Məhkəmə qərarları › İş №2(103)-510/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-510/2025

27.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-510/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 cəlb olunmaqla) cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X11 ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 cəlb olunmaqla) cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(003)-2759/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V/1-1650 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X14 vərəsəsi Bakı şəhəri Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 4 ev 10-da yaşayan qızı Cavabdeh2 X47 (Əzizbəyov) rayon 6961/0313 saylı kassası, D-0145 saylı hesabda olan əmanətə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 530240 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 913783 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2012-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, anası X12 miras qalmış pul məbləğindən vərəsəliyi qəbul etmir və qəbul etmək niyyətində deyildir, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkdir. X20 xx.xx.2012-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, anası X12 miras qalmış pul məbləğindən vərəsəliyi qəbul etmir və qəbul etmək niyyətində deyildir, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkdir. Xəzər (Əzizbəyov) RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 41 saylı arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evində qeydiyyatda olan şəxslər X31, İddiaçı, X37, X30, X33 və Cavabdeh2dır. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 103 saylı məktubun surətindən görünür ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar qızı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona yeganə vərəsə kimi miras qalmış pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, xx.xx.2012-ci il tarixdə miras qalmış pul vəsaitinin qəbul edilməməsi barədə ərizə verilmişdir. Bu səbəbdən, X12 miras qalmış əmlaka dair Cavabdeh2 tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın yoxlanılması haqqında ƏMDK DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evinə dair X14 7\8 hissədə, İddiaçı 1\8 hissədə xüsusi mülkiyyət hüquqları qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********57-10301 olmaqla DƏDR-də qeydiyyatdan keçmişdir. X14 xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda təsdiq olunmaqla reyestrdə 2V\İ-51 nömrə ilə qeydə alınmış vəsiyyətnaməsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, o, Bakı şəhəri Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 4 ev 10 olan özünə məxsus olan hissəni qızı Cavabdeh2 vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət notariat arxivinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri 7 saylı dövlət notariat ofisində 2V-51 reyestr nömrəli xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə Dövlət notariat arxivinə məlumat daxil olmamışdır. Bakı şəhəri 25 saylı notariat ofisində rəsmiləşdirilmiş 3M-33 reyestr nömrəli xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X33, X26, X1 Sofiya Mazair qızından miras qalmış əmlakın onlara çatan məcburi pay hüququ üzrə paylarını Cavabdeh2 bağışlamışlar. Cavabdeh2 və X20 notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizələrindən müəyyən olunur ki, onlar Bakı Apellyasiya Məhkəməsinin icraatında olan qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi, miras əmlakdan pul məbləğindən imtina ərizəsinin ləğv edilməsi, miras əmlaka dair payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İddiaçı tərəfindən verilmiş iddianı qəbul etdiklərini, X12 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin miras qoyana məxsus olmuş 7\8 hissəsindən İddiaçı qanunla müəyyən olunmuş vərəsəlik payının verilməsinə etiraz etmədiklərini bildirmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 cəlb olunumaqla) cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 29 dekabr 2012-ci il tarixdə 03 iyul 2012-ci ildə vəfat etmiş anası X14 vərəsəsi Cavabdeh2 miras əmlak - əmanət və faizlərə dair qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi barədə, cavabdeh Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna 28 dekabr 2012-ci il tarixində İddiaçı ərizəsi əsasında X12 miras qalmış pul əmanəti və faizlərindən vərəsəliyi qəbul etməməyə dair imtinasının ləğv edilməsi barədə, miras qoyan anası X12 qalmış miras əmlak kütləsinə daxil olan bütün əmlaklara -ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evinə və miras pul əmanətinə və faizlərə ¼ hissədə payının müəyyən edilməsi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X30 xx.xx.2012-ci il tarixində daimi yaşadığı fərdi yaşayış evində, ünvan 3 ünvanında vəfat etmişdir. İddiaçı xx.xx.1954-cü ildə ünvan 3 ünvanında yəni ailəsinin və o cümlədən anasının yaşadığı və vəfat etdiyi evdə anadan olmuşdur. Anası xx.xx.2012-ci ildə vəfat edərkən də, həmin evdə yaşamış, vəfat etdikdən sonra, yəni miras açıldıqdan sonra həmin evdə yaşayaraq evi idarə etmişdir. Halhazırda da ailə üzvlərilə birlikdə bu evdə yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışından görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında mərhum X21 məxsusdur. Anasının birinci dərəcəli vərəsələrindən atası X13 xx.xx.1991-ci ildə vəfat etmişdir. Anasının birinci dərəcəli vərəsələri İddiaçı, Cavabdeh2 və X33, vəfat etmiş bacısının uşaqları, yəni anasının nəvələri X26, X6r. Hesab edir ki, anası X12 qalmış miras əmlakına, yəni evə dair vərəsəliyi faktiki olararq qəbul etmişdir. Qeyd etdiyi kimi, anası vəfat etdiyi evdə yaşamış və miras açılandan sonra həmin evdə yaşayaraq vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Bundan sonra, yəni miras açıldıqdan 5 ay sonra, (həmin vaxt o, artıq vərəsəliyi faktiki olaraq qəbul etmişdi) bacısı Cavabdeh2 ona müraciət edərək bildirdi ki: “anasından əmanət olaraq qalan pula görə o, Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna xx.xx.2012-ci il tarixində müraciət etmiş və orada vərəsəlik işi açılmışdır. Ona görə o da ərizə yazmalıdır ki, həmin pul Cavabdeh2 qalsın”. İddiaçı Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna xx.xx.2012-ci il tarixində ərizə vermişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci ildə vəfat etmiş anası X10 vərəsəsi Cavabdeh2 miras əmlak- əmanət və faizlərə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, miras əmlak olan evi faktiki olaraq qəbul etdiyinə və bununla da bütün mirası qəbul etmiş olduğuna görə miras kütləsinə daxil olan puldan imtinası yolverilməzdir və qanunun tələblərinə ziddir. Anasından miras qalmış ünvan 3 ünvanında yerləşən 98.90 kv.m fərdi yaşayış evi bu günədək də anasının mülkiyyətindədir. Həmin miras əmlakı faktiki olaraq qəbul etsə də bu günədək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Buna görə də vərəsəlik işi açılmış Bakı şəhəri 7 saylı notariat ofisinə mirasa daxil olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evinə görə vərəsəliyi faktiki olaraq qəbul etdiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair 29 may 2024-cü il tarixdə ərizə vermişdir. Lakin Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu Nizami Tağıyev tərəfindən ərizəsinə baxılaraq ona ünvanlanan 29 may 2024-cü il tarixli 103 saylı məktubda deyilir: “Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar qızı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona yeganə vərəsə kimi miras qalmış pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin tərəfinizdən xx.xx.2012-ci il tarixdə miras qalmış pul vəsaitinin qəbul edilməməsi barədə ərizə verilmişdir.” Sonra həmin məktubda deyilir: “Azərbaycan Republikası MM-nin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, X12 miras qalmış əmlaka dair X22 tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil”. Hesab edir ki, notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsi tamamilə əsassızdır. Qeyd edir ki, Bakı şəhəri 7 saylı notariat ofisi vəkil sorğusuna cavab olaraq notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli 2V-1650 reyestr nömrəli vərəsəlik işinin təsdiq olunmuş surətini vəkilə təqdim etmişdir. Əvvəla, o, yuxarıda qeyd etdiyi kimi, anası X12 miras əmlak olaraq qalan evə dair vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Həmin evdə anası ilə birlikdə və miras açıldıqdan sonra da yaşadığı Bakı şəhəri 7 sayl notariat ofisi tərəfindən təsdiq olunaraq verilmiş 2V1650 reyestr saylı vərəsəlik işinin materiallarında olan Xəzər RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilərək dövlət notariat kontoruna təqdim edilmək üçün verilmiş 4620/11 saylı yaşayış yeri üzrə arayışdan da görmək olur. Həmin arayışda deyilir, verilir X21 ona görə ki, o həqiqətən vəfat edənə kimi, yəni xx.xx.2012-ci ilədək Bakı şəhəri Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, ev 10-da yaşayıb. Hal-hazırda həmin evdə qeydiyyatda olanlar qızı Cavabdeh2, oğlu X33, oğlu İddiaçıdur. Hesab edir ki, miras açıldıqdan sonra miras əmlakı- ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evində yaşayaraq və həmin evi idarə edərək və sahiblik edərək vərəsəliyi faktiki olaraq qəbul etdiyi halda, sonradan miras əmlaka daxil olan pul əmanətindən imtinası qanuna ziddir və bununla da etibarsızdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, bacısının uşağı notariat ofisində ona ərizəyə qol çəkdirmişdir. Lakin, hansı sənədə qol çəkdiyini bilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, vərəsələrin anası vəfat etmişdir. Övladları həmin ünvanda yaşamış və mirası faktiki qəbul etmişlər. Bu səbəbdən də iddiaçı faktiki qəbul etdiyi mirasdan imtina edə bilməzdi. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin təmin edilməsinə etiraz etməyərək izahatında bildirdi ki, miras qalmış əmlakın bacı-qardaşlar arasında paylara bölünməsinə razıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs A.M.Əliyev iddia ərizəsinin təmin edilməsinə etiraz etmədi və izahatında bildirdi ki, ümumi həyət dörd sotdur. Onun bir sotunun iddiaçıya verilməsinə etiraz etmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2759/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 cəlb olunmaqla) cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi X30 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi İddiaçı notariat orqanına ərizə təqdim edərək miras əmlakın bir hissəsini qəbul etməkdən imtina etmişdir. Mülki qanunvericilik isə müəyyən etmişdir ki, vərəsə mirasın bir hissəsindən imtina edərsə o, mirasdan imtina etmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 cəlb olunmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələblərinə dair iddiası təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145, 1146, 1151.1, 1151.2, 1243.2, 1246, 1252, 1257.1,1257.2, 1322-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2., 217.4-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57, 58, 59-cu maddələrinə, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 2759/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçının anası miras qoyan X30 xx.xx.2012-ci il tarixində daimi yaşadığı fərdi yaşayış evində, ünvan 3 ünvanında vəfat etmişdir. İddiaçı xx.xx.1954-cü ildə ünvan 3 ünvanında, yəni ailəsinin və o cümlədən anasının yaşadığı və vəfat etdiyi evdə anadan olmuşdur. Anası xx.xx.2012-ci ildə vəfat edərkən də, iddiaçı həmin evdə yaşamış, vəfat etdikdən sonra, yəni miras açıldıqdan sonra həmin evdə yaşayaraq evi idarə etmişdir. Hal-hazırda da ailə üzvüləri ilə birlikdə bu evdə yaşayır və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışından görünür ki, ünvan 3 ünvanında ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında mərhum X21 məxsusdur. İddiaçının anasının birinci dərəcəli vərəsələrindən atası X13 10 iyun 1991-ci ildə vəfat etmişdir. Anasının birinci dərəcəli vərəsələri iddiaçı X34, Cavabdeh2 və X33, vəfat etmiş bacısının uşaqları, yəni anasının nəvələri X26, X6r. 29 dekabr 2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontoru tərəfindən 03 iyul 2012-ci ildə vəfat etmiş anası X10 vərəsəsi Cavabdeh2 miras əmlak-əmanət və faizlərə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi açılmış Bakı şəhəri 7 saylı notariat ofisinə mirasa daxil olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evinə görə vərəsəliyi faktiki olaraq qəbul etdiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair 29 may 2024-cü il tarixdə ərizə vermişdir. Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu Nizami Tağıyev tərəfindən ərizəsinə baxılaraq ona ünvanlanan 29 may 2024-cü il tarixli 103 saylı məktubda deyilir: “Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar qızı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və ona yeganə vərəsə kimi miras qalmış pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin tərəfinizdən xx.xx.2012-ci il tarixdə miras qalmış pul vəsaitinin qəbul edilməməsi barədə ərizə verilmişdir.” Sonra həmin məktubda deyilir: “Azərbaycan Republikası MM-nin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, X12 miras qalmış əmlaka dair X22 tam payda qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verildiyindən sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümükün deyil”. Bundan sonra o, “cavabdeh Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 29 dekabr 2012-ci il tarixdə 03 iyul 2012-ci ildə vəfat etmiş anası X14 vərəsəsi Cavabdeh2 miras əmlak- əmanət və faizlərə dair qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi barədə; cavabdeh Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna 28 dekabr 2012-ci il tarixində İddiaçı ərizəsi əsasında X12 miras qalmış pul əmanəti və faizlərindən vərəsəliyi qəbul etməməyə dair imtinasının ləğv edilməsi barədə; miras qoyan anası X12 qalmış miras əmlak kütləsinə daxil olan bütün əmlaklara - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m olan fərdi yaşayış evinə və miras pul əmanətinə və faizlərə ¼ hissədə payının müəyyən edilməsi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməninin verilməsi barədə qətnamə çıxarılması barədə iddia irəli sürmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2759/2024 saylı, xx.xx.2024-cü i tarixli qətnaməsi ilə “İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin” qət edilmişdir. Qətnaməni qanunsuz və əsassız hesab edir. Hesab edir ki, qətnamə tamamilə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Hesab edir ki, birinci inistansiya məhkəməsi öz qətnaməsini düzgün əsaslandırmamamışdır. Belə ki, məhkəmə qətnaməsini belə əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarından görünür ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi X30 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun vərəsəsi İddiaçı notariat orqanına ərizə təqdim edərək miras əmlakın bir hissəsini qəbul etməkdən imtina etmişdir. Mülki qanunvericilik isə müəyyən etmişdir ki, vərəsə mirasın bir hissəsindən imtina edərsə o, mirasdan imtina etmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələblərinə dair iddiası təmin edilə bilməz. Məhkəmə qeyd olunanlara əsasən, hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarətdir. Hesab edir ki, iddia tələbində heç bir formal mülahizə yoxdur. Hesab edir ki, məhkəmə əsaslandırma apararkən iş üçün mühüm əhəmiyyət daşıyan işin faktiki hallarını araşdırmamış və qiymət verməmiş, nəticədə qanunsuz qətnamə qəbul emişdir. İşdən və qətnamədən də görünür ki, X12 qalmış miras əmlakına, yəni evə dair vərəsəliyi faktiki olararq iddiaçı qəbul etmişdir. Bunu iş üzrə cavabdeh və üçüncü şəxslər də təsdiq etdilər ki, iddiaçı da onlar da anaları rəhmətə getdikdə və ondan sonra da elə həmin evdə, yəni miras əmlak olan ünvan 3 ünvanında yerləşən 98.90 kv.m fərdi yaşayış evində yaşamışlar və idarə etmişlər. Hətta cavabdeh və 3-cü şəxslər evin cox hissəsində Tahirin ailəsi ilə yaşamasını göstərmişlər. Qətnamədən də görünür ki, “Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin təmin edilməsinə etiraz etməyərək izahatında bildirmişdir ki, miras qalmış əmlakın bacı-qardaşlar arasında paylara bölünməsinə razıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Akif Əliyev iddia ərizəsinin təmin edilməsinə etiraz etmədi və izahatında bildirdi ki, ümumi həyət dörd sotdur. Onun bir sotunun iddiaçıya verilməsinə etiraz etmir.” Hətta Cavabdeh2 məhkəməyə bildirdi ki, anasından qalan hansısa pula görə notariusa getdiyini və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması zamanı imza edtiyini və hətta belə bir sənəd aldığı yadında deyildir. Qətnamədən də göründüyü kimi, İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, bacısının uşağı notariat ofisində ona ərizəyə qol çəkdirmişdir. Lakin, hansı sənədə qol çəkdiyini bilməmişdir. Həmçinin iş üzrə 3cü şəxs qardaşı Akif Əliyev də belə bir ərizə yazmışdır. Lakin o da belə bir ərizə yazması yadına düşməmişdir. Sonra yenə də əlavə etdi ki, əgər belə bir şey olubsa da hamısına pay verilsin, Tahirə də pay verilsin. Payın cox hissəsində Tahir yaşamasını qeyd etmişdir. Göründüyü ki, əvvəla cavabdeh və 3-cü şəxslər iddiaçıya miras əmlakdan pay verilməsinə razı olduqlarını bildirdilər. Bu da onların iddianı etiraf etdiklərini və qəbul etdiklərini göstərdi. Buna görə iddia tələbi təmin edilməli idi. Hətta onlar bunu məhkəmənin həm hazırlıq iclasında, həm də baxış iclasında bildirmişdilər. Lakin, məhkəmə qarşı tərəfin iddianı qəbul etdiklərinə görə tərəflərə barışıq təklif etməli və məsələni sülh yolu ilə həll etmələri üçün işi təxirə alaraq tərəflərə müəyyən vaxt verməli olduğu halda bunu etməmişdir. İddiaçı Bakı şəhəri 7 saylı notariat ofisinə mirasa daxil olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evinə görə vərəsəliyi faktiki olaraq qəbul etdiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair 29 may 2024-cü il tarixdə ərizə vermişdir. Hesab edir ki, miras əmlak olan evi faktiki olaraq qəbul etdiyinə və bunula da bütün mirası qəbul etmiş olduğuna görə miras kütləsinə daxil olan puldan imtina yolverilməzdi və qanunun tələblərinə ziddir. İşdən də göründüyü kimi, yuxarıda qeyd etdiyi kimi, anası X12 miras əmlak olaraq qalan evə dair vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Həmin evdə anası ilə birlikdə və miras açıldıqdan sonra da yaşadığı Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq olunaraq verilmiş 2V-1650 reyestr saylı vərəsəlik işinin materiallarında olan Xəzər RİH-ti Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilərək dövlət notariat kontoruna təqdim edilmək üçün verilmiş 4620/11 saylı yaşayış yeri üzrə arayışdan da görmək olur. Həmin arayışda deyilir, verilir X21 ona görə ki, o həqiqətən vəfat edənə kimi, yəni xx.xx.2012-ci ilədək Bakı şəhəri Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, ev 10-da yaşayıb. Halhazırda həmin evdə qeydiyyatda olanlar qızı Cavabdeh2, oğlu X33, oğlu İddiaçıdur. İddiaçı miras açıldıqdan sonra miras əmlak olan evdə yaşamaqla həmin evə sahiblik edərək onu idarə etdiyinə görə həmin miras onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə olan halda o anasından qalan bütün miras kütləsini tamamilə qəbul edilmiş sayılır. İddiaçı faktiki olaraq qəbul etdiyi miras əmlakı Bakı şəhəri Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, ev 10-da yerləşən fərdi yaşayış evi anası vəfat etdikdən miras açılan gündən onun mülkiyyətindədir. Qəbul edilmiş miras artıq vərəsənin mülkiyyətindədir. Ona görə də qəbul edilmiş mirasdan imtina qəbul edilə bilməz. Bununla da miras açıldıqdan sonra miras əmlakı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98.90 kv.m fərdi yaşayış evində yaşayaraq və həmin evi idarə edərək və sahiblik edərək vərəsəliyi faktiki olaraq qəbul etdiyi halda, sonradan miras əmlaka daxil olan pul əmanətindən imtinası qanuna ziddir və qəbul edilə bilməz. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2759/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini tamailə ləğv edərək “cavabdeh Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 29 dekabr 2012-ci il tarixdə 03 iyul 2012-ci ildə vəfat etmiş anası X14 vərəsəsi Cavabdeh2 miras əmlak əmanət və faizlərə dair qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin ləğv edilməsi, cavabdeh Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna 28 dekabr 2012-ci il tarixində İddiaçı ərizəsi əsasında X12 miras qalmış pul əmanəti və faizlərindən vərəsəliyi qəbul etməməyə dair imtinasının ləğv edilməsi, miras qoyan anası X12 qalmış miras əmlak kütləsinə daxil olan bütün əmlaklara - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və miras pul əmanətinə və faizlərə ¼ hissədə payının müəyyən edilməsi və həmin hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, X26 və X4 anaları X3 ölüm haqqında şıhadətnaməsindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə ölmüşdür. Həmçinin nikah haqqında şəhadətnamədən (arayışdan) görünür ki, X15 ilə Pəncəliyev Aqaday arasında 3 avqust 1966-cı ildə nikah bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Göründüyü kimi, vəsiyyət edənin uşaqlarından biri olan M.A.Pəncəliyeva vəfat etmişdir. Ona görə də M.A. Pəncəliyevanın uşaqları məcburi paya malik deyildirlər. Digər tərəfdən X26 və X2 Sofiya Mazair qızından qalmış mirası faktiki olaraq qəbul etməmişlər. Belə ki, onların anası ailə quraraq başqa ünvanda yaşamış və onun uşaqları X26 və X9 da həmin ünvanda yaşamışlar. X30 vətat etdikdən sonra onlar yenə də analarının yaşadığı ünvanda yaşamışlar. Məcburi miras payın bağışlanması müqaviləsindən görünür ki, X26 və X9 ünvan 6 ünvanında rəsmi qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. Yəni onlar vərəsliyi qəbul etmədikləri üçün onlara miras əmlakdan pay düşmür. Vərəsəlik qəbul edilməyibsə miras əmlakdan hər hansı payın bağışlanması da mümükün deyildir. Odur ki, onların miras əmlakdan məcburi payın X23 bağışlanması da qəbul edilməməlidir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27, X17 və X7 rəsmi qaydada məlumat verilmiş, cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisi məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33, X26 və X9 heç bir səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.

2. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarı

1. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin https://e-qanun.az/framework/897İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır.

2. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.

4. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Kollegiya qeyd edir ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı isə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Bununlada vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Belə ki, vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Lakin bununla yanaşı vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlarla aşağıdakılar müəyyən edilmişdir: X30 Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda təsdiq olunmuş, reyestrdə 2V/İ-51 nömrə ilə qeyd edilmiş xx.xx.2004-cü il tarixli vəsiyyətnaməsinə əsasən, oğlu İddiaçı ilə paylı mülkiyyətində olan, Bakı şəhəri Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 4, 10 saylı evin 7\8 hissəsindən ibarət payını qızı Cavabdeh2 vəsiyyət etmiş, vəsiyyətnamə sonradan dəyişdirilməmiş və ya ləğv edilməmişdir. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X14 birinci növbəli vərəsələri olan İddiaçı, X33 və Cavabdeh2 mirasqoyanın ölümündən sonra da Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 4, 10 saylı evdə yaşamaqda davam etməklə miras əmlakı faktiki olaraq qəbul etmişlər. İddiaçı, anasının ölümündən 5 ay sonra, xx.xx.2012-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi ilə anası X12 miras qalmış pul məbləği ilə bağlı vərəsəliyi qəbul etmədiyini, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəyini bildirmiş, bundan sonra Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən xx.xx.2012-ci il tarixli reyestrdə 2V/1- 1650 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X12 miras qalan X47 (Əzizbəyov) rayon 6961/0313 saylı kassası, D-0145 saylı hesabda olan əmanətdən ibarət mirasın Cavabdeh2 tərəfindən qəbul edilməsi barədə şəhadətnamə verilmişdir. İddiaçı anası X12 miras qalan Bakı şəhəri Xəazər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 4, 10 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə isə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 103 saylı məktubla imtina edilərək Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat ofisində vərəsəlik işinin açılması və ona yeganə vərəsə kimi miras qalmış pul vəsaitinə dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, İddiaçı xx.xx.2012-ci il tarixdə miras qalmış pul vəsaitinin qəbul edilməməsi barədə ərizə verməsi, bu səbəbdən, X12 miras qalmış əmlaka dair Cavabdeh2 tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh2 və X33 notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizələri ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən verilmiş iddianı qəbul etdiklərini, X12 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin miras qoyana məxsus olmuş 7\8 hissəsindən İddiaçı qanunla müəyyən olunmuş vərəsəlik payının verilməsinə etiraz etmədiklərini bildirmişlər. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Anası ilə paylı mülkiyyətində olan və miras kütləsinə daxil olan evdə anasının ölümündən sonra da yaşayıb miras əmlaka faktiki sahiblik etməklə mirası qəbul edən, iddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi miras kütləsinə daxil olan əmlakda məcburi payını (miras qoyanın vəsiyyətnamə üzrə vərəsəsi olduğu üçün) faktiki olaraq qəbul etmişdir. Mirasın açıldığı vaxtdan 5 ay sonra miras kütləsinə daxil olan, yalnız pul vəsitindən iddiaçı imtina edərkən, mülkiyyətinə daxil olan məhz həmin vəsaitin faktiki olaraq bacısına bağşlamasına dair iradə ifadəsini bildirmişdir. Çünki, iddiaçı pul vəsaitini miras əmlak olaraq qəbul etdikdən sonra onun üzərində sərəncam vermişdir. Kollegiya qeyd edir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Yalnız qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarı). Hazırkı işdə iddiaçı miras kütləsində ¼ hissədə payının olmasını hesab etsə də, araşdırma zamanı X14 xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda təsdiq olunmuş, reyestrdə 2V/İ-51 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 4, 10 saylı evin 7\8 hissəsindən ibarət payının qızı Cavabdeh2 vəsiyyət etməsi müəyyən olunduğundan, qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçdiyindən, iddiaçının, miras qoyanın mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 4, 10 saylı evin 7\8 hissəsindən ibarət payının 1\8 hissəsində məcburi payı vardır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı artıq mülkiyyətinə daxil olan pul vəsaitindən bacısı olan cavabdehin xeyrinə imtina edərkən faktiki olaraq həmin vəsaiti bacısına bağışlamasına dair iradə ifadəsini bildirdiyindən, miras kütləsinə daxil olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, 10 saylı evdə anasının ölümündən sonra yaşayıb miras əmlaka sahiblik etməklə mirası faktiki qəbul etdiyindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də, qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evinin miras qoyan X14 7\8 hissədə payının 1\8 hissəsinə İddiaçı məcburi payı müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2759/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, 10 saylı fərdi yaşayış evinin miras qoyan X14 7\8 hissədə payının 1\8 hissəsinə İddiaçı məcburi payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar