Məhkəmə qərarları › İş №2(103)-5057/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5057/2024

05.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5057/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “V. Y. Axundov adına X14 İnstitutu” X68rşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, bir intizam xətasına görə bir-neçə tənbeh tədbirinin görülməsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh “V. Y. Axundov adına X14 İnstitutu” X76 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı “V. Y. Axundov adına X14 İnstitutu” X68rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı 2022-ci ilin oktyabr ayından etibarən “V. Y Axundov adına X14 İnstitutu” X76 “kadrlar üzrə müfəttişi” vəzifəsində işləməyə başlamış, 2022-ci ilin dekabr ayından etibarən həmin X88 “X85si” bölməsində “şöbə müdiri” vəzifəsini icra etməyə başlamışdır.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri tərəfindən “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “İnstitutun sabiq işçisi Sevinc Məmmədovanın əmək kitabçasının X85sində aşkar edilməməsi barədə müraciət araşdırılmış, müraciətin araşdırılması nəticəsində X85sində Sevinc Məmmədovanın əmək kitabçasının itirilməsi müəyyən olunmuşdur. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması ve onun tərtibi qaydaları" pozulmuş, əməkdaşların şəxsi işləri və əmək kitabçalarının qorunması lazımı səviyyədə təmin olunmamış, X54 müdiri İddiaçı funksional vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmışdır. Göstərilənləri nəzərə alaraq, X54 müdiri İddiaçı barəsində ciddi intizam tənbehi tədbirləri görüb 3 iş günü ərzində Səhiyyə Nazirliyinə məlumat verilməsi Sizə tapşırılır”.

3. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 474 nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq edilmişdir.

4. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43”nun elmi işlər üzrə direktor müavini Akif Qurbanov, Baş həkim Şəfəq Mustafayeva və İnzibati işlər üzrə direktor müavini Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda aşağıdakılar göstərilmişdir: “Bu aktı ondan ötrü tərtib edilir ki, “V.Y.Axundov adına X14 İnstitutunun əməkdaşlarının işə davamiyyəti nizam-intizamı müəyyənləşdirmək üçün Oktyabr və Noyabr aylarında barmaq izi əsas götürülməklə iş vaxtının Uçot tabeli ilə Maaş cədvəlləri işçilərinin ərizlərini və əmrlərin olub-olmaması əsas götürülərək yoxlanma aparılmışdır. Yoxlama nəticəsində əsasız olaraq tabeldə qaralamalar və aşağıdakılar təsbit edilmişdir.

1. Parazitar və Tropik xəstəliklər şöbəsinin X15 avqustun 7-si tarixindən bu günə kimi hər hansı bir ərizəsi və bülleteni olmadan işdə olmadığı aşkar olunmuşdur. Buna baxmayaraq X20 ayı tam əməkhaqqı ödənilmişdir. 2. İmmunologiya şöbəsinin elmi işçisi Rzayeva Nəzrin 13 noyabr 2023-cü il tarixində 1899 D.O özhesabına məzuniyyət ərizəsi ilə müraciət etməsinə və icazə verilməsinə baxmayaraq maaş cədvəlində tam əməkhaqqı yazılmışdır 3. Poliklinika şöbəsinin həkim-infeksionisti X62 ayında üzrsüz səbəblərə görə işdə olmamasına baxmayaraq tam əməkhaqqı ödənilmişdir. 4. Poliklinika şöbəsinin xadiməsi X26 ayının 1-2-3-ü tarixlərinə üzrsüz səbəblərə görə işdə olmamasına baxmayaraq tam əməkhaqqı ödənilmişdir”.

5. Fatma Hüseynova xx.xx.2023-cü il tarixdə yazdığı izahatda göstərmişdir ki, “X11, avqust ayının 7-dən 16-dək məzuniyyətdə olub, 17-dən də öz hesabına götürmüşdür, oktyabrın 18-dək öz hesabına olduğu üçün işdə olmayıb, bülletendə olub (əməliyyatla əlaqəli) - xəstəlik vərəqəsini kadrlar şöbəsinə təqdim etmişdir. Noyabr ayında da, özünün dediyinə görə Hüseynova Fatma iclasda olduğu üçün, yenə ərizəsini kadrlara təqdim edib. Hal-hazırda yenidən əməliyyat keçirdiyi üçün ona telefon vasitəsi ilə bildimişdir ki, dekabr ayının büllütenini gətirib təqdim edəcəkdir. O - Hüseynova Fatma bölmə müdiri kimi, ona noyabr ayında 3 günlük konfransla əlaqədar olaraq tabeli (maaş cədvəlini) Eyvazlı Sevinc yazmışdır, həmin cədvəldə öz hesabına yazılmışdır, maaş cədvəlinin qaralanmasında cavabdehlik daşımıram”.

6. İddiaçı xx.xx.2023-cü il tarixdə yazdığı izahatda göstərmişdir ki, “X77 İntizamının pozulması haqqında xx.xx.2023-cü il tarixli 74 nömrəli akt mənə yönləndirilmişdir. Akta cavab olaraq bildirirəm ki, qeyd olunan məsələlərdə heç bir qanun pozuntusu yoxdur, işçilərin işə davamiyyəti qaydasındadır, iş vaxtı işdə olmayan işçilərin üzrlü səbəbləri mövcuddur. İş vaxtı işdə olmayan cəmi 2 işçimiz var: Kimyəvi terapevtik preparatların tədqiqat bölməsinin müdiri Babayev Elxan və laborant Nəsirov Əsrəf. Onların da verdiyi məlumata görə sizin (Adil Allahverdiyevin) məlumatı daxilindədir”.

7. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 xx.xx.2023-cü il tarixli 475 nömrəli əmri ilə, İnstitutda noyabr ayı üçün işçilərin əməkhaqqı hesablanmasında kobud qanun pozuntusuna yol verməklə əmək funksyasını keyfiyyətsiz yerinə yetirdiyi nəzərə alınaraq, X54 müdiri İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinə 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.

8. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43”nun X63 Rəşad Rəsulov, həkimlaborant Sevinc Mərdanova, həkim-laborant Səidə Muradova, həkim-laborant Aynur İbrahimxəlilova, həkim-laborant Sevinc İbrahimova, həkim-laborant İlahə Əliyeva və həkim-laborant Nayibə Camalova tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda aşağıdakılar göstərilmişdir: “Biz, aşağıda imza edənlər təsdiq edirik ki, xx.xx.2023 tarixində X84 ayı 2023-cü il üçün tabeli tərtib etdi və X63 Rəsulov Rəşada imza üçün təqdim edərkən, Rəşad Rəsulov tərəfindən X23 xx.xx.2023-xx.xx.2023 tarixləri arasında öz hesabına məzuniyyətdə olduğu, lakin tabeldə işdə olduğunun qeyd edildiyi aşkarlanmışdır. Səbəbi soruşulduqda, X85 Müdiri İddiaçı tapşırığı əsasında belə qeyd edildiyi bilindi. Bunun üzərinə Rəşad Rəsulovun göstərişi ilə tabel dəyişdirildi və Məmmədova Sevilin dekabr ayı boyu (xx.xx.2023-xx.xx.2023) öz hesabına məzuniyyətdə olduğu oraya qeyd edildi. Daha sonra dəyişdirilmiş tabel X63 Rəşad Rəsulov və Baş Həkim Şəfəq Mustafayeva tərəfindən imzalanaraq X54 Müdiri İddiaçı təqdim edildi”.

9. Səidə Muradova xx.xx.2023-cü il tarixdə yazdığı izahatda göstərmişdir ki, “xx.xx.2023-cü il tarixində X28 şöbəsinin tabelini X85 müdiri İddiaçı otağında iş günlərini yazdıqdan sonra X63 Rəsulov Rəşada imza üçün təqdim olunarkən məlum olub ki, Məmmədova Sevilə xx.xx.2023 - xx.xx.2023-cü il iş günü yazıldığı halda öz hesabına ərizə ümumi şöbəyə təqdim olunmuşdur. Ona görə də bu tabelə X63 Rəsulov Rəşad imzalanmayıb və onun tələbi ilə tabelə düzəliş olunmuşdur. Məmmədova Sevilə iş günü yerinə öz hesabına məzuniyyət qeyd olunmuşdur. X63 Rəsulov Rəşada və klinikanın baş həkimi Mustafayeva Şəfəqə imza çəkildikdən sonra tabel yenidən X85 müdiri İddiaçı təqdim olunmuşdur”.

10. Ruhiyyə Məmmədhəsənova xx.xx.2023-cü il tarixdə yazdığı izahatında göstərmişdir ki, “xx.xx.2023-cü il tarixindən öz hesabına məzuniyyət ərziəsini X54 müdiri İddiaçı təqdim etmişdir. Ərizəsinin müdriyyət tərəfindən təsdiq olunmaması barədə ona heç bir məlumat verilməyib”.

11. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 direktorunun xx.xx.2023-cü il tarixli 594 nömrəli əmri ilə, İnstututda 2023-cü ildə tərtib olunmuş aylıq tabellərin, əmək haqqı cədvəllərinin, eləcə də institutun əməkdaşlarının 2023-cü il üçün barmaq izlərinin mövcudluğunun və düzgünlüyünün yoxlanılmasının təmin edilməsi məqsədilə komissiya yaradılmışdır.

12. Həmin komissiya üzvlərinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli 81 və 82 saylı aktlarda göstərilmişdir ki, yaradılan komissiyanın fəaliyyətinə başlaması üçün ... X54 müdiri İddiaçı tələb olunan sənədləri (əmrləri) verməkdən imtina etmiş, təkrar olaraq komissiya üzvlərinin iştirakı ilə yenidən komissiya üzvlərinin qarşısında çıxış etmək və həmin sənədləri təqdim etmək üçün dəvət edilmiş, bundan sonra da imtina edərək polis çağıracağını bildirmişdir.

13. Həmin komissiya üzvlərinin tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktda aşağıdakılar göstərilmişdir: “...Komissiyanın işə başlaması üçün X54 müdiri İddiaçı, komissiyanın fəaliyyət planı ilə tanışlıq məqsədilə, İnstitutun direktoru, professor Adil Allahverdiyev tərəfindən akt zalına dəvət olunmuşdur, lakin o, bu təklifi qəbul etmədən zala gəlməkdən imtina etmişdir. İşində yol verdiyi nöqsanlara görə X54 müdiri İddiaçı 08 yanvar 2024-cü ilin 01K saylı əmri ilə işdən azad edilmişdir (ƏM 70ç maddəsi). Bundan öncə də, X54 müdiri İddiaçı işində yol verdiyi nöqsanlara görə cəzalandırılmışdır. X54 müdiri İddiaçı yoxlama üçün lazım olan sənədləri təqdim etmədən binanı tərk etmiş və bir daha geri dönməmişdir, başqa sözlə işdən uzaqlaşdırılan İddiaçı hətta, təhvil-təslimlə də bağlı proseduru həyata keçirməmişdir. Biz aşağıda imza edənlər: komissiyanın sədri Peşə xəstəlikləri şöbəsinin müdiri X48, komissiya üzvləri Ümumi şöbənin müdiri X49, Dəstək xidmətləri şöbəsinin müdiri X69, Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin rəhbəri X58, X85si Kadrlar üzrə mütəxəssis X22 iştirakı ilə xx.xx.2024-cü il tarixdə “V.Y.Axundov adına X14 İnstitutu”nun Daxili əmək intizamının pozulması haqqında 91 № aktla möhürlənmiş 231 nömrəli otaq (X85 müdirinin kabineti) tərəfimizdən xx.xx.2024-cü il tarixdə açılmış, aşağıdakı adları göstərilən sənədlər X85sinını müdiri vəzifələri həvalə edilən X50 təhvil verildikdə və sonralar komissiyanın araşdırması dövründə aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1. Müəssisənin "Əmrlər kitabları” aşkar edilmədi. 2. 2023-cü il əmrlərinin sıralanması (əmrlərin tarixi sıra nömrəsi ilə düzülməyib) düzgün aparılmayıb, 600-ə yaxın əmrdən yalnız 182 əmr X57 Sistemi proqramına işlənsə də, bu əmrlərin sıra nömrələrinin uyğusuzluğu təsbit edilmişdir, 15, 17, 27, 364, 391, 392, 397, 398, 399, 400, 401, 406, 409, 410, 411, 412, 516, 517, 521, 528, 557, 558, 579 nömrəli əmrlər aşkar edilməmiş və verilən bir sıra əmrlərdə qeydlər düzgün aparılmamışdır (fakt kimi xx.xx.2023-cü il tarixli 585 saylı əmr işə əlavə edilir). Hətta, qeydiyyatda olmayan nömrə ilə 2 müxtəlif şəxsə verilmiş eyni əmrlər aşkar edilmişdir. Həmçinin, Elmi hissədə olan 2 işçiyə səbəbsiz (ərizələrində dərkənar yoxdur) Mamalıq işi ixtisası üzrə ixtisaslaşdırma kursuna əmr verilmişdir.2. İşçilərin şəxsi işləri düzgün tərtib olunmayıb, şəxsi işlərdə müvafiq əmrlərin surəti, ərizələr, imzalanmış əmək müqavilələri yoxdur. 3. 2023-cü il üçün illik "Statistika hesabatları" (dekabr ayında) hazırlanmamış, təqdim edilməmişdir. 4. Hərbi uçot vərəqələri tərtib edilməyib, Səhiyyə Nazirliyinə dekabr ayında təqdim edilməli "İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında qeydiyyatı" 6 №-li hesabat təqdim edilməmişdi. 5. Gigiyena şöbəsi Əmək sağlamlığı bölməsi üzrə X3 əmək kitabçası (1 ədəd), Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsi üzrə X9 əmək kitabçası (1 ədəd) aşkar edilmədi 6. X56 adlı şəxsin əmək kitabçası aşkar edildi, kitabçada əmr nömrəsi və qeydiyyat aparılıb, lakin müvafiq əmr yoxdur, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) müqavilə daxil edilib, işçi faktiki olaraq işə gəlmir. Bu əməkdaşla bağlı araşdırma aparılmışdır. X29 adı Səhiyyə xidmətlərinin təşkili şöbəsində dezinfektor vəzifəsində çalışan işçi kimi tabeldə iş günü yazilmiş, noyabr, dekabr ayları üçün əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. Bununla bağlı işçidən və tabelə cavabdeh şəxsdən izahatlar alınmışdır (tabelə cavabdeh şəxs, belə bir işçi ilə bağlı aparılan qeydlərin onun tərəfindən aparılmadığını və tabelin təqdim edildiyindən sonra əlavə olunduğunu bildirmişdir). İşçi öz izahatında xx.xx.2024-cü il tarixindən işə çıxdığını, işə daxil olmaq üçün ərizə verdiyini, lakin ərizənin sənədlər toplusunda görmədiyini və əmək müqaviləsini imzalamadığını bildirmişdir. 7. Suvarlı Aytən adlı şəxsin şəxsi işində dərkənarsız ərizə aşkar olundu, əmr və əmək kitabçası yoxdur, laboratoriya şöbəsinin aylıq noyabr və dekabr ayları üçün tabellərində iş günü yazılmış və əmək haqqı ödənilmişdır. Laboratoriya şöbəsinin müdirindən izahat alınmışdır (Laboratoriya şöbəsinin müdiri izahatında şöbəsində belə işçinin olmadığını və ona tabeldə iş günü yazmadığını bildirmişdir). İşçinin ünvanına bildiriş göndərilmiş, lakin işçi ilə əlaqə yaratmaq mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində ƏMAS-a əmək müqaviləsi bildirişi daxil edilmiş, xx.xx.2023- cü il tarixində saxta nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir (əmr 41). 8. X30in şəxsi işində dərkənarsız ərizə aşkar olundu, əmr və əmək kitabçası yoxdur, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) xx.xx.2023-cü il tarixində daxil edilib, xx.xx.2023-cü il tarixində saxta nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Səhiyyə xidmətlərinin təşkili şöbəsinin aylıq noyabr və dekabr ayları üçün tabellərində xadimə kimi iş günü yazılmış və əmək haqqı ödənilmişdir, işçinin barmaq izi yoxdur. Şəxsə bildiriş göndərilmiş, lakin əlaqə saxlamaq mümkün olmamışdır. Tabelə cavabdeh şəxsdən izahat alınmışdır. 9. X35 Səhiyyə xidmətlərinin təşkili şöbəsində laborant kimi noyabr və dekabr ayları üçün tabellərdə iş günü yazılmış və əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. İşçiyə bildiriş göndərilmişdəfələrlə telefon zəngləri edilmişdir, xx.xx.2024-cü il tarixində nəhayət ki, institutun X54 müdirinin yanında izahat yazdırmaq mümkün oldu. Abışova Günei öz izahatında institutun X54 sabiq müdiri İddiaçı yalnız şəxsiyyət vəsiqəsinin surətini verdiyini bildirmişdir. O, ərizə yazmadığını, işə qəbul edilməsindən, əmək haqqı ödənilməsindən və maaş kartının sifarışınin kimin tərəfindən verilməsi və mənimsənilməsindən xəbərsiz olduğunu bildirmişdir. İşçinin şəxsi işi, əmri, əmək kitabçası aşkar edilməmiş, lakin xx.xx.2023-cü il tarixində müqavilə Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilmişdir. Tabelə cavabdeh şəxsdən izahat alınmışdır. 10. X7 şöbəsi Əmək sağlamlığı bölməsi üzrə böyük laboranta noyabr və dekabr aylarında barmaq izi olmağıdı halda iş günü yazılmış, əmək haqqı ödənilmişdir. Şöbə müdiri izahatında işçinin həqiqətən işdə olmadığını və ona iş günü yazmadığını, tabeldə aparılan düzəlişdən onun xəbərinin olmadığını bildirmişdir. 11. X2 şöbəsi Yoluxucu və yoluxucu olmayan xəstəliklərin klinik immunologiya bölməsi üzrə böyük laborantın ödənişsiz məzuniyyət ərizəsi olduğu halda əmr yazılmamış, İşçinin dekabr ayı üçün tabeldə iş günü yazılmış və əmək haqqı tam ödənilmişdir, İşçinin barmaq izi də həmin dövr üçün yoxdur. Şöbə müdiri izahatında işçinin həqiqətən işdə olmadığını və tabeldə aparılan düzəlişdən xəbərsiz olduğunu təsdiq etdi. X4 xidmətlərinin təşkili şöbəsi üzrə xadimənin əməkdaşlar tərəfindən işdə olmadığı təsdiqlənmiş, aylıq noyabr və dekabr ayları üçün tabellərində iş günü yazılmış və əmək haqqı ödənilmişdir, işçinin barmaq izi də aşkar edilməmişdir. İşçiyə dəfələrlə telefonla zəng vurulmasına baxmayaraq işçini işə gətirtmək mümkün olmamışdır. 2024-cü ilin yanvar ayı üçün işçiyə işdə olmadığı ilə bağlı akt hazırlanmış, tabelə iş günü yazılmamışdır. İşçinin oğlu Hacəlıyev Elvin müraciət etmiş, izahat yazmış və izahatında anasının maaş kartının onun tərəfindən institutun maliyyə şöbəsində əməkdaşa təqdim etməsini təsdiq etmişdir. 13. X1 və Tropik xəstəliklər şöbəsinin Protozoloji bölməsinin laborantının noyabr ayı üçün ödənişsiz məzuniyyət ərizəsi olduğu halda, tabeldə dəyişiklik edilmiş və iş günü yazılmış, əmək haqqı ödənilmişdir, işçinin barmaq izi qeydə alınmamışdır. Şöbə müdiri və işçidən izahat alınmışdır. Hər iki izahatda nöqsanlar təsdiq edilmişdir. 14. X5 şöbəsi İmmunoterapiya bölməsi üzrə elmi işçi - şəxsi işi aşkar edilməmişdir. 15. X31 Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsi Mülki müdafiə qərargahının rəisi vəzifəsinə işə qəbul olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə 565 saylı əmr verilməsinə baxmayaraq, işçi ilə Əmək və Məşğulluq Altsistemində (ƏMAS) müqavilə bağlanılmamışdır. 16. Analoji olaraq X52 Epidemiologiya şöbəsi Yoluxucu xəstəliklərin epidemiologiyası bölməsi üzrə Böyük laborant vəzifəsinə keçirilməsi haqqında xx.xx.2023cü il 564 saylı əmr verilməsinə baxmayaraq, işçi ilə Əmək və X64 (ƏMAS) müqavilə dəyişdirilməmişdir. 17. İmmunologiya şöbəsinin işçisi X37 noyabr ayında ödənişsiz məzuniyyət ərizəsi olduğu halda, tabelə müdaxilə edilməklə ona iş günü yazılmış, əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. 18. İnsan Resurslarının sabiq müdiri İddiaçı iş masasında naməlum səbəbdən 767997 nömrəli boş əmək qabiliyyətinin olmamaq vərəqəsinin və yazılıb pozulan qələmin olduğu da aşkar edilmişdir. Bildirmək istəyirik ki, yuxarıdakı araşdırmanın nəticəsi olaraq, 8 əməkdaşa izahatlarda göstərildiyi kimi, naməlum səbəblərdən tabellərə müdaxilə edilməklə iş günü yazılmış və əmək haqqı ödənilmişdir. Ümumilikdə 292 gün tabellərə əsassız iş günü yazılmaqla əmək qanunvericiliyi pozulmuş, əməkdaşlara əmək haqqı və həvəsləndirici artımlar ödənilməsi ilə isə institutun maddi-texniki bazasına xeyli sayda ziyan vurulmuşdur. Bir əməkdaşın oğlundan, institutun əməkdaşı olan anasının işə gəlmədiyi halda, ona kömək etməyinin qarşılığında maaş kartının maliyyə şöbəsi işçisinə verildiyini təsdiq edən İzahat alınmışdır. Bildirirlər ki, həmin əməkdaşa tabelə müdaxilə edilməklə iş günü yazılmış və əmək haqqı ödənilmişdir. 4 əməkdaşın isə işə qəbul edilməsi ilə bağlı institutun rəhbərliyinin və aidiyyatı şöbə rəhbərlərinin məlumatı olmadığı halda, bu əməkdaşlar naməlum şəraitdə işə qəbul edilmiş, tabellər doldurulduqdan sonra cavabdeh şəxslərin məlumatı olmadan işçilərin adı tabellərə əlavə edilmiş, onlara əmək haqqı ödənilmışdır. Məhz buna görə də, maaş kartlarının məxsus olduğu əməkdaşlar tərəfindən istifadəsinin mümkünlüyü şübhə doğurur. Cavabdeh şəxslər izahatlarında bu faktı təsdiq etmişlər. 5 əməkdaş işdə olmadığı halda tabellərə müdaxilə edilməklə iş günü yazılmış, əmək haqqı ödənilmişdır. Həmin işçilərin işdə olmaması ilə bağlı məlumatlar cavabdeh rəhbər işçilər tərəfindən təsdiq edilmişdir. 1 əməkdaşa işdə olmadığı dövlərdə iş günləri yazılmış və xəstəlik vərəqəsinin verilməsi ilə bağlı qeydlər aparılmaqla tabelə müdaxilə edilmiş, əmək haqqı ödənilmişdir, lakin xəstəlik vərəqəsi aşkar edilməmişdir. İmmunologiya və Mikrobiologiya bölümlərinin laborantları (2) nəfər) əsassız olaraq "Mamalıq işi üzrə ixtisaslaşdırma kurslarına göndərilməsi üçün əmrləşdirilmişdir. X57 Sistemi proqramına kadr əmrlərinin böyük əksəriyyəti işlənməmişdir. İşçilərin əmək müqavilələrinin Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilməsi və çıxarılmasında bir sıra nöqsanlar aşkar edilmişdir. Hətta bu faktla bağlı institutun rəhbərliyi xəbərsiz olduğu halda belə, qurum tərəfindən cərimələndirilmişdir. Bu nöqsanlar yalnız 2023-cü ilin noyabr, dekabr ayları üzrə aşkar edilmiş, 2024-cü ilin yanvar ayında isə aşkar edilən nöqsanlar qismən aradan qaldırılmışdır. Yuxarıda göstərilən əmrin tələblərinə uyğun olaraq, araşdırılmaların, 2023cü ilin qalan 10 ayı üçün də davam etdirilməsi nəzərdə tutulmuşdur”.

14. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 direktoru A. X10 Komitəsinə İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə müraciət etmiş, Həmkar Komitəsinin 08 yanvar 2024-cü il tarixdə keçirilən iclasında qərara alınmışdır ki, “İnstitutun X54 müdiri İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz edilmir”.

15. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 direktoru Adil Allahverdiyevin 08 yanvar 2024-cü il tarixli 01 saylı əmri ilə, İnstitutun X54 müdiri İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

16. Həmin əmrdə göstərilmişdir ki, İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunsa da, o bu intizam tənbehindən nəticə çıxartmayaraq növbəti ay ərzində öz səlahiyyət həddini aşaraq aylıq əmək haqqı tabelində düzəliş aparmış, işçilərin əmək haqqı hesablamalarında kobud qanun pozuntusuna yol vermiş və bu səbəbdən ona xx.xx.2023-cü il tarixdə (?) töhmət elan olunmuşdur. İnstitutun əməkdaşı X60 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək özhesabına məzuniyyət götürmək üçün ərizə ilə müraciət etməsinə və ərizənin təsdiqlənməsinə baxmayaraq, ona bu günlər üçün əmək haqqı hesablanmışdır. Məmmədhəsənova Ruhiyyə xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixinədək hər hansı bir bülleten və ya ərizəsi olmadan işdə olmamasına baxmayaraq, ona noyabr ayı üçün əmək haqqı ödənilmişdir. Bundan başqa o, iş saatı müddətində institutdan ayrılan əməkdaşların izahatlarının təqdim edilməsində məsuliyyətli şəxs olmasına baxmayaraq, həmin izahatları müdriyyətə təqdim etməmişdir. Qeyd edilən hərəkətləri ilə İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmamış və 6 ay ərzində təkrarən əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Qeyd edilənlərlə bağlı X16 verilmiş təqdimat müzakirə olunaraq Həmkar təşkilatı hesab etmişdir ki, İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar edilməsinə etiraz etmirlər.

17. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 direktoru Adil Allahverdiyevin xx.xx.2023-cü il tarixli 595 saylı əmri ilə (əmrdə əmrin tarixi səhvən xx.xx.2022-ci il göstərilmişdir) Parazitar və Tropik xəstəliklər şöbəsinin laborantı Ruhiyyə Məmmədhəsənovaya və İmmunologiya şöbəsinin elmi işçisi Nəzrin Rzayevaya 2023-cü ilin noyabr ayı üçün artıq ödənilmiş 412,51 və 433,09 manat vəsaitin İnstitutun hesabına geri qaytarılması əmr olunmuş, göstərilən məbləğlər adı çəkilən şəxslərin 2023-cü ilin dekabr ayı üçün hesablanan əmək haqqlarından tutulmuşdur.

18. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43”nun hüquqşünası işləmiş X38 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyi halda, onun son haqq-hesabının xx.xx.2023-cü il tarixdə ödənilməsi ilə bağlı İnstitutun direktoru Adil Allahverdiyev barəsində X65 tərəfindən 700 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müvafiq tənbeh qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən X46 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ləğv olunmuş, X6 barəsində X65 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

19. İddiaçı (iddiaçı) “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X83 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 1 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, işə bərpa olunduğu günədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 (altmış) manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində müvafiq olaraq bakalavr və magistratura pilləsi üzrə təhsil almış, 2016-cı ildən etibarən bakalavr təhsilini aldığı Universitetdə “mühasib köməkçisi” vəzifəsində işləməyə başlamış, 2021-ci il yanvar ayından sentyabr ayına kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” İş Mərkəzinin “insan resursları üzrə mütəxəssis”i vəzifəsini icra etmişdir. 2022-ci ilin oktyabr ayından etibarən cavabdeh “V. Y Axundov adına X14 İnstitutu” X76 “kadrlar üzrə müfəttiş”i vəzifəsində işləməyə başlamış, işləri keyfiyyətli və lazımi qaydada yerinə yetirməklə qısa müddət ərzində cavabdehin ona olan inamını doğrultmuş, nəticədə 2022-ci ilin dekabr ayından etibarən “V. Y Axundov adına X14 İnstitutu” X76 “X85si” bölməsində “şöbə müdiri” vəzifəsini icra etməyə başlamışdır. Qeyd olunan tarixdən xx.xx.2024-cü il tarixinə kimi, yəni əmək müqaviləsinə xitam verilməsi barədə əmr çıxarılana kimi bu vəzifədə çalışmışdır. Barəsində xx.xx.2024cü il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında 1 nömrəli əmr çıxarılmış və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Barəsində əmr çıxarılmamışdan əvvəl və əmr çıxarılıb əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri institut tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqına yazılı təqdimat təqdim olunsa belə, İttifaqın üzvlərinin razılığı əldə olunmamış, Həmkarlar İttifaqı tərəfindən qəbul edilmiş qərarda sadəcə olaraq "İnstitutun X54 müdiri İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar qəbul edilməsinə etiraz edilmir” qeydi aparılmışdır. Bu qeydin olması Həmkarlar İttifaqı üzvlərinin əmək müqaviləsinə xitam verilməsinə razılığını göstərmir. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə razılıq olmadan əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasıdır. Həmkarlar İttifaqının iclasında məsələnin müzakirə olunacağı barədə ona əvvəlcədən bildiriş göndərilməmiş və iştirakı olmadan məsələ müzakirə edilərək qərar qəbul edilmişdir. Həmçinin, barəsində İnstitutun işçilərinin noyabr ayı üçün ödənilmiş əmək haqqının hesablanmasında kobud pozuntuya yol verilməsi əsası ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndi rəhbər tutularaq çıxarılmış xx.xx.2023-ci il tarixli əmrə əsasən əmrin mətni ilə tanış edilməmişdir.

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddia tələbinin əsassız olduğunu bildirmişdir.

22. Məhkəmənin şahid qismində dindirdiyi Şahid2 ifadəsində aşağıdakıları bildirmişdir: “İnzibati işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərir. Aygüllə heç bir ədavəti olmayıb. Məlumatına əsasən, Aygül xanım əməkhaqqını düzgün paylamadığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılıb. Kadrlar şöbəsi, maliyyə, müsahibat, mühafizə təsərrüfat kurasiyasına daxildir. Bu işlə əlaqədar heç kimə tədbir görülməyib. İddiaçı 2022-ci oktyabr ayında işə başlamışdır. Adil müəllim onları Aygüllə tanış etmişdir. Onu işində düzgün biri kimi tanıyırdı. Öz öhdəliyində olan işləri gecikmədən vaxtı-vaxtında yerinə yetirirdi. Proses belədir ki, tabel hazır olduqdan sonra həmin şöbə müdirləri kadrlara gətirirlər. Kadrlar da isə onu yoxlayır. İddiaçı tabeli yoxlamamalı idi. Həmin tabellər daha sonra maliyə şöbəsinə yönləndirilir. Bununla əlaqədar onlarda olan məlumat barmaq izləri aparatına əsasən yoxlanış aparılır. Hesablamanı maliyyə şöbəsi aparır. Maliyyə işini görən şəxs İddiaçı ilə təxmini olaraq eyni vaxtda ərizəsini yazaraq işdən çıxmışdır. Komissiya İddiaçı gedişindən sonra sədrin göstərişi ilə yaradılıb. Komissiya öz araşdırmasını aparmışdır. Rəhbəri isə Sevda Xəlilova idi. Komissiyalara işçilərin davamiyyəti ilə sənədlər təqdim olunmuşdur. Daha sonra həmin komissiya onu daxili nəzarət şöbəsinə, Səhiyyə Nazirliyinə təqdim etmişdir. Həmin zaman onu və bir çox işçiləri çağırıblar, onlar da gedərək izahat yazmışdılar. Nöqsanlarla da həmin vaxtlarda xəstə olduğu üçün orada tanış olmuşdur. Əməkhaqqının ödənilməsi Maliyyənin vəzifəsi idi. Tabellər də günlərin yazılmasında kiçik səhvlərə yol verilirdi. Həmin zamanda o işçinin pulundan maliyyə tərəfindən tutulurdu. Maliyyə şöbəsinə bu haqda məlumat verirmiş. Səhiyyə Nazirliyindəki izahtında da bildirmişdir ki, İddiaçı işdən azad olunması əsassızdır. Çünki,Aygül tutduğu vəzifəyə bir qrup işçilər can atırdır. Allahverən müəllim də bu məsələrlər də ona kömək etdi. İddiaçı özü də Adil müəllimlə yaxşı münasibətdə idi. Məhz buna görə də düşünür ki, İddiaçı bu ittihamlarla qaralayırlar. İnstitutda vəziyyətin gərginləşməsi noyabr ayına təsadüf edir. İddiaçı vəzifəsinə Şərəf xanım təyin edilmişdir. Təxmini olaraq, İddiaçı getməyindən 2 ay sonra təyin edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, tabeli İlahə xanım verir. Sənədi o imzalayıb. Direktor imzalamamış, möhürləməmiş tabel göndərilə bilməz. O, komissiyanın yaradılmasını tələb etmişdir. Ancaq, bu nəzərə alınmamışdır. Hal-hazıra kimi barmaq izindən istfadə etməyib əməkhaqqı alan işçilər də var. Aygülün səhhəti pisləşmişdir və həmin Komissiya İddiaçı otağının qapısını sındırıb və içərib girmişdi. Əldə etdiyi məlumatlar əsasında araşdırılma aparılıb. O, Adil müəllimə də, Aygül xanıma da barışıq təklif etmişdir. Əizə yazaraq işdən çıxması özünə təklif edilmişdir. İddiaçı da iş tapması üçün 1 ay vaxt istəmişdir. Şöbə müdiri Adil müəllimə məlumat verilməli idi ki, işçilər iş yerində yoxdur. Ancaq Adil müəllimə məlumat verilməmişdi. Oqtay müəllimin qərarı ilə razıdır. Həmin kitabça daxili nəzarət şöbəsində Sahib müəllimdə imiş. Bu məsələ ilə bağlı üst quruma məlumat məktubu mövcuddur. Əməkhaqqı ilə bağlı problemlər çox olmuşdur. İşə bərpa olunması ilə bağlı məktub gəlmişdir. Əvvəlcə tabel yazılır,tabel bölmə rəisinə, şöbə rəisinə,daxili nəzarət şöbəsinə gedir. Daha sonra müfəttişlər tərəfindən yoxlanılır. Bu işlərlə İlahə xanım məşğul olurdu.Onu da izahat verməsi üçün çağırmışdılar. Çünki sənədlərdə onun da imzası var idi. Bir məsələni də qeyd edir ki, barmaq izi direktorun nəzarətindədir. Bu iş Araz və Leyla adlı əməkdaşların məsuliyyətindədir. Onlar nəzarət edir”.

23. Məhkəmənin şahid qismində dindirdiyi X32 ifadəsində bildirmişdir ki, 2023-cü ilin avqustun 18-dən 44 gün müddətində məzuniyyətdə olmuş, daha sonra əməliyyat edilmiş, 2 dəfə bülletendə olmuşdur. Onu ittiham edirdilər ki, Aygüllə əlbir olub, ona pul vermişdir. Aygüllə yaxın deyildilər. Başqa işçilərə əlavə əmək haqqı ödəməsi barədə məlumatı yoxdur. Artıq ödənilmiş əmək haqqı müəssisənin adına xələl gətirməyib. Əməkhaqqını mühasibatlıq yazır. Öz hesabına məzuniyyət ərizəsini vermişdir, lakin müdiriyyət ərizəni gec müddətə imzalayır. Ona artıq əməkhaqqının yazılmasını bilməmişdir. Təqdim etdiyi bülletenlərin pulunu hələ də verməyiblər. Ona təzyiqlər olunub. Ona əlavə əməkhaqqını Aygülün yazdığını bildiriblər. O, bülleteni ümumi şöbəyə vermək istəyib, ona deyiblər ki, kadrlarda İlahə xanıma təqdim etsin. O da ona təqdim etmişdir. Aygüllə heç bir dostluq əlaqəsi yoxdur. Rəsmi şəkildə 6 ay bülleten götürə bilər, amma işdən icazə vermirlər. O, da bülleteni əvvəlcədən yazır. İddiaçı bütün ərizələri Adil müəllimə imzaladırmış. İddiaçı ona "tabeli qaralayıb, sənə gün yazacam” deməmişdir. 434 manat məbləğində pulun ona yazıldığından heç bir xəbəri, marağı olmayıb.

24. Məhkəmənin şahid qismində dindirdiyi X48 ifadəsində bildirmişdir ki, institutun peşə xəstəlikləri şöbəsinin müdiri, həmkarlar ittifaqının sədri vəzifəsində çalışır. İddiaçı tanıyır, aralarında ədavət olmamışdır. İşçi heyətinin də, rəhbərliyin də ona qarşı münasibəti müsbət olmuşdur. Rəhbərlik tərəfindən gətirilmiş işçi olmuşdur. Bu hadisələr olarkən o da həmkarlar ittifaqının üzvü idi. Həmin vaxt həmkarlar ittifaqının sədri Şəfəq Mustafayeva idi. Hal-hazırda instutda işləmir. Ərizəsini yazaraq işdən çıxmışdır. İttifaqa daxil olan məlumatlar araşdırılmış, üzvlər İddiaçıyla söhbət aparmış, İttifaqın iclasına İddiaçı dəvət edilmiş və o da iştirak etmişdir. İttifaq olaraq təsir gücləri azdır. Onlara təqdim olunan təqdimata qanunvericilik əsasında həll olunması barədə rəy vermişlər. İttifaqları İddiaçı iştirakı olmadan heç bir qərar qəbul etməmişdir və etmək səlahiyyəti də yoxdur. Təqdimatda qeyd edilən qanun pozuntuları ilə də rəhbərlik razıdır. Təqdimata əsasən qanun pozuntuları işçi iş yerində olmadığı halda iş yerində olduğu kimi qeydə alınmasıdır, əməkhaqqının düzgün bölünməməsidir. Həmin vaxtlada həmin şəxslərlə danışıq aparılmışdır. Danışıqlarda işçilərin həqiqətən iş yerində olmadığı, hətta işə gəlməməkləri barədə ərizənin olduğu öz əksini tapmışdır. Onlar iş yerində olduğu kimi qeydə alındığı üçün onlara ödəniş edilmişdir. Daha sonra, deyilənə görə həmin pullar geri qaytarılmışdır. Aygün Quliyeva izahat vermişdir. İzahatında da təqdimatda qeyd olunan pozuntuları ciddi bir pozuntu hesab etmədiyini, əmr və digər sənədlərin verilməsində özündə heç bir xəta olmadığını qeyd etmişdir. İzahatlar onlardan əvvəl alınmışdır. Həmkarlar ittifaqı olaraq onlar sadəcə verilən təqdimat əsasında araşdırma aparıblar. Adil müəllim Aygül xanımın işindən sonra hər kəsi araşdırmaq məqsədilə komissiya yaratmışdır. Komissiyanın rəhbəri o olmuşdur. Adil müəllim məsələni yetərincə araşdırmamış Aygül xanımı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmək istəmirdi. Komissiya araşdırma aparan zaman İddiaçı 2 dəfə dəvət ediblər. Aparılan bütün araşdırmalar onun iştirakı ilə olmuşdur. İttifaq olaraq onların işi qanun pozuntularını araşdırmaq deyildir. Onlar verilən təqdimat əsasında rəy verirlər. Başqa bir təsiredici rolları mövcud deyildir. Həmkarlar ittifaqı araşdırma apardığı zaman özü də orada iştirak edirmiş. O, sədr deyil, üzv olmuşdur. İttifaqın əsas vəzifəsi işçilərin hüquqlarını müdafiə etməkdir. Təqdimatda qeyd olunmuş hallar işçinin işdə olmadığına dair ərizə olduğu halda iş yerində kimi göstərilməsi, onlara əmək haqqının verilməsi kimi hallardır. Bu məsələdə iki nəfər var ki, onların müraciətinin olub-olmadığı haqda məlumat yoxdur. Təkcə əmək haqqında danışılmırmış. İşçilərə iş yerində olmadığı halda iş günü yazılması, şöbələr tərəfindən verilmiş tabelə müdaxilə edilməsi kimi hallar da var imiş. Təqdimatda qeyd olunan pozuntuları araşdırmaq onların səlahiyyətində deyil. İşçinin hüquqlarını qorumaq, işlərin gedişatının qanunvericiliyə aid olub-olmadığını yoxlamaq onların vəzifələridir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq olunub-olunmaması rəhbərliyin səlahiyyətindədir. Əmək Məcəlləsində qeyd olunan normalara əsasən yekun qərar çıxarılmasını ədalətli hesab edir. Bu hadisə zamanı İddiaçı məsələnin həll yolunu çıxılmaz olmadığı qeyd etmişdir. Barmaq izi sistemi işçinin davamiyyətini yoxlamaq məqsədilə quraşdırılmışdır.

25. Məhkəmənin şahid qismində dindirdiyi X56 izahatında bildirmişdir ki, İnstitutda dezenfektor vəzifəsində işləmiş, ona sənədləri olmaması barədə ərizə yazmasını, ərizə yazdıqdan sonra işdən çıxmasını demişlər. 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayına kimi X67 Nizami metrosu yaxınlığındakı fialında işləmiş, 14 yanvar tarixində isə Badamdar fialına gəlmiş və ərizəsi ilə onu işdən çıxarmışlar. İddiaçıyla yaxın olmasalar da, ünsiyyətiləri var idi. Allahverən müəlim ona ərizə yazdırmışdır. Onun dediklərini ərizədə qeyd etmişdir. Bundan əlava Aygülün əleyhinə izahat da yazdırmışdır. Ondan işə qəbul edilərkən pul alınmayıb. İnstitutun digər idarəsi (Nizami metrostansiyası yaxınlığındakı) hal-hazırda işləyir. Mühafizə xidməti də fəaliyyət göstərməkdədir. Orada təmizlik işlərinə baxırdı. Onunla əmək müqaviləsi bağlanmışdı. Hal-hazırda isə müqaviləsi yoxdur.

26. Məhkəmənin şahid qismində dindirdiyi X39 izahatında bildirmişdir ki, İddiaçı onun otağına gələrək, Ruhiyyə xanıma gün yazacağını ona bildirmiş, o isə razılaşmamış, direktora bildirməsini qeyd eləmişdir. Onun yazdığı sənədi silib və gün yazmışdır. Ruhiyyə Qəhrəmanova 2017-ci ildən bəri onlarla işləyir. Lətafət Cəfərovanı tanımır. İnstitutun digər idarəsi fəaliyyət göstərmir. 1 nəfər gözətçi var. Bəzən təmizlik üçün ora xadimə də aparırlar. Onlar, barmaq olduğu halda belə qeydiyyat aparırlar. Tabel mühasibatlığa və kadrlar şöbəsinə verilir. Sonda isə direktor tərəfindən təsdiqlənir. Ruhiyyə Qəhrəmanova özü ərizə yazaraq işdən çıxmışdır. Onun işdə olmamağı barədə direktora məruzə etməmişdir. Ruhiyyə Qəhrəmanova özü məzuniyyətdə olduğunu və bülleten verəcəyini bildirmişdi. O da razılaşmışdır. Sonra sənədi İddiaçı vermiş, Aygül isə qeydiyyata almamışdır. Kadrlar şöbəsinin nə maraqda olduğu haqda məlumatı yoxdur.

27. Birinci instansiya məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

28. Məhkəmə hesab etmişdir ki, Quliyeva X41 X54 müdiri vəzifəsində işləyən zaman işçilərin davamiyyət tabellərinə müdaxilə etməklə müvafiq dəyişikliklər etmiş, işdə olmadıqları halda onlara iş günü yazılmış və əmək haqqı ödənilmiş, onun hərəkətləri işəgötürənin qanuni mənafeyinə xələl gətirmiş, bununla bağlı İnstitutun Həmkarlar Komitəsi X61 barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, İddiaçı İnstitutun X54 müdiri vəzifəsində işləyən zaman əmək funksiyalarını kobud şəkildə pozması və bununla əlaqədar işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğu öz təsdiqini tapmış, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur.

29. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11-ci, 68-ci, 70-ci, 71.2-ci, 80ci maddələri ilə əsaslandırmışdır.

30. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, Həmkar İttifaqının iddiaçının işdən çıxarılmasına razılığının olmadığını nəzərə almadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

31. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

32. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddiaçının çoxsaylı pozuntulara yol verdiyini qeyd etməklə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

33. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

34. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ("a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

35. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

36. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

37. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

38. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

39. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

40. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

41. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

42. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

43. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

44. Maddə 189 (1-ci hissə). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

45. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

49. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.

55. Belə ki, işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, həmin pozuntuların işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi səbəbindən ortaya çıxması, habelə bu pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

56. İddiaçının yol verdiyi bildirilən pozuntular, “əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunsa da, bu intizam tənbehindən nəticə çıxartmayaraq növbəti ay ərzində öz səlahiyyət həddini aşaraq aylıq əmək haqqı tabelində düzəliş aparması və işçilərin əmək haqqı hesablamalarında kobud qanun pozuntusuna yol verməsi”, “bu səbəblə ona xx.xx.2023-cü il tarixdə (əslində xx.xx.2023-cü il tarixdə) töhmət elan olunması”, “İnstitutun əməkdaşları X53 və Ruhiyyə Məmmədhəsənovaya 2023-cü ilin noyabr ayı üçün əmək haqqı hesablaması” və “iş saatı müddətində institutdan ayrılan əməkdaşların izahatlarının təqdim edilməsində məsuliyyətli şəxs olmasına baxmayaraq, həmin izahatları müdriyyətə təqdim etməməsi” olmuşdur.

57. Kollegiya ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsi xəbərdarlığın intizam tənbehi sayılmadığını müəyyənləşdirir və beləliklə də, xəbərdarlıq almış işçiyə münasibətdə həmin Məcəllənin 72-ci maddəsinin ə) bəndinin tətbiqini istisna edir (§ 42).

58. Bu baxımdan, əmrin verilməsinə əsas kimi göstərilən hallardan biri, yəni iddiaçının “əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunsa da, bu intizam tənbehindən nəticə çıxarmaması” halı ümumiyyətlə qanuni deyildir.

59. Digər tərəfdən işin hallarından görünür ki, iddiaçıya, X53 və Ruhiyyə Məmmədhəsənovaya 2023-cü ilin noyabr ayı üçün əmək haqqı hesablanmasına görə xx.xx.2023-cü il tarixdə töhmət verilmiş, onun işdən çıxarılmasına əsas təşkil edən hallardan biri də məhz “X53 və Ruhiyyə Məmmədhəsənovaya 2023-cü ilin noyabr ayı üçün əmək haqqı hesablanması” olmuşdur.

60. Halbuki, Əmək Məcəlləsi bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsini qadağan edir (§ 44).

61. Başqa sözlə, cavabdeh müəssisə yol verdiyini irəli sürdüyü eyni pozuntuya görə iddiaçıya əvvəl töhmət, sonra isə “əmək müqaviləsinə xitam vermək” növündə tənbeh tətbiq etməklə qanunvericiliyin tələblərini pozmuşdur.

62. İddiaçının yol verdiyi bildirilən “iş saatı müddətində institutdan ayrılan əməkdaşların izahatlarının təqdim edilməsində məsuliyyətli şəxs olmasına baxmayaraq, həmin izahatları müdriyyətə təqdim etməməsi” pozuntusunu isə, kollegiyanın qənaətinə görə, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan vuran pozuntu kimi qiymətləndirmək mümkün deyildir.

63. Nəzərə alınmalıdır ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır (§ 42). Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

64. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iddiaçıya istinad olunan pozuntu nəticəsində müəssisəyə 845,6 manat ziyan dəymiş, həmin ziyan artıq pul ödənilmiş işçilərin növbəti ay üçün hesablanan maaşlarından müəssisənın xeyrinə tutulmaqla aradan qaldırılmışdır.

65. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının barəsində Həmkarlar Təşkilatının müvafiq qərarı da olmamış, əmək müqaviləsinin ləğvinə yalnız həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsinə yol verilən (§ 38) iddiaçıya münasibətdə həmin qurum, “İnstitutun X54 müdiri İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz edilmir” məzmununda qeyri-müəyyən mülahizə bildirmişdir. X47, əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin yaratdıqları birlik olması etibarilə işəgötürənin sifarişini həyata keçirən qurum kimi deyil, işçiyə istinad olunan pozuntuların həqiqətən mövcud olubolmadığını araşdırmalı olan qurum kimi fəaliyyət göstərməli, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması istənilən işçi barəsində müvafiq tədbirin görülməsinə konkret razılığını bildirməlidir.

66. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 xx.xx.2024-cü il tarixli 1 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin X88 “X85si”nin müdiri vəzifəsinə bərpa olunmalıdır.

67. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək qeyd edir ki, iddiaçının mediasiya xərci qismində ödədiyi 60 (altmış) manat “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X75 iddiaçının xeyrinə, onun ödəməkdən azad edildiyi dövlət rüsumlarının əvəzi qismində 75 (yetmiş beş) manat isə adı çəkilən PHŞ-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1917/2024 saylı iş üzrə 05 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X76 xx.xx.2024-cü il tarixli 1 nömrəli əmri ləğv edilsin və İddiaçı həmin X88 X54 müdiri vəzifəsinə bərpa edilsin. 08 yanvar 2024-cü il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödədiyi 60 (altmış) manat “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X40 xeyrinə tutulsun. “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X75 75 (yetmiş beş) manat alınıb dövlət büdcəsinə köçürülsün. Qətnamədən “V.Y.Axundov adına Elmi Tədqiqat və X43” X97 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar