Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5035/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 39/2023 saylı, 03 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsivəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 saylı evin 16 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(005)- 39/2023 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 elektron qaydada prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkili Vəkil2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin cavabdehlərə göndərilməsinə dair məhkəmənin müşayiət məktubu 26 aprel 2023-cü il tarixində imzalanmasına baxmayaraq, sözügedən qətnamə ona rəsmi olaraq 2023-cü ilin may ayının 5-də poçt vasitəsilə təqdim edilmişdir. Həmin qətnamə onun birinci instansiya məhkəməsində hüquqularını müdafiə edən vəkil tərəfindən ona təqdim edilməmişdir. Bundan başqa özü də və həyat yoldaşı digər Cavabdeh1 xərçəng xəstəliyindən əziyyət çəkirlər. Geridə qalmış müddət ərzində apellyasiya şikayəti vermək üçün yeni vəkillə müqavilə bağlanılması və bununla bağlı, həmçinin də xəstəlikləri ilə bağlı maliyyə imkanlarının pis vəziyyətdə olması apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə ötürülməsinə əsas vermişdir. Hazırda cavabdeh olaraq Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hazırki iş üzrə qətnaməsindən narazıdır və hesab edir ki, həmin qətnaməyə yuxarı instansiya məhkəməsində onun şikayəti əsasında hüquqi qiymət verilməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-39/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin məhz üzrlü səbəblərə görə vaxtında verə bilməməyini və şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərardad qəbul etməklə şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini Nərimanov rayon məhkəməsindən xahiş etmişdir. Lakin Nərimanov rayon məhkəməsi onun ərizəsini 03 iyul 2023-cü il tarixində keçirilən məhkəmə iclasında qəbul etdiyi qərardada əsasən təmin etməmişdir. Həmin qərardadı məhkəmə 10 iyul 2023-cü il tarixində elektron kabinetə yerləşdirmişdir. Hazırda hesab edir ki, həmin qərardad əsassızdır və ləğv edilməlidir. Bir daha bildirir ki, cavabdehlərə bu qətnamə vaxtında təqdim edilməmiş, birinci instansiyada cavabdehləri təmsil edən vəkil qətnamə ilə onları vaxtında tanış etməmiş, cavabdehlərin özlərinin də səhhətlərində problemlər olduğuna görə onlar qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişlər. Hazırda cavabdeh həmin qətnaməyə yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilməsini istəyir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, cavabdehin apelyasiya şikayətində istinad etdiyi dəlillərə görə, o, mübahisələndirilən qətnaməni 5 may 2023-cü il tarixdə, digər Cavabdeh1 isə 26 aprel 2023-cü il tarixdə ( iş səh. – 135) rəsmi qaydada təhvil almışdır. Apellyasiya şikayəti isə tərəfindən vəkili və nümayəndəsinin elektron kabineti vasitəsilə 21 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, cavabdeh tərəf Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(005)- 39/2023 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilmə müddətinin buraxılmasın üzrlü səbəbdən (xəstəlik və s.) baş verdiyinə istinad etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Bu baxımdan cavabdehin hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2023 saylı 04 aprel 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2023 saylı 03 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5035/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5035/2023
28.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver