Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5092/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı «torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-1822/2005 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-1822/2005 saylı qətnaməsi ilə (hakim İsgəndər Qasımov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi və prosessual hüquq normalarının pozulması,mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə deyil,dövlət mülkiyyətinə aid torpaq sahəsi olması və s.kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası işə,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib,iş materiallarını araşdıraraq hesab edirki,apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən (iddia ərizəsi və s.) iddiaçı xx xxxx 2005-ci il tarixdə xüsusi iddia icraatı qaydasında (müvafiq icra hakimiyyəti orqanının hərəkətindən ərizə) məhkəməyə müraciət edərək, xx xxxxxx 2003-cü il tarixli torpaq icarə müqaviləsi əsasında onun icarəsində olan Bakı şəhəri, R.Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən 1000 kv.metr torpaq sahəsi üzərində 2028-ci ilə qədər istifadə hüququnun olmasına dair şəhadətnamə verilməsi və bu vəzifənin icrasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (qeyd edilməlidir ki, xx xxxxx 2012-ci il tarixli, 329-İVQD nömrəli Qanunla MPM-in ikinci bölmənin ikinci yarımbölməsi ləğv edilmişdir). Lakin işdə olan sənədlərdən görünür ki, iddiaçı həmin dövrdə müvafiq şəhadətnamənin verilməsi tələbi ilə ilkin olaraq səlahiyyətli orqana (cavabdehə) müraciət etməmişdir (bu istiqamətdə işdə hər hansı sübut mövcud deyildir). Həmin dövrdə (2005-ci il) qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-cu maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir. Göründüyü kimi, iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilkin olaraq müvafiqicrahakimiyyətiorqanına (həmin dövrdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi)müraciət etməli,bundan imtina olunduqda isə xüsusi iddia icraatı qaydasında məhkəməyə şikayət etmək (hərəkətdən və hərəkətsizlikdən ərizə vermək) hüququna malik olmuşdur. İşdə olan sənədlərdən isə iddiaçı tərəfindən qanunvericiliyin qeyd edilən tələblərinə riayət olunması görünmür. Yəni, iddiaçı isə cavabdehə müraciət etmədən cavabdehin üzərinə müvafiq vəzifə qoyulması barədə tələblə birbaşa məhkəməyə ərizə vermiş,birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmişdir. Qeyd edilməlidir ki,mübahisə üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası qanunla müəyyən olunmuşdur və məhz mübahisə həmin qaydaya riayət edildikdən sonra məhkəmənin həllinə verilə bilərdi. Birinci instansiya məhkəməsi isə iddiaya mahiyyəti üzrə baxılmasına mane olan qeyd edilən halları nəzərdən qaçırmış, bununla prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Halbuki, MPM-in 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 3 saylı Qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı müvafiq tələblə inzibati orqana ilkin müraciət etdikdən sonra müraciətindən imtina olunması (və ya hərəkətsizlik göstərilməsi) halında inzibati şikayətlə aidiyyəti inzibati məhkəməyə iddia ilə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264,357-358, 391, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı «torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-1822/2005 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2- 1822/2005 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5092/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5092/2020
25.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver