Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5056/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X2” İctimai Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X2” İctimai Birliyinə qarşı sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının və sair xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Respublikasi Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları Təşkilat” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X2” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının, habelə iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci, mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin və 50 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq, cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X2” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının, habelə iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci və mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X2 İctimai Birliyində öz istəyi ilə tutduğu baş mühasib vəzifəsindən azad olunması ilə bağlı onun tərəfindən Birliyə hər hansı rəsmi işdən azad olunma ilə bağlı ərizənin verilmədiyi halda, Birlikdə başqa vəzifəyə keçirilmə ilə bağlı ona verilmiş təminatın mövcudluğuna baxmayaraq, onunla bağlanmış müddətsiz əmək müqaviləsinə, xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamla xitam verilmişdir. İşdən azad olunması tamamilə qanunsuzdur. İşəgötürənlə digər vəzifəyə keçirilməsi ilə bağlı şifahi razılığın olmasına baxmayaraq, o xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən işdən azad olunmuşdur. Ərizənin mətninə nəzər yetirsək əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı tarixin, “xx.xx.2024-cü il” tarixinin qeyd olunmadığını, məzmuna nəzər yetirilən zaman, ümumiyyətlə “işdən azad olunma” ilə bağlı hər hansı söz ifadəsinə rast gəlmək mümkün olmamışdır. Qeyd olunan qanunsuzluğun aradan qaldırılması istiqamətində xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamı ləğv edərək, işə bərpa etmək üçün işəgötürənə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət olunmuşdur. Lakin xx.xx.2025-ci il tarixli, Ə-04 nömrəli cavab məktubu ilə onun peşəkar mühasib sertifikatına malik olmadığına, onun ərizəsini nəzərə alaraq əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Onun xx.xx.2024-cü il tarixdə yazmış olduğu ərizə işdən azad olunması ilə bağlı olmuş, lakin işəgötürən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsini ləğv etməməli, onun ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixli ərizəni etibarsız hesab edilməli idi. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. İşəgötürən bu hissədə onun əmək hüquqlarını pozmuşdur. Əmək müqaviləsinin xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncam İddiaçı xx.xx.2024-cü il tarixdə azad olunmasına baxmayaraq, cari ilin yanvar ayının 8-də əmək kitabçası ilə Birlikdə təqdim edilmişdir Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin 01 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev, iş 2(005)-1852/2025) iddia təmin edilmiş, “Azərbaycan Respublikasi Müharibə, Əmək Və Silahli X1” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli sərəncamının ləğv еdilməsi, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək Və Silahli X2” İctimai Birliyində baş mühasib vəzifəsinə bərpa еdilməsi, iş buraxmaya görə əmək haqqının ödənilməsi, İddiaçı məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci, mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin Cavabdehndən оnun хеyrinə tutulması qət edilmişdir. Birinci istansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, əmək müqaviləsi həm işçi tərəfindən, həm işəgötürən tərəfindən ləğv edildikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad etmək mümkündür. İddiaçı isə iddia ərizəsində öz xahişi ilə işdən azad olunmaq barədə ərizə vermədiyindən onunla bağlanmış əmək müqaviləsinə məhz həmin maddə ilə xitam verilməsinin qanunsuz olduğunu qeyd edir. İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmə səbəbi onun peşəkar mühasib olmamasına istinad еdilməsi düzgün оlmamışdır. Bеlə ki, cavabеh müəssisədə artıq baş mühasib kimi çalışan və peşəkar mühasib sеrtifikatı оlmadan fəaliyyət göstərilən işçilərin əmək müqaviləsinə хitam vеrilməli оlmasına dair qanunvеricilikdə hər hansı impеrativ хaraktеrli müddəa nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə qaldırılmış iddia üzrə hüquqi nəticəyə gələrək hеsab еtmişdir ki, iddiaçının işdən azad оlunması ilə bağlı iradəsini ifadə etməyən ərizə əsasında xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamın ləğv edilməli, əvvəlki vəzifəsinə işə bərpa olunmalı və iş buraxmaya görə əmək haqqının ödənilməsi, iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci, mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci istansiya məhkəməsinin mövqeyi ilə razı deyil. Belə ki, İnzibati Xətalar Məcəlləsində konkret inzibati məsuliyyətin nəzərdə tutulması, eyni zamanda Mühasibat Uçotu haqqında qanunvericilik və Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı baş mühasibin peşəkar mühasib olmasını tələb edir. Belə olan halda İddiaçı da baş mühasib vəzifəsində işini davam etdirmək üçün qanunvericilikdə tələb olunan müddətə qədər peşəkar mühasib sertifikatına malik olmalı idi. Ərizə verildiyi gün əmək müqaviləsinə xitam verilməsi məsələsinə gəldikdə isə İddiaçı 30 dekabr 2024-cü il tarixədək PMS-nı təqdim etmədiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunla müəyyən olunmuş qaydada xitam veriləcəyini Birliyin Kadrlar üzrə baş mütəxəssisi Birlik sədrinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli Xidməti yazıdan və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubundan məlumatlı idi. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı PMS-ə malik olmaması 30 dekabr 2024-cü ildən sonra problem yarada bilərdi. Belə ki, hesabatlar qəbul edilməyə bilər, Təşkilat inzibati qaydada cərimə edilə bilərdi. İddiaçı işlədiyi dövrdə peşəkar mühasib sertifikatına malik olmaması Təşkilat tərəfindən mübahisələndirilmir. Qanunvericilikdə tələb olunan müddətə qədər PMS əldə olunması baş mühasibdən tələb olunurdu. Məhkəmə bir tərəfdən İddiaçı artıq işlədiyinə görə peşəkar mühasib serrifikatına malik olmasına ehtiyac olmadığını qeyd edir, digər tərəfdən İddiaçı ərizə verməsəydi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam veriməsinin mümkünlüyünü göstərir ki, bu da məhkəmənin mövqeyinin qeyri-müəyyən olduğunu göstərir. Məhkəmə tərəfimizdən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizə və xx.xx.2025- ci il tarixli 23 nömrəli Sərəncam sübut kimi qəbul еtməmişdir. Sərəncamın tarixindən də göründüyü kimi xx.xx.2024-cü il tarixli 64 nömrəli sərəncama xx.xx.2025-ci il tarixdə dəyişiklik edilmişdir. 01 may 2025-ci il tarixdə həmin sərəncam məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci ildə rəsmiləşən sənədi əvvəlki tarixlərdə, hazırlıq iclasında (hazırlıq iclasları xx.xx.2025-ci il xx.xx.2025-ci il tarixlərdə keçirilib) məhkəməyə təqdim etmək mümkün deyildir. Bu səbəbdən hesab edirik ki, xx.xx.2025-ci il tarixli sərəncam məhkəmə tərəfindən sübut kimi qəbul edilməli idi. Sərəncama edilən dəyişikliyin əsas səbəbi 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə aydınlıq gətirmək idi. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, Təşkilat öz sərəncamına dəyişiklik etmiş və işçinin işdən azad edilməsinin hüquqi əsasını dəyişdirmişdir. Məhkəmə Təşkilat tərəfindən dəyişiklik edilmiş sərəncamı ləğv etmişdir ki, bu da hüquqi cəhətdən əsassızdır. Odur ki, birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X2” İctimai Birliyinin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin mövqelərini, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin qətnaməsini müzakirə edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırmalar göstərir ki, iddiaçının mübahisə etdiyi əsas məqam cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli, 64 nömrəli sərəncamında onun “öz ərizəsi əsasında” işdən azad olunması barədə qeydin olmasıdır. Hansı ki, iddiaçı bildirmişdir ki, o, işdən azad olunma barədə ərizə verməmiş, əksinə, başqa vəzifəyə keçirilmə ilə bağlı şifahi razılaşması olmuşdur. Bu səbəbdən iddiaçı sərəncamın məhz “ərizəsi əsasında” qeydinin əsassız olduğunu irəli sürərək, ləğv olunmasını xahiş etmişdir. Lakin iş materiallarının təhlilindən aydın olur ki, cavabdeh təşkilat sonrakı mərhələdə xx.xx.2025-ci il tarixli 23 nömrəli sərəncamı ilə əvvəlcə qəbul etdiyi xx.xx.2024-cü il tarixli 64 nömrəli sərəncama dəyişiklik etmiş, həmin dəyişikliklə əmək müqaviləsinə xitam verilməsinin əsası artıq işçinin ərizəsi deyil, birbaşa olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əsas — işçinin tutduğu vəzifəyə görə tələb olunan ixtisas göstəricilərinə malik olmaması, yəni iddiaçının peşəkar mühasib sertifikatının olmaması göstərilmişdir. Bununla da işdən azad edilmənin hüquqi əsası tamamilə başqa maddi-hüquqi baza üzərinə keçirilmişdir. Belə bir dəyişiklik nəticəsində iddiaçının məhkəməyə müraciət edərkən mübahisələndirdiyi ilkin hüquqi situasiya — yəni “öz ərizəsi əsasında işdən azad edilməsi” halı artıq hüquqi dövriyyədən çıxmış, faktiki və hüquqi əhəmiyyətini itirmişdir. Əgər ilkin mərhələdə iddianın predmeti işçinin iradəsinin təhrif olunması və guya ərizə təqdim etməsi əsasında əmək münasibətlərinə xitam verilməsi olmuşdursa, sonradan cavabdehin dəyişiklik etməsi ilə bu əsas aradan qaldırılmış, əmək müqaviləsinə xitamın hüquqi səbəbi tamamilə fərqli maddəyə istinadla yenidən formalaşdırılmışdır. Nəticə etibarilə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən mübahisə predmeti öz mövcudluğunu itirmişdir. Məhkəmə kollegiyası izah edir ki, prosessual hüququn ən mühüm və təməl prinsiplərindən biri “mübahisə predmetinin mövcudluğu” prinsipidir. Məhkəmə yalnız o halda işin mahiyyəti üzrə araşdırma apara bilər ki, mübahisə edilən hüquqi vəziyyət və ya hüquqi akt real şəkildə mövcud olsun və tərəflər arasında həqiqətən də mübahisə doğursun. Əks təqdirdə, mübahisə predmeti aradan qalxdıqda, məhkəmənin mahiyyəti üzrə araşdırma aparması hüquqi baxımdan əsassız olur və prosessual qanunvericiliyin açıq şəkildə pozulmasına gətirib çıxarır. Hazırki iş üzrə isə mübahisə predmeti – “iddiaçının guya öz ərizəsi əsasında işdən azad olunması” halı – cavabdehin sonrakı dəyişiklik əmri ilə aradan qaldırılmışdır. Belə bir vəziyyətdə birinci instansiya məhkəməsi mübahisə predmetinin əhəmiyyətini itirdiyini nəzərə almalı, müvafiq olaraq MPM-in 261.0.1-ci maddəsinə əsaslanaraq iş üzrə icraata xitam verməli idi. Lakin birinci instansiya məhkəməsi bu prosessual öhdəliyi yerinə yetirməmiş, mövcud olmayan mübahisə predmeti əsasında işə baxaraq, mahiyyəti üzrə qətnamə çıxarmışdır. Bu, həm prosessual hüquq normalarının, həm də mübahisənin predmetinin mövcudluğu prinsipinin pozulması deməkdir. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, iddiaçının nümayəndəsi və vəkilinin elektron məhkəmə informasiya sistemi vasitəsilə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin məzmunundan onun cavabdehin yeni sərəncamı ilə razılaşmadığı və mübahisənin yalnız ilkin sərəncam üzrə araşdırılması marağında olduğu müəyyən edilir. Bu hallar təsdiq edir ki, iddiaçı birinci instansiya mərhələsində predmetin düzgün müəyyənləşdirilməsi məqsədilə iddianı dəyişdirmək imkanına malik olmuş, lakin bu imkanından istifadə etməmiş və ilkin sərəncama əsaslanan tələb üzrə işin araşdırılması mövqeyindən çıxış etmişdir. Birinci instansiya məhkəməsi isə bu vəziyyəti nəzərə almayaraq, zəruri prosessual hərəkətləri həyata keçirməmiş və işə xitam vermək əvəzinə mahiyyəti üzrə əsassız qətnamə çıxarmışdır. MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 385-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar öz əksini tapmışdır. Həmin əsaslardan biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir (həmin Məcəllənin 387.1 və 387.2.8-ci maddələri). Bununla yanaşı, kollegiya izah edir ki, cavabdehin sərəncama etdiyi dəyişiklik iddiaçının əmək müqaviləsinə xitam verilməsinin yeni əsası – “peşəkar mühasib sertifikatının olmaması” ilə bağlı iddia qaldırmaq hüququnu heç bir halda istisna etmir. Əksinə, iddiaçı öz hüquqlarını müdafiə etmək məqsədilə yeni əsas üzrə, yəni əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin qanunsuz olması barədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bu, onun konstitusion hüququdur və məhkəmə müdafiəsi prinsipləri ilə tam uzlaşır. Göstərilənlərə əsasən və MPM-in 261, 384.0.5, 387.2.8, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(005)- 1852/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5056/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5056/2025
19.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver