Məhkəmə qərarları › İş №2(103)-5036/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5036/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5036/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X8 və X2 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Niyazi qızına qarşı “ipoteka qoyanın mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2045/2020 saylı qətnaməsindən Cavabdeh Niyazi qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh Niyazi qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0.03623 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binada 59.8 kv.m. ümumi, 40.6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzildən məcburi qaydada çıxarılması, onun istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və 20 manat dövlət rüsumunun cavabehdən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2045/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Niyazi qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşadığı evin satılmasından xəbəri olmamışdır və bunu mübahisələndirsə də, hakim nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2142/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1 329 763.30 (bir milyon üç yüz iyirmi doqquz min yeddi yüz altmış üç manat otuz qəpik) manat məbləğində əsas borcun, 128.505.59 (bir yüz iyirmi səkkiz min beş yüz beş manat əlli doqquz qəpik) manat məbləğində faiz borcunun, 2500 (iki min beş yüz) manat məbləğində cərimə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 245.00 (iki yüz qırx beş) manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, cəmi 1461043,89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) cavabdeh “xxxxxxxxxxx” MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin aşağıda göstərilən əmlaklara yönəldilməklə-xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Niyazi qızına məxsus olan Şəki rayonu, Kiş kəndində, istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 219.100 (iki yüz on doqquz min yüz) manat olmaqla, X5 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 60.0 kv.m sahədən ibarət 36/37 saylı mənzilin ilkin satış qiyməti 229.000 (iki yüz iyirmi doqquz min) manat olmaqla Cavabdeh Niyazi qızına məxsus olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində mülkiyyətində olan 0.0132 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı, 85,5 kv.m. yaşayış, 4.3 kv.m. qeyri-yaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 320000 (üç yüz iyirmi min) manat olmaqla, X6 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla, X7 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X10 prospektində istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 268.000 (iki yüz altmış səkkiz min) manat olmaqla, X6 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, mülkiyyətində olan 0.0032 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 3 girişli, 68.22 kv,m ümumi, 56.61 kv.m. əsas, 11.61 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (mağaza) və torpaq sahəsinin ilkin satış qiyməti 160000 (bir yüz altmış min) manat olmaqla, X6 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2i ünvanında, 0.451247 ha torpaq sahəsində yerləşən 246.9 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin ilkin satış qiyməti 788000 (yeddi yüz səksən səkkiz min) manat olmaqla, Cavabdeh Niyazi qızına tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0.03623 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binada 59,8 kv.m ümumi, 40.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh “xxxxxxxxxxx” MMC-nin İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1224/19, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9445/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin hərracın yekunları barədə xx xxxxxx 2015-ci il tarixli, 01/02 saylı protokolunun surətindən görünür ki, Bank mübahisəli mənzili 85.000 manata əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 435 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1 və 157.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan mənzil kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, həmin evə tutma yönəldildiyindən və açıq hərracdan satıldığından, hazırda ev iddiaçının mülkiyyətində olduğundan, cavabdeh həmin evə hüquqlarını itirdiyindən, buna baxmayaraq fərdi yaşayış evini tərk etməmədiyindən, nəticədə iddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə bilmədiyindən, bununla da onun mülkiyyət hüquqları pozulduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh Niyazi qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2045/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar