Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5081/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mənzildən istifadə hüququnun itirilməsi; mənzilə pay hüququnun müəyyən edilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə pay hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-869/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının nümayəndəsi Vəkil1 Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi 117B, bina 13 ünvanında yerləşən 25 saylı mənzildən 6000 manat məbləğində kompensasiya verilməklə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə pay hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117 B, ev 13, mənzil 25-dən onun (Mehdiyeva (Rüstəmova) Nərmin Adəm qızının) beşdə üç payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-869/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itiriməsi” tələbinə dair ilkin iddiası təmin edilmiş, Cavabdeh 6000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, 117 B, ev 13, 25 saylı mənzilə olan istifadə hüququnun itirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə pay hüququnun müəyyən edilməsinə” dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4; Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 34.1; Mülki Məcəlləsinin 225.1, 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, əvvəlcə qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, hazırkı mübahisədə qarşılıqlı iddianın əsaslılığı ilkin iddianın mahiyyətini aradan qaldırır. Yəni mənzilin tərəflərin ümumi birgə mülkiyyəti olunduğu təsbit edildiyi halda, hər hansı istifadə hüququndan və ya onun itirilməsindən söhbət gedə bilməz. Qarşılıqlı iddiaçı mənzilin həm onun atasının, həm də İddiaçı cüzi vəsaiti hesabına alındığını iddia edir və bu səbəbdən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti kimi bölünməli olduğu qənaətindədir. Halbuki işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil tərəflərin nikahda olmadıqları dövrdə, hətta faktiki nikaha daxil olmamışdan əvvəl alınmışdır. Belə ki, mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı xx.xx.2017-ci il tarixdə verilmişdir. Bu isə onu təsdiq edir ki, sifarişçi podratçıya xx.xx.2017-ci ildə mənzilin dəyərini tam ödəmişdir. Halbuki mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əmlak nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Qarşılıqlı iddiaçının xx.xx.2019-cu il tarixli maliyyə arayışına istinad etməsi əsassızdır. Belə ki, verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, ikinci dəfə maliyyə arayışı yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tələb edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həqiqətən də müqavilədə nəzərdə tutulmuş mənzilin ünvanı dəyişmişdir (konkretləşmişdir). Belə ki, müqavilə bağlanan və ilkin maliyyə arayışı verildiyi zaman yaşayış sahəsinin ünvanı kimi Binəqədi rayonu, Sulutəpə yaşayış massivi göstərilsə də, sonradan ünvan konkretləşmiş və Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117 B, ev 13, mənzil 25 olaraq müəyyən edilmiş və bu formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının tarixi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Odur ki, mülkiyyət hüququnun nikah dövründə qeydə alınması, həmin hüququn daha əvvəl yaranmış olmasını istisna etmir. Bundan əlavə qarşılıqlı iddianın dəlillərindən biri də iddiaçının atasının mənzilə dair 48000 manat vəsait ödəməsidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa əgər iddia edilən formada mənzilin alınması üçün ilkin iddia üzrə cavabdehin atası tərəfindən müəyyən həcmdə vəsait verilmişdirsə, tərəf ödədiyi pulu müstəqil iddianın predmeti kimi ilkin iddia üzrə iddiaçıdan tələb edə bilər. Bu isə hazırkı mübahisənin predmeti olmadığı kimi, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzilə pay hüququnun yaranmasının əsası kimi çıxış etmir. Bu səbəbdən qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmə ilkin iddia tələbini ona görə əsaslı hesab edir ki, cavabdehin nikahda olduqları vaxt istifadə hüququ tanınmış mənzilə dair nikah pozulduqdan sonra istifadə hüququ saxlanılmaya bilər. Belə ki, istifadə hüququ ilə bağlı tərəflər arasında olan münasibətlər 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşür. Hansı ki, həmin məcəllənin 30.4-cü maddəsinə əsasən başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Eyni zamanda həmin maddənin ikinci cümləsində qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin istifadə hüququnun tanınmasının əsası tərəflər arasında nikah münasibətlərinin mövcudluğu olsa da, hazırda nikah münasibətlərinə xitam verilmişdir. Eyni zamanda cavabdeh izahatlarında uşaqları ilə gedəcəyi başqa yaşayış sahəsinin olmadığını bildirmiş və bundan sonra iddiaçı tələbini artıraraq kompensasiya təklif etmişdir. Bununla yanaşı tərəflər arasında olan münasibətlər gərgindir və iddiaçı cavabdehlə birgə yaşaya bilməməsini nikaha xitam verilməsinə səbəb olan hallarla əsaslandırmışdır.
5. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: - İddiaçı ilə Cavabdeh rəsmi olaraq xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 2018 və 2020-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları vardır. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə Y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 13, mənzil 25 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər qeyri-rəsmi nikaha daxil olduqdan (toy şənliyindən) sonra, yəni 2017-ci ilin iyul ayından cavabdeh həmin mənzilə köçmüşdür; - Tərəflər arasında bağlanmış nikaha Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-114/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir; - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 1690 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzil İddiaçı təhvil verilmiş və satışdan sonra mənzilə görə qalıq borcun qalmaması barədə xx.xx.2017-ci il tarixli, 02/6-100 saylı maliyyə arayışı verilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh mülkiyyətçinin ailə üzvü olduğundan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququ tanınmış və mənzilə köçürülməli olması müəyyən edilmişdir. Qətnamə icra olunaraq Cavabdeh uşaqları ilə birlikdə mənzilə köçürülmüşdür; - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna verilən xx.xx.2023-cü il tarixli, 02/05-462 saylı məktubla müəyyən edildi ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, 117 B ünvanında yerləşən 13 saylı binanın, 25 saylı mənzilinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixli, 1690 saylı müqavilə tərtib edilmiş və xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı verilmişdir. Yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tələb edildiyi üçün İddiaçı adına xx.xx.2019cu il tarixli 02/05-854 saylı yenilənmiş maliyyə arayışı verilmişdir (iş səh. 4-6, 12, 45, 50, 138). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 869/2023 saylı 12 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2; 36.1, 36.3, 36.4, 36.8, 37.1, 37.2; Mülki Məcəlləsinin 213, 222, 225; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2, 14.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14, 76, 77.1, 88, 106.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməyərək araşdırmamışdır ki, İddiaçı adına xx.xx.2020-ci il tarixdə (həmin dövr üçün) çıxarış sifariş olunan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ilkin olaraq xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı təqdim olunduqdan sonra köhnə ünvanla yeni ünvan arasında yanlışlığın əvəzləşdirilməsi tələb edilmişdirmi və hansı zəruriyyət səbəbindən və əsl həqiqətdə həmin sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən rəsmən tələb edilmişdirmi, tələb edilmişdirsə, bu halı hansı imtina məktubları təsdiq etmişdir? Məhkəmə eyni zamanda araşdırmamışdır ki, “ANT” İnşaat Təmir Tikinti” MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışı təqdim olunduğu halda X2 adına xx.xx.2020-ci il tarixdə çıxarışın 5 ay keçdikdən sonra verilməsinə səbəb nə olmuşdur? Halbuki Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun müddəalarına əsasən müraciətdən ən geci bir ay müddətində şəxsə çıxarış verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı böyük ehtimalla sonradan tərəflər arasında əmlak mübahisəsi yarandıqdan sonra “ANT” İnşaat Təmir Tikinti” MMC tərəfindən tərtib edilmiş sənəddir. Məhkəmə bu halları araşdırıraq həqiqəti müəyyən etməli idi. Nəticədə də qarşılıqlı iddianın əsaslı və qanuni olması müəyyən edilərək təmin ediləcəkdir. Obyektiv həqiqət isə ondan ibarətdir ki, mənzilin dəyəri tərəflərin birgə nikahı dövründə ödənildiyinə görə xx.xx.2019-cu il tarixdə də “ANT” İnşaat Təmir Tikinti” MMC tərəfindən maliyyə arayışı verilmişdir. Çıxarışın verilməsinə isə 2020-ci ilin mart-aprel aylarında müraciət olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq, yanlış nəticəyə gələrək sübutları yanlış qiymətləndirmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Cavabdeh nümayəndəsi Vəkil3 xx.xx.2023-cü il tarixdə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsində mülki işin araşdırma müddəti ərzində hüquqlarını müdafiə etdiyi cavabdehin nümayəndəsi ilkin iddiaya qarşı etirazı və qarşılıqlı iddianı müdafiə edərək izahatlarında mübahisəli mənzilin birgə nikah dövründə cavabdehin atası tərəfindən ödənilən 48000 manat və ilkin iddiaçının qardaşı tərəfindən ödənilən 10000 manat vəsait hesabına 58000 manata alındığını qeyd etmişdir. Mənzil isə Hicran adlı şəxsdən alınmışdır. İlkin iddiaçı isə ümumiyyətlə mənzilin alqı-satqısında iştirak etməmişdir. Yalnız MMC-yə gedərək bir dəfə sənədlərə imza atmışdır. Binəqədi Rayon Məhkəməsində nümayəndə tərəfindən təqdim edilən sübutlardan məlum olmuşdur ki, mübahisəli mənzilin kommunal sayğaçları hətta həmin şəxs olan Hicran adlı qadının adına olmuşdur. Lakin uzun müddət keçdiyinə görə, yaşayış yerini dəyişdiyinə və əlaqə məlumatları olmadığına görə nümayəndəsi və vəkili olduğu cavabdeh və qarşılıqlı iddiaçı həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin bu yaxınlarda Cavabdeh atası X6 rayon polisi vasitəsilə həmin qadının kimliyini müəyyənləşdirərək Hicran adlı qadının Bakı şəhərinin Nizami rayonunun Qara Qarayev metrostansiyası ərazisində evinin yerləşdiyi ünvanı müəyyən etdikdən sonra cavabdeh və qarşılıqlı iddiaçının atası həmin ünvana gedərək həmin mənzilin həqiqətən də Hicran adlı qadına məxsus olmasını müəyyən edirlər, lakin evdə kirakeşlər yaşadıqları üçün həmin şəxsin özünü sonradan əlaqə yaradaraq tapırlar. Həqiqətdə necə bu hadisə baş vermişdirsə mənzilin alınması üçün dəyərini kimə ödəmişlərsə kimdən aldıqları şəxsi müəyyən edərək Naxçıvan şəhərində hazırda olan Salatın Seyidova olduğunu öyrənmişlər. Onunla telefon əlaqəsi yaradaraq şahid qismində məhkəmədə dindirilməsini xahiş etmişlər. O isə etiraz etməyərək Bakı şəhərinə sentyabr ayının 7-si gələcəyini bildirmişdir və məhkəmə iclasında şahid kimi izahatı alınmasına etiraz etməmişdir. Həmin şahidin dindirilməsi mülki iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, mənzilin yuxarıda qeyd edildiyi kimi əsas dəyəri qızına hədiyyə olaraq alınaraq cavabdeh qarşılıqlı iddiaçının atası X4 tərəfindən ödənilmişdir. Cavabdeh hazırkı qarşılıqlı iddianı əsassız olaraq qaldırmamışdır. Mənzildə onun haqqı var. Məsələ bundan ibarət olmuşdur ki, üzürlü səbəblərdən həmin sübutu Binəqədi Rayon Məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Diqqət yetirilsə də məlum olur ki, ilkin iddiaçı da mənzildən cavabdehin istifadə hüququnun itirilməsi tələbi irəli sürdükdə 6000 manat kompensasiya məbləğini elə belədən əbəs yerə qoymamışdır. Göründüyü kimi tərəfin nümayəndəsi birinci instansiya məhkəməsində mənzilin cavabdehin atası tərəfindən dəyəri ödənilməklə alınması və kimdən alınması barədə izahatlarında həmin faktları və xüsusatları göstərsə də buna baxmayaraq onlardan asılı olmayan səbəblərə görə qeyd olunan şahidlərin yerlərini müəyyən edə bilməmələri səbəbindən məhkəməyə dəvət edə bilmirlər. Bu səbəbdən də və Azərbaycan Respublikası MPM-in 47, 68, 372-ci maddələrinin tələblərinə əsasən məhkəmə kollegiyasından həmin şahidlərin dindirilməsi üçün, həmin şahidlər dindirildikdən sonra isə Azərbaycan Respublikası MPM-in 88, 106.1-ci maddələrinin tələbləri baxımından həmin sübutları dəyərləndirərək qarşılıqlı iddanın əsaslı olubolmamasına məhkəmə kollegiyasının qiymət verməsi üçün mülki işin 21 avqust 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxışını 2 həftə müddətinə təxirə salınmasını xahiş etmişdir.
8. İddiaçı nümayəndəsi Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən verilmiş vəsatətdə qeyd olunan hallar icraatda olan işin mahiyyəti ilə əlaqəli məsələ deyil, həmin iş üzrə şahidlərin dindirilməsi bu işlə bağlı nəticəni dəyişməyəcək. Vəsatət sadəcə cavabdeh tərəfindən vaxtı uzatmaq məqsədi ilə qərəzli şəkildə göndərilmişdir. Məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmalıdır. Ona görə də xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən verilmiş vəsatətin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin və cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) istifadə hüquqlarına xitam verilməsini və ya kompensasiyanın məbləğini mübahisələndirmədən yalnız öz iddiasının müdafiəsi yönündə arqumentiv təfərrüatları apellyasiya şikayətində əks etdirmişdir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2- 30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 139- 180, 213-228, 560; Mənzil Məcəlləsinin 30-34; Ailə Məcəlləsinin 31-37, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə cavabdehin ehtimal etdiyi və sübuta yetirilməyən dəlillərin qanunvericilik nəzərindən aidiyyatı müəyyən edilmir.
14. Diqqətə çatdırılmalıdır ki, hazırkı mülki münasibətlər üzrə cavabdehin mülkiyyətçi ilə yaranan münasibətləri mənzil qanunvericiliyi ilə tənzimlənir. Tərəflər arasında razılaşma olmadığından, nikah münasibətlərinə son qoyulduğundan, yeni mənzil qanunvericiliyinə əsasən də keçmiş ailə üzvünə münasibətdə hüquqları olmadığından apellyasiya dəlillərinin hər hansı hüquqi nəticələr doğurmadığı müəyyən edilir. Qeyd edilən iddia üzrə işə baxılması və mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət, sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə, hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, cavabdehin qeyd edilən ünvana mülkiyyət hüququ üzrə hər hansı faktoloji və hüquqi əsaslar müəyyən edilmir.
15. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz, məhkəmə yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və hüquqdan sui-istifadəyə şərait yaradaraq digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir.
17. İlk olaraq apellyasiya şikayətləri üzrə mübahisə edilən hissələrdə araşdırmanı həyata keçirməli, Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsini, və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etməliyik. Bununla belə, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) mənzilin birgə nikah dövründə əldə edilməsinə istinad etsə də, ehtimal üzərində qurulmuş dəlilləri üzrə araşdırmanı məhkəmənin vəzifəsi kimi təsbit etmiş, sübutetmə yükünü, sübutların mümkünlüyünü və aidiyyətini nəzərə almadan, ilk iddia üzrə iddiaçının mülkiyyət hüquqları üzrə sənədləşdirməni mübahisələndirilmədiyi halda bu sənədlərin (sübutların) həqiqiliyin yoxlanılmasına (araşdırılmasına) yönəlik tələbdən kənar dəlillərdən ibarət apellyasiya şikayəti təqdim etmiş və tələbdən kənar dəlillərin müzakirəsi üçün qanunla müəyyən edilmiş müstəsna hallar müəyyən edilməmişdir.
19. Qeyd edilənlərlə yanaşı, sübutların mümkünlüyü baxımından qeyd edilməlidir ki, mənzilin dəyərinin tərəflərin birgə nikahı dövründə ödənildiyinə görə xx.xx.2019-cu il tarixdə də “ANT” İnşaat Təmir Tikinti” MMC tərəfindən maliyyə arayışının verilməsinə və xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışın əmlak mübahisəsi yarandıqdan sonra “ANT” İnşaat Təmir Tikinti” MMC tərəfindən tərtib edilməsi baxımından yoxlanılması üçün ilkin sübutlar təqdim edilməmiş və ümumiyyətlə bu əməllərin ehtimalı vəzifəli şəxslərin hərəkətlərində müvafiq cinayət mühakimə predmeti ola bilən təfərrüatlardır ki, bunların tədqiqi mülki mühakimə səlahiyyətlərinə aid deyildir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-869/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.