Məhkəmə qərarları › İş №2(103)-5032/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5032/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5032/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2021 saylı işi üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı "ABC Telecom” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06619 olan iPhone X markalı telefon, Apple Watch saat üçün 2870 manat ödənilməmiş hissə, 861 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı soyuducu üçün 608 manat ödənilməmiş hissə, 182 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, Philips Tozsoran üçün 428 manat ödənilməmiş hissə, 129 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30994 olan Xiaomi Mi A2 markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 172 manat dəbbə olmaqla ümumilikdə 5826 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5856 manat məbləğində pulun tutularaq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2021 saylı işi üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 00485314 saylı müqavilə üzrə 2870 manat əsas borc, 100 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00513259 müqavilə üzrə 608 manat əsas borc, 30 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00604424 saylı müqavilə üzrə 428 manat əsas borc, 20 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00612017 müqavilə üzrə 576 manat əsas borc, 28 manat dəbbə borcu olmaqla, ümumilikdə 4660 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul tutularaq iddiaçı "ABC Telecom” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 600.1, 601.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2019-cu il tarixli, 00485314 saylı müqavilə üzrə 100 manat, xx.xx.2019-cu il tarixli, 00513259 saylı müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli, 00604424 saylı müqavilə üzrə 20 manat və xx.xx.2019-cu il tarixli, 00612017 saylı müqavilə üzrə 28 manat məbləğində müəyyən edilməlidir.

2. İşin mübahisə edilməyən halları və iddiaçının sübutları ondan ibarətrdir ki: "ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00485314 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "ABC Telecom” MMC tərəfindən İMEİ kodu **********06619 olan "iPhone X” markalı telefon, "Apple Watch” saat Cavabdeh nisyə satılmışdır; - "ABC Telecom” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00485314 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 4554 manat təşkil edir və aylıq 205 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur;- "ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00513259 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "ABC Telecom” MMC tərəfindən "HOFFMANN” markalı soyuducu Cavabdeh nisyə satılmışdır;- "ABC Telecom” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00513259 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 686 manat təşkil edir və aylıq 38 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur;- "ABC Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00604424 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, "ABC Telecom” MMC tərəfindən "HOFFMANN LED TV”, "Philips” markalı tozsoran Cavabdeh nisyə satılmışdır;- "ABC Telecom” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00612017 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 580 manat təşkil edir və aylıq 32 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur (iş.səh.8,12, 13,17, 18 , 27 ) . Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(004)-1063/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın real borc müəyyən edilməklə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

4. Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 60; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Apelyasiya şikayəti verərək bildirirəm ki, birinci instasniya məhkəməsi iddiaçıya müxtəlif müqavilələrlə ödəməli olduğu borcun həcmi düzgün müəyyən edilməyərək iddiaçının mülahizəsinə əsaslanıb ondan 4660 manat borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün bu barədə vəsatət təqdim edə bilməmişdir. İş materialından görünüdüyü kimi məhkəmə iddiaçının təqdim etdiyi sübutlara qiymət versə də, iştirakını təmin etmədiyi üçün sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki işdən göründüyü kimi məhkəmə bu maddənin tələbini pozaraq iddia tələbinə işdə olan sübutlar əsasında deyil iddiaçının mülahizəsinə uyğun qiymət vermişdir. İş materialından göründüyü kimi iddiaçı tələbini tam sübut edə bilməmişdir. İşin faktiki hallarından göründüyü kimi məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə araşdırması zamanı real olmayan əsas borca yüksək dəbbə pulunun hesablanması müəyyən edilsə də, dəbbə pulunun hansı əsasla bu qədər çox hesablandığı araşdırılmamışdır. Bütün müqavilələr üzrə ondan tələb edilən əsas borcun həcmi real deyil və mübahisəyə qədər olan ödənişləri nəzərə alınmamışdır.

5. İddiaçı "xxxx" MMC etirazla müraciət edərək, şikyətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində satıcının özünə məxsus İMEİ kodu **********06619 olan iPhone X markalı telefon, Apple Watch saat, Hoffmann markalı soyuducu, Hoffmann markalı LED TV, Philips Tozsoran, İMEİ kodu **********30994 olan Xiaomi Mi A2 markalı telefon almış, öhdəliyini icra etmədiyindən ümumilikdə 5826 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borc öhdəliyinin icra edilməsi üçün dəfələrlə telefonla, sonradan isə rəsmi xəbərdarlıq məktubu ilə mübahisənin Məhkəməyə qədər həll olunması üçün İddiaçı tərəfindən güzəştli addımlar atılsa da, cavabdeh onun üzərinə düşən öhdəlikləri bilə-bilə icra etməkdən yayınmışdır. Cavabdehin ünvanına göndərilmiş xəbərdarlıq məktubundan aydın görünür ki, iddiaçı, cavabdehin üzərinə düşən öhdəlikləri icra etməsini qanunvericliyin tələblərinə uyğun şəkildə tələb etmişdir.Cavabdehlə "ABC Telecom” MMC arasında bağlanmış müqavilələrdə hər ödənilməmiş günə 1% dəbbə pulu hesablandığı halda, MMC tərəfindən ümumi borcun 10% miqdarında dəbbə pulu hesablanaraq cavabdehə güzəşt edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin borcdan yayınmaq məqsədi ilə verildiyini, "xxxx" MMC öz icraçı hüquqşünaslarının cavabdehlə əlaqə saxlamağa çalışdıqlarını, lakin cavabdehin cavab vermədiyini bildirmişdir. 7.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. (Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına əsasən) apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 560, 567- 589; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

10. Mülki Məcəllənin 595.1-ci maddəsinə görə: Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəyə görə: Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3-cü maddəyə görə: Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz.

11. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2, 8-14, 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2021 saylı işi üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar