Məhkəmə qərarları › İş №2(103)-5030/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5030/2025

05.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5030/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi cəlb edilməklə) mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X8 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-155/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat X6, 4799 manat X13, 7694 manat X7, 4733 manat X4, 5542 manat X14, 5936 manat X16, 2989 manat X3, 2802 manat X15, 2762 manat X5, 6807 manat X9, 4065 manat İddiaçı, 4730 manat X1 xeyrinə tutulması, İddia tələbləri "hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 113/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan) manat X6, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat X13, 7694 (yeddi min altı yüz doxsan dörd) manat X7, 4733 (dörd min yeddi yüz otuz üç) manat X4, 5542 (beş min beş yüz qırx iki) manat X14, 5936 (beş min doqquz yüz otuz altı) manat X16, 2989 (iki min doqquz yüz səksən doqquz) manat X3, 2802 (iki min səkkiz yüz iki) manat X15, 2762 (iki min yüddi yüz altmış iki) manat X5, 6807 (altı min səkkiz yüz yeddi) manat X9, 4065 (dörd min altmış beş) manat İddiaçı, 4730 (dörd min yeddi yüz otuz) manat X1 xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2296/2023 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)113/2023 nömrəli iş üzrə 1 fevral 2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən X10 və digərlərinə (ünvan: Hacıqabul rayonu, Atbulaq kəndi) ünvanlanan 30 noyabr 2023-cü il tarixli, 3-23/2-Kol- 1084-19-773/2023 nömrəli cavab məktubundan görünür ki, X6, X5, X4, İddiaçı, X2, X15, X14, X13, X9, İddiaçı, X3 və X16 adından istifadədə olan torpaq sahəsinin müvafiq qaydada istifadə edilməməsi səbəbindən 2019-2023-cü illər üzrə kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 14 noyabr 2023-cü il tarixdə daxil olmuş kollektiv müraciətə baxılmışdır. Müraciətlərindən və müraciətə əlavə olunmuş məhkəmə qərarlarından aydın olur ki, Hacıqabul rayonu, Aqrar islahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə onların mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə X6 və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə tələbi təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Göründüyü kimi sözügedən məhkəmə qərarları ilə hazırkı tələbi (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi cəlb edilməklə “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 2.032 (iki min otuz iki) manat İddiaçı kompensasiyanın ödənilməsinə və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, ona, İddiaçı 2,72 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyat aparılmışdır. Torpaq sahəsini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə istifadə edirlər, özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdiyi maddi gəlir ilə müəyyən qədər ödəyirlər. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətində olan torpaq sahəsinin üzərindən SOCAR-ın Qaz İxrac İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-ın Qaz İxrac İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir. Bununla bağlı olaraq, iddiaçı və digər qonşu torpaq sahələrinin mülkiyyətçiləri SOCAR-ın Qaz İxrac İdarəsinə ərizə ilə müraciət etmişlər, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözügedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdilər. Hacıqabul rayon İcra Hakimiyyətindən isə onlara yazılı sürətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilir ki, hüquqlarının bərpası üçün cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Daha sonra məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı mülkiyyətinə verilmiş 2,72 hektar torpaq sahəsinin 6453 kv.metr sahəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmirlər. İddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə araşdırması aparılmış, məhkəmənin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3.990 manat zərər X6, 4.799 manat zərər X13, 7.694 manat zərər İddiaçı Şah oğlunun, 4.733 manat zərər X4, 5.542 manat zərər X14, 5.936 manat zərər X16, 2.989 manat zərər X3, 2.802 manat zərər X15, 2.762 manat zərər X5, 6.807 manat zərər X9, 4.065 manat zərər İddiaçı, 4.730 manat zərər X2 xeyrinə tutulması qət edilmişdir. İddia tələbləri “hər iddiaçı üçün 25.200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməmişdir. İddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə və iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası dövlət büdcəsindən 3.990 (üç min doqquz yüz doxsan) manat X6, 4.799 dörd min yeddi yüz doxsan doqquz) manat X13, 7.694 (yeddi min altı yüz doxsan dörd) manat İddiaçı Şah oğlunun, 4.733 (dörd min yeddi yüz otuz üç) manat X4, 5.542 (beş min beş yüz qırx iki) manat X14, 5.936 (beş min doqquz yüz otuz altı) manat X16, 2.989 (iki min doqquz yüz səksən doqquz) manat X3, 2.802 (iki min səkkiz yüz iki) manat X15, 2.762 (iki min yüddi yüz altmış iki) manat X5, 6.807 altı min səkkiz yüz yeddi) manat X9, 4.065 (dörd min altmış beş) manat İddiaçı, 4.730 (dörd min yeddi yüz otuz) manat X2 xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2296/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi üzrə 2009-2018-ci illər daxil olmaqla Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi müvafiq qaydada icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə iddiaçılara məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş (xx.xx.2023, 3-23/2/Kol-1084-19-773/2023) cavabına əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqlarının bərpa edilməsi və istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 2.032 manat İddiaçı kompensasiyanın ödənilməsi və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə 2024-cü ili nəzərə almaqla 2.439 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə və tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə ona müvafiq məbləğdə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən edərək iddia tələbini ona yönəltmişdir. Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr 20 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün iddiaçıların hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün İddiaçı və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə İddiaçı və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019- 2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 sentyabr və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Məhkəmə qərarlarından da aydın görünür ki, iddiaçıların hazırki tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə, həmçinin iddianın yolverilməzliyinə görə təmin edilə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddiaya uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin nümayəndəsi iddianın təmin edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs və cavabdehin nümayəndələri, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2025-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-155/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2.439 (iki min dörd yüz otuz doqquz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 2,72 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş, həmin torpaq sahəsinin magistral qaz boru kəmərinin keçdiyi 6453 kv.metr hissəsi yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadə ilə bağlı hansısa bir müqavilə bağlanmamış, həmin torpaq sahəsinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. İddiaçının qeyd edilən halla bağlı özünə məxsus torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona maddi ziyan dəyməsi, həmçinin il ərzində iddiaçıya hansı məbləğdə maddi ziyan dəyməsi kimi hallar daha əvvəl qəbul edilmiş və işin materiallarında olan məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 2009-2019-cu illər üzrə iddiaçıya torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirilmiş və 10 illik müddət üzrə iddiaçıya dəyən ziyan 4065 manat məbləğində qiymətləndirilərək dövlət büdcəsindən iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən əkin sahəsi üzrə 1ha torpaq sahəsi üzrə gəlir məbləği 630 manat müəyyən edilmiş və məntiqi olaraq da həmin məbləğ illik inflasiyaları nəzərə almaqla artmışdır ki azalmamışdır. Bundan əlavə isə qeyd edilən məbləğin 1 ha üzrə 630 manat müəyyyən edilməsi və iddiaçının isə 1ha deyil 0,6453 ha torpaq sahəsinin zəbt olunması həmin məbləğin 406,5 manat olması qənaətinə gəlinməlidir. Hazırda isə iddiaçı 2019-2024-cü illər üzrə ona torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində dəyən maddi ziyanın əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edilənlərə və istinad edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Şah oğlunun mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2439 (1 ilə münasibətdə əldən çıxmış fayda kimi 406.5 manat x 6 il = 2439 manat) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 41 manat məbləğində dövlət rüsumu da iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 139.1, 140, 152.1, 152.3, 1096.1, 1097.1, 1100-cü maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 7.2, 54.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-155/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə ona müvafiq məbləğdə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən edərək iddia tələbini ona yönəltmişdir. Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr 20 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün iddiaçıların hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün İddiaçı və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bak Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə İddiaçı və digər şəxslərin xeyrinə dövlə büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilmiş, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə iddia tələbləri əsassız hesab olunmaqla təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Ali Məhkəmənin 2023-cü il 25 iyun tarixli 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və icraya yönəldilmişdir. Lakin buna baxmayaraq, İddiaçı eyni predmetlə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yuxarıda qeyd edilən torpaq sahəsindən istifadə edə bilməməsini əsas gətirərək vurulmuş ziyanın ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2025-ci il 24 iyun tarixli 2(006)-155/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2.439 (iki min dörd yüz otuz doqquz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hesab edir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması il qəbul edildiyindən ləğv olunmalıdır. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarından da aydın olur ki, iddiaçı X22 və digərlərinin 2009-cu ildə SOCAR-ın “Qaz-İxrac” İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində demontaj işləri aparılaraq torpaq üzərində yeni kəmər xətlərinin çəkilməsi səbəbindən həmin torpaq sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf ayrı qurumdur, Maliyyə Nazirliyi deyildir. Hər bir dövlət qurumu müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən neft kəməri daha əvvəl çəkilib, sonra torpaq sahəsinin iddiaçıya verilməsi qərara alınıb. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə görə, torpaq islahatı zamanı magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin maddənin 2-ci hissəsinə görə, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Ona görə də neft kəmərinin bilavasitə yerəşdiyi torpaq və kəmərin mühafizə zonası daxilində qalan torpaq dövlətin müstəsna mülkiyyəti sayılır. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz, bu barədə olan qərar qanunsuz sayılır. Əgər torpaq iddiaçıya ayrıldıqdan sonra neft kəməri çəkilsəydi, belə halda mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb oluna bilərdi. Hər hansı hüququn pozulması üçün əvvəlcə hüquq yaranmalı, sonra onu pozan fakt (hüquqa zidd davranış) baş verməlidir. Əgər fakt hüququn yaranmasından əvvəl baş verirsə, hüquq pozulmuş sayılmır. Odur ki, iddiaçı mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb edə bilməz. O, torpaq islahatı nəticəsində hüququnun pozulmasına görə, yəni islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslandığından məhkəmə başqa əsasla qətnamə qəbul edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17-ci maddələrinə əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifariṣləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169-cu maddəsinə əsasən mülkiyyət hüququ bu Məcəllədə müəyyənləṣdirilmiṣ hallarda məhdudlaşdırıla bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Bildirir ki, İddiaçı daha əvvəl də torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən edərək qarşıdakı 40 il üçün (o cümlədən qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Ali Məhkəmənin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və icraya yönəldilmişdir. Sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 8 sentyabr 2023-cü il tarixində tam icra olunmuşdur. Məhkəmə qərarından da aydın görünür ki, iddiaçıların hazırkı tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Həmçinin, eyni predmet və eyni əsasla İddiaçı məhkəməyə müraciət etdiyindən, Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia yolverilməz hesab olunmalı idi. Lakin Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq daha əvvəl baxılan bir işə yenidən baxılaraq qətnamə qəbul edilmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(006)-155/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında şikayətin təmin olunmamasını, iddia tələbində 2019-2024-cü illər üzrə ona vurulan maddi ziyanın əvəzinin tələb etməsini göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə rəsmi qaydada məlumat verilmiş, lakin onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 6.Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; ... Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər iddia ərizəsinə etirazda da irəli sürülmüş, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun onlara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə olaraq qeyd edir ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Aqrar islahatlarının aparılması çərçivəsində iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə torpaq sahəsinin verilməsi və onun torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunması, həmin torpaq iddiaçıya verilərkən magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilməsi, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadəyə dair müqavilə bağlanmaması, həmin torpaq sahəsinə dair öhdəliklərin və məhdudiyyətlərin dövlət qeydiyyatına alınmaması, yəni iddiaçıya məxsus torpaq sahəsi barədə Aqrar islahat keçirilməmişdən (1995-ci il), daha əvvəl (1975-ci il) magistral boru kəmərlərinin həmin torpadan keçməsi və istismara verilməsi müəyyən edilmişdir. Mülki işdən müəyyən olunur ki, iddiaçı dövlət orqanlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona ayrılmış torpaq sahəsindən istifadə və ümumilikdə torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirə bilməməsi ilə bağlı 2009-2019 illər üçün ona dəymiş ziyan və kompensasiyanın (qarşıdakı 40 il üçün) ödənilməsini xahiş etmiş, araşdırma zamanı 1 ha taxıl əkilib becərilməsindən il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq Azərbaycan Respublikası dövlət büdcəsindən 4065 manatın İddiaçı xeyrinə tutulmalı olmasına dair məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən icra edilmişdir. Göründüyü kimi Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 2,72 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilməsi, həmin torpaq sahəsinin magistral qaz boru kəmərinin keçdiyi 6453 kv.metr hissəsinin yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilməsi, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadə ilə bağlı hansısa bir müqavilə bağlanmaması, həmin torpaq sahəsinə dair öhdəliklərin və məhdudiyyətlərin dövlət qeydiyyatına alınmaması, iddiaçının qeyd edilən halla bağlı özünə məxsus torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona dəyən maddi ziyana görə 2009-2019-cu ilədək olan dövr üçün cavabdeh tərəfindən qanuni qüvvəsini alan məhkəmə aktına əsasən 4065 manat ödəməsi hazırkı mülki işin mübahisə edilməyən halıdır. Kollegiya qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçı 2019-2024-cü illər üçün ona vurulan maddi ziyanı hər il üçün 1 ha torpaq sahəsinə görə 630 manat olmaqla hesablayıb tələb etdiyindən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən əkin sahəsinə dair 1ha torpaq sahəsi üzrə gəlir məbləğinin 630 manat müəyyən edilməsi nəzərə alınaraq, həmin məbləğin illik inflasiyalar nəzərə almaqla artması şübhəsizdir. Bundan əlavə qeyd edilən məbləğin 1 ha üzrə 630 manat müəyyyən edilməsi və iddiaçının isə 1ha deyil, 0,6453 ha torpaq sahəsinin zəbt olunması həmin məbləğin hər tələb olunan il üçün 406,5 manat olması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya cavabdehin apellyasiya şikayətinin hazırkı iddia ərizəsinin yolverilməz olmasına dair dəlili üzrə qeyd edir ki, İddiaçı Şah oğlunun mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar ona maddi ziyanın vurulması barədə qanuni qüvvəsini alan məhkəmə aktı olduğundan, maddi ziyanın vurulmasına əsas olan halların aradan qaldırılmasına, yəni kəmərin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddiaçının maddi ziyan deyil, gələcək dövr üçün kompensasiya tələbinə dair iddia tələbləri təmin edilmədiyindən, iddiaçıya vurulmaqda davam edən maddi ziyan tələbinə dair iddia tələbini mümkün sayan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin maddi ziyanın ondan tutulmalı olmamasına dair dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçıya maddi ziyan qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-155/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar