Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5060/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,anası X1 miras qalmış ünvan 1 B ünvanında yerləşən 51 saylı qaraja onun tərəfindən mirasın qəbul edilməsi və həmin qaraja bütövlükdə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Süleyman Rüstəmov küçəsi, 37 B saylı evin, 35 saylı mənzilində yaşayır. Həmin binanın yaxınlığında olan ünvan 2 B ünvanında yerləşən 51 saylı qaraj onun xüsusi mülkiyyətində olmuşdur. Həmin qarajdan istifadə etmişdir. xx.xx.2004-cü il tarixdə qarajı anası X5 bağışlamış, lakin ona baxmayaraq yenə də anasına məxsus qarajdan istifadə etmişdir.Anası X11 xx xxxxxx 2010-cu ildə vəfat etmişdir. Anasının ölümündən sonra miras qalmış qaraj əmlakı faktiki olaraq o qəbul etmişdir və hazırda onun sahibliyindədir. Atası X17 ilə anası X2 2003-cü ildə nikahları pozulduğundan vərəsəliyə daxil edilmir, həmçinin hazırda atası da vəfat etmişdir.ünvan 1 B ünvanında yerləşən 51 saylı qaraja qanun üzrə vərəsəlik hüququnun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinə müraciət etmişdir. Lakin cavabdeh bacısı Cavabdeh ilə aralarında pay bölgüsünə dair mübahisə olduğundan notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməyini bildirmişdir. Bildirir ki, cavabdeh bacısı Cavabdeh anasının ölümündən sonra miras qalmış əmlakı qəbul etməyib, həmin qaraj yalnız onun istifadəsində və sahibliyində olmuşdur. Hazırda mübahisə olduğundan məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, anası X1 miras qalmış ünvan 3 B ünvanında yerləşən 51 saylı qaraja onun tərəfindən mirasın qəbul edilməsi və həmin qaraja bütövlükdə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2019-cu il tarixli məhkəmə baxış iclasında Bakı şəhəri 7 saylı Notariat Konturu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, anası X1 miras qalmış ünvan 4 B ünvanında yerləşən 51 saylı qaraja İddiaçı miras əmlakı qəbul etmiş sayılması və vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prosseual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, mübahisəli miras əmlakı mərhum ataları Əlikram Qədirovun mülkiyyətində olmuşdur. 2004-cü ildə iş üzrə iddiaçı ailədə heç kimin xəbəri olmadan atasını məcbur edərək əmlaka dair öz adına bağışlama müqaviləsi almışdır. Qısa vaxt keçdikdən sonra mərhum qardaşı Nizami Qədirov bundan xəbər tutmuş və Natəvandan qarajı onun adına sənədləşdirməsini tələb etmişdir. Həmin vaxt Natəvan qardaşı barəsində polisə şikayət etdiyi üçün, ailədə ciddi narahatlıq yaranmışdı. Natəvan naəlac qalaraq qarajı geri qaytardı, lakin qardaşı Nizaminin adına deyil, anasının adına bağışlama müqaviləsi vermişdir. Bundan başqa valideynlərindən qalan bütün əmlakları Natəvan müxtəlif yollarla ələ keçirərək satmışdır. xx.xx.2010-cu il tarixində anası X7 vəfat etdikdən sonra hazırki mübahisə edilən qarajdan O və qardaşı Nizami istifadə etmişdir. Əvvəllər qarajda Nizaminin tanışı velosipedlərin təmiri ilə məşğul olurdu. Həmçinin mübahisəli qarajdan ümumiyyətlə heç kim maşın saxlamaq üçün istifadə etməmişdir. Bu səbəbdən də Nizaminin dostu qarajdan çıxdıqdan sonra evdə olan artıq əşyaları ora yığırdılar. Anası dünyasını dəyişdikdən bugünki tarixədək qaraj onun (Cavabdeh) istifadəsində olmaqla yanaşı, orada cari təmirlər də bilavasitə tərəfindən aparılmışdır. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırmaq üçün bir çox maddi və prosessual hüquq normalarına istinad etməklə yanaşı, bəzi mövcud olmayan sübutlara istinad etmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, “13 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/3-492 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 4 b saylı ünvanda yerləşən 51 saylı qarajı X3 bağışlamaqla, həmin dövrdə nikahda olduğu şəxslə əmlak bölgüsü barədə mübahisə olduğu üçün əmlakını qorumağa çalışmışdır”. Bununla əlaqədar olaraq məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, istər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində, istərsə də iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarında belə bir qeyd olmamışdır. Digər tərəfdən məhkəmə qətnaməni əsaslandırmaq üçün AR MM-nin 340.1, 340.2, 351.1, 354.1-ci maddələrinə istinad etmişdir. Halbuki hazırki iş üzrə mübahisə predmeti miras əmlakının qəbul edilməsidir ki, hansısa əqdin etibarsızlığı mübahisələndirlimədiyindən məhkəmə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Bundan əlavə olaraq iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, mübahisəli əmlak atası X12 əmlakı olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışın surətindən göründüyü kimi miras buraxan X7 vəfat etdiyi tarixdən qaraja faktiki sahibliyi Cavabdeh etməklə bütün xərcləri də qarşılamışdır. İş materiallarınaəlavə edilmiş sahə inspektorunun məktubundan göründüyü kimi İddiaçı qarajın qapısını sındırmaqla qanunsuz olaraq daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12800/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı “X1 miras qalmış ünvan 1 B ünvanında yerləşən 51 saylı qaraja onun tərəfindən mirasın qəbul edilməsi və həmin qaraja bütövlükdə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1434/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 12800/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Sarıyev Əjdər Hakim oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş X6 xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı qonşusudur. Yaşadığı binanın yaxınlığında olan ünvan 4B, 51 saylı qaraj iddiaçının ailəsinə məxsusdur. İddiaçı qarajın yaxınlığında yaşayır və avtomobilini saxlamaq üçün ondan istifadə edir. O, həmçinin qarajı təmir etdirmişdir. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş X4 xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı qonşusudur. İddiaçının ünvan 4B, 51 saylı qarajdan “Hyunday Veracruz” markalı, 90GJ411 dövlət qeydiyyat nişanlı avromobilini saxlamaq üçün istifadə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş X15 xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 2007-ci ildən İddiaçı qonşusudur. İddiaçının müvafiq qarajdan “Hyunday Veracruz” markalı, 90GJ411 dövlət qeydiyyat nişanlı maşınını saxlamaq üçün istifadə etdiyini, cavabdehi isə tanımadığını bildirmişdir. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş Abdullayev X27 xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçının xalası oğludur. Mərhum X11 iddiaçının evində yaşamış, orada vəfat etmiş və yas mərasimi də həmin evdə təşkil olunmuş, dəfn mərasimi xərclərinin bir hissəsinin iddiaçı Natavan tərəfindən çəkildiyinin şahidi olmuşdur. Cavabdeh isə yas mərasimində görməmişdir. Birinci instansiya məhkəməsindən şahid qismində dindirilmiş X8 xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçının bağ qonşusudur. Cavabdehi də yaxından tanıyır. Mərhum X11 iddiaçının evində yaşamış və orada vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli №**********54 nömrəli məktubdan görünür ki, 13 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/3-492 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 4 b saylı ünvanda yerləşən 51 saylı qarajı X5 bağışlamışdır və hazırda sözügedən qaraja dair X2 adına texniki pasport İdarənin arxivində mövcuddur. İş materiallarında olan Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ №457076 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2010-cu ildə kəskin sol mədəcik çatışmazlığı səbəbiylə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 1032 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı X20 Xüsusi Notariusu X13 tərəfindən icraatda olan hazırki mübahisə ilə əlaqədar xx.xx.2019-cu il tarixli 467 nömrəli vərəsəlik işinə dair sənədlərin kserosurətindən görünür ki, X9 xx xxxxxx 2017-ci il tarixdə, X10 xx xxxxxx 2019-cu il tarixdə anaları X7 tərəfindən qalmış miras əmlakı qəbul etmək barədə ərizə ilə 7 saylı notariat kontoruna müraciət etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, №0-76 nömrəli arayışa əsasən, ünvan 4b saylı ünvanda yerləşən 51 saylı qaraj vaxtı ilə vətəndaş X2 istifadəsində olmuşdur. Rəhmətə gedəndən sonra qarajın istismar xərcini 2010-2017-ci illəri Cavabdeh ödəmişdir və öz hesabına qarajı cari təmir etmişdir. İş materiallarında olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli №004429 nömrəli qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzinin surətindən görünür ki, Süleyman Rüstəm küçəsi, ev 37 b, mənzil 35-ə dair 2018-2019-cu illəri əhatə edən 05 (beş) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ödəniş İddiaçı tərəfindən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı X20 Xüsusi Notariusu X13 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxx 2019-cu il tarixli, №225 nömrəli məktubdan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün və həmçinin mərhumun digər vərəsəsi olan qızı Cavabdeh ilə aralarında pay bölgüsünə dair mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanları xaricindədir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Nadirov Ramis Mövlud oğlu “Hyunday Veracruz” markalı, 90GJ411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1 maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Kassasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, miras əmlaka həmçinin miras qoyanın öldüyü məqamdakı malik olduğu hüquqlar da daxildir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi miras qoyanın öldüyü məqamadək qeydiyyatdan keçməmiş, lakin texniki pasportu olan mübahisəli qaraja hər hansı subyektiv hüququnun olmamasına dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.2-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materialları ilə müəyyən edilir ki, X11 xx.xx.2010-cu ildə vəfat etmişdir. Onun vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2017-ci il tarixli ərizəsi əsasında xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmışdır. Cavabdeh və İddiaçı müvafiq olaraq xx xxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli ərizələr ilə müraciət edərək, xx xxxxxx 2010-cu il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakı qəbul etdiklərini bildirmişlər. Bakı şəhəri 7 saylı X20 Xüsusi Notariusu X13 tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün və həmçinin mərhumun digər vərəsəsi olan Cavabdeh ilə aralarında pay bölgüsünə dair mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkanları xaricində olduğu bildirilmişdir. Həmçinin iş materialları və şahid ifadələrindən görünür ki, 13 saylı DNK-nın xx.xx.2004-cü il tarixli 4Ə/3-492 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 4 b saylı ünvanda yerləşən 51 saylı qarajı X5 bağışlamışdır. Bu bağışlama müqaviləsi onda olan əmlakın iddiaçının həmin dövrdə nikahda olduğu şəxslə əmlak bölgüsündən qorunmaq üçün anası X5 bağışlamışdır. İddiaçı həmin dövrdə nikahının pozulması cavabdehin məhkəmə iclasında verdiyi ifadədən müəyyən edilməklə işin mübahisəsiz halıdır.Şahid ifadələrinə əsasən mərhum X11 İddiaçı bağ evində vəfat etmişdir, mərhumun həmin evdə rəhmətə getməsini cavabdeh mübahisələndirməmişdir. Şahid ifadələrinə görə onun dəfn xərcləri iddiaçı tərəfindən ödənilmişdir, anasının vəfatından sonra da İddiaçı ünvan 4 B ünvanında yerləşən 51 nömrəli qaraja faktiki olaraq sahiblik etməyə başlamış, həmin qarajdan avtomobilini saxlamaq üçün istifadə etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən Cavabdeh 2010-2017-ci illərdə qarajın istismar xərcininin onun tərəfindən ödənilməsinə dair №0-76 nömrəli arayış ona xx.xx.2017-ci il tarixdə verilmiş və bu arayışı aldıqdan 4 (dörd) gün sonra, yəni xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakı qəbul etdiyinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh belə arayışla ərizəsinin notariat kontorunda əsaslandırılmasına və miras əmlakın onun tərəfindən idarə edildiyini göstərməklə miras əmlakı əldə etməyə yönəlmiş olmaqla formal xarakter daşımışdır. Müvafiq qarajın X2 ölümündən sonra da iddiaçı tərəfindən “Hyunday Veracruz” markalı, 90GJ411 dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanılması üçün istifadə olunması, bu halın şahidlər tərəfindən də təsdiqlənməsi iddianın təmin edilməsinə inamlı və qanuni əsas verməklə şərait yaradır. Bundan başqa mübahisəli əmlakın əvvəllər iddiaçının mülkiyyətində olması və onun mərhum anası X5 xx.xx.2004-cü ildə bağışlanması və iddiaçının həmin bağışlama müqaviləsinin formal olduğuna dair iddia üzrə əsaslandırması əqdin etibarsızlığının mübahisələndirilməsi üçünqanunla müəyyən edilmiş iddia müddəti ilə məhdudlaşdığından, iddia tələbinə uyğun olaraq vərəsəlik hüquq münasibətlərinə əsasən məhkəmə əmlakın əvvəllər iddiaçının mülkiyyətində olmasını işin digər bütün halları ilə birlikdə nəzərə alır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərdiklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2504/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5060/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5060/2020
02.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver