Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5074/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi,İddiaçı, cavabdehin nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3806/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad edilməyi barədə Dövlət Qaçqınkom Mənzil İstismar Departamenti Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməyi; işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının cavabdeh təşkilat tərəfindən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: İş materiallarına əlavə edilmiş 13 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı arterial hipertenziya diaqnozu ilə xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixində işdən azad edilmişdir (səh.37). Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 3806/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 184 saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və işdəki subutlar əsasında iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nın 8, 9, 88, 385, 386, 387, 390-cı maddələrinə; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 70, 71, 76-cı maddəsinin 1-cı bəndinə istinadən qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlən üzrə Dövlət Komitəsinin Mənzil istismarı Departamentinin Qaradağ rayon Mənzil İstismar Sahəsi arasında bağlanmış xx xxxx 2014-cü il tarixli həmin Sahəyə “Pedoqoq vəzifəsinə işə təyin olunmuşdur. Əmək intizamını dəfələrlə pozduğuna görə intizam məsuliyyətinə cəlb edilmiş, üzrsüz səbəblərdən 11, 13, 15, 18, xx xxxx 2019-cu il tarixlərində işə gəlməmişdir, onun bu hərəkətlər Azərbaycan Respublikası Qaçqınların və Məcbun Köçkünləhn İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Qaradağ rayon Mənzil İstismar Sahəsinin əmək kollektivinin xx xxxxx 2019-cu il tarixli iclasında geniş müzakirə edilmiş və onunla bağlanmış əmək müqaviləsinin pozulması barədə Azərbaycan Respublikası Qaçqınların və Məcbuh Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə yazılı müraciət edilməsi qərara alınmış və bu barədə zəruri sənədlər toplanılaraq təqdim olunmaqla Azərbaycan Respublikası Qaçqınlann və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinə yazılı məlumat verilmiş, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin pozulmaması üçün müxtəlif üsul və vasitələrdən istifadə etmişdir, cəhdlərinin bir nəticə vermədiyinə görə İddiaçı Allahverdı qızı onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyini yəqin edərək xx xxxxx 2019-cü il tarixdə ərazi üzrə Poliklinikaya müraciət etmiş və saxta tibbi arayış almışdır, xəstəliyi barədə Departamentə və Qaradağ rayon Mənzil Kommunal Sahəsinə hər hansı məlumat verməmişdir. İddiaçı hansı vəzifədə işləməsi, xəstəliyi və müvəqqəti ış buraxması barədə işəgötürənə məlumat verib-verməməsi, həqiqətən də. onkoloji xəstə olub-olmaması faktları araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentının Qaradağ rayon Mənzil İstismar Sahəsində xarrat-rəngsaz vəzifəsində işləyən İddiaçı 5 gün ərzində üzrsüz səbəblərdən işə gəlməmiş, üzrsüz səbəblərdən işə gəlməməsinin səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir, bununla da əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur, həmin əmək müqaviləsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməklə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11712/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunması qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1569/2020 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 11712/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Qərarda Azərbaycan Respublikası MPM-nin 88, 416, 418-ci maddələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə, 71, 72, 79, 189-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdeh təşkilatın Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsində "xarrat-rəngsaz” vəzifəsində işləyib və işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 184 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə və 72-ci maddəsinin a) bəndinə əsasən xx xxxxx 2019-cu il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən tərtib edilmiş akt, şikayət ərizəsi, həmçinin MKİS rəisi Pərviz Həsənovun xidməti məlumatı və direktorun dərkənarı göstərilib. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, iddiaçının əmək funksiyasının bilavasitə nədən ibarət olmasını, onun əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsini, eləcə də əmək funksiyasını yerinə yetirərkən onun qəsdinin və ya səhlənkarlığının, etinadsızlığının nədə ifadə olunmasını, bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulubpozulmamasını, sonda işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyibdəyməməsini aydınlaşdırmadan, eləcə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş cavabdeh təşkilatın işçiləri tərəfindən tərtib edilmiş aktı, iddiaçı barəsində olan şikayət ərizəsini, cavabdeh təşkilatın qanuni təmsilçisinin xidməti məlumatını, direktorun dərkənarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, aktı imza etmiş şəxslərin şahid qismində məhkəmə iclasında iştiraklarını təmin edib hazırki mübahisəli məsələyə onların münasibətini öyrənmədən, iddiaçı barəsində olan şikayət ərizəsinin mahiyyətinə varmadan, həmin şikayət ərizəsi ilə iddiaçının işdən çıxarılması arasında səbəbli əlaqənin olub-olmamasını, iddiaçının bütün iş günü işə gəlməməsinin səbəblərini, bunun üzürlü səbəblərdən baş verib-verməməsini və sair halları aydınlaşdırmadan, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçının adına 13 saylı şəhər Poliklinikası tərəfindən açılmış 312952 nömrəli "əmək qabiliyyətinin olmaması vərəqəsin”dən görünür ki, iddiaçı "arterial hipertenziya” diaqnozu üzrə xx xxxxx 2019-cu ildən xx xxxxx 2019-cu il tarixədək işdən azad edilməklə xəstə olmuşdur və "əmək qabiliyyətinin olmaması” vərəqəsindən görünür ki, o, işə xx xxxxx 2019-cu il tarixdə başlamalı idi. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının işəgötürənə xəstə olmasına dair heç bir məlumat vermədiyini, yalnız xx xxxxx 2019-cu il tarixdə işə çıxdıqdan sonra məlumat verdiyini və bu səbəbdən də işəgötürənin hazırda mübahisələndirilən əmrinin qanuni olması qənaətinə gələrkən də, sadalanan qadağanedici normaların tələblərini pozmuşdur. Halbuki, qeyd olunan maddələrin, o cümlədən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin mənasına görə, işdə olmadığı halda işçiyə intizam tənbehi verilə bilməz və intizam tənbehi verilməsini istisna etməsə də, hər bir halda intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verməsini tələb etməlidir. Göründüyü kimi hazırda mübahisələndirilən intizam tənbehi iddiaçıya işdə olduğu iş günü ərzində deyil, əmək qabiliyyətini müvəqqəti itirdiyi xx xxxxx 2019-cu il tarixdə verilmişdir, bu isə sadalanan maddələrin tələblərinə görə yolverilməzdir. Bundan başqa işdən görünür ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla xitam verərkən, həmkarlar ittifaqı təşkilatının qabaqcadan yazılı razılığını almamışdır. Halbuki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini pozaraq, iddiaçının çalışmış olduğu cavabdeh təşkilatda ümumiyyətlə həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstəribgöstərməməsini, onun həmkarlar ittifaqının üzvü olub-olmamasını aydınlaşdırmadan, bu barədə heç bir araşdırma aparmadan, işəgötürəninin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan xitam verməsinin yolverilməz olmasına əhəmiyyət vermədən, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Göründüyü kimi əmək qanunvericiliyi həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi üzrə xitam verilməsini istisna edir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, iddiaçı, iddia ərizəsində işgən çıxarılmasına dair işəgötürənin xx xxxxx 2019-cu il tarixli, 184 saylı əmrini mübahisələndirdiyindən, həmin əmrlə də o, "pedaqoq” vəzifəsindən deyil, "xarrat-rəngsaz” vəzifəsindən çıxarıldığından, onun "pedaqoq” vəzifəsinə bərpa olunmasını tələb etməsi, iddia tələblərinin rədd edilməsi üçün əsas sayıla bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsinin iddia tələblərini rədd edərkən qeyd olunan hala istinad etməsi də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının əmək intizamını dəfələrlə pozduğuna görə intizam məsuliyyətinə cəlb edildiyini, üzrsüz səbəblərdən 11, 13, 15, 18, xx xxxx 2019-cu il tarixlərində işə gəlmədiyi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcbun Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Qaradağ rayon Mənzil İstismar Sahəsinin əmək kollektivinin xx xxxxx 2019-cu il tarixli iclasında geniş müzakirə edildiyini, əmək müqaviləsinin pozulması barədə Mənzil İstismarı Departamentinə yazılı müraciət edilməsi qərara alındığını, iddiaçının bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyini yəqin edərək xx xxxxx 2019-cü il tarixdə ərazi üzrə Poliklinikaya müraciət etdiyini, əmr təqdim edilən sənədlər əsasında komitə tərəfindən verildiyindən yuxarı rəhbərliyin əmri imzalayan zaman iddiaçının xəstəliyindən məlumatlı olmadığını, iddiaçının isə bu barədə məlumat vermədiyini bildirmiş və həmkarlar komitəsinin qərarını təqdim edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə salxanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı müəyyən olunur: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar X1 Komitəsinin xx.xx.2019-cu il tarixli 01 saylı protokoluna əsasən, Mənzil İstismar Departamentinin tabeliyində olan Qaradağ rayon Mənzil- Kommunal İstismar Sahəsinin işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə pozulmasına razılıq verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 70, 72, 186, 187, 189-cu maddələri; MPM-nin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətləri əsassız olduğundan önların ödənilməsi üçün dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd ediməlidir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq həmkarlar ittifaqının rəyindən başqa iddianın mahiyyətini və qanuni əsaslarını təkzib edən digər sübutlar təqdim edilməmiş, məhkəmə isə çəkişmə prinsipinə müvafiq olaraq özü sübutlar əldə etmir, sadəcə bunların təqdim edilməsinə şərait yaratmalıdır. Kollegiya hesab edir ki, işəgötürən tərəfindən əmrin verilməsindən bilavasitə öncə işçinin harada olması ilə maraqlanmalı və ondan müvafiq izahat almalı idi. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3806/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5074/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5074/2020
14.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver