Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5052/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-991/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 MMC-nə, Cavabdeh3 qarşı “torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, hərracın yekunları barədə protokolunun ləğv edilməsi və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ünvanında yerləşən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə 27 fevral 2023-cü il tarixli, R01/17/23 nömrəli torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ünvanında yerləşən torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 94 nömrəli protokolunun ləğv edilməsi və ya etibarsız hesab edilməsi, Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 94 nömrəli protokol əsasında Cavabdeh2 MMC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-991/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 0.014 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə Cavabdeh1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli rəy ləğv edilmiş, ünvan 2 ünvanında yerləşən 0.014 ha torpaq sahəsinə dair Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş, ünvan 2 ünvanında yerləşən 0.014 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (reyestr nömrəsi **********51) və texniki pasport etibarsız hesab edilmiş, 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qiymətləndirmə hesabatının dəyəri olan 460 (dörd yüz altmış) manat məbləğində məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
3. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Məhkəmə kolegiyasının iclasında Cavabdeh3 ərizə təqdim edərək bildirdi ki, iddiaçı ona 10.000 manat ödədiyi üçün apellyasiya şikayətindən imtina edir. Odur ki, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi.
5. Məhkəmə kolegiyasının iclasında iddiaçı ərizə təqdim edərək bildirdi ki, cavabdeh apellyasiya şikayətindən imtina etdiyi üçün ona 10.000 manat ödəmişdir. Odur ki, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi.
6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətindən imtinaya dair ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər.
10. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.
12. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-991/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfin apellyasiya şikayətindən imtinası qəbul edilməli və onun şikayətinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
13. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
14. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Xətai Rayon Məhkəməsinin 2(011)-991/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə ödənilmiş dövlət rüsumu - 50 (əlli) manat (qəbzin nömrəsi: **********, ödəniş tarixi: xx.xx.2025) ödəyicisi Cavabdeh3 geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.