Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5059/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayədəsi Vəkil1 və cavadeh nümayədəsi Vəkil2 Camaləddi oğlunun iştirakları ilə, İddiaçı Cavabdehə qarşı “işə bərpa, işburaxmaya görə əmək haqqının, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1198/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru X5 imzaladığı 24 noyabr 2021 -ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilib, işinə bərpa edilməklə qətnamə qanuni qüvvəsini alan günə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi; qanunsuz olaraq işdən çıxarılmaqla ötən dövr ərzində keçirdiyi əzab, iztirab və sarsıntı nəticəsində cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyana görə 20000 manat mənəvi təzminatın alınaraq iddiaçıya ödənilməsi; İlkin mediasiya sessiyası üçün ödədiyi 55 manat və dövlət rüsumu kimi ödədiyi 150 manat, ümumilikdə isə 205 manat pul vəsaitinin cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin hesabından tutulub iddiaçıya ödənilməsi barədə iddiası, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1198/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. X11 Haqqında» Azərbaycan Respublikası Qanununun 11, 19; Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndi, 68.1, 68.2-ci maddəsinin "a” bəndi, 70-ci maddəsinin "b” bəndi, 71 -ci maddəsinin 3-cü hissəsi, 76, 80, 83.1, 186, 300-cü maddələrinə istinadən qeyd edilmişdir ki, 2021-2022-ci tədris ili üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən, o cümlədən 193 nömrəli tam orta məktəbdən İ siniflərə qəbul aparılan hər bir sinif üzrə müəllimin adı, soyadı və ata adı göstərilməklə, həmin siniflərə yerləşdirilə biləcək maksimum şagird sayına dair məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar mektebeqebul.edu.az elektron sistemində yerləşdirilmişdir. Cari tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 3 birinci sinif açılmışdır. Həmin siniflərdə dərs demək üçün 193 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 3 müəllim təyin olunmuş, təyin olunmuş müəllimlər arasında iddiaçının da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2021-ci il tarixli, F-162 nömrəli "2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən ümumi təhsil müəssisələrinin İ siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat müddəti ərzində 193 nömrəli tam orta məktəbdə adınıza açılmış 1c sinfinə valideynlər (qanuni nümayəndələr) tərəfindən 9 sorğu yerləşdirilmişdir. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (l-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-2022-ci tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə iddiaçının adına sinif açılması mümkün olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 "c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq onun ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmri ilə 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə uyğun olaraq xx.xx.2021 -ci il tarixdən ləğv edilmişdir. Dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alına bilməz. "Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsi həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməmişdir. Odur ki, 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən «Bakı şəhəri, 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin İ yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 «c» sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür» cümləsi qanunsuzdur. İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilməsi qanunauyğun olmadığından iddia tələbi iddiaçının işə bərpa olunması hissəsində təmin edilməlidir. iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
2. İşin mübahisə edilməyən halları ondan ibarətrdir ki: Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 481 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə 2021/2022-ci dərs ilinin 1-ci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 "c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsinin ixtisara düşməsi ilə bağlı bağlanmış əmək müqaviləsinin (9 həftə qabaq) xx.xx.2021 -ci il tarixdə ləğv ediləcəyi barədə xəbərdar edilmişdir. - Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, 2021/2022-ci tədris ilinin 1-ci yarımilində Bakı şəhəri 193 saylı tam orta məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-cimaddəsinin "b” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, Əsas kimi Bakı şəhəri 193 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli 150 nömrəli əmri, (xəbərdarlıq edilməsi barədə bildiriş), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”, 77-ci maddəsinin 3-cü bəndi, Məktəbin Həmkarlar İttifaqı Komitəsinin 23 noyabr 2021-ci il traixli 09 saylı protokolu göstərilmişdir; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda, 2021-2022-ci tədris ili üzrə İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrindən, o cümlədən 193 nömrəli tam orta məktəbdən İ siniflərə qəbul aparılan hər bir sinif üzrə müəllimin adı, soyadı və ata adı göstərilməklə, həmin siniflərə yerləşdirilə biləcək maksimum şagird sayına dair məlumatlar toplanılmışdır. Toplanılan məlumatlar mektebeqebul.edu.az elektron sistemində yerləşdirilmişdir. Cari tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə 3 birinci sinif açılmışdır. Həmin siniflərdə dərs demək üçün 193 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 3 müəllim təyin olunmuş, təyin olunmuş müəllimlər arasında iddiaçının da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2021-ci il tarixli, F-162 nömrəli "2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən ümumi təhsil müəssisələrinin İ siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat müddəti ərzində 193 nömrəli tam orta məktəbdə adınıza açılmış 1c sinfinə valideynlər (qanuni nümayəndələr) tərəfindən 9 sorğu yerləşdirilmişdir. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 nömrəli Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (l- İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-2022-ci tədris ili üzrə 193 nömrəli tam orta məktəbdə iddiaçının adına sinif açılması mümkün olmamışdır; - Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 136 saylı Əmrdən çıxarışdan müəyyən olunur ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyaları keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin azərbaycan bölməsinin ibtidai sinif müəllimi İddiaçı Azərbaycan respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubu ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci tarixli, F-348 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.7-ci uyğun olaraq zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir (səh.21, 26, 31,36, 95, 107, 105). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabddeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1198/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin 24 noyabr 2021-ci il tarixli, 231 nömrəli əmrinin ləğv edilməsini, İddiaçı əvvəlki işinə bərpa edilməsi; ona məcburi işburaxma müddəti üçün orta əmək haqqının ödənilməsinə dair hissəsinin ləğv edilərək, iddianın həmin hissəsinin də rədd edilməsi, qətnamənin iddianın rədd edilməsinə dair hissəsinin dəyişdirilmədən saxlanmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 80-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə Ne1) təsdiq edilmişdir. Göstərilən Qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə Sinif-komplektlərin miqdarından asılı olaraq ştat vahidləinin sayı təsdiq edilmişdir. Həmin Qərarla siniflərin sayı 4-dək, 5-6, 7-9, 1013.... 30 və daha çox olduqda siniflrin sayına müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin (direktor, direktorun tədris (təlim-tərbiyə) işi üzrə müavini, direktorun litsey (gimnaziya) v s. profil üzrə müavini, direktorun təsərrüfat işi üzrə müavini, təsərrüfat müdiri, mühasib, katibə-makinaçı, uşaqlar birliyi rəhbəri, kitabxana müdiri, kitabxanaçı, lobarant, kiçik xidmətedici işçi (xadimə, paltar saxlayan, çilingər, santexnik, elektromantyor, dülgər və s.) ştat vahidlərinin sayı təsdiq edilmişdir.Göstərilən Qərarla təsdiq edilmiş 2 nömrəli əlavələ isə Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti üzrə tibb bacısı, anbardar, aşbaz, köməkçi fəhlə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 Ne-li qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarda müvafiq olaraq rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və Günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti üzrə ştat vahidləri təsdiq edilmişdir. Tam orta məktəbdə müəllim vəzifəsi göstətərilən siyahılarla təsdiq edilmiş ştatlara aid deyildir. Odur ki, birinci instansiya məhkəməsininn “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli, 59 nömrəli Qərarında müəllim vəzifəsinin həmin Qərarın 1 və 2 nömrəli əlavələrində qeyd edilən cədvəllərdə nümunəvi ştat vahidi kimi göstərilməməsinə; 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşmüşdür” cümləsinin qanunsuz olmasına və buna görə də iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin qanuna uyğun olmamasına əsaslanmaqla iddianın qismən təmin edilməsinə dair hissədə gəldiyi nəticə əsassızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir.Belə ki, Ümumi Təhsil haqqında Azərbaycan Respubkikası Qanununun 12.8-ci maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 2021/2022-ci tədris ilində mövcud normativ hüquqi aktlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin İ sinfinə uşaqların qəbulu elektron sistem vasitəsilə tam şəffaf və obyektiv keçirilmişdir. Mövcud qanunvericiliyə əsasən tədris prosesində ibtidai sinif müəllimlərinin seçimi bilavasitə valideynlərin arzu və istəyi ilə həyata keçirilir və bu prosesə ümum təhsil müəssisəsinin müdaxilə etmək səlahiyyəti yoxdur. 2021/2022-ci tədris ilində Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbinə müraciət edən valideynlərdən heç biri obyektiv səbəblərdən övladlarının təlim-tərbiyə prosesində məktəbin ibtidai sinif müəllimi İddiaçı hər-hansı formada iştirakını arzu etməmişlər. Nəticədə İddiaçı tərəfindən sinfin formalaşdırılması mümkün olmamış və tamamilə obyektiv səbəblərdən qanunamüvafiq olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azrbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiıdir. İşin hallarından göründüyü kimi, 2021/2022-ci tədris ilində Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbinə müraciət edən valideynlərdən heç biri obyektiv səbəblərdən övladlarının təlimtərbiyə prosesində məktəbin ibtidai sinif müəllimi İddiaçı hər-hansı formada iştirakını arzu etmədiklərindən; İddiaçı 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsinin ixtisara düşməsi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq on ildən çox əmək stajı olan şəxs olması əsasına görə əmək müqaviləsi ləğv edilməzdən doqquz həftə əvvəl işəgötürən tərəfindən xəbərdarlıq edilmiş; 77-ci maddənin 2-ci hissəsinə riayət edilərək xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə İddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.İş mateiallarindan göründüyü kimi, işəgötürən tərəfindən digər siniflərin şagirdləri hesabina, yəni digər siniflərdə olan şagirdlərin sayının azaldılaraq yeni bir sinifin yaradılaraq İddiaçı ştatının ixtisar olunmaması üçün maksimum tədbirlər görülmüş, lakin İddiaçı ştatının ixtisarının aradan qaldırılması mümkün olmamışdır.Belə ki, iş materiallarıda olan Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin ibtidai sinif şagirdlərinin valideynləri - Samirə İsmayılovanın, Mərziyə Pişnamazovanın, Könül Nadirovanın, Quba Vəliyevanın, Leyla Fərzəliyevanın, Günay Əliyevanın, Rumiyə Əhmədovanın, Gülşən Quliyevanın, Ülkər Cəfərovanın, Nihal HəsənovanınJMətanət Abdullayevanın, Könül Hənifəyevanın, Günel Qədimovanın, ArifəMəhərrəmovanın, Məhərrəm İsmayılovun, F.Sardarovun və Nahidə Məmmədovanın Bakı şəhəri, Nərimanov rayonu,M.Şəhriyar adına 193 saylı tam orta məktəbin direktoru X8 ünvanlanmış birgə ərizələrindən görünür ki, İddiaçı müəllimin dərs keçmə metodikasını bəyənmədikləi üçün onların övladlarına dərsləri tədris etmələrinə etiraz edirlər.Həmçinin iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin ibtidai sinif müəllimləri - X20 evin tək işləyəni olduğuna görə (yoldaşı İ qurp əlildir); X9 yoldaşı rəhmətə getdiyinə və evin tək işləyəni olduğuna görə; X10 maddi vəziyyəti ilə əlaqədar; X16 maddi vəziyyəti ilə əlaqədar; Məleykə Bağırova ailə vəziyyəti ilə əlaqədar və Sona Rüstəmova dərs saatlarının İddiaçı ilə bölüşdürülməsinə (İddiaçı verilməsinə) etiraz etmişlər. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəb tərəfindən 12 noyabr 2021-ci il tarixdə həmin məktəbin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilərək, 1-ci sinifə qəbul zamanı sinif komplektinin yaranması üçün məktəbəqəbul.edu.az saytında kifayət qədər şagirdin qeydiyyatdan keçməməsi səbəbindən, məktəbdə 1 ibtidai sinif müəlliminin ixtisara düşməsi bildirilmiş; həmçinin 2 “a” sinif rəhbəri N.Vəliyeva əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar məzuniyyətə çıxması ilə əlaqədar həmin sinifdəki dərslərin müvəqqəti olaraq İddiaçı verilməsinə valideynlərin yazılı və şifahi etiraz etmələri; habelə ibtidai sinif müəllimlərinin ona yığma saatlarla dərs verilməsinə etiraz etmələri bildirilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.Odur ki, işin bu cür hallarında İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsi üçün faktiki və hüquqi əsasların olubolmamasına dair sübutların təqdim edilməsi ilə işin təsdiq edilməli olan halları; “Almas İbtidai 193” adı ilə qeydiyyatdan keçmiş saytdan çıxarılan və özündə hər hansı məna kəsb etməyən və beləliklə də sübut əhəmiyyəti kəsb etməyən foto şəkillərlə təsdiq edilə bilməz.İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsinin qanunsuz və əsassızlığına dair digər sübut təqdim etməmişdir. Həmçinin bele hallar məkəmədə işin hər hansı halı və materialı ilə sübuta yetirilməmişdir. İşin hallarından göründüyü kimi, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilmişdir.Odur ki, işin bu cür hallarında İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ləğv edilməsi üçün faktiki və hüquqi əsasların olması üçün 1-ci sinifə qəbul zamanı sinif komplektinin yaranması üçün məktəbəqəbul.edu.az saytında kifayət qədər şagirdin qeydiyyatdan keçməməsi səbəbindən, məktəbdə 1 ibtidai sinif müəlliminin ixtisara düşməsinə; habelə ixtisar zamanı işəgötürən tərəfindən digər siniflərin şagirdləri hesabina, yəni digər siniflərdə olan şagirdlərin sayının azaldılaraq yeni bir sinifin yaradılaraq İddiaçı ştatının ixtisar olunmaması üçün maksimum tədbirlər görülməsinə, lakin İddiaçı ştatının ixtisarının aradan qaldırılması mümkün olmamasına; həmçinin ƏM-nin 77-ci maddənin 2-ci hissəsinə riayət edilərək xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə İddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad olunması; habelə iddiaçı A.Nuriyeavanın əmək müqaviləsinin ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsinin razılıq verməsi; habelə əmək müqaviləsinin ləğv edilməsi zamanı Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunub-olunmaması ilə işin müəyyən edilməli olan halları aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli hesab etdiyi dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsi ştat vahidi kimi nəzərə alınmalı olmamasına dair xüsusatlar sübut olunmamışdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 N-li qərarı ilə Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə N1 və əlavəN2) təsdiq edilmişdir.Göründüyü kimi, birinci instansiya məhkəməsi tam orta məktəblərdə rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin; və günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri həyəti ilə; müəllim (ibtidai sinif müəllimi) vəzifələrinin fəaliyyət əsaslarını düzgün müəyyən edə bilməmiş, nəticədə tətbiq edilməli olmayan (aid olmayan) normativ hüquqi aktı tətbiq etməklə mübahisənin mahiyyəti düzgün həll edilməməsinə dair əsassız nəticəyə gəlmişdir.Birinci instansiya məhkəməsinin qətnaməsində şərh olunan dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsinin ştat vahidi kimi nəzərə alınmalı olmamasına və 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşməsi” cümləsinin qanunsuz olmasına dair dəlilləri sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbərdir, ziddiyyətlidir, aid olmayan akta və ştat vahidlərina aiddir. Həmçinin birinci instansiya məhkəməsinin qətnamədə dövlət ümumtəhsil məktəbləri, liseylər və gimnaziyalarda müəllim vəzifəsinin ştat vahidi kimi nəzərə alınmalı olmamasına və 22 sentyabr 2021-ci il tarixli bildirişlə İddiaçı göndərilmiş xəbərdarlıqda qeyd edilən “Bakı şəhəri 193 saylı tam orta məktəbdə 2021/2022-ci dərs ilinin birinci yarımilində məktəbdə Azərbaycan bölməsi üzrə 1 ”c” sinfinə şagird yığımı olmadığı üçün məktəbin ştat cədvəlində 1 ştat ibtidai sinif müəllimi vəzifəsi ixtisara düşməsi” cümləsinin qanunsuz olmasına dair dəlilləri işin hallarına uyğun gəlmir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərfindən verilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümümtəhsil məktəbinin Nümuməvi Nizamnaməsinin 2.6-cı bəndinə görə “Ümümtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir”. Tədris Azərbaycan dilində aparılan X12 və X3 lazımı sayda şagird toplanmışdır. Lakin X1 Nizamnamədə göstərilən şagird sayından az toplandığı üçün (13 şagird) paralel sinifin təşkil edilməsi mümkün olmamışdır. Qeyd edək ki, şagirdin təhsil alacağı sinifi və sinif rəhbərini şagirdlərin valideynləri və ya onların digər qanuni nümayəndələri seçir. Göründüyü kimi X1 lazımı qaydada şagird sayı toplanmadığından yeni sinif təşkil edilməmişdir. Belə olan halda məktəb üzrə ümumi dərs yükündən X6 dərs saatları verilməli idi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümümtəhsil müəssisələrində dərs yükündən, şagird sayından və digər hallardan asılı olaraq müəllim ştatları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilir. Həmin ştatların ixtisan Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada həyata keçirilir . 5.M.Şəhriyar adına 193 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021ci il tarixli 09 saylı protokolunda çıxışlar bölməsində qeyd edilmişdir ki, dəvət olunan İbrahimova Firəngiz çıxış edərək bildirdi kı, müəllimlərin etik davranışı qaydalarını, kobud şəkildə pozduğuna görə, Süleymanova Nuridə bildirdi kı, xx.xx.2021-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət aldığına görə, Ağamalıyeva Sədaqət bildirdi ki, 2 sinifinin müvəqqəti olaraq İddiaçı müvəqqəti həvalə olunmasına sinif valideynlərinin şifahi və yazılı etirazlarına görə, Fəxriyyə Hümbətova bildirdi ki, Azərbaycan bölməsinin ibtidai sinif müəllimləri ona yığma saatlarla dərs verilməsinə yazılı formada etıraz etdiyinə görə İddiaçı əmək müqaviləsinə xitam verilməsi, İddiaçı çıxışlara etiraz edərək deyilən fikirlərin qərəzli olduğunu, şiddətli töhməti qəbul etmədiyini bildirmişdir (səh.172). 6.xx.xx.2021-ci i tarixli 566 saylı təqdimatda iddiaçıya xx.xx.2021-ci il tarixdə şiddətli töhmət verilməsi və davranışı nəzərə alınaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı münasibət billdirilməsi barədə M.Şəhriyar adına 193 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur (səh.174).
7. Cavadehin nümayədəsi Vəkil2 Camaləddi oğlu birinci instasiya məhkəməsinin işin faktiki hallarını və hüquqi əsaslarını müəyyən etmədiyini, iddianı qismən təmin edərkən ümumtəhsil məktəblərində,lisseylərdə, gimnaziyalarda müəllim vəzifəsinin ştat vahidi kimi nəzərə alına bilmədiyinə əsaslandığını, dövlət ümumtəhsil məktəblərinin, lisseylərin, gimnaziyaların nümunəvi ştatları haqqında Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 saylı qərarının 1, 2 saylı əlavələrdə göstərilən cədvəllərdə müəllim vəzifəsinin ştat vahidi kimi nəzərdə tutulmadığını, 193 saylı tam orta məktəbin direktoru Nihal Hacıyavnın İddiaçı ünvanladığı 22 sentyabr 2021-ci il tarixli xəbərdarlıq bildirişində məktəbə 2021-2022-ci tədris ili zamanı birinci yarımildə birinci siniflərə onlayn müraciət zamanı valideynlərin müraciətləri məktəbəqəbuledil.az saytıda yerləşdirilməsi və 68 valideynin müraciəti daxil olmasının əks olunduğunu, bununla əlaqədar olaraq məktəbə müraciət edən valideynlərdən hər birinin obyektiv səbəblərdən övladlarının təlim-tədris prosesində məktəbin ibtidai sinif müəllimi İddiaçı hər hansı formada iştirakına etiraz etdiklərini və məktəbdə daha əvvəl yaradılmış 3 sinif-1a, 1b və 1c sinifləri ,1a sinifində 30, digərində 29 ,1c sinifində isə 9 şagird qaldığını, Nazirlər Kabinetinin 13 yanvar 2012-ci il tarixli, ümumtəhsil məktəblərində, lisseylərdə, gimnaziyalarda nizamnamələrinin təsdiq edilməsi haqqında qərarında siniflərdə şagirdlərin sıxllığının 20 nəfərdən az ola bilməməsinin qeyd edildiyini, direktorun c sinfinin formalaşmayacağını bilməsinin qeyri-mümkün olduğunu, direktorun sinif formalaşdıqda Təhsil İdarəsinə müraciət etdiyini bildirmişdir.
8. İddiaçının nümayədəsi Vəkil1 etirazını təqdim edərək, onların barışıq üçün addım atararaq ilkin iddiada mənəvi ziyana görə tələb etdikləri təmin edilməyən hissədə şikayət vermədiklərini, baş verən hadisə nəticəsində iddiaçının sağlamlıq vəziyyətinin pozulmasına dair müvafiq tibbi sənədləri təqdim etdiklərini, məktəbə 68 nəfər müracət etdiyini, heç bir qanunda müəllimin valideyn tərəfindən seçilməsinə dair müddəanın olmadığını, məktəbə qəbulun onlayn sistemdə həyata keçirildiyini, məhz bu səbəbdən valideynin iddiaçının peşəkar olmadığını bilməsinin qeyri-mümkün olduğunu, həmin məktəbdə 10 nəfər ibtidai sinif müəlliminin olduğunu, onlardan yalnız 3 nəfərin ali təhsilli olduğunu, iddiaçının işdən azad edilərkən ali təhsilli olması, çoxillik pedaqoji fəaliyyətinin və eyni zamanda diaqnostik qiymətləndirmə zamanı yüksək nəticə əldə etməsinin nəzərə alınmadığını, 68 nəfər şagirddən 3 sinfin yaradılmasının mümlkün olduğu halda bir sinfə 29 digərinə 30 şagird yığaraq, 3-cü sinfdə 9 şagird saxlamaqla yeni sinfin yaradılmasına maneə yaratdıqlarını, iddiaçıya qarşı qərəzli hərəkətlər edildiyini, valdeynlər tərəfindən iddiaçının dərs keçməsinə nəyinki etiraz edilməsi, hətta valdeynlərin ərizə müraciətləri ilə iddiaçınn dərs keçirilməsinə etiraz etmədiklərini, etirazın onların adından kim tərəfindən imzalanmasını bilmədiklərinin bildirmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən: əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.71-ci maddəsinin 3-cü hissəsinə görə: İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
11. Həmin məcəllənin 78-ci maddəsinə əsasən, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər: müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 12.Həmin məcəllənin 80-ci maddəsinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
13. 300-cü maddəsinin 1-ci hissəsinə görə: “Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.”
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəllənin 10, 12, 68-76, 83, 300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən, formal mülahizə səciyyəli və qətnamənin nəticəsinə aidiyyəti olmayan dəlilləri (əsaslandırılması tam mükəmməl olmayan belə) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əmək mübahisəsini həll edən məhkəmə haqlı olaraq iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul etmişdir. 15.Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəb üzrə 231 saylı Əmrdə məktəbdə sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, əsas kimi Bakı şəhəri 193 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli 150 nömrəli əmri, Həmkarlar İttifaqı Komitəsinin 23 noyabr 2021-ci il traixli 09 saylı protokolu göstərilsədə işçilərin sayı və ya ştatların ixtisar edilməsi barədə hüquqi sənəd ( əmr və s.) əsas kimi göstərilməmiş, protokol birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş, apellyasiya icraatı zamanı təqdim edilmiş xx.xx.2021-ci i tarixli 566 saylı təqdimat və M.Şəhriyar adına 193 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 09 saylı protokolda isə iddiaçının ixtisarı ilə bağlı hüquqi istinadlar göstərilməmişdir.
16. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərfindən verilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, X1 lazımı qaydada şagird sayı toplanmadığından yeni sinif təşkil edilmədiyi təqdirdə məktəb üzrə ümumi dərs yükündən X6 dərs saatları verilməli idi. Cavab məktubunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümümtəhsil müəssisələrində dərs yükündən, şagird sayından və digər hallardan asılı olaraq müəllim ştatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilməsi və həmin ştatların ixtisarının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada həyata keçirildiyi qeyd edilsə də, yenə də, ştatların ixtisarı barədə rəsmi sənəd təqdim edilməmişdir.
17. Beləliklə, işçilərin sayı və ya ştatların ixtisar edilməsi barədə hüquqi sənəd (əmr və s.) olmadan işəgötürən tərəfindən sinif komplektinin sayının azaldılması nəticəsində ibtidai sinif müəllimi vəzifəsinin ixtisarı zərurəti ilə əlaqədar olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə uyğun ləğv edilməsi barədə əsassız əmr verilmişdir. 18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8- 14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1198/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.