Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-505/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (açar sözlər: xidməti mənzildən çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X* ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh* iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(0*0)- 2729/2024 nömrəli qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 05 oktyabr 2007-ci il tarixli, 867/ş nömrəli əmrinə əsasən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun *3-cü maddəsinin “v” bəndinə və *5-ci maddəsinin “q” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmət keçmək haqqında öhdəlik götürmüş ehtiyatda olan əsgər Məmmədov X2 Hallar Nazirliyinə 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilməsi və Nazirliyin Katibliyinin Dəftərxana və arxiv şöbəsinin zabiti vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmrinə əsasən, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər balansa götürülən binaların siyahısındadır. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri generalpolkovnik Kəmaləddin Heydərova Katibliyin Təşkilat şöbəsinin baş zabiti gizir Cavabdeh* tərəfindən ünvanlanmış **.*2.20*3-cü il tarixli təqrirdən görünür ki, sosialiqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onun nazirliyin əməkdaşları üçün tikilmiş yeni binada müvafiq mənzillə təmin olunması barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin *4 oktyabr 2022-ci il tarixli, *633/ş nömrəli əmrinə əsasən, Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti kapitan Cavabdeh* xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, *48*00*8*7974 nömrəli abonentə aid məlumatların verilməsinə dair elektron arayışından çıxarışdan görünür ki, Suraxanı rayonu, 3-cü Mədən küçəsində yerləşən ev 86/R-də yaşayan 02083*07*0480 kodlu abonent Cavabdeh* (xidmət göstərilən nəfər sayı: 4) 06.0*.2024cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə *5 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin *0 illiyi (2005-20*5) yubiley medalının surətindən görünür ki, leytenant Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin *52*/ş nömrəli, *5 dekabr 20*5-ci il tarixli əmri ilə yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-20*0) yubiley medalının surətindən görünür ki, gizir Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 29*8/ş nömrəli, *5 dekabr 20*0-cu il tarixli əmri ilə yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 90 illiyi (*9*8-2008) yubiley medalının surətindən görünür ki, gizir Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 828/ş nömrəli, 25 iyun 2008-ci il tarixli əmri ilə yubiley medalı ilə təltif olunmuşdur. Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalın surətindən görünür ki, kapitan Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin *808/ş nömrəli, *6 dekabr 202*-ci il tarixli əmri ilə Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalın surətindən görünür ki, leytenant Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin *490/ş nömrəli, *5 dekabr 20*6-cı il tarixli əmri ilə Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyasının 09 fevral 20*7ci il tarixli, *8/0*-002 nömrəli qərarına əsasən, cədvəldə adları qeyd olunan hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və digər işçilərin Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07A və *07B ünvanda yerləşən nazirliyə məxsus xidməti yaşayış sahələrində mənzil ilə təmin edilməsi qərara alınmışdır. Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən xidməti yaşayış sahəsində 48 nömrəli 2 otaqlı mənzil ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 2*.08.2024-cü il tarixli məktubda *3 avqust 2024-cü il tarixli 2(0*0)-2729/2024 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, 04 mart 20*4-cü il tarixdə nazirlik əməkdaşlarının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən mənzillər ilə təmin edilməsi prosesi bağlı videogörüntülərin mövcud olmadığı bildirilmişdir. Cavabdeh* tərəfindən məhkəməyə təqdim edilmiş www.fhn.gov.az web saytından çıxarış olan məlumatdan görünür ki, *0 dekabr 20*3-cü il tarixində Bakının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında *2 mərtəbəli, hər biri * bloklu *44 mənzili iki yaşayış binası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-*8/2-4932/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 2(0*0)-2729/2024 nömrəli məktuba cavab olaraq, 4 mart 20*4-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən mənzillər ilə təmin edilməsi prosesi ilə bağlı videogörüntülərin və keçirilən iclas protokolunun mövcud olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cavabdeh* qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh* çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın Cavabdeh* tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə verərək, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh* və onun ailə üzvlərinin (arvadı Cavabdeh2, uşağı Cavabdeh3) çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə cavabdehin cəlb olunması və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə vəsatət verərək, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədov X2 Hallar Nazirliyinin 5 oktyabr 2007-ci il tarixli 867/ş nömrəli əmri ilə Nazirliyin Katibliyinin Dəftərxana və arxiv şöbəsinin zabiti vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 9 fevral 20*7-ci il tarixli *8/0*-002 nömrəli Qərarı əsasında Cavabdeh* Nazirliyə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən xidməti yaşayış sahəsində 48 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin *4 oktyabr 2022-ci il tarixli *633/ş nömrəli əmri ilə Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti kapitan Cavabdeh* xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti yaşayış sahəsinin boşaldılması tələb edilmiş, lakin Cavabdeh* həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmiş və hal-hazırda həmin yaşayış sahəsində yaşamaqdadır. Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli 048 nömrəli əmri ilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün bina Nazirliyin balansına götürülmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9*-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 92ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını, Cavabdeh* ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07B mənzil 48 ünvanında yerləşən 2 otaqlı xidməti mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* bildirmişdir ki, iddiaçı tərəfin səsləndirdiyi firkiləri bir mənalı qəbul etmir, onlar əsaslandırılmayıb. Qeyd edir ki, mənzil ona 20*7-ci ildə verilib. Əgər onun müraciət əsasında o xidməti mənzillə təmin olunmuşdursa, o zaman müvafiq mənzil-istismar komissiyasının rəhbərlik qarşısında ona mənzil düşüb-düşmədiyi barədə rəyi olmalıdır. Belə bir sənəd mövcud deyil. Əgər varsa, təqdim etsinlər. Qeyd edir ki, ona dəfələrlə xəbərdarlıq olunub ki, mənzili boşaltsın. Əgər ona xəbərdarlıq olunubsa, onun rəsmi möhürlü müvafiq blankdakı sənədini təqdim etsinlər ki, hansı tərixdə ona bildiriş verilib ki, bu xidməti mənzildir, xidməti mənzilə dair bağlanmış müqavilədir və cənab nazirin qərarıdır. Necə ki, ona mənzil müvafiq qərarla verilibsə, eyni qərarla da o, mənzili təhvil verməlidir. Əgər onun istifadəsində hər hansı dövlət əmlakı varsa, müvafiq qərarla o onu təhvil verər. Həmin mənzildə ** il yaşadığına dair müvafiq sənədləri o təqdim etmişdir. Qeyd edirlər ki, ona mənzil 20*7-ci ildə verilib. Belə bir hal mövcud deyil. Onunla bərabər fərqli kateqoriyadan olan *40 ailə həmin binada yaşayır. Onlardan hər hansının xidməti olaraq o binada yaşadığına dair sənəd təqdim etsinlər ki, onlar xidməti yaşayır, o isə yox. Qeyd olunan fikirlər əsassızdır. Əgər xidməti mənzillər verilirsə və bu barədə qərar varsa, o zaman qərar kobud şəkildə pozulur və icra olunmur. Texniki səbəb olduğunu bildirirlər. Sənədin icrası texniki səbəb deyil. Əgər texniki səbəb aradan qaldırılıbsa, hal-hazırda hər hansı bir əməkdaşla bağladıqları xidməti müqaviləni təqdim etsinlər. Ona cənab nazir tərəfindən verilən mənzil 20*4-cü ilin mart ayında yoldaşı və qayınının iştirakı ilə rəsmi şəkildə püşkatma mərasimində təqdim olunub. Yoldaşı müvafiq sənədlərə imza atmışdır, lakin o sənədləri təqdim etməkdən boyun qaçırırlar. Bunun canlı şahidi hal-hazırda da xidmətdə olan X7dur. Bütün məlumatları o təsdiq edə bilər. Xidməti mənzil verilən zaman xidməti kirayə müqaviləsi bağlanır və kommunal xidmətlərin ödənişləri əməkdaşı əmək haqqısından tutulur. Aylıq ödəniş ilə bağlı da sübutlar təqdim olunmalı idi. Ancaq onun adına bağlanan kommunal müqavilələr var. Heç kəsə mülkiyyət hüququ verilməyib. Mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün *0 ildən artıq xidmət keçən şəxslərə püşkatma mərasimində bildirimişdilər ki, cənab Prezidentin və cənab nazirin tapşırığı ilə yaşayış sahəsi istifadəyə verilir. Gələcəkdə bunun sənədləşmə prosesi aparılacağını bildirmişdilər. Dəfələrlə müraciət etməsinə baxmayaraq, üstündən də neçə il keçməsinə baxmayaraq, sənədləşmənin mümkün olmadığını demişlər. 20*7-ci ildə qərar qəbul olunmuş, lakin icrası natamam qalmışdır. Yoldaşı və qızı ilə 20*4-cü ilin mart ayınından orada yaşayır. Püşkatma sənədi əsasında hissə rəisi onlara açar təqdim etmişdir. Kifayət qədar təmir xərcləri də çəkmişdir. İddianın rədd olunmasını xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(0*0)- 2729/2024 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilərək cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansında olan Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzilindən çıxarılması və həmin mənzilin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh Məmmədov X2 Hallar Nazirliyinin 05 oktyabr 2007-ci il tarixli əmrinə əsasən 5 il müddətinə gizirlərin həqiqi xidmətinə qəbul edilmiş, Nazirliyin Katibliyinin Dəftərxana və arxiv şöbəsinin zabiti vəzifəsinə təyin edilmiş və Nazirliyin 09 fevral 20*7-ci il tarixli qərarı ilə Məmmədov X3 rayonu, Səttar Bəhlulzadə küçəsi *07A ünvanında yerləşən mənzil ilə təmin edilmişdir. Həmin bina 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmrinə əsasən Fövqəladə Hallar Nazirliyinin balansındadır. Nazirliyin *4 oktyabr 2022-ci il tarixli əmri ilə Cavabdeh* hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh Nazirliyin qərarı əsasında ona təqdim edilmiş mübahisəli mənzilə köçmüş və hal-hazırda ailə üzvləricavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmə qeyd etmişdir ki, xidməti yaşayış sahələri onların mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İşin hallarından müəyyən edilir ki, tərəflər arasında yazılı xidməti yaşayış sahəsinin kirayə müqaviləsi mövcud deyil, lakin müvafiq qərar mövcuddur və mənzil Cavabdeh* verilmişdir. Müqavilənin yazılı şəkildə mövcud olmaması, tərəflər arasında xidməti yaşayış sahəsinin kirayə münasibətlərin olmamasını ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi sübutlarla mübahisəli mənzilin onun istifadəsinə verilməsini təsdiq etsə də, həmin evin onun mülkiyyətinə verilməsini (özəlləşdirilməsini) təsdiq edən sənədi təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında xüsusi təyinatlı (xidməti) yaşayış sahəsinin kirayə münasibətləri olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarı ilə mübahisəli mənzil məhz xidməti fəaliyyətlə əlaqədar iddiaçı Nazirliyin həmin dövrdə əməkdaşı olan cavabdehə xidməti yaşayış sahəsi kimi verilmişdir. *4.*0.2022-ci il tarixdən etibarən tərəflər arasında olan əmək münasibətlərinə xitam verilmiş və cavabdeh müvafiq əmrlə həmin tarixdən işdən azad edilmişdir. Əmək və ya qulluq münasibətlərinin xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Bununla da mənzilin cavabdehlərin sahiblik və istifadəsinə verilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Belə olan halda, iddiaçı Fövqəladə Hallar Nazirliyi cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdehlər qismində göstərilmiş Cavabdeh2 və Cavabdeh3 Cavabdeh* ailə üzvləri olduğundan, bu səbəbə görə onunla bir yerdə mübahisəli mənzilə köçdükdən və yaşadığından, Cavabdeh* ailə üzvləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Mübahisəli mənzil Fövqəladə Hallar Nazirliyinin balansında olduğu üçün, Nazirliyə təhvil verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansında olan Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən çıxarılmalı və həmin mənzil Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının *3, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin *52, *52.*, *52.2, *52.3, *52.4, *53, *53.*, *53.3, *53.4, *55, *55.*, *55.2, *55.4, *57, *57.*, *57.2, 329, 329.*, 329.2, 329.3cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9*, 9*.*, 9*.*.*, 92, *02, *02.*, *03, *03.*, *03.2, *03.2.*, *03.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4, *4.2, 77, 77.*, 88, *07, **9, **9.*, 2*7, 2*7.*, 2*7.2, 2*7.3, 2*7.4-cü maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8, 8.2, 9, 9.*, 9.*.*4, 9.4-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası” nın *.5, 2.*, 2.2, 3.5, 3.5.*-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh* qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(0*0)-2729/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh* xx.xx.*984-cü il Qəbələ rayon Soltan Nuxa kəndində anadan olub. Həmin kəndin *990-200*-ci illərdə orta məktəbini yaxşı qiymətlərlə bitirib 2002-2003-cü illərdə əlahiddə xüsusi təyinatlı hərbi hissədə hərbi xidmətdə və bir neçə dəfə döyüş tapşırığında iştirak edərək həqiqi hərbi xidməti fəqlənmə ilə bitirmişdir. Xidməti bitirdikdən sonra rayon ərazisində müxtəlif tikinti işlərində çalışmışdır. 2007-ci il avqust ayında X*0 Kərpic Zavodu tikintisində iştirak etmiş və həmin zavodun açılışı üçün bəzi operator proqram təminatı və texniki idarəetmə sistemi üzrə onların mütəxəssisləri olmasına baxmayaraq açılışa hazır edə bilməyəcəklərini və bu sistemi bilmədikləri üçün xaricdən mütəxəssis dəvəti zərurəti oldugunu bildirdilər. Şikayətçi həmin vaxt zavod rəhəbərliyinə bildirdi ki, qeyd olunan problemi həll edə bilər və razılaşdı müəyyən olunmuş vaxtdan tez zavodu istismara hazır etdi və bu barədə zavod sahibkarı Kəmaləddin Heydərova haqqında məlumat verilmişdir. Zavodun açılışı günü hörmətli general-polkovnik Kəmaləddin Heydərov gəldi açılışa və razı qaldı. Tədbir sonunda çağırdı yanına qısa dialoqları oldu görülən işlərə görə təşəkkürünü bildirərək adını özündə qeyd etdi və bildirdi ki, zavodda işini bitirib Bakıya gəlsin. Şikayətçi naziri ilk dəfə orda görüb tanımışdır. Bir müddətdən sonra o zavodda işini bitirib Bakıya nazirin qəbuluna gəlmiş, təqribən 2-3 saat onunla sohbət aparılmış, sonda ali təhsillinin olmamasına baxmayaraq bilik bacaraq səviyyəsinin yüksək olduğunu qiymətləndirərək onu 05.*0.2007ci tarixli əmri ilə Nazirliyin Katibliyinin Dəftərxana və Arxiv şöbəsinə zabit kimi (2009-cü ildən Katibliyin Təşkilt şöbəsinin baş zabiti) vəzifəyə təyin etmiş, ali təhsili olmadığı üçün ona gizir hərbi rütbəsi verililmiş və o, 05.*0.2007-ci il tarixdən xidmətə başlamışdır. 2009cu ilin oktyabr aında dövlət proqramı çərçivəsində Belarusiya Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühəndis Komandirlər İnstitutuna (indiki Mülkü Müfafiə Universiteti) qiyabi təhsil formasında qəbul olunmuşdur. 20*4-cü il iyul ayında həmin institutu fərqlənmə ilə bitirmişdir. İnstitut rəhbərliyi tərəfindən təhsildə yüksək nəticəyə görə “Təşəkkür” və Belarusiya Respublikası Fövqəladə Hallar nazir tərəfindən “Döş nişanı” ilə təltif olunmuşdur. 20*4-cü il 29 avqust tarixində nazir general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə ona ilkin zabit leytenant, 20*7-ci ildə baş leytenant və 202*-ci ildə kapitan hərbi rütbəsi verilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr zabit heyətinə daxil olmuşdur. 2007-2022-ci il tarixlərində xidmət dövründə “Usta” məharət dərəcəsi, “Sialhlı qüvvələrin yaranmasının 90 illik yubiley medalı”, “Fövqəladə Hallar Nazirliyinin yaranmasının 5 illik yubiley medalı”, “Fövqəladə Hallar Nazirliyinin yaranmasının *0 illik yubiley medalı”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalla”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalla” “Fəxri fərman” və coxlu sayda “Təşəkkür”lə təltif olunmuş, digər təltiflər və zəruri rəsmi məlumatlar Nazirliyin kadr siyasəti baş idarəsində şəxsi işində saxlanılır. 2022-ci il *4 oktyabr tarixində öz xahişilə ehtiyata buraxılmışdır. 20*4-cü ildə ona ilkin zabit leytenant hərbi rütbəsi verildiyi vaxtdan işdən azad olunma vaxtı arasında *0 il tamam olmadığına görə “Xidməti uyğunsuzluq” (Hərbi Ximətkeçmə haqqında Əsasnamə *56 e bəndi). Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq digər güc strukturlarında olduğu kimi Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının mənzil-məişət məslələrinin yaxşılaşdırılması istiqamətindən dövlət büdcəsindən vəsait ayrılmış və əməkdaşları üçün Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsin *07A və *07B ünvan olmaqla iki ədəd * bloklu mənzil inşa edilmiş (adı FHN MTK) və *6 dekabr 202*3-cü il tarixində nazirliyin peşə bayramı günü açılışı olumuşdur. (rəsmi məluma nazirlikdə və nazirliyin rəsmi saytında o tarixdə foto video materiallarla bilrikdə) Həmin tarixdə adı çəkilən ünvanda mənzillə təmin olunması barədə rəhbərlik tərəfindən tapşıqır verilmişdir. O həmin tapşırığa uyğun olaraq, nazir müavini tibb xidməti generalleytenantı Faiq Tağı-zadənin qəbulunda olmuş və o bu tapşırığın icrası ilə bağlı nazirliyin kadr siyasəti baş idarəsində idarə rəisi olan X7a tapşırıq vermiş və H.Osmanovda ona qanunvericiliklə nəzərdə tutulan tələb olunan sənəd siyahısını təqdim etmiş və bildirmişdir ki, bu sənədləri topla. O da rəhbərlikdən icazə alıb və siyahıda qeyd olunan sənədləri toplamış sənədlər o tarixdə rəhbərlik tərəfindən imzalanmış və ona bildirilmişdir ki, rəsmi mənzil bölgüsü püşk atma ilə olacaq vaxtı və keçiriləcəyi yer barədə məlumat veriləcəkdir. Qeyd edir ki, ona mənzil verilənə qədər kirayə yaşamışdır. 20*4-cü il mart ayında o, Belarusiya Respubliksında rəsmi əmrlə təhsil məzuniyyətində və təhsil sesiyasinda iştirsak etmişdir. X4 telefon əlaqəsilə bildirmişdir ki, 04.03.20*4-cü il tarixində püşkatma olacaq o təhsil məzuniyyətində ölkədən xaricdə olduğu üçün demişdir ki, əvəzinə kim iştirak edə bilər püşkamada? H.Osmanov dedi ki, yoldaşı iştirak edə bilər. O da yoldaşı Cavabdeh2 məlumat vermişdir. 04.03.20*4-cü il tarixində yoldaşı Cavabdeh2 qaynı Orxan Süleymanovla birlikdə onun adından Nazirliyin X6 xidmətinin inzibati binasında təşkil olunmuş rəsmi püşkatma mərasimində iştirak edib və bina *07A 8 mərtəbə 48-ci mənzil çıxmışdır. Bütün bu proseslər rəsmi qeydiyyata alınıb foto video materiallar nazirlikdə saxlanılır. Mənzil təqdim olunanda təbrik olunub və heç bir xidməti və ya bu mənzillər sizə müvəqqəti verilir deyə bir ifadə nədə rəsmiyyət olmadan mənzil sizindir sağlıqla yaşayasız deyə bildirilib. Qeyd olunan tədbirdə püşkatmada çıxan mənzilləri rəsmi Nazirlikdən polkovnik H. Osmanov, X6 Xidmətinin sabiq rəisi daxili xidmət general mayoru Füzuli Əsədov təqdim edib. O təhsil məzuniyyətindən qayıdandan sonra püşkatamada təqdim olunan sənədlə polkovnik H.Osmanova yaxınlaşmış və demişdir ki, mənzilin açarlarını kimdən alım? H.Osmanov ona bildirdi ki, həmin sənədlə get X5 Hissəsinin rəisinin yanına sənədi təqdim et sənə açarları versin. O da yaxınlaşmış açarları təhvil almış və mənzilə baxmışdır. Bütün bu proseslərdə nə onunla hər hansı xidməti müqavilə nə təhvil təslim aktı və ya hər hansısa rəsmi proses icra olunmamışdır. 20*4-cü ilin iyun ayından etibarən orda yaşayır və qeyd olunan mənzildə işıq, qaz su odənişləri adına rəsmiləşib qeyd olunan tarixdən tərəfindən bildirişə uyğun ödənilir. Bildrimək istəyir ki, ona rəsmi şəkildə təqdim olunan mənzildə yoldaşı Cavabdeh2, qızı Cavabdeh3 20*4-cü ilin may ayından yaşayır. Bütün rəsmi müqavilə ilə adına rəsmiləşən kommunal ödəniş öhdəliklərini vaxtı vaxtında yerinə yetirir. Ona Nazirlik tərəfindən rəsmi rəqdim olunan mənzil cənab nazir generalpolkovnik tərəfindən təqdim olunub və xidməti mənzil olduğuna dair heç bir məlumat və qanunvericiliyin tələblərinə uyğun tərəflər arasında müqavilə bağıanmayıb. Dəfələrlə xidmətdə olduğu vaxt nazirliyin məzil məslələri üzrə komissiya sədri olan nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, o vaxt hüquq idarəsi rəisi Nərgiz Yusubovaya müraciət edərək xahiş etmişdir ki, bu mənzillər onlara verildi ancaq heç bir sənəd verilməyib nə edək dedikdə cavablarında onlar ona hazırki vəziyyətdə bu mümkün deyil, yaxın zamanda nazirliyin balansından çıxarılaraq müvafiq yerli icra hakimiyyətinin balansına veriləndə rəsmiləşmə prosesi aparılacaq deyə bildirilmişdir. Artıq *0 ildir orda yaşayan sakinlər heç bir sənəd olmadan yaşayır hər hansı zərurət yarandıqda o xidmətdə olan zamana qədər binanın yanında yerləşən X8 rəisi arayış təqdim edib ki, bu da hansı qanunvericiliklə müəyən olunur onuda bilmir. Nazirlikdə baş idarə nəzdində mənzil-məişət sektoru yaradılıb ki, əsasnaməsi mövcud deyil. Həmin sektor nümayəndəsi o işdən azad olunduqdan bir necə ay sonra gecə saatlarında iş vaxtından sonra qeyri-rəsmi sənədlə adi vərəqdə özü tərəfindən yazılmış və nazirliyin ümumi şöbəsində qeydiyyata alınmadan rəhbərliyin möhrü imzası və blankında çap edilməmiş sənədlə gələrək bildirdi ki, rəhbərliyin tapşırığıdı işdən çıxıb evi boşaltsın deyə özü tərəfindən hazırlanmış bildirilşə imza atamağını istədi. O da imtina etmiş və qeyri-rəsmi olmayan nə sənəd nə də tapşırığıa əhəmiyyət verməyəcəyini bildirmiş. Həmin nümayəndədən özü ilə gətirdiyi qeyri-rəsmi qanunsuz sənədin nüsxəsini ondan istədikdə o təqdim etməkdən imtina etmişdir. Rəsmi qanuni və rəhbərliyin imzası qanunvericiliyin tələblərinə uyğun o mənzildə yaşayır zəruri bütün lazimi material sənədlər nazirliyin kadr siyasəti Baş idarəsində şəxsi işində saxlanılır, əlaqəli şəxs X7. Əlavə olaraq bildirir ki, onlara təqdim olunan evlərin texniki vəziyyəti olduqca pis vəziyyətdə idi (bunu orda yaşayan hər bir əməkdaş təsdiq edə bilər) elə sakin yoxdur ki, ora yaşamağa başladığı ilk gündən təmir işləri etməsin. O da həmin gündən bu günə qədər təmir və zəruri ev əşyaları almışdır illərlə kreditlərə girərək. Əgər bu evlər dedikləri kimi xidməti verilirdisə niyə bu barədə qanunvericiliyin tələbinə uyğun rəsmiləşmə aparılmayıb. Aparılsaydı onlar da təmirə xərc çəkməzdilər. 20*4-cü ildən *0 ildir yaşadığı mənzilin ona xidməti verildiyinə dair müqavilə mövcud deyil. Burda yaşayan hətta xidmət keçən heç bir əməkdaşın və ya sakinin sənədi yoxdur. Binada *40 ailə yaşayır və heç bir sakinin onlara mənzilin xidməti verildiyinə dair sənəd mövcud deyil. Xidməti mənzildirsə verilməmə səbəbi aydınlaşdırılmalı idi. FHN-nın əsas götürüldüyü 09.02.20*7-ci il tarixli *8/0*-002 nömrəli qərarı anlaşılan deyil. Ona mənzil 20*4-cü ildə rəsmi püşkatma mərasimi ilə təqdim olunb. Nazir 20*3-cü il binanın açlışını edib və həmin il ona həmin binada mənzil verilib. Həmin qərarda əməkdaş sayı qərarın icrası tarixi cari günə qədər icra intizamına niyə riayət olunmadığı aydınlaşdırılmalı idi. Hesab edir ki, birinci İinstansiya məhkəməsi mülki mübahisə üzə işin faktiki hallarının pozulduğunu qeyd etdiyi normativ hüquqi aktlara istinad edərək əsaslandıra bilməyib. Föqəladə Hallar Nazirliyinin iddia etdiyi Suraxanı rayon, Səttar Bəhlulzadə küçəsi bina *07A və *07B yaşayış sahəsində bu günə qədər sakinlərə mənzilin xidməti verildiyinə dair rəsmi sənəd təqdim edilməyib. Bundan başqa hansı qanunla o xidməti mənzillərdə digər kateqoriya sakinlər (qazi idmançı və sair) yaşayır və onlara necə təqdim olunub o mənzillər. Məhkəmə etiraz və mülahizədə göstərilən hal və sübutları araşdırmamışdır. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(0*0)-2729/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda yetkinlik yaşınaçatmayan Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh* apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə *3.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə *25. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə *27. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə *29. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə *53.*. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Maddə *53.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Maddə *53.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə *53.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə *55.*. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə *55.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə *55.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə *57.*. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə *57.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 9*.*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 9*.*.*. xidməti yaşayış sahələri; Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə *02.*. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin *0*.2-ci və *02.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə *03.*. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Maddə *03.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: *03.2.*. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; Maddə *03.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”. Bənd *.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Bənd 2.*.Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. Bənd 2.2. Kirayə müqaviləsi bu Qaydanın *.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Bənd 3.5.Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.*. bu Qaydanın *.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.*. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il *3 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ** yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə *994-cü il *9 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli mənzil Cavabdeh* ailə üzvləri olan arvadı - Cavabdeh2 və qızı - Cavabdeh3 ilə birlikdə xidməti mənzil olaraq ayrılmışdır. Tərəflər arasında yazılı xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmasa da, mənzil müvafiq qərarla Cavabdeh* verilmişdir. Kollegiya qeyd edir ki, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətləri ərzində istifadə etmələri üçün verildiyindən bu münasibətlərə xitam verilməsinin əsaslarından biri də, əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamıdır. Göründüyü kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin *4 oktyabr 2022-ci il tarixli, *633/ş nömrəli əmri ilə Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti kapitan Cavabdeh* həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından onunla iddiaçı arasında olan münasibətlərə xitam verilsə də, cavabdehlər hüquqi əsasları olmadan xidməti mənzildə yaşamaqda davam edirlər. Kollegiya Cavabdeh* apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər cavabdehlərin xidməti mənzildə yaşamaqda davam etmələri üçün əsas ola bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərinin tam həcmdə təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.*, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(0*0)- 2729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdehlər tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-505/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-505/2025
08.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver