Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5061/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhər Cavabdeh2nə qarşı “xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinə qarşı “qətnamənin icra olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 05 avqust 2014-cü il tarixli qətnaməsini icra etməyən borclu “xxxx MTK”-nın 60 kv.m sahəni ona vermədiyini və bununla onun mülkiyyət hüququnu qəsdən pozduğuna görə, AR MPM 265.4. maddəsi ilə xüsusi qərardad çıxarılmasını, Bakı şəhəri Yasamal rayonu İcra və Probassiya şöbəsinin 6 ildən çox müddətin keçməsinə baxmayaraq, hərəkətsizlik nümayiş etdirərək, 05 avqust 2014-cü il tarixli Yasamal rayon Məhkəməsinin qətnaməsini icra etmədiyini nəzərə alaraq AR MPM 265.4-cü maddəsi ilə xüsusi qərardad çıxarılmasını, hər iki cavabdehin məhkəmə qərarını icra etməkdiklərinə görə cinayət məsuliyyətinə cəlb eləməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinə qarşı “xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Günay Axundova). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizədə İddiaçı apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Apellasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5061/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5061/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver