Məhkəmə qərarları › İş №2(103)-5037/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5037/2022

19.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5037/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1 nümayəndəsi X7 və Cavabdeh1 iştirakları ilə, İddiaçı1 (hazırda İddiaçı2 ASC) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçı1 ASCnin xeyrinə 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 27597.97 ABŞ dolları əsas, 10000.04 ABŞ dolları faiz, 418.72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38016.73 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 İsbəndiyar oğlunun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 4 nömrəli evin 99 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və borcun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 3 otaqlı, 66.01 kv.,m ümumi, 38.71 kv., m yaşayış, 27.3 kv.,m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı1 ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.,m ümumi, 38.71 kv., m yaşayış, 27.3 kv.,m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X3 və Cavabdeh5 Bakı şəhəri Sabunçu rayon, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 366.01 kv.m ümumi 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 ilə İddiaçı1 ASC arasında bağlanmış 25 noyabr 2014-cü il kredit müqaviləsinin ləğv edilməsi iddiası (daha sonra İddiaçı1İKB ASC ərziə ilə müraciət edərək, cavabdehlərdən Cavabdeh2 vəfat etdiyindən ona münasibətdə iddia həcminin tələbini azaldaraq və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 münasibətdə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir (səh.96)) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, İddiaçı1 ASC ilə Cavabdeh4 arasında bağlanılmış 1-G-1-0-1304-14 saylı, 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 27597.97 ABŞ dolları əsas, 10000.04 ABŞ dolları faiz, 418.72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38016.73 ABŞ dolları məbləğində borc (ödənildiyi halda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq, İddiaçı1 İnvestisiya Kommersiya ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.,m ümumi, 38.71 kv., m yaşayış, 27.3 kv.,m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti- 73000 manat məbləği olmaqla açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi və qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: 1-G-1-0-1304-14 saylı, 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə, İddiaçı1 İnvestisiya Kommersiya ASC tərəfindən Cavabdeh4 60 ay müddətinə illik 25 % ödəmək şərtiilə 31200 ABŞ dolları məbləğində kredit verilmiş - 1-G-1-0-1304-14 (İ) saylı, 25 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.,m ümumi, 38.71 kv., m yaşayış, 27.3 kv.,m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzili Banka ipoteka predmeti kimi yüklü etmişdir və ipoteka predmetinin dəyəri 62000 AZN məbləği həcmində qiymətləndirilmişdir; - HD/M 1535 Ns-li, 08 may 2017-ci il tarixli bildirişlə, X1 tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Bank indən rəsmi xəbərdarlıq edilmişdir; - "xxxx" MMC-nin 17-05/AL/04-18 saylı, 17 ıl2018-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri Sabunçu rayonu, anov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.,m ümumi, 38.71 kv., m yaşayış 27.3 kv.,m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilin bazar dəyəri 73000 AZN məbləği və hərracda ilkin satış qiyməti 62000 məbləği təşkil edir (iş səh.15, 19, 35, 36, 34,61 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin İddiaçı1 İKB Açıq dar Cəmiyyətinin məlum kredit müaviləsinə əsasən Cavabdeh1 və başqalarına qarşı çıxardığı 2(008)-359/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.2, 384.0.2, 385.1.1, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi ilə əlaqədar tərtib edilmiş qrafik üzrə ödəmələr lazımınca yerinə yetirilməmişdir.Əslində isə məhkəmə cavabdeh olaraq adları qeyd edilən şəxsləri, o cümlədən onu məhkəməyə çağırmamış, ünvanlarına heç bir bildiriş göndərilməmiş və ona görə də məhkəmə iclaslarında iştirak edib iddia tələbinə dair fikir bildirə bilməmişlər. Məhkəmə ən əvvəl sözügedən mənzilin düzgün qiymətləndirilməməsinə və ya onun əsl dəyərindən xeyli ucuz qiymətə dəyərləndirilməsinə diqqət yetirməmiş, iddiaçı tərəfindən borcun düzgün hesablanmamasını, kredit müqaviləsi üzrə illik faizlərin vaxtından tez ümumi borcun üzərinə hesablanmasını, mübahisənin qanuni və ədalətli qaydada həll edilməsi məqsədilə müvafiq ekspertiza keçirilməməsini nəzərə almadan və bu kimi digər hallara hüquqi qiymət vermədən həmin qətnaməni çıxarmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd edilənlərin və dolların məzənnəsinin artması ilə qiymətlərin sürətlə artması nəticəsində ailə vəziyyətinin əhəmiyyətli formada və kəskin surətdə ağırlaşması kimi halları da nəzərə almamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli və cavabdeh tərəfin indiyə kimi ödəmiş olduğu pullarin bir hissələrinin qanunsuz olaraq əsas borcdan deyil, faizlərə görə silinməsi halını nəzərə alaraq həmin məbləğlərin hesablanaraq əsas borcdan silinməsindən sonra qalan məbləğin borc məbləği kimi qaytarılması barədə qətnamə çıxarılmalıdır.

Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, məhkəməyə 19 ay sonra müraciət etdikləri, bu aylar ərzində faiz hesablanmasının davam etdiyini, faizin çox hesablandığını, ödəniləcək məbləğin düzgün hesablanacağı halda borcu tam ödəməyə hazır olduğunu, evin qəymətləndirilməsinin aşağı məbləğdə müəyyən etdiklərini, belə ki özü tərəfindən həyata keçirilmiş müstəqil qiymətləndirmə zamanı mənzilin dəyərinin 105000 manat olaraq müəyyən edildiyini, lakin hərrac tərəfindən isə mənzilin çox aşağı qiymətə dəyərləndirildiyini bildirmişdir.

5. İddiaçı1 nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, sonuncu ödənişin xx.xx.2015-ci ildə həyata keçirdiyini, faiz borcunda heç bir şişirdilmiş məbləğ olmadığını, kredit əldə edilən zaman qrafik üzrə əldə edilən və faiz məbləğinin göründüyünü və kreditorun bunu bilərək imzaladığını, ödənişlər edilən zaman borcdan silinmələrin həyata keçirildiyini bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir.

7. Cavabdeh1 ərizə ilə müraciət edərək, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən bankların, iddiaçı banka, ondan ona və məhkəməyə borclara dair əvvəlki və yeni hesabdan çıxarışın verilməsinə dair sorğu göndərilməsini xahiş edərkən məhkəmə iddiaçıya həmin hesabatın məhkəməyə və cavabdehlərə təqdim edilməsini tapşırmış, lakin tərəf buna hələ də əməl etməmişdir. Hətta, məhkəmə iclasından sonra xx.xx.2022-ci il tarixdə, saat 16.25 radələrində həmin banka gedib rəhbərliklə şəxsən görüşərək həmin hesabatı istəmiş, lakin tərəf bundan qanunsuz olaraq yenə də imtina etmişdir. Cavabdeh banka dəfələrlə hesabdan çıxarışın ona verilməsini tələb edərək ağalabatan məbləğdə hesablanacağı təqdirdə borcu tam olaraq ödəmək istədiyini, bildirmiş, məhkəmədə də bunu bildirmiş, bir daha bildirirər. Digər tərəfdən üç otaqlı mənzilinin əvvəlki dəyəri də düzgün hesablanmamış, səhvən 73000 manat göstərilmiş, o vaxtdan indiyədək xeyli qiymət artımı olmuş, məhkəmə isə bunları nəzərə almalı olmalı olsa da bunu nəzərə almamışdır. Onun hazırkı dəyərinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli. 148 saylı qiymətləndirmə hesabatını əldə etmişdir. Onu məhkəməyə təqdim edir. Həmin qiymətləndirməsinə əsasən sözügedən üç otaqlı mənzilinin dəyəri 73000.manat deyil, məhz 105000 manatdır. Sonra işdən guya onlar cavabdehlərə göndərilmiş bütün bildirişlərin xəbərnamələrinin surətlərini çıxarmış və məlum olmuşdur ki, həmin bildiriş xəbərnamətərinin heç birində cavabdehlərin imzaları yoxdur, bəzi bu növ sənədlərdə imzalar saxtalaşdırılmış, bəzilərində məsələn Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xəbəmamələrində isə ümumiyyətlə imzalar mövcud deyildir.Məhkəmə həmin imzaların cavabdehlərə aid olmamasını, məhkəməyə təqdim etdiyi mənzilin hazırda 105000 manat dəyərində qiymətləndirməsinə dair hesabatı nəzərə almalı, əks təqdirdə imzaların həqiqiliyinə, borcun hesablanmasına və mənzilinin hazırkı qiymətləndirilməsinə dair müvafiq ekspertiza təyin edilməlidir.Bankın onlardan ilkin müqavilə şənlərində göstərilənlərdən daha çox məbləğ lələb etməsini həmin müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilməsini,onların banka olan faiz borcları ödəmənin dayandığı vaxtdan başlayaraq yalnız 3 ay ərzində olmaqla hesablanmasını təmin edilməsini,yaşadıqları yeganə mənzilin olduğunun, onlardan asılı olmadan baş vermiş devolvasiyanın və digər halların nəticəsində maddi vəziyyətinin ağırlaşmasının və sairin ödəmələrinə mənfi təsir etməsinin nəzərə alınmasını,-məhkəmənin icraya dair İcra və Probasiya şöbəsinin isə hərracın keçirilməsinə dair qərarları, o cümlədən hərracın nəticələrinə dair sənədlərin və mənzilin Yelobankın mülkiyyətinə keçməsi barədə DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, mənzilin mülkiyyətində olmasına dair ona yeni çıxarış verilməsi və apellyasiya şikayətimin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarasını xahiş etmişdir.

8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli. 148 saylı qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin 99 nömrəli mənzilin dəyərinin 105000 manat təşkil etməsi müəyyən edilmişdir. 9.xx.xx.2022-ci il tarixli 01/765 saylı açıq hərracın keçirilməsinə dair bildirişə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin 99 nömrəli mənzilə xx.xx.2022-ci il tarixində saat 11:00-da hərrac keçirilməsi və ilkin satış qiymətinin 73000 manat olması, xx.xx.2022-ci il tarixli 01/984 saylı açıq hərracın keçirilməsinə dair bildirişə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin 99 nömrəli mənzilə xx.xx.2022-ci il tarixə saat 11:00-da hərrac keçirilməsi və ilkin satış qiymıtinin 73000 manat olması müəyyən edilmişdir. 10.İddiaçı1 nümayəndəsi X7 tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən Cavabdeh4 məsus hesab nömrəsi üzrə xx.xx.2014-cü il və xx.xx.2022-ci il aralığında dövriyyə məbləği cəmi 71177,27 manat müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 12.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 372- 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 146, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilmiş müddətlər üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, əlavə təqdim edilmiş sənədlərdən qətnamənin artıq icra edildiyi müəyyən edilir, təqdim edilən yeni ekspert rəyi üzrə mənzilin qiyməti likvid dəyər təşkil etmir və digər dəlilər də sübuta yetirilmir.

13. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin dəlilərinin sui-istifadəyə yönəlmiş hallar kimi qiymətləndirir. Belə ki, kifayət qədər müddətinin ötməsi və borcluların kredit və ipoteka müqavilələri üzrə vəzifələrinin bilməli olması, habelə məlumatlandırmaması dəlilərinə rəğmən onların ünvanlarının dəyişməsi barədə məlumat vermək öhdəliyi hasil olmuş qənaəti bir daha təsdiq edir. 14.Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətnin verilməsi üçün ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri isə onları ödəyən şəxslərə aid edilməlidir. 15.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar