Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5037/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 12 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı baxılması zamanı Cavabdeh2 nümayəndəsi Vəkil3 xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(004)-109/2023 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi, apellyasiya şikayəti və ona əlavə olunan sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 133.1, 133.6, 135.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlanlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, cavabdehə məhkəmə bildirişi həm qeydiyyatda olduğu ünvan, həm də iddia ərizəsində göstərilən faktiki yaşadığı ünvan üzrə göndərilmiş, eyni zamanda elektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh2 adına olan mobil nömrələrə SMS bildirişlər göndərilmişdir (çatdırıldı statusunda olan SMS-lər mövcuddur). Buna görə də, məhkəmə tələbə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnamə qəbul etmişdir. Eyni zamanda Cavabdeh2 qeydiyyatda olduğu ünvan (ünvan 2ldığından 2(004)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh2 iddia ərizəsində faktiki yaşadığı ünvan kimi göstərilmiş ünvan 3öndərilmiş, məktub xx.xx.2023-cü il tarixdə imzalanaraq rəsmi qaydada təhvil alınmış, xəbərnamədə təhvil alan şəxsin adı qrafasında "Aslanov” qeyd edilmişdir. Bundan sonra həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 ona qarşı verilmiş iddia ərizəsi barədə qətnamə qəbul edildikdən sonra xəbəri olması və qətnamənin ona təqdim edilməməsini bildirsə də, iş materiallarından görünür ki, Cavabdeh2 həm qeydiyyatda olduğu, həm də iddia ərizəsində faktiki yaşadığı ünvan olaraq göstərilən ünavana göndərilmişdir, hansı ki, hazırda elektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh2 birgə nikahda olduğu müəyyən edilən digər Cavabdeh1 da həmin ünvanda yaşayır və ünvana göndərilmiş qətnamə də məhz Cavabdeh1 tərəfindən təhvil alınmışdır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instasniyasında da bildirişlər eynilə - Cavabdeh2 iddia ərizəsində də qeyd olunan faktiki yaşadığı və qeydiyyatda olduğu ünvana göndərilib təhvil alınmışdır. Bundan başqa cavabdehin nümayəndəsi və vəkili ərizədə Cavabdeh2 və Cavabdeh1 faktiki nikah münasibətlərində olmadığını və ayrı yaşadıqlarını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə Cavabdeh1 Cavabdeh2 ailə üzvü - həyat yoldaşı olmasını və mübahisə predmeti olan mənzildə yaşamalarını, onun da yuxarıda qeyd edildiyi kimi qətnaməni eyni vaxtda təhvil almasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Cavabdeh2 şikayət verərək Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsini, apelyasiya şikayətinin Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə təqdim edilməsi barədə qərardad edilməsini xahiş etmişdir. Şikayətdə MPM-nin 133.3, 185.3, 185.6, 186.6, 259.0.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 ilə ayrı ünvanlarda yaşayır, aralarında baş verən münaqişə səbəbi ilə uzun müddətdir ayrı yaşayır. Cavabdeh2 30 yanvar 2023-cü il tarixli qətnamənin alınmasından xəbəri olmayıb, Cavabdeh1 bu barədə məlumat verməyib. Yasamal Rayon Məhkəməsi isə qətnaməni Cavabdeh2 təqdim etməyib. Cavabdeh2 mənzildən çıxarılma ilə bağlı qətnamə çıxarılmasından yeni xəbəri olub. Yoldaşına təqdim edilən əqdin etibarsızlığı ilə bağlı heç bir qərar qəbul edilməmişdir. Bu səbəbdən mənzildən çıxarılması ilə bağlı qətnamə maddi və prosessual hüquq normalarını və mülkiyət hüquqlarını pozduğu üçün qanunsuz və əsassızdır. Müddətin bərpası ilə bağlı ərizəyə baxmaq üçün Yasamal Rayon Məhkəməsinin iclası xx.xx.2023-cü il tarixdə təyin olundu. 20 iyun 2023-cü il tarixdə qabaqcada olunmuş məhkəmə iclasları olduğu üçün iclasın təxirə salınması barədə ərizə göndərdi. Lakin məhkəmə məhkəmədə iştirak etməməsinin üzrlü səbəbinə dair təqdim edilməməsini bildirdi və vəkilin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh2 bildirir ki, ərizədə də qeyd etdiyi kimi, yoldaşı Cavabdeh1 ilə münaqişə yaşadığına görə onunla uzun müddətdir ayrı yaşayır. Buna görə də nə qeydiyyatda olduğu (Nəsimi rayonu, Seyidzadə küçəsi ev 9, mənzil 55), nə də ki məhkəmənin sənədlərində göstərildiyi faktiki yaşayış ünvanında (ünvan 4t ailəsinin yanına köçüb rayonda yaşayıb. Bu səbəbdən məhkəmə qətnaməsindən xəbəri olmayıb. Bundan əlavə, Cavabdeh1 qətnaməni təhvil alıb və bildirişlər onun adına görünsə də, qətnaməni əldə etdiyi, ümumiyyətlə, belə bir qətnamənin olması məlumatı ona verməyib. Nəticədə Cavabdeh2 ancaq Bakıya gəldikdən sonra Yasamal Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olub. Məhkəmə iddiaçı tərəfin işə onun iştirakı olmadan baxılması barədə ərizəni 16 iyun 2023-cü il tarixdə qəbul etməsinə baxmayaraq, işə onların iştirakı olmadan baxıb geri qaytarıb. Həmçinin məhkəmə Cavabdeh2 müddətin bərpasına dair verdiyi ərizədə işin halları ilə tanış olmayıb. Cavabdeh2 özü də ərizəsində bildirib ki, aralarında baş verən münaqişə səbəbi ilə uzun müddətdir ki, Cavabdeh1 ilə birlikdə yaşamır, rayonda yaşayır. Bu səbəbdən iş üzrə qətnamənin qəbul edilməsindən xəbəri olmayıb, digər Cavabdeh1 isə bununla bağlı iddiaçıya xəbər verməyib. Cavabdeh2 mənzildən çıxarılma ilə bağlı qətnamənin qəbul edilməsindən yeni xəbəri olub. Cavabdeh2 bildirir ki, yoldaşına təqdim edilən əqdin etibarsızlığı ilə bağlı heç bir qərar qəbul edilməmişdir. Lakin məhkəmə tərəflərin məhkəmədə iştirakını təmin etməyib, işi araşdırma iş üzrə əsassız qərardad çıxarıb. Məhkəmənin qeyd etdiyi cavabdehin qətnaməni əldə etməməsi və bundan yeni xəbəri olması ilə bağlı və cavabdeh tərəfin gəlməməsi ilə bağlı heç bir sübut təqdim etməməsi əsassızdır. Yuxarıda qeyd olunanlardan, cavabdehin məhkəməyə təqdim etdiyi ərizələrdən və elektron məhkəmə sistemindəki məlumatlardan məlum olur ki, məhkəmənin arqumenti açıq-aşkar təkzib edilir və qərardad qanunsuzdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır ki, 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, ərizəçi proses zamanı ünvanının dəyişdirilməsi (faktiki başqa ünvanda yaşaması) barədə məhkəməyə məlumat verməmiş və müddətin üzrlü hesab edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 109/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-5037/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5037/2023
07.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver