Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5031/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehn nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Azərbycan respubliaksı Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh X10rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh PHŞ-ya qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh PHŞ-də vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Bakı Humanitar Kollecində Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçilərin sayı və ştatları ixtisar edilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı olsa da, onun 11 il iş stajı olması nəzərə alınmamışdır. Həmçinin o, tək anadır, himayəsində bir övladı var və yeganə gəlir mənbəyi işlədiyi kollec olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehn 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X13 əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir (Sədrlik edən: Günel Abbasova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh PHŞ-ya qarşı “əmrin ləğv edilməsivə s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrin ləğv edilməsi, iddiaçının “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəHumanitar Kollec” PHŞ-də vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o Bakı Humanitar Kollecində Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasənişçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçilərin sayı və ştatları ixtisar edilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı olsa da, onun 11 il iş stajı olması nəzərə alınmamışdır. Həmçinin o, tək anadır, himayəsində bir övladı var və yeganə gəlir mənbəyi işlədiyi kollec olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri BinəqədiRayon Məhkəməsinin 2(001)-1666/2022 saylı 26 Aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi- “Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdirivəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsənin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2021- ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Beləki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən həminMəcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin məhkəmə əsaslandırmanı onunla aparıb ki, xx.xx.2021-ci il tarixli 177 saylı əmrin 3-bəndində ixtisar edilən(vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, hazırda “Sığorta və korreksiyaedici təhsil şöbəsi” fəaliyyətini dayandırmalı idi və əmrə əsasən “şöbə müdiri” ştatı ləğv olunmalı, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməli idi. Lakin iş materiallarına əlavə edilmiş Məhkəmə qətnamədə yalnız iddianın təmin olunması istiqamətində əsaslandırma aparıb. Cavabdehin təqdim etdiyi sübutları təhrif etmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bağlı qətnamədə heç bir fikir yoxdur. Məhkəmə cavabdehtərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin pozulduğunu göstərib. Guya cavabdeh həmin normanı pozaraq əmək müqaviləsinin ləğv edilməsi üzrə əsaslandırmanı aparmayıb. 3.1 Lakin məhkəmə əmək müqaviləsinə xitam verilməsi əmrinə diqqətlə nəzər yetirməyib. Çünki əmrin verilməsinə əsas olmuş sənədlər içərisində ixtisar prosessi ilə bağlı əmək qanunvericiliyində hansı hərəkətlərin aparılması zərurəti göstərilmişdirsə o da icra olunub. 3.2 Bundan başqa yazılı etirazımıza əlavə edilmiş sənədlərdən görünür ki, ixtisar zəruri olub və bu hal əmək qanunvericiliyində nəzərdə tutulmuş növbəti addımların (buna misal olaraq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması) vacibliyini göstərir. Məhkəmə cavabdehtərəfindən həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin pozulduğunu göstərib. Guya cavabdeh tərəfindən iddiaçıya heç bir vəzifə təklif olunmayıb və bu hal heç bir yazılı sübutla öz təsdiqini tapmır. 4.1 Halbuki Kollecin ixtisarın həyata keçirilməsinənəzarət komissiyası (sədr-tədris işləri üzrə direktor müavini X6, üzvlər-baş mühasib X3, hüquqşünas RövşənMöhübbət oğlu Rüstəmov və İnsan resursları və informasiya şöbəsinin müdiri X7) tərəfindən 10 Sentyabr 2021-ci il tarixdə kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə (şöbə müdirləri ilə) iclas keçirilmişdir. İxtisarla bağlı bütün hallar barədə ətraflı məlumat verilmiş və onlara vakant olan tyutor ştat vahidləri təklif edilmişdir. 4.2 Yuxarıda göstərilənlər aktlaşdırılmış və etiraza qoşma edilmişdir. Məhkəmənin tərəfimizdən bu hal ilə bağlı yazılı sübut təqdim edilməməsinin vurğulaması yalnız qərəzə işarədir. Bu arqumentlə bir daha sübut olunur ki, məhkəmə işə tam, hərtərəfli və obyektiv baxmayıb. Məhkəmə son əsaslandırma abzasında göstərib ki, “Sığorta və korreksiyaedici təhsil şöbəsi” fəaliyyətini dayandırmalı, “şöbə müdiri” ştatı ləğv olunmalı, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməli idi. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, şöbə öz fəaliyyətini davam etdirir və şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Odur ki, həmin şöbənin fəaliyyət göstərdiyi halda həmin şöbənin müdiri ştatının ləğv olunması faktının formal xarakter daşıması ehtimal olunur. 5.1 İlk öncə böyük hərflərlə qeyd olunmalıdır ki, məhkəmə ehtimallara əsaslanıb qərar çıxara bilməz. 5.2 Həmin abzasda şöbənin fəaliyyət göstərməsi qeyd olunsa da bu hal heç bir sübutla öz təsdiqini tapmır. 10 Sentyabr 167 saylı əmrdə “Sığorta və korreksiyaedici təhsil şöbəsinin” fəaliyyətini davam etdirməsi ilə bağlı hər hansı bənd yoxdur. 5.3 Məhkəmə nəzərə almayıb ki, hər hansısa şöbəninmüdiri ştatının ləğv edilməsi həmin şöbənin fəaliyyətinin davam və yaxud sona çatdırılması ilə heç bir əlaqəsi yoxdur. 5.4 İddiaçı Sığorta və korreksiyaedici təhsilşöbəsinin müdiri vəzifəsində çalışıb. 10 Sentyabr 167 saylı əmrlə həmin şöbəninmüdiri ştatı ləğv edilib. Bu o deməkdir ki, həmin ştat yoxdur. 5.5 Olmayan ştata məhkəmənin qətnamə ilə işçini bərpa etməsi absurddur və yolverilməzdir. Bundan başqa tərəfimizdən elektron məhkəmə portalı vasitəsi ilə 12 Aprel 2022-ci il tarixdə eyni tipli iş üzrə qanuni qüvvəyə minmiş qətnamə əlavə edilmişdir. Lakin məhkəmə qanuni qüvvəsini almış məhkəmə aktına nəinki istinad etmək heç ümumiyyətlə onu qətnaməsində göstərməyib. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.
8. Kollegiya iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi İ.Quliyeva apellyasiyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 331 nömrəli əmrə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Kollecin Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri (İddiaçı) ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xx.xx.2021-ci ildən xitam verilmişdir.
11. Əmək kitabçasının surətindən və xx.xx.2011-ci il tarixli 83 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Bakı Sosial Pedaqoji Kollecinə (xx.xx.2016-cı il tarixdən Bakı Humanitar Kolleci) əmək müqaviləsi (müddətsiz) bağlanmaqla işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixindən “Musiqi nəzəriyyəsi və ümumi fortapiano” kabinetinin laborantı, daha sonra “Sosial iqtisadi fənn birləşməsinə müəllim təyin edilmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
12. Nikahın pozulması haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı X4 ilə nikahına xx.xx.2011-ci il tarixdıə xitam verilmiş və birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Kələntərli Duyğu adlı qızı var.
13. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş məktubdan görünür ki, Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 №-li Struktur dəyişikliyi barədə əmrinə əsasən 6 şöbə, o cümlədən Sığorta və korreksiyaedici təhsil şöbəsi ixtisar edilmişdir. Onun əvəzinə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” əsas götürülərək ixtisasların istiqamətlərinə və kollecin profilinə müvafiq 3 şöbə yaradılmışdır. Sığorta və korreksiyaedici təhsil şöbəsi ixtisar edildiyi üçün İddiaçı qıznın tutduğu şöbə müdiri vəzifəsi də istisar edilmişdir. Ona kollecdə başqa vəzifə təklif edilsə də, o, ancaq şöbə müdiri vəzifəsində işləmək istədiyini bildirmişdir.
14. Bakı Humanitar Kollecinin 6 saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixindən “Sığorta və korreksiyaedici təhsil” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
15. Bakı Humanitar Kollecinin xx.xx.2021-ci il tarixli, 77-25/02-12 saylı xəbərdarlıq bildirişinə əsasən, Kollecin xx.xx.2021-ci il tarixli 177 nömrəli əmri ilə İddiaçı Yusiz qızının müdiri vəzifəsində çalışdığı Sığorta və korreksiyaedici təhsil üzrə vəzifə ştatı ixtisara düşməsi və tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir.
16. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 05 nömrəli məktubuna əsasən, İddiaçı Kollecdə ixtisar edilməsinə etiraz edilməmişdir.
17. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, 10 sentyabr 2021-ci il tarixində kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə iclas keçirilmiş, sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri İxtisarın həyata keçirilməsinə nəzarət komissiyanın sədri tərəfindən təklif edilmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 saylı əmrinə əsasən, Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri ştatının ləğv edilmişdir.
18. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 177 saylı əmrinə əsasən, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməsi əmr edilmişdir.
19. Elmi Şuranın xx.xx.2020-ci il tarixli qərarına (protokol №01) əsasən, Humanitar Kollecin yeni Nizamnaməsi, struktur və ştat cədvəlinin layihəsinin təsdiq edilmək üçün Təhsil Nazirliyiniə təqdim edilməsi və s. məsələlərin həll edilməsi tapşırılmışdır.
20. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X8 X1 4.2.5 və 4.2.9-cu bəndlərinə əsasən, strukturun, əməyin ödəniş fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin və digər ödənişlərin) təsdiqi, kollecin yenidən təşkili və ləğv edilməsi kollecin təsisçilərinin səlahiyyətlərinə aiddir. Nizamnamənin 4.14.3, 4.14.5 və 4.14.6-cı bəndlərinə əsasən, kollecin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlərin verilməsi, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Universitetlə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarının təsdiq edilməsi, kollecin işçilərinin (direktor müavinləri istisna olmaqla), o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nizamnamənin 6.7- ci bəndi nəzərə alınmaqla), habelə Kollecin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarları direktor qəbul edir. Hüquqi dəyərləndirmə:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır.
25. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki:
28. 1) cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi - “Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri” vəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsənin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamış;
29. 2) ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmamış;
30. 3) həmin şöbənin fəaliyyət göstərdiyi halda həmin şöbənin müdiri ştatının ləğv olunması faktının formal xarakter daşıması ehtimal edilmişdir.
31. İşə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır və vurğulayır ki, iş materiallarında olan 26 noyabr 2021-ci il tarixli 331 saylı əmrdən görünür ki, əmək müqaviləsinə işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xitam verilmişdir. İşçilərin say və ştatlarının ixtisar olunmasının hansı zərurətdən irəli gəlməsi isə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrdə (i.v. 69) öz əksini tapmışdır. Belə ki, həmin əmrdə qeyd edilmişdir ki, Bakı Humanitar Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 250 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Bakı Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi zərurətinin yaranması ilə əlaqədar müvafiq işçilərin say və ştatlarının ixtisar edilməsi əmr edilmişdir.
32. Qeyd edilən hal onu deməyə əsas verir ki, ixtisar heç də formal xarakter daşımamış, əmrdə Nazirlər Kabinetinin 250 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı əsas götürülmüşdür. Həmçinin kollec rəhbərinin müəyyən etdiyi ştat cədvəli münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə də göndərilmişdir və xx.xx.2021-ci il tarixli məktuba əsasən, ştat cədvəli razılaşdırılması üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə göndərilmiş, ştat cədvəlinin təsdiqi ilə bağlı vəsatət təmin edilmişdir.
33. Birinci instansiya məhkəməsi əmrin əsaslandırılmaması ilə bağlı Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə istinad etmişdir. Həmin maddəyə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd edilən maddə əmək müqaviləsinə ştat ixtisarı ilə əlaqədər xitam verilmənin hansı zərurətdən irəli gəlməsini deyil, 70-ci maddədə nəzərdə tutulan 6 əsasdan (müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.) hansı biri ilə xitam verilməsinin göstərilməsini nəzərdə tutur. Çünki, 70-ci maddə əmək müqaviləsinin yalnız işçilərin sayı və ştatının ixtisar edilməsi əsasını nəzərdə tutmur. 71.3-cü maddə də əmək müqaviləsinə 70-ci maddənin məhz hansı bəndinə əsasən xitam verilməsinin göstərilməsinin zəruriliyini təsbit edir. Cavabdeh də 71.3-cü maddənin tələblərinə riayət edərək, işdən çıxma barədə əmrdə 70-ci maddənin “B” bəndinə istinad etmişdir.
34. Ştat ixtisarının hansı zərurətdən irəli gəlməsi məsələsi isə müəssisədə ştat ixtisarının aparılmasına dair əmrin özündə əsaslandırılır ki, yuxarıda qeyd edildiyi kimi, 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrdə də bu əsaslandırma öz əksini tapmışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli ştat ixtisarına dair əmri deyil, əmək müqaviləsinə xitam verilməsinə dair 26 noyabr 2021-ci il tarixli əmri mübahisələndirmişdir.
35. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri” ştatı ixtisar edilsə də, həmin şöbənin digər ştatları ixtisar edilməmiş, həmin söbə öz fəaliyyətini davam etdirmişdir. Bu səbəbdən də iddiaçının ştatının ixtisarının formal xarakter daşıması ehtimal edilir. Kollegiya bununla bağlı mövqeyini onunla izah edir ki, birinci instansiya məhkəməsi həmin şöbənin digər işçilərin ştatlarının ixtisar edilməməsi nəticəsinə iş materiallarında olan hansı sənədə əsasən gəlməsini əsaslandırmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, iş materiallarında “Sığorta və korreksiyaedici təhsil” şöbəsinin digər əməkdaşlarının öz işinə davam etməsi və həmin şöbənin fəaliyyət göstərməsinə dair hər hansı sübut aşkar edilməmişdir. Bundan başqa, əmək məcəlləsində əmək müqaviləsinə xitam verilmənin əsaslarından biri kimi ştat ixtisarı nəzərdə tutulmuşdur. Yəni, işçilərin ştat ixtisarı müəssisədə olan struktur bölmənin deyil, konkret ştat vahidinin ləğvini nəzərdə tutur. Belə olan halda, iş materiallarında həmin şöbənin fəaliyyətinin davam etdirilməsi və şöbənin digər işçiləri ilə əmək müqaviləsinin ləğv edilməməsi iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin halları ilə uyğunluq təşkil etmir və ehtimallara əsaslanır. Halbuki, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. İxtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatın təklif olunması ilə bağlı kollegiya qeyd edir ki, 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrin 3-cü bəndinə müvafiq olaraq iddiaçıya başqa vəzifə üzrə ştat təklif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Akta əsasən, (i.v. 60) kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə iclas keçirilmişdir. Sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri təklif edilmişdir. Belə olduğu halda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya başqa vəzifə təklif olunmamasına dair gəldiyi qənaət əsaslı olmamışdır.
37. İddiaçı iddia tələbində işçilərin say və ştatları ixtisar olunarkən onun tək ana olmasının, yeganə qazanc yerinin həmin müəssisə olmasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmamasını qeyd etmişdir. Kollegiya həmin hallara münasibətdə vurğulayır ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsində işçilərin say və ştatı azaldılarkən peşəkarlıq səviyyəsi yüksək olan işçilərin saxlanılması və peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməsi təsbit edilmişdir. İddiaçı iddia ərizəsində bu halı 11 illik iş stajının olması ilə əlaqələndirsə də, kollegiya hesab edir ki, iş stajının çox olması peşəkarlıq səviyyəsinin yüksək olmasına dəlalət edən amil kimi nəzərdən keçirilə bilməz.
38. Bundan əlavə, iddiaçının azyaşlı uşağının olması və onu təkbaşına böyütməsi halı 78.2-ci maddədə ştat ixtisarı zamanı nəzərə alınmalı hallar sırasında təsbit edilməmişdir.
39. Əmək Məcəlləsinin 78.2-ci maddəsinə görə, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədəistehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkünonlara bərabər tutulan şəxsvə qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
40. Qeyd edilən maddənin tələblərindən və iş materiallarından görünür ki, iddiaçı 78.2-ci maddədə nəzərdə tutulan istisna halların hər hansı birinə əsasən üstünlük hüququna malik deyildir.
41. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, işdən çıxarma barədə əmrin əsaslandırılmaması, ştat ixtisarının formal xarakter daşıması, iddiaçıya yeni vəzifə təklif edilməməsi, ştat ixtisarı zamanı iddiaçının üstünlük hüququnun olması iş materialları ilə öz təsdiqini tapmadığından, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia rədd edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
45. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
46. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
47. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işdən çıxarma barədə əmrin əsaslandırılmaması, ştat ixtisarının formal xarakter daşıması, iddiaçıya yeni vəzifə təklif edilməməsi, ştat ixtisarı zamanı iddiaçının üstünlük hüququnun olması iş materialları ilə öz təsdiqini tapmadığından, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia rədd edilməlidir.
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1666/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev