Məhkəmə qərarları › İş №2(103)-5070/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5070/2024

18.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5070/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair mülki iş üzrə Açar sözlər:(əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı xx.xx.2018-ci il tarixdə X25 X5 meşəbəyliyində meşəbəyi vəzifəsinə qəbul olunmuş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmri ilə vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. 2.X25 X5 meşəbəyliyində meşə mühafizəsi işləri üzrə direktor müavini Kamal Behbudov tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən növbəti qəfləti yoxlama zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında əvvəllər salınmış akasiya cinsindən ibarət meşə əkini sahəsində 60 ədəd kök üstə ağacların kəsilməsi və 70 ədəd cır nar kollarının texniki vasitə ilə kökündən çıxarılaraq qalaqlanması aşkar edilmişdir. 3.Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 115/em saylı əmrinə əsasən Bərdə RRMTnin Bərdə meşəbəyliyinin 1 saylı dolayında ağacların kəsilməsi, ərazilərin şumlanması barədə daxil olmuş məlumatlar Xidmətin əməkdaşları tərəfindən Mərkəzin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Mərkəzin Bərdə meşəbəyliyin 1 saylı dolayının 16-cı kvartalında ümumilikdə 17,82 hektar meşə ərazisinin başdan-başa şumlandığı və nəticədə 43,42 m3 həcmində 4079,73 manat ziyan və nırx dəyərində 1282 ədəd ağacın, 559 ədəd (nar, yulğun) kolun, 2827,55 manat xərc çəkilmiş 8,46 hektar dövriyyədə olan meşə əkinlərinin kürünərək məhv edildiyi, bununla da meşə fonduna ümumilikdə 6907,28 manat ziyan vurulduğu məlum olmuşdur. Araşdırma zamanı təqsirkar şəxsin Ağdam rayonu İsmayılbəyli kənd sakini X16 olduğu müəyyən edilmişdir. 4.Faktla bağlı xx.xx.2023-cü il tarixli 005310 nömrəli Akt tərtib edilmiş və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna vurulmuş zərərin məbləği hesablanmışdır. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X6 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX205 nömrəli təqdimatla müraciət edərək X25 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. 5.Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və 17 aprel 2023-cü il tarixli, 07 saylı protokola əsasən Kamal Behbudova, Orxan Babaşova və X19 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsi, X14 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsi, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin məhkəmə qaydasında ləğv olunması və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli, 142/Ü saylı əmrin ləğv edilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə ailə üzvləri birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşüb. 1994-cü ildə Gəncə Aqrar Universitetinin meşə mühəndisliyi fakültəsinə qəbul olub, bir çox maddi çətinliklərə baxmayaraq institutu bitirib. 2001-ci ildən Bərdə meşə təsərrüfatında iqtisadçı, 2009-cu ildən 2023-cü ilin aprel ayına qədər Bərdə RMTM-nın Bərdə meşəbəyliyinin meşəbəyisi vəzifəsində fəaliyyət göstərmişdir. 2001-ci ildən bu günə kimi 100 hektarlarla mədəni meşə əkini yetişdirib meşə yaratmışdır. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər-hansı bir irad almamışdır. 2023-cü ilin mart (ərizədə səhvən aprel qeyd edilib) ayında ona verilmiş məlumata əsasən Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısının 16 saylı kvartalına RMTM-nın əməkdaşları ilə baxış keçirdiyi zaman həmin ərazidə ağacların və cır nar kollarının çıxarılmasının şahidi olmuşlar. Adı çəkilən meşə sahəsinin meşə gözətçisi Tərtər rayon ərazisində yaşadığı üçün meşə ərazisinə gec saatlarda gəldiyi və 1 saylı dolayını tam şəkildə mühafizə edə bilmədiyi üçün kənar şəxslərin həmin əraziyə müdaxilə etdiyinin şahidi olmuşlar. Bütün bunlarla bağlı o, meşə gözətçisi barəsində xidməti məruzədə məlumat vermiş, 1 saylı meşə dolayısında olan hadisə barəsində meşə gözətçisi ona nə yazılı, nə də şifahi məlumat verməmiş, həmin dövrlərdə o, meşəbəyliyin başqa dolayı və kvartallarında bir çox tədbirlərin həyata keçirilməsi ilə məşğul olmuşdur. Bu fakt ay ərzində vermiş olduğu hesabatda öz əksini tapır. Meşə gözətçisi vermiş olduğu izahatında da bildirmişdir ki, qeyri iş günlərində və qeyri iş saatlarında meşəbəylik ərazisində 5 hektar sahədə ağaclar çıxarılmış və şum işləri aparılmışdır. Həmin vaxt 1 saylı meşə dolayısının giriş qapısının kilidinin qırılmasının şahidi olmuşdur (video disk əlavə edilir). Bu hadisəni törədən şəxsi həmin vaxt tapa bilmədikləri üçün meşə gözətçisinə akt yazıb cərimə tətbiq etmişlər. 13-xx.xx.2023-cü il tarixlər ərəfəsində həmin ərazini nəzarətdə saxladığı bir vaxtda ağ rəngli əlil maşınında bir nəfərə rast gəlmiş və bu şəxslə söhbət əsnasında məlum olmuşdur ki, bu ərazidə ağacları çıxaran, şum işlərini aparan Ağdam rayon sakini Həsənov Həsəndir. Dərhal həmin şəxsi RMTM-ya gətirmiş, barəsində akt tərtib edilmiş, həmin şəxs vermiş olduğu izahatında da bildirmişdir ki, RMTM-nın direktoru Qalib Həsənovdan bostan əkmək üçün yer istədiyi halda ona yer verilmədiyi üçün o da həmin ərazidə ağacları çıxarmış, yeri şumlamışdır. Ona qeyd etmişdir ki, 1 saylı dolaya yaxın ərazidə qohumu yaşayır və bu səbəbdən həminmeşəbəylik ərazisində əkin əkməyi məqsədə uyğun bilmişdir. X15isi olduğu bir halda, onu gətirib akt yazdığı, cərimə etdiyinə baxmayaraq, onun Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən azad edilməyi qanunsuzdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Həsənov Həsənin bu əməli törətməsiylə bağlı mətbuatda açıqlama verib, ancaq bu gün Həsənov Həsən heç bir təqsiri olmayan şəxs kimi, o isə təqsirkar hesab edilib heç bir töhmət və yaxud başqa cəza verilmədən bir başa 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. 8.Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X12 məhkəmə iclasında bildirmişdir ki, iddia əsassızdır və iddianı qəbul etmirlər. Ərazidə çox böyük meşə fonduna zərər dəymişdir. Həmin ərazidən məsul şəxs də İddiaçı Yəhya oğlu olmuşdur. Əmək Məcəlləsinin müvafiq maddəsi ilə əmək funksiyalarını yerinə yetirmədiyi üçün işdən azad olunmuşdur. 9.Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuşsurətindən görünür ki, İddiaçı əmək müqaviləsinin bağlandığı tarixdən X25 X7 meşəbəyliyində meşəbəyi vəzifəsinə qəbul olunmuş, işçi təsdiq olunmuş əsasnaməyə uyğun olaraq əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. 10.Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzi Bərdə meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrin məzmununa əsasən, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 115/em saylı əmrinə əsasən Bərdə RRMT-nin Bərdə meşəbəyliyinin 1 saylı dolayında ağacların kəsilməsi, ərazilərin şumlanması barədə daxil olmuş məlumatlar Xidmətin əməkdaşları tərəfindən Mərkəzin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında ümumilikdə 17.82 hektar meşə ərazisinin başdan-başa şumlandığı və nəticədə 43,42 m3 həcmində 4079.73 manat ziyan və nırx dəyərində 1282 ədəd ağacın, 559 ədəd (nar, yulğun) kolun, 2827,55 manat xərc çəkilmiş 8,46 hektar dövriyyədə olan meşə əkinlərinin kürünərək məhv edildiyi, bununlada meşə fonduna ümumilikdə 6907,28 manat ziyan vurulduğu məlum olmuşdur. Faktla bağlı xx.xx.2023-cü il tarixli 005310 nömrəli Akt tərtib edilmiş və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna vurulmuş zərərin məbləği hesablanmışdır. Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X6 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX-205 nömrəli təqdimatla müraciət edərək X25 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və işçilər yazılı izahat verərək qeyd edilən faktları təsdiq etmiş və Xidmətin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən iclasında məsələlər ətraflı müzakirə edilmiş və cavabdeh olan şəxslər barədə intizam tənbehi tədbirlərinin görülməsi barədə qərar qəbul edilmişdir. Məlum olmuşdur ki, həmin şəxslər meşələrin qorunub mühafizə edilməsi işlərini düzgün təşkil etməmiş, meşədə qanunsuz qırıntı baş verməsinə bilavasitə şərait və səbəb olmuşlar. Digər nəzarət etməli olan əməkdaşlar isə vaxtında lazımi sənədləşmə işləri aparmamış və bu barədə Mərkəzə məlumat verməmişlər. Bununla da qanunvericiliklə olan vəzifələrini və qulluq funksiyalarını düzgün yerinə yetirməmiş və göstərilən sahədə meşənin mühafizəsi və ona nəzarət zəif təşkil edilmişdir. Göründüyü kimi meşə fondu torpaqlarından səmərəli istifadə olunmamışdır. 11.İddiaçı tərəfindən Bərdə RMTM-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti məruzədən görünür ki, fəaliyyət göstərdiyi Bərdə meşəbəyliyinin 1 saylı dolayısının meşə gözətçisi X10 onun tərəfindən verilmiş göstərişlərə əməl etmir. Belə ki, X17 rayonu ərazisində yaşadığı üçün iş yerinə çox gec gəlib çıxır. Bu səbəbdən Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısının 15, 16, 17-saylı kvartallarında xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. Yuxarıda adı gedən meşə dolayısında və əksər kvartallarında qurumuş ağacların qanadlarının kənar şəxslər tərəfindən kəsilməsinin şahidi olmuşdur. Odur ki, xahiş etmişdir ki, Əhmədzadə Bayram barəsində tədbir görülsün. 12.Bərdə RMTM-nin meşə mühavizəsi işləri üzrə direktor müavini Behbudov Kamalın xx.xx.2023cü il tarixli izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə onun tərəfindən keçirilən növbəti qəfləti yoxlama zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında əvvəllər salınmış akasya cinsindən ibarət meşə əkini sahəsində 60 ədəd kök üstə ağacların kəsilməsini və 70 ədəd cır nar kollarının texniki vasitə ilə kökündən çıxarılaraq qalaqlanmasını aşkar etmişdir. Bundan sonra dərhal Bərdə meşəbəyliyinin meşəbəyisi İddiaçı, meşə gözətçisi X4 həmin əraziyə dəvət etmiş və onlarla bu barədə sorğu aparmışdır. Onlar bildirmişlər ki, 11-12 mart 2023-cü il tarixlərində, qeyri-iş günlərində naməlum şəxslər tərəfindən ağaclar kəsilmiş və nar kolları kökündən çıxarılmışdır. O isə, ərazidə ölçmə və sayma işləri apraraq yerində akt tərtib etmiş, meşə gözətçisindən izahat almış və bu məsələdə təqsirkarlar şəxslərin tapılması göstərişini vermişdir. Daha sonra o, mərkəzə gedərək xidməti məruzə ilə xx.xx.2023-cü il tarixdə direktora məlumat vermişdir. Direktorun göstərişi əsasında yenidən həmin ərazidə araşdırma aparmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə sözügedən meşə sahəsinə getmişlər. Əraziyə təkrar keçirilən baxış zamanı akasya cinsindən 155 ədəd, zeytun cinsindən 3 ədəd, qarağac cinsindən 42 ədəd, şeytanağacı cinsindən 4 ədəd, cəmi 233 ədəd ağac və 130 ədəd cır nar kollarının kökündən çıxarılarq qalaqlanmasını müəyyən etmişdir. Aşkar edilmiş faktlarla bağlı meşəbəyi İddiaçı və meşə gözətçisi X2 izahatları alınmışdır. Onların verdikləri izahatlardan məlum oldu ki, İddiaçı göstərişi əsasında 01 saylı dolayının 2023-cü ilin əkin planına yer hazırlanması məqsədi ilə sahə kol-kosdan təmizlənmiş, lakin Ağdam rayonundan məcburi köçkün “Birinci Qarabağ” müharibəsi əlili X16 ağacları və nar kollarını kəsərək kökündən çıxarımışdır. 13.Bərdə meşəbəyliyinin meşəbəyi İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısında olan mədəni meşə əkininin yerini dəyişdirmək və 2023-cü ilin əkin planına yer hazırlamaq üçün sahəni kol-kosdan təmizləməyə ehtiyyac olmuşdur. Buna görə də o, traktoristə göstəriş vermişdir ki, sahənin kolkosdan təmizlənməsi işini aparsın. Çünki əl ilə həmin sahəni təmizləmək mümkün deyildi. Ərazini tamamilə böyürtkən kolu və alaq otları basmışdı. Bu tədbirlərin həyata keçirilməsi dövründə o, meşəbəyliyin başqa dolayı və kvartallarında yanğın əleyhinə tədbirlər gördüyü bir vaxtda 1 saylı dolayının 16 saylı kvartalında qeyri-iş günü Ağdam rayonundan məcburi köçkün, “Birinci Qarabağ” müharibəsi iştirakçısı, əlil X16 ağacları və nar kollarını kəsib və çıxarmışdır. 1 saylı meşə dolayının meşə gözətçisi X10 ona bildirmişdir ki, kəsilmiş ağac və nar kolları qeyri-iş günləri və əksərən gecə vaxtları kəsilib çıxarılmışdır. 14.X25 Təsərrüfatı Mərkəzinin işçiləri ilə bağlı keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 17 aprel 2023-cü il tarixli, 07 saylı protokoluna əsasən Kamal Behbudova, Orxan Babaşova və X19 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsinin, X14 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsinin, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin tövsiyə edilməsi barədə qərar alınmışdır. Eyni zamanda protokolun məzmununa əsasən görünür ki, direktor müavini - mühafizə işləri üzrə X13 çıxış edərək bildirmişdir ki, qanunsuz qırıntı ayın 12-si olub, lakin həmin gün qeyri-iş günü olduğundan növbəti gün ərazi araşdırılıb və sənədləşdirilib. Bu barədə məlumat isə mətbuatda ayın 26-sı yayılıb, ikinci yoxlama isə ayın 16- sı olub, onu da araşdırararaq sənədləşdirdiklərini qeyd etmişdir. Etiraf etdi ki, 2-ci yoxlamada meşə fonduna vurulan zərər 1000 manatdan yuxarı olduğuna görə səhvən protokol tərtib edib. Bundan əlavə, yoxlama nəticəsində meşə fonduna dəyən ziyanın təqsirkarı bəlli olmadığınagörə gözətçinin üzərinə yazılıb. Sonda bildirmişdir ki, səhvləri var, bir daha təkrarlanmaması üçün daha məsuliyyətlə çalışacaq; Meşələrin qorunub mühafizə olunması üzrə baş mühəndis X18 O.Nəsiblinin sualına cavab olaraq bildirmişdir ki, protokolu səhv tərtib etdiyini öyrənəndən sonra toplanmış sənədləri Xidmətə göndərmişdir ki, aidiyyəti üzrə Baş Prokurorluğa göndərilsin. Sonda səhvi olduğunu etiraf etmiş və bu səhvləri düzəltmək üçün çalışacağını bildirərək çıxşını sonlandırmışdır; Meşəbəyi İddiaçı çıxış edərək etiraf etmişdir ki, 5 ha ərazini özü şumlayıb, lakin həmin ərazinin qanunsuz şumlanmış əraziyə aid olmadığını bildirmişdir. Şumladığı ərazidə payız əkininə hazırlıq gördüyünü qeyd etmişdir. 2022-ci ildə əkilmiş sahəni də M.Şikara şifahi olaraq deyərək köçürdüyünü çıxışında qeyd etmişdir. Belə ki, həmin ərazini ona görə köçürüb ki, suya daha yaxın olsun və mal-qaradan mühafizə oluna bilsin. Bundan əlavə, yoxlama zamanı Xidmət tərəfindən sənədlərin qərəzli olaraq yazıldığını da bildirmişdir. 15.AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03 avqust 2018-ci il tarixli 529/Ü nömrəli əmri ilə təsdiq edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X25 Təsərrüfatı Mərkəzi haqqında Əsasnamənin 5.7-ci bəndinə əsasən mərkəzin strukturu müəyyən olunmuş qaydada təşkil edilmiş meşəbəyliklərdən ibarətdir. Meşəbəyliyə meşəbəyi rəhbərlik edir. 5.8-ci bəndinə əsasən meşəbəyliklərə aşağıdakılar həvalə olunur: 1. müəyyən olunmuş qaydada meşə quruluşu sənədlərində cari dəyişikliklərin edilməsi, texniki və digər sənədləşmənin aparılması; 2. meşələrin qorunub mühafizə olunması, bərpası və digər meşə təsərrüfatı tədbirlərinin aparılmasının təşkil edilməsi. 5.9-cu bəndinə əsasən meşəbəyi aşağıdakılara görə məsuliyyət daşıyır: 1. meşə fondunun qorunub saxlanılmasına; 2. meşələrin mühafizə edilməsinə və təkrar istehsalına; 3. meşə təsərrüfatı işlərinin aparılmasında texniki-təhlükəsizlik qaydalarına əməl edilməsinə; 4. meşə mühafizə və meşəbərpa tədbirləri barədə müəyyən olunmuş qaydada dövri hesabatların təqdim edilməsinə. 5.10-cu bəndinə əsasən meşəbəylik müəyyən olunmuş qaydada təşkil edilmiş meşə dolaylarından ibarətdir. 5.11-ci bəndinə əsasən meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirilir. 16.AR Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 23-17-xx-xx-014615 saylı məktubundan görünür ki, X25 X8 meşəbəyliyinin 1 saylı dolayının 16 nömrəli kvartalında 17,82 hektar sahədə xüsusi texnika vasitəsilə 1306 ədəd ağac və 698 ədəd kol bitkisinin (akasiya, iydə, qarağac, zeytun, şeytan ağacı, tut, alça, nar, yulğun, böyürtkən) qanunsuz kəsilərək 4726 manat, eləcə də dövlət büdcəsindən ayrılmış 2827,55 manat hesabına 8,46 hektar sahədə aparılmış mədəni meşə fonduna daxil olan əkinlərin götürülərək ümumilikdə 7553,55 manat məbləğində olmaqla, külli miqdarda ziyan vurulması faktı ilə bağlı araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə RPŞ-nə göndərilmişdir. Hal-hazırda istintaq davam etdirilir. 17.Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 68/2-36073 saylı məktubundan görünür ki, 02 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun müavini Elmar Camalov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır və həmin tarixdə cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ibtidai istintaqın aparılması üçün cinayət işi Bərdə rayon Polis şöbəsinə göndərimiş və ibtidai istintaqın davam etdirilməsi Bərdə RPŞ-nin İB-nin müstəntiqi X9 həvalə olunmuşdur. İstintaq zamanı X16 24 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin İB-nin müstəntiqi Fərhad Əvəzli tərəfindən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin259.2.4-cü maddəsi ilə ittiham elan olunaraq cinayət işinin baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. 18.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2776/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Ayşən Sultanova- Məmmədova) iddia rədd olunmuşdur. 19.Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. 20.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 80.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 21.İddiaçı apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz hesabına minlərlə nar və s. cinslərdən şitil yetişdirərək Bərdə RMTM-ya təhvil verməklə təbiətə töhfələr verib. Bunu hətta həmin vaxt onunla çalışan həmkarları da təsdiq edə bilərlər. Yüz hektarlarla mədəni meşə əkini yetişdirib meşə yaradaraq səhralaşmanın qarşısını alıb. 2023-cü ilin mart ayında 1 saylı meşə dolayısına yaxın ərazidə kompakt şəkildə yaşayan qaçqınlar ona zəng vuraraq bildirdilər ki, 1 saylı meşə dolayısında texnika işləyir. Bundan sonra o, həmin əraziyə gedib və rəhbərliyə bildirib ki, texnikalar ağacları çıxararaq bir yerə toplayıblar. Bundan başqa ona 2023-cü ilin mart ayında maaşdan əlavə pul mükafatı da verilmişdir. Ekologiya Nazirliyi tərəfindən isə bir ay sonra 70-ci maddənin “ç”bəndi ilə işdən azad edilib. Bu isə haqsızlıq və qanunsuzluqdur. Sözügedən əraziyə cavabdeh olan X10 işə bərpa ilə bağlı Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə iddia təmin edilərək işinə bərpa olunmuşdur. İşə baxan məhkəmə cavabdehin və onun verdiyi izahatı sübut kimi hesab edərək qətnamə qəbul etmişdir. Kəlbəcər rayonundan məcburi köçkün olmaqla heç bir yerdən gəliri yoxdur. Ailəsini sözügedən idarədən aldığı məvaciblə dolandırır. Bundan başqa 1992-ci il tarixdə Kəlbəcər rayonunun girişində milli münaqişə zamanı ermənilər tərəfindən atılan raketinpartlaması nəticəsində başının bir neçə hissəsindən o, cümlədən bədən və ayaq nahiyyələrindən qəlpə yaraları alıb. Bu səbəbdən də sözügedən qətnamə ləğv edilməlidir. 23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 24.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 13 fevral 2024-cü il tarixli, 2(103)-683/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin “İntizam tənbeh tədbirinin tətbiqi haqqında” 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmrinin İddiaçı aid hissədə, yəni onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi hissəsində ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə - Bərdə meşəbəyliyinin meşəbəyisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilməsi qət edilmişdir. 25.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, 142/ü saylı əmr verilərkən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbinə əməl olunmamışdır. Belə ki, həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama 13-15 mart 2023-cü il tarixlərdə aparılmış, iddiaçı isə bundan təxminən bir ay 10 gün sonra işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə işdən azad olunmuşdur. 26.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı sözügedən meşə dolayısında və əksər kvartallarında ağacların kənar şəxslər tərəfindən kəsilməsi ilə bağlı neqativ hallar və meşə gözətçisinin vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi barədə hələ xx.xx.2023-cü il tarixdə Bərdə RMTM-nin direktoruna xidməti məruzə ilə müraciət etmiş, həmin xidməti məruzə əsasında xx.xx.2023-cü il tarixdə Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında yoxlama aparılmış, həcm-qiymət cədvəli tərtib olunaraq aktda göstərilən qanunsuz kəsilmiş, çıxarılmış ağaclar və çıxarılmış cır nar kollarına görə meşəyə ziyan dəydiyi müəyyən edilmişdir. 27.Eləcə də apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bilavasitə tabe olduğu rəhbərliyə - Bərdə RMTM-nin direktoruna məlumat vermiş, təqsirkar şəxsi müəyyən edib rəhbərliyə təqdim etmiş və bununla da özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir.Lakin mübahisələndirilən əmrdə bu hal diqqətdən kənarda qalmış, onun qanunvericilikdə nəzərdə tutulan vəzifələrini və qulluq funksiyalarını düzgün yerinə yetirmədiyi, göstərilən sahədə meşənin mühafizəsi və ona nəzarət işini zəif təşkil etdiyi və bununla da vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi qeyd olunmuşdur.Əmrin məzmunundan göründüyü kimi, işəgötürən bu qənaətini lazımi qaydada əsaslandırmamış, iddiaçının qanunla müəyyən olunmuş hansı vəzifələri və funksiyaları yerinə yetirmədiyini konkret göstərməmişdir ki, bu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə ziddir. Məhkəmə iclasında müəyyən olunduğu kimi, iddiaçı aşkar etdiyi pozuntu barədə dərhal rəhbərliyə məlumat vermiş, ağacları kəsən şəxsi müəyyən edib Xidmət rəhbərliyinə təqdim etmiş, onun izahatı alınmış və barəsində tədbir görülmüşdür. Həmin şəxs (Həsən Həsənovun) barəsində cinayət işi başlanmış, istintaq yekunlaşıb məhkəməyə verilmiş və hazırda cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılır. Apellyasiya baxışı zamanı şahid kimi dindirilən müharibə əlili Həsən Həsənov qeyd olunanları bütünlüklə təsdiq edərək göstərmişdir ki, onun iddiaçı ilə hər hansı tanışlığı olmamış, ağacları qeyri-iş günlərində gizlin kəsmiş, heç kimin xəbəri olmamışdır. Buna səbəb isə bostan sahəsi üçün əkin yeri ayrılması barədə müraciətinə Mərkəzin direktoru tərəfindən müsbət cavab verilməməsi olmuşdur. O, ağacların kəsilməsinəticəsində dövlətə vurulan ziyanı tam həcmdə ödəyib və borcu qalmayıb. Hazırda Bərdə Rayon Məhkəməsində barəsində olan cinayət işinə baxılır və iş üzrə ekspertiza təyin edildiyindən icraat dayandırılmışdır. 28.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 529/Ü saylı əmri ilə təsdiq olunmuş “X25 Təsərrüfatı Mərkəzi haqqında” Əsasnamənin 5.9-cu bəndində meşə fondunun qorunub saxlanmasına, meşələrin mühafizə edilməsinə və təkrar istehsalına ümumi şəkildə meşəbəyinin də məsul olduğu qeyd edilsə də, 5.11-ci bənddə meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işinin bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirildiyi konkret olaraq təsbit edilmişdir. İddiaçı da məhz bu əsasla rəhbərliyə yazdığı xidməti məruzədə meşə gözətçisinin öz vəzifələrini layiqincə yerinə yetirmədiyini xüsusi olaraq qeyd etmişdir. 29.Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının hərəkəti ayrılıqda əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə və əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İşəgötürən bunu əsas kimi qəbul etmiş olsaydı belə, iddiaçı barəsində yalnız həmin pozuntunu aşkar etdiyi gündən bir ay ərzində ölçü götürə bilərdi (Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi). Belə ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartallarında yoxlama 13-xx.xx.2023-cü il tarixlərdə aparılmış, iddiaçı ilə əmək müqaviləsinə isə işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və eləcə də maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır. 30.Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci mаddəsinin “b” bəndinə, 60-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 80.1, 80.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat 31.Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-683/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 32.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, 142/ü saylı əmr verilərkən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinin tələbinə əməl olunmamışdır. Belə ki, həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında aparılan yoxlamalar zamanı aşkarlanan meşə qanunvericiliyinin pozulması faktları təkcə 13-15 mart tarixlərini əhatə etmir. Belə ki, həmin tarixlərdə qanunsuz ağackəsmə halları aşkarlansa da 28,29,31 mart tarixlərində də sözügedən ərazidə yoxlamalar olmuş və yeni faktlar aşkarlanmışdır. 28 və 29 mart tarixlərində keçirilmiş yoxlamada qanunsuz ağac kəsilməsi nəticəsində meşə fonduna 2378,78 manat zərər dəydiyi müəyyən olunmuş, 31 mart tarixində aparılmış yoxlama zamanı isə ərazidə meşə əkinlərinin şumlanması faktı öz təsdiqini tapmışdır. Sözügedən əkinlər kürünərək məhv edilmişdir. Həmin əkinlərdən 5 hektarının CamalovMüşfiq özü tərəfindən şumlandığı da etiraf edilmişdir və bununla bağlı ona heç bir rəsmi tapşırıq verilməmişdir.Əkin sahələrinin müstəqil müəyyənləşdirilməsi meşəbəyinin səlahiyyətlərinə aid deyildir. Göründüyü kimi sözügedən ərazidəki qanunsuz hallar 13 mart tarixində baş versə də, sonrakı dövrlərdə yeni hallar aşkarlanmışdır.Odur ki, 28 və 29 mart tarixində aşkarlanan qanunsuz hallarla bağlı müddətin axımı müvafiq olaraq 28 və 29 aprel tarixlərində bitir. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmamış və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi göstərilən halları nəzərə almadan işi tam araşdırmadan qeyri-obyektiv qərar qəbul etmişdir. 33.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(102)- 1688/2024 saylı qərarı ilə cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(105)-683/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. 34.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında aparılan yoxlamalar zamanı aşkarlanan qanunvericiliyinin pozulması faktları təkcə 13- 15 mart tarixlərini əhatə etmir. 35.Həmin tarixlərdə qanunsuz ağackəsmə halları aşkarlansa da, 28, 29, 31 mart tarixlərində də sözügedən ərazidə yoxlamalar olmuş və nöqsanlar aşkarlanmışdır. 36.28 və 29 mart tarixlərində keçirilmiş yoxlamada qanunsuz ağac kəsilməsi nəticəsində meşə fonduna 2378,78 manat zərər dəydiyi müəyyən olunmuş, 31 mart tarixində aparılmış yoxlama zamanı isə ərazidə meşə əkinlərinin şumlanması faktı öz təsdiqini tapmışdır. Sözügedən əkinlər kürünərək məhv edilmişdir. 37.Həmin əkinlərdən 5 hektarının İddiaçı özü tərəfindən şumlandığı da etiraf edilmişdir və bununla bağlı ona heç bir rəsmi tapşırıq verilməmişdir. 38.Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X6 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 39.Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX205 nömrəli təqdimatla müraciət edərək X25 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. 40.Bu məqsədlə aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və 17 aprel 2023-cü il tarixli, 07 saylı protokola əsasən Kamal Behbudova, Orxan Babaşova və X19 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsi, X14 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsi, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tövsiyə edilmişdir. 41.İş materiallarında olan xx.xx.2023-cü il tarixli 115/em saylı əmrdən də göründüyü kimi araşdırmalar davam etmiş və pozuntu hallarının davamlı xarakter daşıması öz təsdiqini tapmışdır. 42.Bununla da müəyyən edilir ki, sözügedən ərazidə törədilmiş qanunsuz hallar 13 mart tarixində baş versə də, 28 və 29 mart tarixlərində aşkarlanan qanunsuz hallarla bağlı müddətin axımı müvafiq olaraq 28 və 29 aprel tarixlərində bitmişdir. Bu da öz növbəsində ona dəlalət edir ki, iddiaçı barəsində intizam tənbehi barədə əmr 25 aprel 2023-cü il tarixini əhatə etdiyindən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə əməl olunmuş, 1 aylıq müddətə riayət edilmişdir. 43.Müvafiq yoxlama aparılmaqla fakt müəyyən olunduqdan sonra yuxarı təşkilat tərəfindən yenidən hər hansı yoxlamanın aparılması işəgötürən tərəfindən ƏməkMəcəlləsinin 187-ci maddəsinin tələbi pozulmaqla əmr verilməsi üçün əsas yaratmaması barədə apellyasiya instansiyası məhkəməsinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin münasibətlər hüquqi müstəvidə davam edən xarakter daşımışdır. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat a)Məhkəmə icraatı iştirakçılarının izahatları 44.Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. 45.Məhkəmə kollegiyasının iclasında cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X12 apellyasiya şikayətin qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

46. 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır;

47. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;

48. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;

49. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir;

50. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;

51. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

52. 71-ci maddənin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

53. 72-ci maddənin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir;

54. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir;

55. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdən ibarət intizam tənbeh verə bilər; 56.187-ci maddəsinin 1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 57.187-ci maddəsinin 2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 58.300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 59.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 60.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

61.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 62.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 64.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 X7 meşəbəyliyində meşəbəyi vəzifəsində çalışmışdır. 65.İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyası təsdiq edilmiş əsasnaməyə uyğun olaraq müəyyən edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03 avqust 2018-ci il tarixli 529/Ü nömrəli əmri ilə təsdiq edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X25 Təsərrüfatı Mərkəzi haqqında Əsasnamənin 5.7-ci bəndinə əsasən mərkəzin strukturu müəyyən olunmuş qaydada təşkil edilmiş meşəbəyliklərdən ibarətdir. Meşəbəyliyə meşəbəyi rəhbərlik edir. 5.8-ci bəndinə əsasən meşəbəyliklərə aşağıdakılar həvalə olunur: 1. müəyyən olunmuş qaydada meşə quruluşu sənədlərində cari dəyişikliklərin edilməsi, texniki və digər sənədləşmənin aparılması; 2. meşələrin qorunub mühafizə olunması, bərpası və digər meşə təsərrüfatı tədbirlərinin aparılmasının təşkil edilməsi. 5.9-cu bəndinə əsasən meşəbəyi aşağıdakılara görə məsuliyyət daşıyır: 1. meşə fondunun qorunub saxlanılmasına; 2. meşələrin mühafizə edilməsinə və təkrar istehsalına; 3. meşə təsərrüfatı işlərinin aparılmasında texniki-təhlükəsizlik qaydalarına əməl edilməsinə; 4. meşə mühafizə və meşəbərpa tədbirləri barədə müəyyən olunmuş qaydada dövri hesabatların təqdim edilməsinə. 5.10-cu bəndinə əsasən meşəbəylik müəyyən olunmuş qaydada təşkil edilmiş meşə dolaylarından ibarətdir. 5.11-ci bəndinə əsasən meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirilir. 66.İş materialları ilə müəyyən edilir ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayısının 16 saylı kvartalında aparılan yoxlamalar zamanı aşkarlanan qanunvericiliyinin pozulması faktları təkcə 13- 15 mart tarixlərini əhatə etmir.Həmin tarixlərdə qanunsuz ağackəsmə halları aşkarlanmışdır. 67.Belə ki, Bərdə RMTM-nin meşə mühafizəsi işləri üzrə direktor müavini Behbudov Kamal tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən növbəti qəfləti yoxlama zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında əvvəllər salınmış akasya cinsindən ibarət meşə əkini sahəsində 60 ədəd kök üstə ağacların kəsilməsi və 70 ədəd cır nar kollarının texniki vasitə ilə kökündən çıxarılaraq qalaqlanması aşkar etmişdir. 68.Həmin tarixlərdə qanunsuz ağackəsmə halları aşkarlansa da, 28, 29, 31 mart tarixlərində də sözügedən ərazidə yoxlamalar olmuş və nöqsanlar aşkarlanmışdır.

69. 28 və 29 mart tarixlərində keçirilmiş yoxlamada qanunsuz ağac kəsilməsi nəticəsində meşə fonduna 2378,78 manat zərər dəydiyi müəyyən olunmuş, 31 mart tarixində aparılmış yoxlama zamanı isə ərazidə meşə əkinlərinin şumlanması faktı öz təsdiqini tapmışdır. Sözügedən əkinlər kürünərək məhv edilmişdir. 70.Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 115/em saylı əmrinə əsasən Bərdə RRMTnin Bərdə meşəbəyliyinin 1 saylı dolayında ağacların kəsilməsi, ərazilərin şumlanması barədə daxil olmuş məlumatlar Xidmətin əməkdaşları tərəfindən Mərkəzin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının 16-cı kvartalında ümumilikdə 17,82 hektar meşə ərazisinin başdan-başa şumlandığı və nəticədə 43,42 m3 həcmində 4079,73 manat ziyan və nırx dəyərində 1282 ədəd ağacın, 559 ədəd (nar, yulğun) kolun, 2827,55 manat xərc çəkilmiş 8.46 hektar dövriyyədə olan meşə əkinlərinin kürünərək məhv edildiyi, bununlada meşə fonduna ümumilikdə 6907,28 manat ziyan vurulduğu məlum olmuşdur. Faktla bağlı xx.xx.2023-cü il tarixli 005310 nömrəli Akt tərtib edilmiş və “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən meşə fonduna vurulmuş zərərin məbləği hesablanmışdır. 71.Həmin əkinlərdən 5 hektarının iddiaçı tərəfindən şumlandığı da etiraf edilmişdir və bununla bağlı ona heç bir rəsmi tapşırıq verilməmişdir. 72.Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün iş üzrə əhəmiyyət kəsb edən materiallar X6 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 73.Meşələrin İnkişafı Xidmətinin Meşə mühafizə şöbəsi xx.xx.2023-cü il tarixli DX205 nömrəli təqdimatla müraciət edərək X25 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının Meşə Məcəlləsinin tələblərini pozması, işə məsuliyyətsiz yanaşması və verilmiş tapşırıqları vaxtında yerinə yetirməməsi səbəbi ilə onlar barəsində intizam tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. 74.Buna görə də, aidiyyəti işçilərin iştirakı ilə Xidmətin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və 17 aprel 2023-cü il tarixli, 07 saylı protokola əsasən Kamal Behbudova, Orxan Babaşova və X19 Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilməsi, X14 Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilməsi, İddiaçı və Bayram Əhmədzadə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tövsiyə edilmişdir.

75. xx.xx.2023-cü il tarixli 115/em saylı əmrdən də göründüyü kimi araşdırmalar davam etmiş və pozuntu hallarının davamlı xarakter daşıması öz təsdiqini tapmışdır. 76.Bununla da müəyyən edilir ki, sözügedən ərazidə törədilmiş qanunsuz hallar 13 mart tarixində baş versə də, 28 və 29 mart tarixlərində aşkarlanan qanunsuz hallarla bağlı müddətin axımı müvafiq olaraq 28 və 29 aprel tarixlərində bitmişdir. Bu da öz növbəsində ona dəlalət edir ki, iddiaçı barəsində intizam tənbehi barədə əmr 25 aprel 2023-cü il tarixini əhatə etdiyindən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə əməl olunmuş,həmin münasibətlər hüquqi müstəvidə davam edən xarakter daşımaqla, 1 aylıq müddətə riayət edilmişdir. 77.Beləliklə xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində intizam tənbehinin verilməsi barədə əmr qəbul edilmişdir. 78.Göründüyü kimi, iddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində, əmək vəzifələri kobud şəkildə pozulmuş, cavabdehə maddi zərər dəymişdir. 79.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz vəzifə öhdəliklərini kobud şəkildə pozaraq meşələrin qorunub mühafizə edilməsi istiqamətinə fəaliyyəti ilə bir araya sığmayan əməllərə yol verməsi, bununla da meşədə qanunsuz qırıntı baş verməsinə bilavasitə şərait və səbəb olması, heç bir icazə olmadığı halda dövriyyədə olan müxtəlif illərdə salınmış meşə əkinlərinin olduğu 8,46 ha torpaq sahəsini şumlamasının iş materialları ilə öz təsdiqini tapması onu deməyə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanuni və əsaslı olmuşdur. 80.Kollegiya hesab edir ki, iddiaçı tərəfindən yol verilən əməllər cavabdeh müəssisənin meşələrdə qanunsuz ağac tədarükü və digər meşəqırmalarının qarşısının alınması; meşə fondunun açıq sahələrində (meşə ilə örtülü olmayan) yeni meşəliklərin salınması və mövcud meşə sahələrinin (seyrək meşəliklər) bərpa edilməsi kimi əsas fəaliyyət istiqaməti ilə uzlaşmamaqla cavabdehə maddi zərər vurmaqla nəticələnmişdir. 81.Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, şəxsin cinayət məsuliyyətinə cəlb olunmaması onu Əmək Məcəlləsinə əsasən nəzərdə tutulmuş intizam məsuliyyətindən azad etmir. Belə ki, hazırki məhkəmə işində qanunsuz halı törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, iddiaçı Əmək Məcəlləsi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək sözügedən qanun pozuntusunun baş verməsinə səbəb olmuşdur. 82.Qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, qanunsuz halın baş verməsi nəticəsində dövlət meşə fonduna 6907,28 manat zərər dəymişdir. Qarşı tərəf müvafiq pozuntuların baş verdiyi müddətdə digər dolaylarda müvafiq tədbirlər həyata keçirdiyini, ona görə də hadisənin qarşısını ala bilmədiyini bildirir. Lakin qeyd edilməlidir ki, meşəbəyliyi əhatə edən bütün dolayların ümumi mühafizəsi meşəbəyiyə həvalə edilir. Odur ki, bu, iddiaçını məsuliyyətdən kənarda qoymur. Eyni zamanda, Bərdə rayon sakini olan və illərlə müvafiq sahədə çalışan iddiaçının sözügedən geniş miqyaslı qanun pozuntusundan məlumatsız olması inandırıcı deyil. 83.Qeyd edilməlidir ki, yuxarıda göstərilən Əsasnamənin tələblərinə görə, dolayların mühafizəsinə birbaşa məsul şəxs meşə gözətçisi olsa da, meşəbəylik üzrə nəzarət meşəbəyiyə həvalə edilir.Meşəbəyi mütəmadi olaraq nəzarət tədbirlərini həyata keçirməli, dolayların ərazini yoxlamalı, yaz və payış təftişləri, qəfləti yoxlamalar aparmalıdır. 84.İddiaçı qeyd edir ki, hadisənin baş verdiyi dolayın gözətçisi Əhmədzadə Bayramın yaşayış yeri iş yerindən uzaq olduğundan o, öz əmək fəaliyyətini lazımi qaydada həyata keçirməmişdir və o, bu barədə Mərkəzə dəfələrlə məlumat vermişdir. Lakin B.Əhmədzadə müvafiq dolayda 1 ilə yaxın meşə gözətçisi vəzifəsində çalışmış, lakin bu müddət ərzində iddiaçı onun fəaliyyəti barəsində Mərkəzə hər hansı rəsmi xidməti məlumat təqdim etməmişdir. İddiaçı yalnız 14 mart 2023-cü il tarixdə, yəni sözügedən qanun pozuntusu baş verərkən (13 mart 2023-cü ildə qəfil yoxlama olandan sonra) Mərkəzə B.Əhmədzadənin səhlənkar fəaliyyəti barədə məlumat vermişdir. 85.Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti üzrə iddiaçının dəlilləri əsassız olmaqla məhkəmənin iş üzrə gəldiyi nəticənin ləğvi üçün hər hansı bir əsas təşkil etmir. 86.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. 87.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 88.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 89.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 90.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Emin Mehdiyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar