüvvədədir və müqavilə ləğv olunmayıb. Əgər cinayət işi üzrə 19.04.2013-cü il tarixli hökm müqavilənin taleyini həll edirdisə, bu, qərarda birbaşa olaraq göstərilməli idi. X27 müqaviləsinin etibarsız hesab edilməsi qeyd edilməyib axı. Müqavilədə olan imza, möhür saxtadırsa, bunu Əliyeva Məlahət necə bilə bilərdi ki? Zülfüqar adlı şəxsi birinci dəfədir ki, indi eşidirlər. Hökmün əsaslandırıcı hissəsində yazılanlar etibarsızlıq üçün əsas kimi çıxış edə bilər, lakin bu o demək deyil ki, məhkəmə müqaviləni etibarsız sayıb. Bununla bağlı heç bir iddia, məhkəmə qərarı yoxdur. Bugün onların əsaslandıqları müqavilə qüvvədədir. İddiaçının apellyasiya şikayəti əsassızdır. Məhkəmədən iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MTK-nın rəhbəri və nümayəndəsi X24 bildirdi ki, təmir işləri aparmaması barədə cavabdehə dəfələrlə xəbərdarlıq da etmişdilər. Cavabdehə mənzilin İddiaçı olmasını bildirmişlər. Hətta təmir işlərini apara bilməsin deyə ona qaz, su, işıq da verməmişdilər. Amma hər dəfə cavabdeh qanunsuz olaraq təmir işlərini aparmağa davam edib, qapını sındırıb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, məhkəmə sənədlərin texniki ekspertizasının 21.02.2020-ci il tarixli, 3880 saylı rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə İddiaçı arasında 20.07.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilənin, 20.07.2012-ci il tarixli 19 saylı maliyyə arayışının və “xxxx” MTK ilə X14 arasında 14.08.2010-cu İ tarixdə bağlanmış 105 saylı müqavilənin, eyni tarixli ödəniş cədvəlinin üzərlərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar.

2. Tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə X14 arasında 14.08.2010-cu il .tarixdə bağlanmış 105 saylı müqavilənin, eyni tarixli ödəniş cədvəlinin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi “xxxx” MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. 3.Tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə İddiaçı arasında 20.07.2012-ci il tarixdə bağlanmış 95 sayiı müqavilənin 1-ci səhifəsinin aşağı sağ hissəsində olan və müqavilənin 2-ci səhifəsinin orta hissəsində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi “xxxx” MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə İddiaçı arasında 20.07.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilənin 2-ci səhifəsində “Sədr” sözünün üzərində olan və 20.07.2012-ci il tarixli 19 saylı maliyyə arayışındakı “AZƏRBAYCÄN RESPUBLİKASİ Mənzii-Tikinti Kooperativi “xxxx” MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil ediriər. 5.Tədqiqata təqdim edilmiş “xxxx” MTK ilə İddiaçı arasında 20.07.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilənin, 20.07.2012-ci il tarixli 19 saylı maliyyə arayışının və “xxxx” MTK ilə X14 arasında 14.08.2010-cu il tarixdə bağlanmış 105 saylı müqavilənin, eyni tarixli ödəniş cədvəlinin üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Mənzil-Tikinti Kooperativi “xxxx” MTK” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil etmiriər. Məhkəmə xətşünaslıq ekspertizasının 12.03.2020-ci il tarixli, 3881 saylı rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş, mülki işin 118-119-cu vərəqələrində “xxxx” MTK ilə İddiaçı adlarından olan 20 iyul 2012-ci il tarixli 95 saylı “Müqavilə”nin “Kooperativ” qrafalarında olan imzalar; mülki işin 120-ci vərəqəsində olan 20 iyul 2012-ci il tarixli 19 saylı “Maliyyə arayışı”xxxx“xxxx MTK-nın sədri:” qrafasında “X24” yazılarının qarşısında olan imza - X24 tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, mülki işin 115-116-cı vərəqələrində “xxxx” MTK ilə X5 adlarından olan 14 avqust 2010-cu il tarixli 105 saylı “Müqavilə”də “Tərəflərin ünvani” hissəsində “Kooperativ” qrafasında olan imza; mülki işin 117-ci vərəqəsində olan 14.08.2010-cu il tarixli “Ödəniş cədvəlin”də “İmzalar (direktor kassir)” hissəsində “2” qrafasında olan imza - X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə tikinti texniki ekspertizasının 14 aprel 2020-ci il tarixli, 10/3089 saylı rəyinə əsasən ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 109 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 24632,0 manat məbləğində müəyyən olunur. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrıayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, “xxxx” MTK” tərəfindən ünvan 2 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasında 2-ci blok, 2-ci mərtəbədə ümumi sahəsi 101.2 kv.metr olan 2 otaqlı 109 saylı mənzil 14.08.2010-cu İ tarixdə bağlanmış 105 saylı müqaviləyə əsasən X7, 20.07.2012-ci il tarixdə bağlanmış 95 saylı müqavilə əsasında isə İddiaçı satılmışdır. X14 tərəfindən Cavabdeh mübahisəli mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını nəzərdə tutan etibarnamə verilmişdir və cavabdeh həmin mənzilə köçərək ailəsi ilə birlikdə yaşayır. Hazırda iddiaçı mənzilin qeyri-qanuni zəbt olunmasını iddia edərək, cavabdehin ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmasını tələb edir... Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 109 saylı mənzili qanunsuz olaraq zəbt etməsini iddia etsə də, bu fakt məhkəmə prosesində öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh mübahisəli mənzilə dair X5 adına olan 14.08.2010-cu il tarixli, 105 saylı etibarsız hesab edilməmiş və ya ləğv edilməmiş müqavilə əsasında verilmiş 08.05.2013-cü il tarixli AR-1 № 938714 saylı etibarnaməyə əsasən qeyd olunan mənzilə qanuni əsaslarla sahiblik və istifadə etməsi müəyyən olunmuşdur. Sadalanalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, “xxxx” MTK-nın rəhbər şəxslərinin və digər şəxslərin əməllərində “dələduzluq” (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan) və “vəzifə saxtakarlığı” (Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan) cinayətlərinin əlamətlərinin aşkar olunması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin evə köçürülmə və qismən də maneənin aradan qaldırılması hissəsində qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsinin bu qaydada gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdən görünür ki, mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ artıq 15 fevral 2021-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdeh həmin evdə yaşayır, iddiaçı isə bu mənzildən onun çıxarılmasını istəyir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçının qeyd olunan mənzildə mülkiyyət payı tam olsa da, məhkəmə onun iddiasının təmin etməkdən imtina etmişdir. İkincisi, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərardad üzrə Azərbaycan Respublikası Baş prokuroru yanıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, Baş İdarənin İstintaq İdarəsində “xxxx” MTK-nın vəzifəli şəxsləri X25 və X29 barəsində Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə ibtidai istintaq aparılaraq İddiaçı və Cavabdeh mübahisələndirdikləri mənzillə bağlı hallar araşdırılmış, 28.09.2018-ci ildə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.07.2019-cu il tarixli hökmü ilə X25 məhkum edilmiş, X29 isə təqsirli bilinsə də öldüyünə görə CPM-in 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Bununla da xüsusi qərardadda qeyd olunan faktlara yekun hüququ qiymət verildiyi müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 139/2019 saylı, 25 iyul 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X29 qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid məqsədlə ələ keçirmiş, qabaqcadan əlbir olan bir qrup halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırıb bilə-bilə saxta sənəddən istifadə etmiş... cinayət əməlini davam etdirərək vahid niyyətlə mənzil almaq üçün müraciət etmiş X9 2010-cu ilin yay aylarında həmin binanın 2-ci blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 161,2 kvadrat metr olan 109 nömrəli 2 otaqlı mənzil satılmasına dair sonuncunun tanışı X14 ilə Kooperativin direktoru Vidadi Bayramov arasında bağlanması görüntüsü yaradan hüquq verən rəsmi sənədləri-14 avqust 2010-cu il tarixli 105 nömrəli mənzil alqı-satqı müqaviləsini və 40480 manat pul vəsaitinin guya həmin Kooperativə ödənilməsi görüntüsü yaradan saxta ödəniş cədvəlini istifadə etmək məqsədilə istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlayaraq inşa olunan binanın yerləşdiyi ünvan 3 ünvanda ofis kimi istifadə edilən tikilidə təqdim etməklə həmin tarixdə Zülfüqar Kazımovun 40.480 manat pul vəsaitini... alıb qabaqcadan əlbir olduğu Bəhruz Quliyevlə aralarında bölərək şəxsi məqsədləri üçün xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmiş, hüquq verən rəsmi sənədi istifadə etməklə saxtalaşdırıb bilə-bilə saxta sənəddən istifadə etmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X29 və Quliyev Bəhruz Şakir oğlu tərəfindən mübahisəli mənzillə bağlı X9 qarşı dələduzluq və digər cinayətlər törədildiyi, yəni saxta müqavilənin X14 ilə bağlandığı görüntüsü yaradılsa da cinayət işi üzrə Zülfüqar Kazımovun zərər çəkdiyi müəyyən olunmuş və sonuncu isə məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək qeyd olunan mənzillə bağlı ona dəymiş zərər ödənildiyindən X18 qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Cinayət işi üzrə şahid olan X14 da Zülfüqar Kazımovun ifadələrini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Bu hökmlə eyni zamanda, hazırki iş üzrə də mübahisə predmeti olan mənzilə dair X5 adına “xxxx” MTK adından yazılmış, cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxta müqavilə və ödəniş cədvəlləri cinayət işinin materiallarında saxlanması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisələrinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh mübahisəli mənzilə dair X5 adına olan 14.08.2010-cu il tarixli, 105 saylı etibarsız hesab edilməmiş və ya ləğv edilməmiş müqavilə əsasında verilmiş 08.05.2013-cü il tarixli AR-1 № 938714 saylı etibarnaməyə əsasən qeyd olunan mənzilə qanuni əsaslarla sahiblik və istifadə etməsinin müəyyən olunduğu qənaətinə gəlsə də mübahisəli mənzillə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilənləri nəzərə almamış, cinayət yolu saxtalaşdırılmış və müqavilə görüntüsü yaradan bir “sənədi” etibarsız hesab edilməmiş və ya ləğv edilməmiş müqavilə hesab etmişdir. Məhkəmə hazırki iş üzrə də keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri ilə də X5 adına olan 14.08.2010-cu il tarixli, 105 saylı saxta müqavilənin “xxxx” MTK tərəfindən tərtib edilmədiyini, onun möhürü ilə təsdiq olunmadığını və səlahiyyətli şəxsi tərəfindən imzalanmadığını müəyyən etmişdir. Ancaq nədənsə bu müqavilənin etibarsız hesab edilməmiş və ləğv edilməmiş müqavilə kimi qiymətləndirmişdir. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin cavabdeh tərəfindən təmir edildiyi müəyyən edilsə də bununla bağlı tərəflər arasında olan münasibətlərə bu barədə tələb olmadığından hazırki işin çərçivəsində hüquq qiymət verilə bilməz. Bununla yanaşı, iddiaçı tələbində mübahisəli mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb etmişdir. Ancaq iddiaçı ailə üzvləri dedikdə kimləri nəzərdə tutduğunu iddia ərizəsində yaxud onun nəticə hissəsində konkret göstərməmiş, məhkəmə tədqiqi zamanı ailə üzvlərinin kimlər olduğunun müəyyən olunmasına da cəhd və təşəbbüs göstərməmişdir. Düzdü, iddia ərizəsinin nəticə hissəsində ailə üzvlərinin də çıxarılmasını göstərmişdir. Ancaq apellyasiya baxışı zamanı cavabdehin izahatından bəlli oldu ki, həmin şəxslərin əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir və iddiaçı onları cavabdeh kimi göstərməmiş, birinci instansiya məhkəməsi də onları cavabdeh qismində işə cəlb etməmişdir. Bununla da cavabdehin “ailə üzvləri” olan şəxslərin birinci instansiya məhkəməsində iştirak edib məhkəmə müdafiəsindən istifadə etmək, qarşılıqlı iddia vermək və s. hüquqları pozulmuşdur. Ona görə də bu cür tələb həm qeyri-müəyyəndir, həm də bu cür tələbin təmin olunması qətnamənin icrası zamanı qeyri-müəyyənlik və ziddiyyətli vəziyyət yarada bilər. MPM-in 220.5, 223.1, 365, 392-ci maddələrinin tələbinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəllə, 109 nömrəli(yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 268, M2, m4) mənzildən çıxarılmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2020 saylı, 18 iyun 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942B məhəllə, 109 nömrəli(yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 268, M2, m4) mənzildən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərci - 285.52(iki yüz səksən beş manat, əlli iki qəpik) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar