Məhkəmə qərarları › İş №2(103)-5055/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5055/2023

25.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5055/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, 2(005)-2029/2022 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 12 iyun 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla Maraqlı şəxs İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi” barədə dair iddia ərizəsi barədə 2(005)-2029/2022 saylı mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasını qərara almışdır. İddiaçı həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1 və 396.1-cı maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-nin 269-ci maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Məhkəmə bildirir ki, qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardad tərəfə rəsmi təqdim edildiyi tarixdən sonrakı gündən başlanır və 10 günün tamamında qurtarır (MPM; maddələr 128 və 129). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad İddiaçı vəkili (nümayəndəsi) X1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, İddiaçı münasibətdə qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2023-cü il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, İddiaçı qərardaddan verdiyi şikayət elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardaddan şikayətin verilməsi üçün müddət İddiaçı tərəfindən ötürülmüşdür. Şikayətin verilməsi müddətini ötürmüş İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayətə baxmış və daha sonra şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 12 iyun 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət, mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar