Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5066/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(011)-1703/2022 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(011)-1703/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1703/2022 saylı 01 aprel 2022-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə Cavabdeh MMC-nin nümayəndəsinin ərizəsinin rədd edilməsi, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh MMC-nin nümayəndəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(011)-1703/2022 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(011)-1703/2022 saylı qətnaməsi onlara poçt vasitəsi ilə və ya elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmədiyindən, Xətai Rayon Məhkəməsi ilə əlaqə saxlanılmış və qətnamə elektron poçt vasitəsi ilə 18 may 2022-ci il tarixdə göndərilmişdir. Prosessual müddətin bərpası haqqında ərizəyə baxılması 31 may 2022-ci il tarixə saat 17:20-yə təyin edilmişdir. Cavabdehin ərizəyə baxılması ilə bağlı məlumatlandırılması isə 31 may 2022-ci il tarixə saat 17:18-də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmişdir. Ərizəyə baxılmasının yeri və vaxtı barədə cavabdehə vaxtında bildirişin verilməməsi cavabdehin məhkəmə iclasının keçirilmə vaxtından xəbərsiz olmasına və məhkəmə iclasında iştirak edə bilməməsinə səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(011)-1703/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, məhkəmənin 01 aprel 2022-ci il tarixli qətnaməsi 06 aprel 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş, 13 aprel 2022-ci il tarixdə cavabdehin elektron kabinetinə məhkəmə sənədinin elektron kabinetə yerləşdirilməsinə dair çıxarış göndərilmişdir. Belə olan təqdirdə, qətnamədən apelyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü cavabdehə münasibətdə 13 may 2022-ci il tarixi hesab edilir. Lakin iddiaçının apellyasiya şikayəti 18 may 2022-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Kollegiya şikayətin cavabdehin müddətin bərpası haqqında ərizəyə baxılması ilə bağlı gec məlumatlandırılması hissəsini araşdıraraq hesab edir ki, iş materiallarından görünür ki, 20 may 2022-ci il tarixdə iş üzrə iddiaçı və cavabdehə müddətin bərpası barədə ərizəyə baxılmasının 31 may 2022-ci il tarixə təyin olunması ilə bağlı rəsmi qaydada poçt vasitəsi ilə məktub göndərilmiş, iş üzrə İddiaçı məhkəmənin rəsmi məktubunu aldığından 31 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(011)-1703/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfındən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(011)-1703/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5066/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5066/2022
13.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver