Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5047/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə" tələbinə mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə" tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3058/2022 nömrəli qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana aid olan iddiaçının mərhum qayınatası X2 qaldığı yaşayış sahəsinə daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3058/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmış və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmişdir.
3. Həmin qətnamədən maraqlı şəxs X4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3058/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3058/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-3058/2022 saylı qətnaməsi ərizəçi X1 maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq normaları:
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
7. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
8. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
9. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
10. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3058/2022 qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3058/2022 nömrəli qətnaməsini maraqlı şəxs X4 xx.xx.2023-cü il tarixində qəbzə onun alınma tarixini yazmaqla və imza etməklə əldə etmişdir.(i.v. 82)
13. Qətnamədən maraqlı şəxs X4 tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir.
14. Göründüyü kimi maraqlı şəxs X4 qətnaməni 17 aprel 2023-cü il tarixdə almış, beləliklə də apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş olmuşdur.
15. Bununla belə maraqlı şəxs həmin qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir.
16. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
17. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3058/2022 nömrəli qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilmədiyindən qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3058/2022 nömrəli qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət maraqlı şəxs X3 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev