Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5038/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, iddiaçı X2 cavabdeh “X3 Ltd” MMc-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Həmin işə, apellyasiya şikayətinə baxılan zaman müəyyən edilmişdir ki, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokoluna dair qeyd vermiş, lakin Rayon Məhkəməsi həmin qeydə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəkili (nümayəndəsi) Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokoluna dair verdiyi qeydə Rayon Məhkəməsi tərəfindən münasibət bildirilmədiyindən Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-nin tələblərinə görə, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır (maddə 274.1.). Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır (maddə 274.2.). Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-nin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin və mülki iş, iddiaçı X1 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsini hazırki iş üzrə xx.xx.2023-cü keçirtdiyi məhkəmə iclasına dair məhkəmə protokoluna verdiyi qeydə baxılması üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5038/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5038/2023
29.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver