Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5046/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X12 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, onun vəkili Yaqubova Könül Rafiq qızının, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili və nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8825/2019 saylı qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ilə məhkəməyə müarciət edərək onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməklə mülkə qanun üzrə vərəsə tanıyaraq ona tam mülkiyyət hüququ verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı şəhid X3 anasıdır. Oğlu X8 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Nizami rayon şöbəsində polis starşinası vəzifəsində işləyirdi, xx xxxx 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun ölümü barədə xx.xx.1992-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən “Ölüm haqqında şəhadətnamə“ verilmişdir. Qanunvericiliyə uyğun olaraq oğlu şəhid hesab edilmişdir. O, şəhid ailəsinin üzvü hesab edilmiş və bu barədə ona qanuna müvafiq olaraq sənəd verilmişdir. Oğlu X8 xx.xx.1990-cı il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Onların nikahı Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.1990-cı il tarixdə qeydə alınmış və bu barədə 892 nömrəli akt qeydi tərtib olunmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Oğlunun vəfatından sonra X7 yenidən xx.xx.1995-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Binəqədi rayon “Leyla” Nikah evində xx.xx.1995-ci il tarixdə qeydə alınmış və bu barədə 288 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentininin “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada on bir min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkiıLdüşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. O, birdəfəlik ödəməni almaq üçün lazım olan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahişi ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh notariusu Mirbaba Hadıyevin 165 saylı, xx xxxx 2019-cu il tarixli Notariat əməliyyatının aparılmasından imtina barədə Qərarında göstərilmişdir ki, təqdim edilən sənədlər araşdırılarkən və aparılan şifahi söhbət zamanı məlum olmuşdur ki, birdəfəlik ödəmənin bölüşdürülməsi sahəsində vərəsələr arasında mübahisə vardır. Buna görə də notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Notariusun imtinasına görə o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993- cü il tarixli 697 nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və hacılar, uşaq evlərində tərbiyə olunanlar, ilk peşəixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşma çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Oğlu X3 həyat yoldaşı olmuş X7 xx.xx.1995-ci il tarixdə yenidən başqa bir şəxslə rəsmi nikaha daxil olduğu üçün şəhid ailəsinin üzvü statusunu itirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X7 cavabdehlər Bakı şəhəri Cavabdehnə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 manat birdəfəlik ödəmənin 50%, yəni 5500 manat hissəsinə üçüncü şəxsin adına, 50% isə, yəni 5500 manat hissəsinə digər vərəsə İddiaçım qızının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, X7 xx xxxxxxxx 1990-cı ildə X8 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. İdris Süleymanov Azərbaycan Respublikası DİN Nizami rayon Pİ-də polis serjantı vəzifəsində işləmiş, xx xxxx 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, hazırda şəhid İdris Süleymanovun ailə üzvü və vərəsələrindən biridir. Ondan başqa şəhidin başqa anası İddiaçı da şəhidin ailə üzvü və vərəsəsidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, 11000 manat birdəfəlik ödəmənin ölmüş və sair hərbi qulluqçunun vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. X1 İdris Xanqulu oğlu ilə sonuncu şəhid olan günədək nikahda olmuş və onun vərəsəsidir. Ona görə də, məhkəmə də onu vərəsə kimi tanımalıdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8825/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxx 2018-ci il tarixli fərmanına əsasən oğlu X3 xx xxxx 1992-ci il tarixdə şəhid olması ilə əlaqədar 11000 manat məbləğində birdəfəlik ödəmənin alınması məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri, 10 saylı Notariat Kontorunun üzərinə qoyulması, müstəqil tələb irəli sürən X2 iddiaçının təmin edilməməsi qət olunmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətində qeyd edir ki, məhkəmə onun iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, o, mərhum əri X8 şəhid olduqdan sonra ikinci dəfə nikah qurduğuna görə şəhid ailəsi üzvü sayılmır və o, vərəsə kimi tanına bilməz. Lakin, hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qeyri-qanunidir və heç bir məntiqə və qanuna söykənmir. Belə ki, məhkəmə onun iddia ərizəsini rədd edərkən heç bir qanun normasına istinad etməmişdir. Çünki, hazırkı mübahisəli hal ilə bağlı qanunvericilik onun vərəsəlik hüququndan məhrum olmağını müəyyən etməmişdir. Bir daha nəzərə çatdırır ki, o, xx.xx.1990-cı il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. İdris Süleymanov Azərbaycan Respublikası DİN-nin Nizami rayon Polis Şöbəsində polis starşinası vəzifəsində işləyirdi. Sonradan əri İdris Süleymanov xx.xx.1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun ölümü barədə xx.xx.1992-ci il tarixdə Səbail rayon VVADQ şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. O, hazırda şəhid İdris Süleymanovun ailə üzvü və vərəsələrindən biridir. O və İddiaçı uzun illərdir ki, şəhid ailəsi üzvünə verilən müavinəti hər birimiz 50% alırıq. İddiaçı da son günlərə kimi buna etiraz etməyib. Məhkəmənin gəldiyi qanunsuz nəticədən fərqli olaraq qanunvericilik ikinci dəfə nikaha daxil olmağı nə vərəsəlikdən, nə də şəhid ailəsi üzvlüyündən məhrum olmaq üçün əsas müəyyən etməmişdir. Qeyd edir ki, onun şəhid ailəsi üzvlüyünə dair vəsiqəsi də vardır və hazırda qanuni qüvvədədir. Qeyd edir ki, o, ikinci dəfə nikahda cəmi iki il olmuşdur. Hazırda həmin nikahı da xx.xx.1998-ci il tarixdə pozulmuşdur.Qeyd edir ki, o, əri X8 ilə o şəhid olan günədək nikahda olmuş və o şəhid olan andan indiyədək onun vərəsəsidir. Qanunvericilik sonradan başqa şəxslə bağlanan nikaha görə şəxsi vərəsəlik hüququndan məhrum etmir. Ona görə də məhkəmə onu da vərəsə kimi tanımalıdır. İşdə olan Cavabdeh verdiyi 165 saylı, xx xxxx 2019-cu il tarixli Notariat əməliyyatlarının aparılmasından imtina haqqında Qərarında da vərəsələr (mənimlə İddiaçı) arasında birdəfəlik ödəmənin bölüşdürülməsi sahəsində mübahisənin olmasını qeyd etmişdir. Hesab edir ki, qeyd olunan 11.000 manat birdəfəlik ödəmədə onun da 50% payı var və o, öz payını almalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı, X6 iddia ərizələri qismən təmin edilərək, İdris Süleymanovun xx xxxx 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olması ilə əlaqədar “Azərbaycan Respublikasının ərazi bütövlüyü uyğunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli fərmanına əsasən 11000 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün İddiaçı adına 2/3 payda, X2 adına 1/3 payda qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Yaqubova Könül Rafiq qızı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili və nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin ləğv edilərək, onların iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhər 10 saylı Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş, iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəfləri və vəkilləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8825/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İşin mübahisə olunmayan hallarına görə, İdris Süleymanov Azərbaycan Respublikası DİN-nin Nizami rayon şöbəsində polis starşinası vəzifəsində işləyib və xx xxxxxxxx 1990-cı il tarixdə rəsmi nikah əsasında Cəmilə Süleymanova ilə ailə qurub və onların birgə nikahlarından uşaqları olmayıb. xx xxxx 1992-ci il tarixdə İdris Süleymanov Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şuşa şəhərində şəhid olub. xx xxxxx 1992-ci il tarixdə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən İdris Süleymanovun adına “Ölüm haqqında” Şəhadətnamə və Bakı şəhəri 1 saylı DNK tərəfindən ondan miras qalmış 50000 rubl sığorta məbləğinin 1/3 hissəsinə dair arvadı Cəmilə Süleymanovanın adına xx xxxx 1992-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib, mirasın qalan 2/3 hissəsi isə digər vərəsələrə verilməsi üçün açıq saxlanılıb. Bundan sonra xx xxx 1995-ci il tarixdə Cəmilə Süleymanova rəsmi nikah əsasında Oqtay Məcidovla ailə qurub. xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 01 saylı Fərmanının 1-ci bəndinə əsasən xx xxxxxx 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11000 manat birdəfəlik ödəncin verilməsi qərara alınıb. xx xxxx 2019-cu il tarixdə İddiaçı birdəfəlik ödənci almaq üçün onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi verilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət edib və ödəncin bölüşdürülməsi ilə bağlı onunla mərhum İdris Süleymanovun keçmiş arvadı Cəmilə Süleymanova arasında mübahisə olduğu üçün notarius xx xxxx 2019-cu il tarixli qərarı ilə notariat əməliyyatının aparılmasından imtina edilib. Hazırda, 11000 manat birdəfəlik ödəncə dair İddiaçı bütövlükdə, Cəmilə Süleymanova isə həmin məbləğin 1/2 hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsini iddia edirlər. Birinci instansiya məhkəməsi 3-cü şəxsin iddiasını rədd edərkən qeyd etmişdir ki, Cəmilə Süleymanova hazırda başqa şəxslə ailə qurduğundan, o, mərhum şəhid X3 vərəsəsi sayıla bilməz. Ümumiyyətlə həmin şəxs şəhid ailəsi statusu daşıya bilməz. Mülki qanunvericiliyin tələbinə görə o, bu barədə düzgün məlumat verməyə borclu idi. Lakin, bu günə kimi o, bu barədə düzgün məlumat verməmişdir. İddiaçı mərhum X3 anası olmaqla, o, mərhum İdris Süleymanovun birinci növbə vərəsəsidir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina əsassızdır. Notariat kontoruna vərəsələrin əhatə dairəsi müstəqil tələb irəli sürən 3-cü şəxsin mərhumun vərəsəsi olmaması məlum olsa da, düzgün nəticəyə gəlməmişdir. Bununla da, iddiaçının birinci növbə vərəsə kimi hüquqları pozulmuş, o, hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə Mülki Məcəllənin 1133, 1134.1, 1145, 1146, 1160, 1243.1, 1248.1-ci maddələrinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad etmişdir. Həmçinin xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə 11000 manat birdəfəlik ödəncin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin məhz ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılmasını, Cəmilə Süleymanovanın xx xxx 1995-ci il tarixdə rəsmi nikah əsasında Oqtay Məcidovla ailə qurması ilə mərhum İdris Süleymanovun ailə üzvü, vərəsəsi olması statusunu itirməsini nəzərə almadan, onun iddia ərizəsini qismən təmin etməklə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, mərhum İdris Süleymanovdan miras qalmış əmlaka vərəsəlik açılarkən qüvvədə olmuş Mülki Məcəlləsinin 558-ci, eləcə də hazırda qüvvədə olan Mülki Məcəllənin 1151.1-ci maddələrinin mənasına görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (əmlak aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirasın açıldığı vaxtadək miras qoyanın mülkiyyətində olmayan əmlak mirasın kütləsinə aid edilə bilməz. Cəmilə Süleymanovanın mərhum İdris Süleymanovla olan bütün qarşılıqlı münasibətlərinə xx xxx 1995ci il tarixdən son qoyulduğu üçün o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, o, cümlədən mərhum İdris Süleymanovun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11000 manat birdəfəlik ödəncin 1/3 hissəsinə vərəsə sayıla bilməz. Eyni zamanda, sözügedən 11000 manat məbləğində birdəfəlik ödənc mərhum İdris Süleymanovdan miras qalmış əmlakın kütləsinə aid edilmiş olsa belə, mülki qanunvericilik nikahı ləğv edilmiş ər-arvadın bir-birinin vərəsəsi olmasını istisna edir. Dövlət X17 Binəqədi rayon Şöbəsinin xx xxxx 2019-cu il tarixli arayışı ilə də müəyyən olunur ki, Cəmilə Süleymanova başqa şəxslə ailə qurmasını Fonddan gizlətdiyi üçün, şəhid İdris Süleymanovun ailəsinə verilən Prezident təqaüdü də dayandırılıb. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini səhv təfsir edib və bunun nəticəsində düzgün olmayan nəticəyə gəlib. Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər, yəni ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, sözügedən maddədə şəhid ailəsinin üzvlərinin dəqiq dairəsi müəyyən edildiyindən və həmin maddədə başqa şəxslə nikaha girmiş arvadın şəhid ailəsinin üzvü statusunu saxlaması nəzərdə tutulmadığından, həmin maddənin tələbləri İddiaçı ziyanına geniş təfsir oluna bilməz və sözügedən Fərmanda xx xxxxxx 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uyrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11000 manat birdəfəlik ödəncin verilməsinin nəzərdə tutulması, başqa şəxslə nikaha girmiş arvadın şəhidin vərəsəsi olması və bu statusu saxlaması anlamına gəlmir. Cəmilə Süleymanovanın xx xxx 1995-ci il tarixdə başqa şəxslə nikaha daxil olması halı həmin tarixdən onun şəhid ailəsi statusundan irəli gələn bütün güzəşt və imtiyazlardan məhrum olması nəticəsinə gəlməyə əsas verir. Çünki, həmin Fərman sırf şəhid ailələrinin sosial müdafiəsinin və onların maddi rifah halının yaxşılaşdırılması üçün verilib və Cəmilə Süleymanova isə şəhid ailəsinin üzvü statusunu artıq xx xxx 1995-ci il tarixdən itirib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarıda qeyd olunanları və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, Cəmilə Süleymanova hazırda başqa şəxslə ailə qurduğundan, o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, o, cümlədən mərhum İdris Süleymanovun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11000 manatla bağlı vərəsə sayıla bilməz. X6 xx xxx 1995-ci il tarixdə başqa şəxslə nikaha daxil olması halı həmin tarixdən onun şəhid ailəsi statusundan irəli gələn bütün güzəşt və imtiyazlardan məhrum olması nəticəsinə gəlməyə əsas verir. Çünki, həmin Fərman sırf şəhid ailələrinin sosial müdafiəsinin və onların maddi rifah halının yaxşılaşdırılması üçün verilib və Cəmilə Süleymanova isə şəhid ailəsinin üzvü statusunu artıq xx xxx 1995-ci il tarixdən itirib. Buna görə də, birinci instansiya məhkəməsi iddianı təmin, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 8825/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Emin Mehdiyev Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-5046/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5046/2020
22.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver