Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5058/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qərardadından Cavabdeh MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMCyə qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 27 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC-nin direktoru X2 28 mart 2022-ci il tarixdə şikayətlə (ərizə) məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022ci il tarixli 2(004)-751/2022 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MMC-nin direktoru X2 şikayətə əlavə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti, 3166-cı məhəllədə inşa edilmiş, qanunsuz olaraq mərtəbə sayı artırılmış 1 ədəd 3 girişli və 1 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının və Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi-2 ünvanında qanunsuz inşa edilmiş 3 girişli 10 mərtəbəli yaşayış binalarının üzərinə həbs qoyulması, həmin binaların texniki ekspertiza olunması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı Şəhəri İcra Hakimiyyətinə sorğu və tapşırıqlar verilməsi, həmin binalarda qanunsuz olaraq fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə qadağa qoyulması, mərhum Hüseynov Şakirlə və digər fiziki və hüquqi şəxlərlə bağlanmış əqdlərin ləğv edilməsi, mənzil və qeyri-yaşayış sahələrinin qanuni sifarişçilərinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin direktoru X2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayətə əlavə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh MMC-nin direktoru X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qərardadının ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayətin əlavəsi ilə birlikdə qarşılıqlı iddia kimi qəbul edilərək araşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh MMC-nin direktoru X2 şikayət verərək, qərardadın və 29 aprel 2022-ci il tarixli qətnamənin ləğv edilməsini, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qərardadı ləğv edilməklə, iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin direktoru X2 qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, qərardad 02 aprel 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının “Ələsgərov” soyadlı əməkdaşı tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Qərardadın Cavabdeh MMC-nin direktoru X1 təqdim edilməsi üçün ağlabatan müddət nəzərə alınmaqla və şikayətin verilmə tarixinin şikayətin tarixinə əsasən xx.xx.2022-ci il tarix hesab edildiyi halda belə, Cavabdeh MMC-nin direktoru X2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 751/2022 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi aşkardır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qərardadı cavabdehin saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmiş və sözügedən qərardad 06 aprel 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh isə şikayətində bildirmişdir ki, məhkəmənin 31 mart 2022-ci il tarixli qərardadı saxlanıldığı Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən 02 aprel 2022ci il tarixdə deyil, özü tərəfindən aparılan qeydiyyat jurnalında 91 nömrəli qeydiyyata alınmaqla 22 aprel 2022-ci il tarixdə almış və həmin qərardaddan şikayət verilmə müddətinə əməl edilərək 3 gün sonra 25 aprel 2022-ci il tarixdə şikayətini məhkəməyə ünvanlamışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qərardadının 06 aprel 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilsə də, həmin qərardadın cavabdehə çatdırılması barədə qəbz və ya xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qərardadının rəsmi olaraq cavabdehə təqdim edilməsi iş materialları ilə müəyyən edilməmişdir, bununla belə cavabdeh şikayətində bildirmişdir ki, qərardad özü tərəfindən aparılan qeydiyyat jurnalında 91 nömrəli qeydiyyata alınmaqla 22 aprel 2022-ci il tarixdə almış və həmin qərardaddan şikayət verilmə müddətinə əməl edilərək 3 gün sonra 25 aprel 2022-ci il tarixdə şikayətini məhkəməyə ünvanlamışdır. Birinci instansiya məhkəməsi isə təcridxanada aparılan qeydiyyat jurnalını tələb etməyərək, məhkəmənin 31 mart 2022-ci il tarixli qərardadının rəsmi olaraq cavabdehə nə vaxt çatdırılmasını araşdırmayaraq düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, cavadeh tərəfindən mübahisələndirilən məhkəmənin 31 mart 2022-ci il tarixli qərardadının rəsmi olaraq cavabdehə nə vaxt təqdim edilməsini müəyyən etməklə (istintaq təcridxanasında aparılan qeydiyyat jurnalından çıxarış tələb edilməklə) işin qeyd olunan halları yenidən araşdırılmaqla cavabdeh tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)-751/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbi barədə iddiasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(004)-751/2022 nömrəli qərardadından Cavabdeh MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5058/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5058/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver