Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5076/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Rüstəm Əliyev adına 3 №-li tam orta məktəbə qarşı əmək fəaliyyətinin təmin ediıməsi vəzifəsinin 3 №-li tam orta məktəbə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2170/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Rüstəm Əliyev adına 3 №-li tam orta məktəbə qarşı əmək fəaliyyətinin təmin ediıməsi vəzifəsinin 3 №-li tam orta məktəbə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili cavabdeh Rüstəm Əliyev adına 3 №-li tam orta məktəbin əsl cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilməsinə razı olduğunu bildirmiş və cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, qərardad hər iki tərəfin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yerləşdirilmişdir. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər müddət ötürülməsi ilə verildiyindən cavabdehə geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin poçt vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli qərardadı İdarəyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Həmin qərardadın məhkəmə tərəfindən xx.xx.2022ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Elektron məhkəmə” informasiya sistəminə yükləndiyi iddia olunsa da müəyyən texniki problemlər səbəbindən həmin vaxt İdarənin sistəmə giriş imkanı olmamış və qərardadın çıxması barədə məlumatsız olmuşdur. Hesab edirlər ki, qərardadda şikayət müddətinin ötürülməsi barədə qeyd əsassız həsab olunmalı və Binəqədi Rayon Məhkəməsindən poçt vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2(001)-2170/2022 saylı qərardadın xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olması və şikayət müddətinin ötürülmədiyi nəzərə alınmalıdır. Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2170/2022 saylı qərardadı həmin gün - xx.xx.2022-ci il tarixdə, saat 14:54-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məxsus elektron kabinetində yerləşdirilsə də, cavabdeh şikayətində qərardadın alınma tarixi olaraq xx.xx.2022-ci il tarixi qeyd etmiş və qərardaddan şikayətlə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Cavabdeh şikayətində qərardadı xx.xx.2022-ci il tarixdə almasını qeyd etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi mülki işin aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət versə də, şikayətin məzmununda aidiyyət məsələsinə ümumiyyətlə toxunmamış, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin cavabdeh qismində cəlb edilməsindən narazı olduğunu bildirmişdir. Halbuki, tərəfin cavabdeh qismində cəlb edilməsindən şikayət vermə imkanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi qərardadan apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2170/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5076/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5076/2022
13.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver