Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5088/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunduğu sayğacın ilkin abonentin adına qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 İB-yə və Cavabdeh1 qarşı Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunduğu sayğacın ilkin abonentin adına qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)-5198/2024 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, bina 0003, mənzil 0A15 ünvanında qaz sayğacının nömrəsi 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə onun arasında 12 sentyabr 2005ci il tarixdə rəsmi nikah bağlanmaqla, nikah aktı 153 nömrə ilə “Lerik Rayon VVADQ Şöbəsində” qeydə alınmışdır. 12 sentyabr 2005-ci ildən etibarən rəsmi nikahda olduğum həyat yoldaşım Cavabdeh1 ilə birlikdə Xəzər rayonu Binə qəs. Donuz kökəltmə sovxoz (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında fərdi ev inşa etmişik. Həmin evin tikilməsinə tərəfindən 60000 manatdan çox pul xərclənmişdir. Fərdi evə dair qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı 10 dekabr 2018-ci il tarixdən etibarən birgə razılaşma əsasında həyat yoldaşım Cavabdeh1 adına quraşdırılmışdır. Cavabdeh1 onun xəbəri və məlumatı olmadan, ondan gizlin şəkildə notarial ərizə yazaraq **********00053 nömrəli istehlakçı hesabı 02 aprel 2024-cü il tarixdə anası Maraqlı şəxs adına dəyişdirmişdir. Birgə nikah dövründə inşa etdiyi fərdi evin tikinti və təmirinin guya Cavabdeh1 tərəfindən aparılmasına formal görüntü yaratmaq məqsədilə, onun məlumatı olmadan gizlin bu hərəkəti etmişdir. Cavabdeh1 fərdi evdən ona heç bir əmlak pay düşməsin deyə və əmlakın birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsini istisna etmək üçün qaz və işıq sayğacını anasının adınaa keçirdib. Çünki aralarında ciddi fikir ayrılığı olduğundan, əmlakda onun iştirakını istisna etmək üçün bu hərəkət edilmişdir
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)- 5198/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.
4. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı eyni tələblə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh hərəkətsizlik nümayiş etdirdiyi üçün hazırda iddiaçı məcburetmə haqqında iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bununla bağlı məhkəmə hazırkı mübahisənin predmetini nəzərə alaraq belə qənaətə gəlir ki, tələbə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalı olduğundan, iş üzrə icraata xitam verilməlidir.
5. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş icraata qəbul edilərək, 24 iyun 2024-cü il tarixə saat 10:30-a iclas təyin edilmişdir. Sonradan məhkəmənin növbəti iclası 10 iyul 2024-cü il tarixə saat 15:45-ə təyin edilmişdir. Qeyd olunanlara baxmayaraq, məhkəmə 10 iyul 2024-cü il tarixdə qərardad qəbul edərək, mülki işin inzibati məhkəməyə aid olduğu səbəbindən, işin geri qaytarılması qərara alınmışdır. İddiaçı hesab edir ki, Cavabdeh2 tərəfindən onun həyat yoldaşının adına açılmış abonent kodu əsasında müvafiq qaydada xidmət müqaviləsi 2018-ci ildə bağlanmışdır. Abonent kodu hər bir fiziki və hüquqi şəxslər üçün fərqli olmaqla, bu abonent kodu xidmət müqaviləsində öz əksini tapmaqla, müqavilə bağlanılır. 23 mart 2017-ci ildə qeyd olunan torpaq sahəsi etibarnamə əsasında alınmışdır. Torpağın ilkin sahibi 23 may 2017-ci ildə həyat yoldaşının adına etibarnamə vermişdir. Bu etibarnamə əsasında ərazidə ev tikmiş və xidmət müqavilələri rəsmiləşdirilmişdir. Həyat yoldaşının 2024-cü ildə yazdığı razılıq ərizəsi əsasında abonent kodu və müqavilə onun öz anasının adına keçirilmişdir. Cavabdeh2 İB onun razılığı olmadan abonent kodunu və müqaviləni başqa şəxsin adına keçirməməli idi. Qeyd olunan ev birgə nikah dövründə inşa edilmişdir. Eyni zamanda qaz sayğaclarına yazılan çoxsaylı qanunsuz cərimə və ödənişlərlə əlaqədar işlərə rayon məhkəmələrində baxıldığı halda, abonent kodunun iddiaçının həyat yoldaşının adından, onun ərizəsi əsasında onun öz anasının adına keçirməsi düzgün olmadığı üçün, sayğac ilkin abonentin adına qaytarılmaqla, rəsmiləşdirilməsi barədə xahişinin İnzibati Məhkəməyə aidiyyəti yoxdur. Qeyd olunanlara baxmayaraq, məhkəmə qanuna zidd formada qərardad qəbul etməklə iddiaçının hüquqlarını pozmuş olur. Digər tərəfdən cavabdeh məhkəmənin bu qərardadı ilə əlaqədar öz məmnunluğunu bildirir. Məhkəmə qanunsuz qərardad qəbul edərək, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə nəzərə almalıdır ki, abonent kodu xidmət müqaviləsi ilə birbaşa bağlıdır. Abonent kodunun əvvəlki abonentin adına qaytarılması, üçüncü şəxsin adına bağlanmış müqavilənin ləğvi deməkdir. Bu inzibati akt deyildir. MPM-yə uyğun olaraq, iddia ərizəsinin xahiş etdi hissəsini dəqiqləşdirməklə, abonent kodu və üçüncü şəxs ilə bağlanmış müqavilə ləğv edilməklə, abonent kodu və müqavilə ilkin sahibin adına qaytarılmalıdır. Abonent kodu xidməti müqavilənin tərkib hissəsidir. Xidməti müqavilə və abonent kodu bir-biri ilə əlaqəlidir. Məhkəmə nəzərə almalıdır ki, AR Ali Məhkəmənin 12 mart 2024-cü il tarixli Plenumun qərarına əsasən, iddiaçı birgə nikah dövründə inşa etdiyi fərdi evin dəyərini həyat yoldaşından tələb edə bilməməsi üçün, ikinci cavabdeh, yəni həyat yoldaşı onun razılığı olmadan hazırkı addımı atmışdır. Məhkəmə qanunsuz qərardad qəbul etməklə cavabdehə əsassız yardım etmiş olur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(011)- 5198/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 13 və 14-cü bəndlərinə əsasən elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verərkən müqavilənin dəyişdirilməsi barədə iddiaçının müraciətinə Cavabdeh2 İB baxılmadığını nəzərə alaraq tələbi inzibati icraat qaydasında baxılmalı olan məcburetmə barədə iddia kimi qiymətləndirmişdir.
12. Birinci instansiya məhkəməsinin ilkin olaraq qiymətləndirməli olduğu məsələ irəli sürülmüş tələbin publik, yoxsa xüsusi hüquq münasibətlərindən irəli gəlib – gəlməməsini müəyyən etmək idi.
13. Məhkəmə kollegiyası məhz bu istiqamətdə qiymətləndirlmə apararaq qeyd edir ki, tələb qaz sayğacının Elmira Abbasovanın adından çıxarılaraq Novbar Abbasovanın adına rəsmiləşdirilməsidir.
14. İddia ərizəsinin məzmunundan və işin hallarından da görünür ki, təbii qaz sayğacı ilkin olaraq Novbar Abbasovanın adına rəsmiləşdirilməklə müqavilə bağlanmış, sonradan isə Elmira Abbasova ilə müqavilə bağlanılaraq sayğac onun adına rəsmiləşdirilmişdir. Yəni, hazırkı mübahisə təbii inhisar subyekti ilə istehlakçı arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisədir.
15. Əgər mübahisənin mahiyyəti qaz sayğacının quraşdırılması, müqavilə bağlanması öhdəliyinin qoyulması tələbi ilə bağlı olsa idi, münasibətlər publik hüquq sahəsinə aid münasibətlər kimi qiymətləndirilməli və işə inzibati icraat qaydasında baxılmalı idi.
16. Lakin hazırkı situasiyada tərəflər arasında artıq müqavilə münasibətləri mövcuddur və tələb də mövcud olan müqavilənin tərəfinin dəyişdirilməsi ilə bağlıdır. Göründüyü kimi bu mübahisə mülki hüquq - cəmiyyətlə istehlakçı arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisədir və mülki icraat qaydasında baxılmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir.
18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)-5198/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı olunduğu sayğacın ilkin abonentin adına qaytarılması tələbinə dair iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.