Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5087/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Eyvaz Sadıqovun iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “depozitin qalığının qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ləğv prosesində olan Cavabdeh2 ASC-də iddiaçının adına olan depozit qalığı tam həcmdə qaytarılsın. Nəsimi Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə icraata xitam verilsin. Qərardad onunla əsaslandırılıb ki, Cavabdeh2 ASC müflis elan edilib. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, Cavabdeh2 ASC müflis elan edilib. “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Konstitusiya Məhkəməsi 13.06.2017-ci il tarixli qərarı ilə “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinə şərh vermişdir ki, həmin maddədəki “dayandırma” ifadəsi icraatın dayandırılmasını deyil, Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraata xitam verilməsini nəzərdə tutur. Ona görə də hazırkı iş üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5087/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5087/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver