Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5067/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh3 qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2926/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı(bundan sonra, iddiaçı) Cavabdeh3(bundan sonra, cavabdeh) qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin 3/12 hissəsindən əşyaları ilə birlikdə çıxarılması və cavabdeh tərəfindən mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə iddiaçının oğlu X18 ilə ailə qurmuş, bundan sonra onlar həm iddiaçının evində, həm də ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus evdə yaşamışlar. Sonradan cavabdehin iddiaçının oğlu ilə arasındakı münasibətlər pisləşmiş və nikahları pozulmuş, lakin cavabdeh iddiaçının evindən çıxmır, mənzildən normal istifadəsinə maneə olur. İddiaçının cavabdehlə artıq bir evdə yaşaması mümkünsüzdür. Cavabdehə iddiaçı tərəfindən fərdi yaşayış evinə heç vaxt istifadə hüququ verilməmiş və iddiaçıya münasibətdə digər ailə üzvü kateqoriyasına daxildir. Bir mülkiyyətçi kimi iddiaçı cavabdeh ilə arasında heç bir hüquqi və s. bağlılıq yoxdur. İddiaçının bir mülkiyyətçi kimi cavabdeh qarşısında hər hansı öhdəliyi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 2926/2019 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd olunmuşdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11692/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1028/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar,məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, FM seriyalı, 040804 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/12 hissəsi İddiaçı məxsusdur. Fərdi yaşayış evinin digər hissələri payçılar X27, X24, X19, X33, X4, X20, X21 və Umbulbani İbrahimova məxsusdur. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qurbanova Sevinc Zöhrab qızı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, ünvan 1 ünvanında olan mülkün vaxtı ilə X13 aid olan 2/12 hissə payı hazırda ona məxsusdur və evin naturada bölgüsü aparılmamışdır. Cavabdeh3 xx.xx.2007-ci ildə ünvan 1 ünvanına gəlin köçmüş və həmin vaxtdan hazırki müddətə qədər bu ünvanda yaşamışdır. O, paylı mülkiyyətçi kimi Cavabdeh3 həmin mənzildən çıxarılmasına etiraz edir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, ünvan 1 ünvanında yaşayır və bu ünvanda olan ümumi mülkün 2/12 hissə payı ona məxsusdur. Ümumi mülkdə hazırda naturada bölgü aparılmamışdır. Cavabdeh3 xx.xx.2007-c ildə ünvan 1 ünvanına gəlin köçmüş və həmin vaxtdan hazırki müddətə qədər bu ünvanda yaşamışdır. O, paylı mülkiyyətçi kimi Cavabdeh3 həmin mənzildən çıxarılmasına etiraz edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – Cavabdeh3 iddiaçının oğlu X1 həyat yoldaşıdır və cavabdeh 2007-ci il tarixdən halhazıradək həmin evdə yaşayır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/12 hissəsi İddiaçı, yerdə qalan hissələri isə digər payçılara məxsusdur. Hal-hazıradək həmin fərdi yaşayış evi payçılar arasında naturada ayrılmamışdır. Məhkəmənin təşəbüsü ilə üçünçü şəxs qismində cəlb edilmiş payçılar X5, Qurbanova Sevinc Zöhrab qızı və X33 Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına etiraz etmişlər. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilər tərəfindən naturada ayrılması həyata keçirilmədiyindən, həmin fərdi yaşayış evində X14 məxsus 3/12 hissəsi evin hansı hissəsində düşdüyü müəyyən edilmədiyindən, habelə evin digər payçılarının bir qismi Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmasına etiraz etidiklərindən iddia tələbi təmin edilə bilməz və rədd olunmalıdır. İddianın təmin olunması barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edib,işi yeni apellyasiya baxışına göndərərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası 12fevral 2020-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edib cavabdehin əşyaları ilə birlikdə evin 3/12 hissəsindən çıxarılması barədə qərar qəbul edərkən onun mülkiyyətçinin ailəsinin üzvü olmamasını, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən mübahisəli mənzilə istifadə hüququnun yaranmamasını, cavabdehin mənzildə yaşamasının və əşyalarının orada qalmasının iddiaçının mülkiyyət hüququnu pozmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə iş üçün əhəmiyyəti olan halları nəzərə almadan və onlara müvafiq hüquqi qiymət vermədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 76 saylı ev paylı mülkiyyətdə olmaqla onun yalnız 3/12 hissəsi İddiaçı məxsusdur. Evin digər hissələri mülkiyyət hüququ əsasında X22, X17, X10, X25, X2, X11, X12 və Umbulbani İbrahimovaya məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Ümumi mülkiyyətdə olan 76 saylı evin payçılar arasında hansı qaydada bölünməsi və onlardan hansının evin hansı hissəsindən istifadə etməsi, iddiaçının payına ayrılmış hissəsinin nədən, o cümlədən neçə yaşayış otağından ibarət olması, həmin sahənin iddiaçının ümumi mülkiyyətdəki payına (3/12) uyğun olub-olmaması iş materiallarından görünmür. Mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən paylı mülkiyyətçilərdən X5,X33 və evin 2/12 hissəsini X7 əldə etmiş Qurbanova Sevinc Zöhrab qızı məhkəməyə ünvanladıqları ərizələrində cavabdehin evdən çıxarılmasına etiraz etdiklərini bildirmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq,həmçinin kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki,ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/12hissəsinin iddiaçının paylı mülkiyyətində olması,mülkiyyət hüquqlarının 18yanvar 2006-cı il tarixdə dövlət qeydiyyatına alınması, cavabdehin iddiaçının keçmiş gəlini olması,yəni cavabdehin iddiaçının oğlu Əhməd Abdullayevlə 2007-ci ildə ailə həyatı quraraq mübahisəli yaşayış sahəsinə gəlin köçməsi,iki azyaşlı uşaqlarının olması,hazıradək orada yaşaması,cehiz və digər əşyalarının həmin yaşayış sahəsində olması,nikahlarının məhkəmə qaydasında pozulması (xx xxxxxx 2019-cu ildə nikahın pozulması haqqında şəhadətnamə verilməsi) işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbində –cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin 3/12 hissəsindən əşyaları ilə birlikdə çıxarılması və cavabdeh tərəfindən mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən haqlı olaraq qeyd etmişdir ki,ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilər tərəfindən naturada ayrılması həyata keçirilmədiyindən, həmin fərdi yaşayış evində iddiaçıya məxsus 3/12 payın evin hansı hissəsində düşdüyü müəyyən edilmədiyindən, habelə evin digər payçılarının bir qisminin cavabdehin həmin fərdi yaşayış evindən çıxarılmasına etiraz etmələri nəzərə alınmaqla iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq,həmçinin qeyd edir ki,Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. İşin faktiki hallarından və tərəflərin izahatlarından göründüyü kimi, cavabdeh uzun müddətdir iddiaçının ona məxsus olmasını iddia etdiyi əmlakdan yaşayış sahəsi kimi istifadə etməklə, orada yaşayır. İddiaçının tələb hüququ isə mülkiyyətin müdafiəsi ilə bağlıdır. Yəni, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər məcmu halda mövcud olmalıdır. Hazırki işdə isə həmin şərtlərin birlikdə mövcudluğu müəyyən edilmir. İlkin olaraq qeyd edilməlidir ki, mübahisəli yaşayış sahəsi tam pay hüququ üzrə deyil, paylı mülkiyyət üzrə iddiaçıya məxsusdur. Yəni, iddiaçı fərdi yaşayış evinin yalnız 3/12 hissədə paylı mülkiyyətçisidir və hazırki vaxtda paylar naturada müəyyən olunmamışdır. Belə olan halda isə 3/12 hissədə payın fərdi yaşayış evinin konkret olaraq hansı hissəsinə düşməsi müəyyən deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. MM-nin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. MM-nin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-nin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-nin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Apellyasiya icraatı zamanı yerində müayinə keçirilmiş, müəyyən olunmuşdur ki, cavabdeh yaşayın evinin ikinci mərtəbəsində bir yaşayış otağında iki azyaşlı uşağı ilə yaşamaqla, əşyalarını ora yığmışdır. Eyni zamanda həmin yaşayış otağına xidmət edən məxbəxdən də istifadə edilir. Mətbəxə çıxışı olan digər yaşayış otağı da mövcuddur. Cavabdeh həmin yaşayış otağından istifadə etməməsini, oradanın iddiaçının sahibliyində olmasını bildirmişdir. Həmin yaşayış otağına baxış zamanı otağın faktiki istifadə olunmadığı aydın olmuşdur. Belə ki, iddiaçı müəyyən müddətdir ki, başqa yaşayış sahəsində yaşadığını bildirmişdir. Müayinə zamanı paylı mülkiyyətçilərdən X15 bildirmişdir ki, birinci instansiya məhkəməsində üçüncü şəxs qismində iştirak etmiş və cavabdehin fərdi yaşayış evindən çıxarılmasına etirazını bildirmişdir. Fərdi yaşayış üzərində paylar müəyyən olunsa da, rəsmiyyətdə naturada bölgü aparılmamışdır. Lakin, hər bir mülkiyyətçinin faktiki olaraq yaşayış sahəsi vardır. İddiaçının ikinci mərtəbədən savayı, birinci mərtəbədə də yaşayış otaqları vardır. Cavabdeh uzun müddətdir ki, uşaqları ilə burada yaşayır, getməyə başqa yeri yoxdur, iddiaçının isə başqa yaşayış sahəsi vardır, burada yaşamır. Hesab edir ki, cavabdehin çıxarılması düzgün deyildir. Beləliklə,araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki,hazırki vəziyyətdə cavabdehin müvafiq yaşayış sahəsində çıxarılması barədə iddiaçının tələbi təmin oluna bilməz.İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X6rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə,araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki,iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh3 qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2926/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 2926/2019 saylı qətnaməsi apellyasya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5067/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5067/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver