Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-504/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6783/20 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, UM21/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 42UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən 14 702.01 ABŞ dolları əsas borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) cavabdehlər Cavabdeh1 tutularaq, iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 19, 18 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən xx.xx.2015-ci il tarixli 42UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən cəmi 14702.01 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 19, 18 saylı mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 saylı evin 18 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılmaları qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, UM21/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 42UB/15 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 21 195.12 ABŞ dolları, faiz borcu üzrə 3506.89 ABŞ dolları, cəmi 24 702.01 ABŞ dolları və iddiaçı tərəfindən ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli 42UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 24 702.01 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq «xxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 saylı evin 18 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə mühasibatlıq ekspertizası təyin olunması, ipoteka predmeti olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 19, 18 saylı mənzilin hazırki bazar qiymətinin dəqiq müəyyən olunması üçün təkrar ekspertiza təyin olunmasını və qətnamənin 14702.01 ABŞ dolları əsas borcun Cavabdeh1 tutularaq, iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi və İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 19, 18 saylı mənzilin ilkin satış qiyməti 95.000 manat müəyyən edilməsi hissəsində əsassız və qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iş üzrə qətnaməni maddi, prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, əvvəla borc məbləği düzgün hesablanmamışdır, aparılmış ödənişlər nəzərə alınmamışdır, bundan əlavə ipoteka predmeti olan evin ilkin satış qiymətinin aşağı müəyyən edilməsi onun mülkiyyət hüququnu pozur. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçınnı səlahiyətli nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 19, 18 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 105000 manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan iş materiallarına əlavə olunmuş “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, UM21/14 saylı əsas kredit müqaviləsindən görünür ki, «xxxx» KB ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə əlavə kredit müqavilələri bağlanılmaqla xx xxx 2019-cu il tarixədək cəmi 1 000 000 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2015-ci il tarixli 42UB/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, “xxxx” KB ASC tərəfindən cavabdeh Cavabdeh1 48 ay müddətinə xx.xx.2019-cu il tarixədək illik 19% ödəmək şərti ilə 53000 ABŞ dolları kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli Z-21/14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, UM21/14 saylı əsas kredit müqaviləsindən və xx.xx.2015-ci il tarixli 42UB/15 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə bank qarşısında öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 42UB/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 21 195.12 ABŞ dolları əsas borcu, 3506.89 ABŞ dolları faiz borcu, cəmi 24 702.01 ABŞ dolları borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 42UB/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 14 702.01 ABŞ dolları əsas borcu, 0.00 ABŞ dolları faiz borcu, 0.00 ABŞ dolları cərimə borcu, cəmi 14 702.01 ABŞ dolları borcu vardır. İşdə olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2018-ci il tarixli pretenziyanın surətindən görünür ki, “xxxx” KB ASC cavabdehlərdən yaranmış borcun 5 təqvim günü müddətində tam ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdirlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, UMi-21/14 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, UM21/14 saylı əsas kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanılmış Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 saylı evin 18 saylı mənzili «xxxx» Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 saylı evin 18 saylı mənzilinə yönəlməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, «xxxx» KB ASC məhkəmə qaydasında tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müracitə etmiş, həmin müraciət qəbul olunaraq elektron portalda xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışdır. Həmin Məcəllənin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 saylı evin 18 saylı mənzilin xx.xx.2018-ci il tarixə ilkin satış qiymətini “xxxx” MMC-nin 213/UB/18 nömrəli xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyində göstərilən qiymətə uyğun 95000 manat göstərmişdir. Apellyator Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzilin hazırkı real bazar və likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli QXM 347 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 19 saylı evin 18 saylı mənzilin likvid dəyərinin 105000 manat müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 19, 18 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiymətinin 105000 manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 19, 18 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-504/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-504/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver